Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dublin
Dublin – Dublin (İrlandca: Baile Átha Cliath, Áth Cliath, ya da Dubh Linn deyə də bilinir) İrlandiyanın paytaxtı və eyni zamanda ən böyük şəhəri. Ölkənin şərq sahilinin ortasında, Liffey çayının ağzında, Dublin Saarayı'nın mərkəzində yerləşir.Vikinq məskunlaşmalarının mərkəzi olaraq qurulan şəhər, Orta Əsrlərdən bəri İrlandiyanın paytaxtıdır. BBC-nin 2003-ci ildə, Avropa daxilində 112 şəhər və 11.200 adamla apardığı anketdə Dublin, Avropanın yaşanacaq ən yaxşı paytaxtı, İrlandiya isə Avropanın ən xoşbəxt ölkəsi seçilmişdir. Dublin adı, İrlandaca'da "qara hovuz" mənasını verən Dubh Linn sözündən gəlməkdədir. Sonrakı zaman isə İrlandaca'da yazılışında bh'deki B'nin on Dub Linn, ya da Duḃlinn, şəklində bir nöqtə vardır. Fransız dilində danışan Anglo-Norman'lar nöqtəni götürmüşlər və adı Develyn, ya da Dublin olaraq yazmışlar. Bəzi mənbələrdə Dublin adının Skandinaviya mənşəli olduğuna dair də fikirlər var. Müasir İrlandiya dilində şəhərin məşhur adı baile Athan Cliathtır.Bu sözlə 988-ci ildə II. Mael Sechnaill tərəfindən qurulan, Dubh Linn qəsəbəsi və Qara Göl ilə birləşən yaşayış yeri nəzərdə tutulur. Yunanlı astronom Ptolemey'in yazıları Dublin ilə əlaqədar ən qədim mənbəələrdəndir. E.Ə. 140 illərində Eblana Civitas adlı bir yaşayış yerindən bəhs etməkdədir.
Dublin krallığı
Vikinq hücumları nəticəsində Orkney qraflığı və Adalar krallığı kimi İrlandiyada qurulmuş bir dövlət idi. İlk Dublin kralları həm də ilk Adalar kralları olmuşdular. Amlayb, İmar və Aisl qardaşları 853-873-cü illər arası hər iki dövləti idarə edirdi. Son kral olan Haskulf Raqnvaldson Normanlar tərəfindən öldürülmüşdü.
Dublin özəyi
Dublin özəyi (ing. Dublin Core Metadata Initiative, DCMI) — standard metaməlumatlar. Metaməlumatlarda sadə "Dublin özəyi"ndə 15 əsas element əks olunur: başlıq (sərlövhə) (ing. title); informasiyanın müəllifi və ya onu yaradan (ing. creator); mövzu və açar sözləri (ing. subject); təsvir (ing. description); naşir (ing. publisher); başqa iştirakçılar (ing. contributor); tarix (ing. date); resursun tipi (ing.
Dublin şəhəri
Dublin – Dublin (İrlandca: Baile Átha Cliath, Áth Cliath, ya da Dubh Linn deyə də bilinir) İrlandiyanın paytaxtı və eyni zamanda ən böyük şəhəri. Ölkənin şərq sahilinin ortasında, Liffey çayının ağzında, Dublin Saarayı'nın mərkəzində yerləşir.Vikinq məskunlaşmalarının mərkəzi olaraq qurulan şəhər, Orta Əsrlərdən bəri İrlandiyanın paytaxtıdır. BBC-nin 2003-ci ildə, Avropa daxilində 112 şəhər və 11.200 adamla apardığı anketdə Dublin, Avropanın yaşanacaq ən yaxşı paytaxtı, İrlandiya isə Avropanın ən xoşbəxt ölkəsi seçilmişdir. Dublin adı, İrlandaca'da "qara hovuz" mənasını verən Dubh Linn sözündən gəlməkdədir. Sonrakı zaman isə İrlandaca'da yazılışında bh'deki B'nin on Dub Linn, ya da Duḃlinn, şəklində bir nöqtə vardır. Fransız dilində danışan Anglo-Norman'lar nöqtəni götürmüşlər və adı Develyn, ya da Dublin olaraq yazmışlar. Bəzi mənbələrdə Dublin adının Skandinaviya mənşəli olduğuna dair də fikirlər var. Müasir İrlandiya dilində şəhərin məşhur adı baile Athan Cliathtır.Bu sözlə 988-ci ildə II. Mael Sechnaill tərəfindən qurulan, Dubh Linn qəsəbəsi və Qara Göl ilə birləşən yaşayış yeri nəzərdə tutulur. Yunanlı astronom Ptolemey'in yazıları Dublin ilə əlaqədar ən qədim mənbəələrdəndir. E.Ə. 140 illərində Eblana Civitas adlı bir yaşayış yerindən bəhs etməkdədir.
Dublin Triniti Kolleci
Dublin Triniti Kolleci (irl. Coláiste na Tríonóide) — İrlandiyanda, Dublin şəhərində yerləşən və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim ali təhsil müəssisəsindən biri. 1592-ci ildə Dublin şəhərinin bir qrup əhalisi kraliça Yelizavetadan məktub aldıqdan sonra şəhər divarlarından cənub-şərqdə yerləşən baxımsız qalmış Bütün Müqəddəslər kilsəsində kollec yaradır. Ali məktəbin ilk rektoru Dublin şəhərinin arxiyepiskopu Adam Loftus olur. Ona iki köməkçi (Ceyms Hamilton və Ceyms Fullerton) təyin edilir. İki ildən sonra burada müəllim və tələbələrin sayı artmağa başlayır. 50 il müddətində kollecə yardımlar edilir, torpaq sahələri bağışlanır, təqaüdlər təşkil olunur, tədris proqramları, nizamnamələr qəbul edilir, kitabxanalar yaradılır və s. XIX əsr Dublin Triniti Kollecində bir çox hadisələrlə yadda qalır. 1711-ci ildən kollecdə tibb elminin öyrədilməsinə baxmayaraq, burada bu sahəni geniş əhatə edən məktəb 1800-cü ildən fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə Britaniya adalarında ilk olan Mühəndislik Məktəbi, əsrin ortasında isə hüquq fakültəsi yaradılır.
Dublin Universitet Kolleci
Dublin Universitet Kolleci (irl. An Coláiste Ollscoile, Baile Átha Cliath) — İrlandiyanda, Dublin şəhərində yerləşən və ölkənin ikinci ən böyük ali təhsil müəssisəsi. Dublin Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə irlandiyalı katoliklərə katolik azadlığından sonra daha yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol Kallenin rəhbərliyi altında universitet yaratmaq ideyası irəli sürülür. XIX əsrdə İrlandiyada konfessional (dini) təhsil məsələsi mübahisəli idi. Katolik məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci anqlikan (İngiltərədə protestant dininin bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci ildən burada katoliklər də təhsil almağa başlayır, lakin universitetin dini sənədində katoliklərin kollecin rəhbər orqanlarında vəzifə tutmasının istisnası haqqında göstəriş öz əksini tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində Katolik Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada yeni Katolik Universiteti yaradılır və müqəddəs Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha sonra universitetin 3 binası fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında Sent-Meri binaları.
Triniti Kollecinin kitabxanası (Dublin)
Triniti Kollecinin kitabxanası (ir. Leabharlann Choláiste na Tríonóide) — Triniti Kolleci və Dublin Universitetinin akademik kitabxanası. Bu, İrlandiyadakı naşirlərin bütün nüsxələrini orada pulsuz saxlamağı tələb edən qanuni depozit və ya "müəllif hüquqları kitabxanasıdır". Kitabxana Birləşmiş Krallıqda nəşr olunan əsərlər üçün belə hüquqlara malik olan yeganə İrlandiya kitabxanasıdır. Kitabxanada daimi olaraq İrlandiyanın milli simvolu olan Brian Boru arfası, Kells Kitabı və 1916-cı ilə aid olan İrlandiya Respublikasının elan edilməsi haqqında sənədin nüsxələri saxlanılır. Kells Kitabının 4 cildindən 1-i istənilən vaxt ictimaiyyətə təqdim olunur. Kells Kitabının göstərilən cildləri və səhifələri müntəzəm olaraq dəyişdirilir. 2020-ci ildə quraşdırılmış yeni vitrin, bir neçə onilliklər ərzində ictimaiyyətdə görünməyən bir çox səhifələr də daxil olmaqla, bütün səhifələrin nümayiş etdirilməsini asanlaşdırdı. Kitabxananın özü bir neçə binanı tutur, onlardan 6-sı Triniti Kollecinin kampusunda, digər hissəsi isə Dublindəki St. James xəstəxanasında Triniti Mərkəzində yerləşir: İndi Köhnə kitabxana kimi tanınan ən qədim kitabxana binası Tomas Burqun görkəmli əsəridir.
Lublin
Lublin — Polşanın şərqində şəhər, Lublin voyevodalığının inzibati mərkəzi. Şəhərin sahəsi 147,5 km2. Əhalisi-332000 nəfər. Şəhər Lublin dağının şimal hissəsində, dəniz səviyyəsindən 163–238 m yüksəklikdə yerləşir. Bıstşitsa çayının vadisi (Vepşanın sol qolu) şəhəri müxtəlif mənzərəli 2 hissəyə bölür. Qərb sahilində dərin dərələri və köhnə löss dərələri ilə Nalençovski yaylasının bir hissəsi, şərq sahilində isə Şvidnitski yaylasının və Gelçevska yüksəkliyinin yaratdığı şərq sahilinin landşaftı yerləşir. Lublində Bıstşitsaya 2 kiçik çay axır: Çerneyufka və Çexufka. Dördüncü çay-Nendznitsa isə şəhərin içərisindən keçir. Müasir Lublin ərazisində ilk yaşayış məskəni VI əsrdə Çvartek təpəsində yaranmışdır. X əsrdə taxta istehkam, daha sonra isə daşdan istehkamlar tikilmişdir.
Lublin uniyası
Lublin ittifaqı (pol. Unia lubelska; lit. Liublino unija; ukr. Лю́блінська у́нія; belar. Лю́блінская у́нія) — Böyük Litva knyazlığı və Polşa Krallığı arasında baş vermiş milli birləşmə və seçmə monarxiyaya əsaslanan Litva-Polşa ittifaqı. Jagiełło 1386-cı ildə xristianlığı qəbul edərək II Vadislav adını aldı və 11 yaşlı Polşa kraliçası Jadviga ilə evləndi. Beləliklə, Jagiellon sülaləsinin üzvləri həm Litvanın, həm də Polşanın hökmdarı oldular. Ancaq iki ölkənin hökmdarları eyni olsa da, dərhal birləşmədilər. Ancaq 1569-cu ildə Yagiellon sülaləsinin son kralı II Zygmunt Avqustun uşaqsız ölməsindən sonra iki dövlətin maqnatları (zadəganları) Lublin müqaviləsini imzalamaq üçün 1 iyul 1569-cu ildə Polşanın Lublin şəhərində bir araya gəldi və iki dövləti bir araya gətirdilər. Beləliklə, Polşa-Litva Birliyi yaradıldı.
Alfred Döblin
Alfred Döblin (10 avqust 1878[…], Şetsin, Prussiya – 26 iyun 1957[…] və ya 24 iyun 1957) — Almaniya yazıçısı və jurnalisti. Alfred Döblinin bütün yazdığı əsərləri ən məşhuru kollaj şəklində ekspressionizm və İtaliya futurizminin texnikasına yaxın olan "Berlin, Aleksanderplats" (1929) 1920-ci illərdə Berlində həyatı canlandıran romandır. O, bir neçə dəfə lentə alınmış (ilk dəfə 1931-ci ildə) və ildən-ilə ekspertlər tərəfindən alman dilində yazılmış ən yaxşı beş kitaba daxil edilmişdir. Сайт международного общества Дёблина (англ.) Дёблин в США (англ.) Страница на сайте IMDB Линки Олег Комраков.
Lublin üçbucağı
Lublin üçbucağı (lit. Liublino trikampis, pol. Trójkąt Lubelski, ukr. Люблінський трикутник) — 2020-ci ilin iyul ayında Lublin şəhərində Ukrayna, Polşa və Litva tərəfindən təsis edilmiş üçtərəfli regional platforma (format). Onun yaradılmasının hərbi, siyasi, iqtisadi və sosial əməkdaşlığın dərinləşdirilməsi məqsədlərinə xidmət etdiyini bildirilmişdir. Bu ölkələr, həm də Ukraynanın Avropa İttifaqı və NATO- ya inteqrasiyasına dəstək verir. == Tarixi == Litva, Polşa və Ukrayna xarici işlər nazirləri tərəfindən platformanın yaradılması ilə bağlı birgə bəyannamə 28 iyul 2020-ci ildə Lublin şəhərində (Polşa) imzalanıb. Nazirlər Rusiyanın Krımı və Sevastopolu ilhaq etməsini pisləyib və Rusiyanı Donetsk və Luqansk vilayətlərinin bir hissəsindən qoşunlarını çıxarmağa çağırıb, NATO-nun Ukraynaya Gücləndirilmiş İmkanlar üzrə Tərəfdaş statusunun verilməsini (12 iyun 2020-ci il) alqışlayıblar və Ukraynanı NATO-ya üzvlük planı ilə təmin etdiyini qeyd ediblər.
Krakov Qapısı (Lublin)
Krakov qapısı ( Brama Krakowska ) - Lublin şəhər divarında (indi fəaliyyət göstərməyən) orta əsrlərə aid kərpic qapısı, onun vasitəsilə köhnə şəhərə giriş paytaxt Krakov tərəfdən həyata keçirilirdi. Bu qapılardan keçəndə köhnə şəhərin əsas küçəsi - Krakov ətrafı başlayır. Möhkəmlənmiş qapıların tikintisinə kral III Kazimirin göstərişi ilə 1341-ci il tatar basqınından sonra başlanmışdır. Şəhər divarının önünə bir xəndək çəkildi, onun vasitəsilə darvazaya körpü atıldı. 16-cı əsrin birinci yarısında istehkamlar memar Sebastyan Vlox tərəfindən təmir edilmişdir. Qapı 1673 və 1742-45-ci illərdə bərpa edilmişdir. 1782-ci ildə Domeniko Merlininin rəhbərliyi altında yenidən quruldular. 19-cu əsrin birinci yarısında darvazalar Məryəm və Müqəddəs Entonini (şəhərin səmavi hamisi) təsvir edən hörmət nişanları ilə bəzədilmişdir. 1950-ci illərdə darvaza nəzərdə tutulan orta əsr görünüşünə qayıtmaqla bərpa edilmişdir. İçəridə Lublin şəhərinin Tarix Muzeyi var.
Lublin Politexnik Universiteti
Lublin Politexnik Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Müasir tədris texnologiyalarının tətbiqinə önəm verən ali təhsil ocaqlarından biridir. Universitet 13 may 1953-cü il tarixində Lublin texnik və mühəndislərinin təşəbbüsü ilə yaradılıb, axşam mühəndislik məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbin yaradılması ilə ilk bölməsi (fakültə) — mexanika işə başlayıb. 1965-ci ildə təhsil müəssisəsi ali mühəndislik məktəbi adlandırılıb. Həmin ildə tikinti, bir il sonra elektrik bölməsi istifadəyə verilib. Təhsil müəssisəsində böyük dəyişikliklər 1970-ci illərdə həyata keçirilib. Belə ki, 1977-ci ildə Ali Mühəndislik Məktəbi Lublin Politexnik adına dəyişdirilib, 1988-ci ildə idarəetmə və texnikanın əsasları bölməsi yaradılıb. Bölmə 2007-ci il, 28 dekabr tarixindən idarəetmə bölməsi adı ilə fəaliyyət göstərib. 2003-cü ildə isə elektrik bölməsi elektrotexnika və informatika bölməsi adı altında fəaliyyətə başlayıb.
Lublin kənd muzeyi
Lublin Kənd Muzeyi (polyak . Muzeum Wsi Lubelskiej) — Polşanın Lublin şəhərində yerləşən açıq səma altında muzeydir . Muzey Varşava xiyabanı, 96 ünvanında yerləşir . Muzeylərin Dövlət Reyestrində qeydiyyata alınıb . Muzeydə taxta memarlıq əşyaları qorunur, Lublin voyevodalığının maddi xalq mədəniyyəti obyektləri toplanır, xalq adət-ənənələri haqqında məlumatlar yayılır və müxtəlif etnoqrafik tədbirlər keçirilir. 1960-cı ildə Lublin muzeyində xalq memarlığı şöbəsi açıldı. 1970-ci il yanvarın 1-də bu şöbə "Lublin kənd muzeyi" adı altında müstəqil muzeyə çevrildi. Əvvəlcə açıq səma altında muzey Kalinovşiznanın Lublin dzelnitsasında yerləşirdi və 12 hektar ərazini tuturdu. 1975-ci ildə muzey Slavina rayonu yaxınlığında Varşavaya gedən yolun yaxınlığında 27 hektarlıq yeni bir sahəyə sahib oldu. 1976-cı ilin may ayında Zıqmuntov kəndindən külək dəyirmanının quraşdırılması ilə bağlı ilk iş başladı və bu, muzeyin ilk obyekti oldu.
Nəbatat bağı(Lublin)
Nəbatat bağı (Lublin)
Lublindəki Marie Sklodovska-Küri Universitetinin Nəbatat bağı (pol. Ogrod Botaniczny Uniwersytetu Marii Curie-Skłodowskiej w Lublinie) — 23 fevral 1965-ci ildə Slavin dzelnitsada yaradılmışdır. Lublin şəhərində universitetdə botanika bağının yaradılması ideyası 1944-cü ildə yaranıb. Professorlar Yozef Motıka ( pol. Józef Motyka ) və Adam Paşevski (pol. Adam Paszewski) Slavinek dzelnitsası ərazisində bağ yaradılması layihəsinə nəzarət edən komitə yaratdılar. Birincisi, Lublin Böyük Planının bir hissəsi kimi bağın yerinin təsdiqlənməsini gözləyərək, kampusda "köhnə botanik" ( polyak: ulduz botanik) adlanan dendrari parkı yaradıldı. Kazimir Brinsqonun gərgin səyləri ( polyak: Kazimierza Bryńskiego ) Slavinekdə torpaq əldə etmək barəsində uğur qazandı və 1958-ci ildə universitet 13 hektar əraziyə sahib oldu. Lakin botanika bağının tikintisi yalnız professor Dr. Qjeqoj Leopold Seydler universitetin rektoru olduqdan sonra başlandı.
Dubin-Conson sindromu
Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34–85 mkmol/l olur (Norma: <17 mkmol/l). Bəzən qanda ümumi bilirubin 340–430 mkmol/l-ə qədər yüksələ bilər. Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Dubin-Conson sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Odur ki, normada qanda birləşmiş bilirubin sərbəst bilirubinə nisbətən çox olur.
Drumlin
Drumlin – qədim buzlaşma sahələrində moren çöküntüləri ilə örtülmüş bünövrəsi əsas süxurlardan olan, üstdən uzunsov formada olan təpədir. Drumlinin hündürlüyü 20 m-ə qədər, uzunluğu isə bir neçə yüz metr olur..
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Döblinq
Döblinq (alm. Döbling‎) — Avstriyanın paytaxtı Vyana şəhərinin 19-cu rayonu. O, mərkəzi rayonların şimal ucunda, Alzerqrund və Verinq rayonlarının şimalında yerləşir. Çoxlu yaşayış binalarının yerləşdiyi Döblinq rayonunda sıx məskunlaşmış şəhər əraziləri var, həmçinin rayon Vyana meşələri ilə həmsərhəddir. Qrintsin, Siverinq, Noyştift-am-Valde və Kasqraben kimi bahalı yaşayış məntəqələri və həm də bir çox Hoyriger restoranları burada yerləşir Bundan başqa burada bir neçə Gemayndebau yaşayış evlərinə rast gəlmək olar, onlar içərisində ən məşhuru Karl-Marks-Hof sayılır. Əlavə olaraq, Vyana Amerika Beynəlxalq Məktəbi, Lauder Biznes Məktəbi və Q19 alış-veriş mərkəzi burada yerləşir.
Qoblin
Qoblin — Avropa folklorunda mənfi xüsusiyyətli məxluq. Qoblinlər əksər hallarda ziyanlı, deyingən, çirkin olaraq təsvir olunur. Bununla yanaşı, qoblinlər çox dözümlü, çezik və sehrli bacarıqlara sahib məxluqlardır. Müxtəlif mənbələrdə qoblinlər fərqli təsvir oluna bilər, amma görünüşlərinin üç elementi dəyişməz qalır: uzun qulaqlar, qorxunc pişik gözlərinə bənzər gözlər və əllərindəki uzun pəncələr. Qızıla olan hərislikləri ilə tanınırlar. Qoblinlərə bir çox fantastik film və kitablarda rast gəlmək olar.
Qubkin
Qubkin — Rusiya Federasiyasının Belqorod vilayətində şəhər.
Goblin
Goblin — amerikalı repçi Tyler, the Creator-un ilk studiya albomu. 10 may 2011-ci ildə XL Recordings tərəfindən buraxılıb. Albomda Tayler uydurma terapevti Dr. TC ilə arasında olan söhbətlərə yenidən davam edib. Bu söhbətlər ilk dəfə Taylerin 2009-cu ildə buraxılmış "Bastard" adlı əvvəlki miksteypində təqdim edilmişdi. Albomdakı treklərin demək olar hamısının prodüserliyini Taylerin özü etmişdir, həmçinin Odd Future qrupunun üzvü Left Brain-in iştirakı da olmuşdur.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). Əhalisi 561 nəfərdir.
Düylün
Düylün — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi meyvəçilik, əkinçilik və taxılçılıqla məşğuldur. Orta məktəbi, kitabxanası, mədəniyyət evi, məscidi, piri var. Duylun Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Duylun çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. XIX əsrin ortalarında burada Duylun və Düylündizə adlı iki kənd vardı. Düylündizə kəndi hazırda Dizə adı ilə mövcuddur. Tədqiqatçıların fikrincə, oykonim du (fars.
Düzlən
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa. Digər Tülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.