1. Torpaq, kül kimi toz halında olan şeyləri bir şeylə ehmallı qazımaq, qarışdırmaq.
Kərim kişi … tonqalın közünü eşələyərək sözə başladı…
Qazan xan tonqalın kənarında oturub gözünü bir nöqtəyə zilləmiş, əlindəki çubuqla külü eşələyir.
2. Axtarmaq, araşdırmaq, əlləşdirmək, töküb-töküşdürmək, dağıtmaq.
Rüstəm bəy kitabları eşələyib bir əsər çıxardı: – Bax, bunu hər bir qadın oxumalıdır! – deyə bir kitab verdi.