Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ermal Meta
Ermal Meta (20 aprel 1981, Fieri[d]) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının Umano və Vietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür. Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar. == Bioqrafiya == Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır.
Mexaniki emal
Mexaniki emal – müxtəlif materiallardan hazırlanmış pəstaha son və ya sonrakı emal mərhələləri üçün lazımi dəqiqliyi və formanı vermək üçün tətbiq olunan emal növüdür. Maşınqayırmada əsasən üç mexaniki emal üsulu tətbiq olunur: 1. Kəsmə ilə emal, burada pəstah metalkəsən dəzgahda kəsici alətin köməy ilə addım-addım yonularaq lazımi formaya salınır. Tətbiq olunan kəsmə üsulları: xarici səthlər üçün torna, pardaqlama,hamarlama, cilalama, superfiniş, daxili səthlər üçün – içyonma, burğulama, zenkerləmə, rayberləmə, dartma, pardaqlama, cilalama, honalama. müstəvi səthlər üçün yonma, frezləmə və pardaqlama.2. Plastiki deformasiya üsulu ilə xarici qüvvənin təsiri altında pəstah sıxılır, bu zaman o formasını, ölçüsünü, fiziki-mexaniki xassələrini dəyişir. Buraya döymə, ştamplama, pressləmə və yayma daxildir. 3. Elektrofiziki emal elektrik cərəyanının xassələrinə əsaslanır: elektro qığılcımla emal, elektro impulsla emal, elektro qövslə emal. == Mənbə == Əliyev, R.R. Maşınqayırma leksikonu.
Sətiriçi emal
Sətiriçi emal (en. in-line processing ~ ru. встроенная обработка ~ tr. satır içi işlem ) – sürət və ya saxlama parametrlərini optimallaşdırmaq üçün proqramın aşağı səviyyəli dildə yayılmış seqmenti üzərində yerinə yetirilən əməliyyat. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termiki emal
Termiki emal - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir. Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir. Termiki emal prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy). Termiki emalın aşağıdakı əsas növləri mövcuddur: Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal prosesidir. Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir. Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur .
Əritməklə emal
Əritməklə emal qaynaq prosesi ilə oxşarlığı vardır. Prototiplərin sürətli hazırlanmasının tərkibi olan bu üsul bərk materialı əridərək təbəqə şəklində üst-üstə birləşdirii və beləliklə verilmiş modelin hazırlanmasına imkan yaradır. Prosesin adı da ele buradan yaranıb: Fused Deposition Modeling (FDM) – yəni əridilmiş qatın çəkilməsi ilə modellərin hazırlanması. Burada pəstah rolunu oynayan məftil xüsusi qızdırıcı başlığın köməyi ilə ərimə temperaturuna qədər qızdırılır. FDM üsulu ərimə temperaturu və istilikkeçirmə qabiliyyəti aşağı olan materialların məsələn, süni materialların və mumun tətbiqi üçün əlverişlidir. Metalların tətbiqi isə yüksək əmək tutumlu hazırlıq işlərinin aparılması nəticəsində müəyyən problemlər yaradır. Püskürtmə başlığı fəzada 3 istiqamətdə hərəkət etdirilə bildiyindən istənilən üçölçülü modelin hazırlanması mümkündür. Başlıqdan verilən ərimiş materialın artiq bərkimiş səth üzərində qat şəklində birləşməsini təmin etmək üçün, verilən material şırnağının en kəsiyi elə idarə edilir ki, o çevrə şəklində yox ellips şəklində olsun. Bu səbəbdən yeni çəkilmiş təbəqədə yaranmış gərginlik nəticəsində çəkilmiş qat sonradan formasını dəyişməyə can atır. Səthi gərginlik tarazlaşdıqdan sonra yeni qatla bərkimiş qat arasında kifayət qədər möhkəm birləşmə əmələ gəlir.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Onlayn analitik emal
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. == Ümumi məlumat == Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. == Analitik analizin imkanları == OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Yüksək məhsuldarlıqlı emal
Yüksək məhsuldarlıqlı emal — (və ya Qərbdə yayılmış: High Performance Cutting -HPC) adi emala nisbətən həddən artıq yüksək kəsmə sürəti və verişlə aparılan emal üsuludur. Yüksək sürətli emaldan fərqli olaraq burada kəsmə sürəti nisbətən aşağı, kəsmə dərinliyi isə çox yüksək olur. Bununla vahid zamanda iri həcmdə material qatı çıxarmaq mümkündür. Texnoloji sistemdə yaran yüksək qüvvə nəticəsində proses zamanı səthin keyfiyyəti nisbətən pis alınır. HPC təkcə kəsmə prosesini yox, həm də istehsal prosesinə təsir edən bütün faktorları birləşdirərək məhsuldarlıq və etibarlığın təmin olunmasını qarşısına məqsəd qoyur. Bu üsul əsasən ştamp və tökmə avadanlıqlarının formalarının hazırlanmasında tətbiq olunur. Böyük material həcmi əsasən yüksək verişlə əldə olunduğundan, emal zamanı kəsmə qüvvəsi artır və dəzgahın düyümlərinə və alətə düşən yükün artmasına gətirib çıxarır. Buna baxmayaraq, bu üsullu HSC-yə nisbətən uyğun alətlə adi dəzgahlarda da yerinə yetirmək mümkündür. Buna görə də, yüksək kəsmə qüvvəsi kələkötürlüyün qiymətinin artmasına səbəb olur və nazik divarlı hissələrin emalına imkan vermir. Minimal həddə yağlamaya ehtiyac yoxdur, çünki kəsmdə yaranan istilik yonqarla kənarlaşdırılır.
Çoxprosessorlu emal (informatika)
Çoxprosessorlu emal (ing.multiprocessing, ru. многопроцессорная обработка) - təxminən bərabər xarakteristikalara malik iki və ya bir neçə birləşdirilmiş prosessorun bir, yaxud bir neçə prosesi (proqramı və ya komandalar toplusunu) birgə yerinə yetirməsi rejimi. Çoxprosessorlu emal zamanı hər bir prosessor fərqli komandalar yığını ilə (və ya eyni bir prosesin müxtəlif hissələri ilə) işləyir ki, bunun da məqsədi sürətin, yaxud hesablama imkanlarının artırılması, eləcə də paralel emal və soprosessorlardan istifadə olunmasıdır. Paralel emal zamanı bir sistem çərçivəsində bir neçə proses (növbəli deyil) eyni vaxtda yerinə yetirilir, soprosessor isə yüksək səmərəliliklə təkcə spesifik məsələləri emal edir. Ancaq bu anlayışlar çox dinamik dəyişir və xüsusən çoxprosessorlu emalla paralel emal arasındakı fərqlər bəzən yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Federal Məlumat Emal Standartları
Federal Məlumat Emal Standartları (ing. Federal Information Processing Standards) - qeyri-hərbi dövlət orqanları və dövlət podratçıları tərəfindən kompüter sistemlərində istifadə üçün Amerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən hazırlanan standartlardır. Bir çox FMES Amerika Milli Standartlar İnstitutu (AMSİ), Elektrik və Elektronik Mühəndislər İnstitutu (EEMİ) və Beynəlxalq standartlaşdırma təşkilatı (BST) tərəfindən istifadə olunan standartların modifikasiyasıdır. Lakin bəzi standartlar ABŞ tərəfindən hazırlanmışdır. Bura əsasən yaşayış məntəqələri kodları, şifrləmə standartları daxildir.
Kağız təbəqəni birləşdirməklə emal
Kagız təbəgəni birləşdirməklə emal — mahiyyəti ondan ibarətdir ki, üçölçülü modellər iki ölçülü kontur daxilində təbəqələrə bölünür və bu təbəqələr kontur boyu kəsildikdən sonra birləşdirilir. Yüksək keyfiyyətli model hazırlamaq üçün tətbiq olunan qatın qalınlığı çox kiçik olmalı və kontur boyu dəqiq kəsilməlidir. Ona görə də bu üsulun tətbiqində verilən qatın emalı artiq hazır qatın üzərində aparılır. Yəni ilkin qat hazır olduqdan sonra onun üzərinə ikinci qat yapişdırılır və sonra kontur boyu kəsilir. Bu üsul ümumi olaraq təbəqələri birləşdirməklə hissələrin hazırlanması - Layer Objekt Manufacturing (LOM) adlanır. Tətbiq olunan təbəqənin materialından asılı olaraq bu üsulu əsasən iki istiqamətə bölürlər: kağız və metal təbəqəni birləşdirməklə hazırlama. LOM üsulu da başqa RP üsulları kimi modellərin qatbaqat hazırlanmasına əsaslanır. Təbəqələri birləşdirməklə hissələrin hazırlanma prosesinin ümumi iş prinsipi şəkil 5.19-də göstərilmişdir. Prosesin aparılması üçün tətbiq olunan qurğu verici və yığıcı diyircəklərdən, lazer başlığından, işçi platformadan və qızdırıcı diyircəkdən ibarətdir. Burada tətbiq olunan kağızın qalınlığı təxminən 0,1 mm həddində olur.
Qum şırnağı ilə emal
Qum şırnağı ilə emal dedikdə materialın və ya pəstahın səthinin pardaqlama vasitəsi kimi qumdan istifadə etməklə paslanma, çirk, rəng və digər qalıq materiallardan təmizlənməsi başa düşülür. Güclü kompressor vasitəsilə yaradılan hava axını pardaqlayıcı materialı (qum, bəzi hallarda şüşüə qranulatı, korund, süni material qranulatı və ya soda) çəndən götürür. Beləliklə yaradılmış pardaqlayıcı material-hava qarışığı xüsusi şlanq-ucluq sisteminin tətbiqi ilə yüksək təzyiq altında emal edilən səthə vurulur. Pardaqalyıcı materialın abraziv təsiri hissənin səthində hissəciklər qopardılır və kənarlaşdırılır. Qum şırnağı ilə emal həm tikintidə, həm də metal emalında tətbiq olunur. Tiklilərdə köhnəlmiş üz qatlarını çıxarmaqla bərabər bu üsulla metalların səthində qalmış rəng qalıqlarını təmizləmək, həmçinin süni materialların (məsələn: diş protezləri) səthinin təmizlənməsi mümkündür. Təmizləmə prosesi açıqlıqda, kabinlərdə, əl və ya avtomatik aparıla bilir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Sokolovsko-Sarbay mədən və emal istehsalat birliyi
Sokolovsko-Sarbay mədən və emal istehsalat birliyi — Eurasian Resources Group (ERG) tərkibinə daxil olan dəmir filizlərinin çıxarılması və emalı üzrə ən böyük Qazaxıstan müəssisəsidir. == Tarixi == 30 iyun 1954-cü ildə SSRİ Nazirlər Soveti, Maqnetit filizlərinin Sokolovsk və Sarbay yataqları əsasında Sokolovsko-Sarbay mədən və emalı istehsalat birliyinin tikintisinə başlamaq barədə qərar verdi. 1957-ci ilin avqustunda müəssisə Çelyabinsk metallurglarına ilk eşelon satıla bilən filiz göndərdi. 1995-ci ildə şirkət rəqabət qabiliyyətli məhsulların sərbəst buraxılması, Qazaxıstan iqtisadiyyatının inkişafında iştirakı və dünya iqtisadiyyatına inteqrasiyası üçün Beynəlxalq Şərq İnkişafı Fondundan Qızıl Kürə mükafatını, habelə ticarət mükafatını aldı prestij və Milli Marketinq İnstitutunun ən yaxşı markasıdır . == Müəssisənin tərkibi == İstehsalat birliyinə dörd açıq ocaq daxildir — Sokolovsk, Sarbay, Kaçarsk (əvvəlki adıyla Kaçarsk GOK) və Kurjunkulsk, Sokolovsk mədəni, dolomit mədənləri, filiz hazırlama və pelletləşdirmə kompleksləri, Alekseyev dolomit mədəni metal haddesi və mexaniki təmir zavodları. == Məhsullar və xidmətlər == Sokolovsko-Sarbay mədən və emal istehsalat birliyinin əsas məhsulları yüksək fırın istehsalı üçün xammal olan dəmir filizi qranulları və dəmir filizi konsentratıdır. Xammal Karaqanda Metallurgiya Zavoduna, Maqnitoqorsk Metalurji Zavoduna və bir sıra Çin müəssisələrə verilir. Dəmir filizi konsentratı şlak betonundan, əzilmiş xam filizdən, dolomit, əhəng daşı, çınqıldan istehsal olunur. Dərnək yalnız Qazaxıstanda deyil, həm də dəmir filizinin çıxarılması və emalı sahəsində də lider müəssisələrdən biridir. Bir hissəsi olan Sarıbay, Sokolov, Kaşar, Korjınkol mədənlərinin ümumi balans ehtiyatları 3,4 milyard ton təşkil edir.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Elmalı
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Fon emalı
Fon emalı – əsas (öncəlikli) məsələnin emalı zamanı yaranan qısamüddətli fasilələrdə bəzi əməliyyatların yerinə yetirilməsidir. Fon emalına misal olaraq sənədin çapı əməliyyatını göstərmək olar. Fon proqramı fon rejimində yerinə yetirilən, yaxud yerinə yetirilə bilən proqramdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntünün emalı
Görüntünün emalı – elektron görüntülərin maşın vasitəsilə analizi, emalı, saxlanması və əks etdirilməsi. Görüntünün emalı üç ardıcıl mərhələdən ibarətdir: giriş, emal və çıxış. Giriş (görüntünün qəbulu və rəqəmsallaşdırılması) zamanı qrafik görüntü parlaqlıq və ya rəng fərqlərini aşkarlamaq və kodlaşdırmaq yolu ilə kompüterin artıq emal edə biləcəyi ikilik kəmiyyətlərə çevrilir. Emalın növbəti mərhələsində görüntünü yaxşılaşdırmaq və onun elektron təsvirini (faylı) sıxmaq olar. Üçüncü mərhələ olan görüntünün çıxışı, emal olunmuş görüntünün hər hansı bir möhkəm daşıyıcıda (kağızda, kartonda, “plyonka”da və s.) əks etdirilməsindən (çapından) ibarətdir. Görüntülərin emalı məsələləri televiziya, kino sənayesi, CD-ROM texnologiyaları, tibb, havanın peyk xəritələrinin tərtib edilməsi, dənizlərin tədqiqi, süni intellekt, robototexnika və obrazların maşınla tanınması sahələrinin hamısı üçün səciyyəvidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hadisələrin emalı
Hadisələrin emalı – əməliyyat sistemlərinin Mac OS, Microsoft Windows, UNIX və OS/2 kimi güclü arxitekturalarında dəstəklənən proqram funksiyası. Əvvəllər proqramlar qarşılıqlı əlaqədə ola biləcəyi bütün qurğuları (məsələn: klaviatura, siçan, printer, disksürən, ardıcıl port) soruşmalı (mahiyyətcə qabaqcadan duymalı) idi. Proqram vasitəsi çox həssas deyildisə, tez-tez eyni anda baş verən iki hadisədən biri itə bilərdi. Hadisələrin emalı bu problemi həll etməyə imkan verir: ən tez-tez baş verən hadisələrin növbəsi təşkil edilir ki, onları da proqram ardıcıl olaraq emal edir (yeri gəlmişkən, hadisələrin bəzi tipləri daha yüksək öncəlikləri hesabına üstünlüyə malik ola bilər). Hadisələr konkret əməliyyat sisteminin müəyyənləşdirdiyi bir neçə tipdən birinə aid ola bilər: siçanın düyməsinin və ya klaviaturanın klavişinin basılması, diskin dəyişdirilməsi, siçanın pəncərədə çıqqıldadılması, qurğunun drayverindən informasiyanın alınması və s.
Eynallı
Eynallı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılmışdır.
Kamallı
Kamallı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Kamallı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Qaz Emalı Zavodu
Qaz Emalı Zavodu — təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirən zavod. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. == Yaranma tarixi istehsalat == Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir. Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 №li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. m³ təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə aparılmış rekonstruksiya işləri nəticəsində illik emal gücü 6,5 mlrd.
Təbii dilin emalı
Təbii dilin emalı (Natural Language Processing (NLP)) – süni intellekt və riyazi dilçiliyin ümumi istiqaməti; danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək. == Proqram təminatları == AlchemyAPI Expert System S.p.A. General Architecture for Text Engineering Modular Audio Recognition Framework MontyLingua Natural Language Toolkit) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlərin emalı sistemləri
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. == Mənbə == Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Kamal Kamallı
Kamal Vilayət oğlu Kamallı (16 noyabr 1995, Cicimli, Laçın rayonu – 16 iyun 2021, Şəki, Şəki rayonu) — İkinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Kamallı Kamal Vilayət oğlu 16 noyabr 1995-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2002-ci il 1 sentyabrda Əyyub Namazov adın Şəki rayon Şəki kəndində 1-ci sinifə getmiş, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində "N" saylı hərbi hissəsində xidmətdə olmuşdur. Subay idi. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 16.06.2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən naməlum səbəbdən Laçın rayonu Cicimli kəndində avtomobil qəzasına düşərək şəhid olmuşdurŞəki rayonunun Şəki kəndində torpağa tapşırılıb.
Əhməd Əhmədli
Əhməd Anar oğlu Əhmədli (20 yanvar 2001; Poladtuğay, Sabirabad — 3 oktyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Quru Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər. İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Əhməd Əhmədli 2001-ci il yanvarın 20-də Sabirabad rayonunun Poladtuğay kəndində Anar bəy və Güləbətin xanımın ailəsində anadan olub. 2007-ci ildə Salyan rayonu Azad İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan Əhməd Əhmədli, daha sonra təhsilini Sabirabad rayonu Mahir İsmayılov adına Poladtuğay kənd tam orta məktəbində davam etdirib və 2018-ci ildə elə həmin məktəbdən də məzun olub. == Hərbi xidməti == 2019-cu il yanvarın 6-da, 18 yaşının tamam olmasına 14 gün qalmış Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərildi. Hərbi xidmətini Quru Qoşunlarının Goranboy rayonunda yerləşən hərbi hissəsində atıcı vəzifəsində keçirdi. Azərbaycan Ordusunun əsgəri olan Əhməd Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Suqovuşan və Talış döyüşlərində savaşıb. Əhməd Əhmədli oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşinin tapılmaması səbəbindən uzun müddət itkin düşmüş hesab edilib. Şəhid olduqdan 3 ay 3 gün sonra Sabirabad rayonunun Poladtuğay kənd məzarlığında dəfn edilib.
Əhali
Əhali — Yer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-cü ildə — 1 mlrd, 1900-cü ildə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 10 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür. 1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir. == Dünyanın əhalicə ən böyük ölkələri == 2016-cı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr: == Əhali göstəriciləri == əhalinin sayı və onun artım dinamikası demoqrafik proseslərin intensivliyi: doğum, ölüm, təbii artım, kəbin yerləşmə, urbanizasiya, miqrasiya yaş-cins tərkibi və ailə göstəriciləri təhsil səviyyəsi irq, dil, etnos və din tərkibi ac adamların sayı, onların kəmiyyət və keyfiyyət göstəriciləri.Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60–70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.
Eynallı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı və türksoylu millət olan azərbaycanlılardan ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kəndin 1992-ci ildə 800–900 baş iribuynuzlu mal-qarası, 6–7 min baş xırda buynuzlu davan, meyvə və bostan məhsullan yetişdirmək üçün böyük bağ sahəsi var idi.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Mehmanlı (Çaroymaq)
Mehmanlı (fars. مهمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 249 nəfər yaşayır (55 ailə).
Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il — 1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir. Zavodun əsas texnoloji qurğusu 1976-cı ildə istismara buraxılmış ED-AV-6 elektrik duzsuzlaşdırma və mazutun vakuum distillə edilməsi blokları ilə birlikdə neftin ilkin emalı qurğusudur.
Metalların təzyiq altında emalı
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir. Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir.
Qaradağ Qaz Emalı Zavodu
Qaz Emalı Zavodu — təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirən zavod. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. == Yaranma tarixi istehsalat == Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir. Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 №li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. m³ təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə aparılmış rekonstruksiya işləri nəticəsində illik emal gücü 6,5 mlrd.
Mozır Neft Emalı Zavodu
Mozır Neft Emalı Zavodu (belar. Мазырскі нафтаперапрацоўчы завод) Belarusun iki neft emalı zavodundan biridir. Zavod Mozırın sənaye zonasında, şəhərin yaşayış massivlərindən 15 km cənubda yerləşir. 1988-ci ildə zavodla şəhəri birləşdirən tramvay sistemi işə salınıb. == Sahibkarlar və Rəhbərlər == Mozır Neft Emalı Zavodunun baş səhmdarları: • Belarus Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi — səhmlərin 42,76%-i; • NGK Slavneft ASC — səhmlərin 42,58%-i; • MNPZ plus MMC — səhmlərin 12,25%-i; • Fiziki şəxslər — səhmlərin 2,41%-i. 1996–2016-cı illər ərzində baş direktor vəzifəsini Anatoli Aleksandroviç Kupriyanov tuturdu. 20 avqust 2016-cı il tarixindən 28 mart 2017-ci il tarixinədək baş direktor vəzifəsində Krot Sergey Vladimiroviç idi. 29 mart 2017-ci ildən bu günə qədər isə baş direktor vəzifəsini Vitali Petroviç Pavlov yerinə yetirir. == İdarə heyəti == • Pavlov Vitali Petroviç — Baş direktor • Tukaç Sergey Vasilyeviç — Baş direktorun birinci müavini — baş mühəndis • Krot Sergey Vladimiroviç — Baş direktorun iqtisadiyyat və maliyyə üzrə müavini • Protasov Oleq Aleksandroviç – Baş direktorun xammal təchizatı və neft məhsullarının satışı üzrə müavini • Korobeynikova Natalya Valentinovna — Baş direktorun maddi-texniki məsələlər üzrə müavini • Teteruk Gennadi Viktoroviç — Baş direktorun ideoloji iş, kadr və sosial inkişaf üzrə müavini. == Tarixi == Neft emalı zavodunun tikintisinə 1971-ci ildə başlanılıb.
Əhmədli
Əhmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Hacı Qaraman çələbi Əhmədli — övliya Cəmil Əhmədli — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. Səlman Əhmədli — müəllim. Murtuza Əhmədli — Nazim Əhmədli — Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru Nəsir Əhmədli — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru.Yaşayış məntəqələri Əhmədli (Beyləqan) — Beyləqan rayonunda kənd. Əhmədli (Xətai) — Bakı şəhərinin Xətai rayonunda kənd. Əhmədli (Laçın) — Laçın rayonunda kənd. Əhmədli (Əhmədli, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Əmirvan, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Əhmədli (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Əhali coğrafiyası
Əhali coğrafiyası - iqtisadi coğrafiyanın əhalinin tərkibini, yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi.
Əhali iqtisadiyyatı
Əhali iqtisadiyyatı — demoqrafik proseslərin iqtisadiyyata təsirini araşdıran demoqrafiyanın bir qolu. İqtisadi demoqrafiya əvvəlcə həm sosial-iqtisadi şəraitin demoqrafik proseslərə təsirini, həm də demoqrafik amilin sosial-iqtisadi dinamikaya təsirini nəzərə alırdı. Hələ 1970-ci illərdə iqtisadi demoqrafiya, istehsal və istehlak prosesi ilə əlaqədar olaraq əhalinin yaş-cins quruluşunu araşdıran demoqrafik elmin bir hissəsi kimi başa düşülürdü . Bununla birlikdə, tədricən ilk istiqamət (tez-tez birbaşa təsir adlanır) "təmiz" demoqrafiyanın tədqiqat obyektinə çevrildi, iqtisadi demoqrafiyanın üstünlüyü isə demoqrafik proseslərin iqtisadi qiymətləndirilməsi (əks təsir) oldu. == Tarixi == İqtisadi demoqrafiya “demoqrafiya” termininin yalnız XIX əsrdə tətbiq olunduğunu nəzərə alsaq, nisbətən gənc bir elmdir. 1940-cı illərdə xarici elm adamları (əvvəlcə Amerikalı demoqraf S. Volfbayn) tərəfindən aparılan tədqiqatlar, sözdə iş dövrü cədvəllərinin və ya əhalinin iqtisadi fəaliyyət cədvəllərinin ortaya çıxmasına səbəb oldu. Fransız sosioloq Alfred Sovi ("üçüncü dünya" konsepsiyasının müəllifi) 1960-cı illərdə. çox ibtidai metodlarla da olsa nəslin "gəlirliliyini" tədqiq etdi. 1960-cı illərin əvvəllərində. Macar alimi E. Valkoviç iqtisadi yaş piramidalarının çox qiymətli metodu inkişaf etdirdi.
Əhali sıxlığı
== Dünya ölkələrinin əhali sıxlığı göstəriciləri ==
Əhmədli (Əhmədli, Daşkəsən)
Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı şahsevənlərin əhmədli tirəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd Mədəniyyət Evi fəaliyyət göstərir.Kənddə qədim türbə mövcuddur. == Təhsil == Kənddə Daşkəsən rayon Əhmədli kənd R. Qurbanov adına ümumi orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Elman Əli Əhməd
Elman Əli Əhməd (somali Cilmi Cali Axmed, ərəb. علم علي أحمد‎; Moqadişo – 9 mart 1996, Moqadişo) — somalili sahibkar və ictimai fəal. == Həyatı == Somalidə anadan olmuşdur. 9 mart 1996-cı ildə Moqadişoda vəfat etmişdir. == Fəaliyyəti == 1993-cü ildə onun tərəfindən "Elman" FK yaradılmışdır. == Ailəsi == Fartuun Adan ilə evli idi. Bu evlilikdən onların Almas, İlvad və İman adlı övladları olmuşdur.
Şeyx Əhməd Əhsai
Şeyx Əhməd Əhsai (ərəb. أحمد بن زين الدين الأحسائي‎) —Şeyxiyyə təriqətinin şeyxi. == Həyatı == Şeyx Əhməd 1753-cü ildə (hicrətin 1166-cı ilində) Fars körfəzinin qərbində, yəni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1773-cü (h. q.1186-cı) ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan Ağa Bağir Behbəhani, Seyyid Mehdi Bəhrul-ulum, Şeyx Cəfər Kaşiful-Ğita və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən Fətəli şah Qacar tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu Məhəmmədəli mirzə Dövlətşahinin dəvəti ilə Kermana gələrək üç il orada qalır. 1826-cı (h.q.1241-ci) ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. == Təlimi == Şeyx Əhməd Əhsainin təlimlərindəki əsas mövzular 12-ci İmam Mehdinin zühuru, İslam Elminin batiniliyi əsas yer tutmuşdur. Şeyxin fikrincə İmam Mehdi haqqında deyilən əlamətlər hərfi yox, rəmzi xarakterlidir.
Almaxanım Əhmədli
Almaxanım Vüqar qızı Əhmədli (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi. == Həyatı == Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006 - 2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub. == Fəaliyyəti == 2023-ci il 29 May Heydər Əliyev Sarayında Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub 2023-ci il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli “Bayatı- türk” muğam triosu ilə çıxış edib 2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir 2022-ci il 28-29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir 2021-ci ildə Moskvada konsert proqramında çıxış edib 2019-cu ildə Qüdsdə solo konsert verib 2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb 2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir. 2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur.
Aydın Əhmədli
Aydın Mustafa oğlu Əhmədli (12 mart 2002, Orta Zəyzid, Şəki rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydın Əhmədli 2002-ci il martın 12-dəŞəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2008–2017-ci illərdə Orta Zəyzid kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aydın Əhmədli 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aydın Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aydın Əhmədli oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Qandax kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aydın Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aydın Əhmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Əhmədli
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Cəmil Əhmədli
Əhmədli Cəmil Teymur oğlu (27 oktyabr 1931 – 9 fevral 2010) — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki seçilmişdir. == Həyatı == Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı bir müəllimin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C. Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C. Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi, lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə "Azadlıq və zərurət" mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən "Azadlıq və zərurət" (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi.1954–1956-cı illərdə Moskva Dövlət Universitetində, 1958–1962-ci illərdə Azərbaycan Sənaye İnstitutunda, 1963–1972-ci illərdə Bakı Ali Partiya Məktəbində, 1959–1974-cü illərdə Azərbaycan SSR EA-nın Aspiranturasında fəlsəfə kursundan dərs demişdir.1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi katib kimi fəaliyyət göstərmiş, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1958-ci ildən etibarən "Materialist dialektikanın qanun kateqoriyası" mövzusu üzərində çalışmış, 1963-cü ildə 20 çap vərəqi həcmində 2 böyük monoqrafiya çap etdirir. 1964-cü ildə bu əsərlər filosofun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.1966-cı ildə bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Fəlsəfə kafedrasının müdiri olan C. Əhmədli 1990-cı ilə qədər orada müdir vəzifəsində çalışmışdır.
Elməddin Əhmədli
Elməddin Gülverən oğlu Əhmədli (28 yanvar 1996, Təzəkənd, Biləsuvar rayonu – 19 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Elməddin Əhmədlidir. Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Əhmədli
Elşad Əhmədli (1 noyabr 1981) – Gəncə Dövlət Dram Teatrı. Baş rejissor == Həyatı == Əhmədov Elşad Eldar oğlu 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub , elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000–2002 ci il) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına "ÜFÜQ XXI" Eksperimental Tamaşalar Festivalında S.Bekketin "İlk məhəbbət" hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə,festivalın "Ən cəsarətli yaradıcılıq işi" nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə "Açıq Cəmiyyət İnstitutu" və "YUĞ" Teatrının birgə təşiklatçılığı ilə "MƏN , SƏN , BİZ " Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın "İstintaq" hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu "Sərgərdan" psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi "Eksperimental tamaşalar" festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir.
Elşən Əhmədli
Elşən Elbrus oğlu Əhmədli (11 iyul 1997, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəbi bitirmişdir. 2014–2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır. Elşən gülərüz, səmimi, mehriban xüsusiyyətlərinə görə müəllim kollektivi və şagird yoldaşları tərəfindən hər zaman hörmət və rəğbətlə qarşılanırdı. O, onu sevənlərin qəlbində həmişə igid və məğrur bir gənc kimi qalacaqdır. Subay idi. == Hərbi xidməti == Elşən Əhmədli 2019-ci ildə Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə xidmətini uğurla başa vurmuşdur.