Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlzaman Rəhimov
Elzamin Tağıyev
Elzamin Təhməzov
Əlizaman Rəhimov
Əlizaman İslamov
Alzamay
Alzamay (rus. Алзамай) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinin tərkibinə daxildir.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Elman Abbasov
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Elman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir. == Siyasi-ictimai fəaliyyəti == Elman Abbasov 01.06.1972-ci il tarixindən 05.05.1974-cü il tarixinədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçmiş və Ehtiyat zabit hazırlığı kursunun tank komandiri ixtisasını bitirdiyinə görə SSRİ Müdafiə Nazirinin 28.08.1974-cü il tarixli müvafiq əmrinə əsasən "Kiçik Leytenant" hərbi rütbəsi verilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Komandirinin 23.06.1979-cu il tarixli müvafiq əmri ilə "ehtiyatda olan leytenant" və 23.07.1984-cü il tarixli müvafiq əmri ilə "ehtiyatda olan baş leytenant" hərbi rütbəsi verilmişdir. Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin 20.09.1991-ci il tarixli Fərmanı ilə Elman Abbasov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.07.1992-ci il tarixli müvafiq əmri ilə o, 5-ci əlahiddə motoatıcı briqadanın komandiri vəzifəsinə təyin edilmiş və AR Müdafiə Nazinin 28.11.1992-ci il tarixli əmri tutduğu vəzifədən azad edilmişdir. O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır. Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Elman Abdullayev
Elman Telman oğlu Abdullayev (1976, Kirovabad) – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020). == Həyatı == 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib. 1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb. 18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb. Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir. İki övladı var.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. == Həyatı == Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. == Ailəsi == Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Elman Babaxanov
Elman Babayev
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Bədəlov
Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam – 25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır. 1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi. Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.
Elman Cavadov
== Siyahı ==
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Elman Eldaroğlu
Elman Eldaroğlu (tam adı: Elman Eldar oğlu Mustafayev) — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1973-1976-cı illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən 9 saylı orta məktəbdə ibtidai təhsilini alıb. 1976-1981-ci illərdə 17 saylı orta məktəbdə oxuyub. 8 illik təhsilni həmin məktəbdə başa vurduqdan sonra 1981-1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsilini davam etdirib, eyni zamanda "Sosialist Sumqayıtı" qəzetində fəaliyyət göstərmiş iki illik jurnalistika kursunda bu peşənin sirlərinə yiyələnərək, həmin qəzetin ştatdankənar müxbiri işləyib. 1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnistitutuna qəbul olunub. Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin yaradıcısı, "Yardımlının səsi" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. "Alın yazısı", "Bir yarpaq ömrü" şeir, "Bir elin övladları", "Ömrün Yardımlı döngəsi" publisistik kitabların və 20-dən çox maarifləndirici kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Elman Elsevər
Elman Elsevər (Elman İsaq oğlu Mirzəyev; 3 oktyabr 1948, Laçın) — SSRİ Jurnalistlər İttifaqının üzvü (1980). == Həyatı == Elman Mirzəyev 1948-ci il oktyabrın 3-də Laçın şəhərində ziyalı ailəsində anadan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında Kənd həyatı qəzetində çap olunub. 1966-cı ildə Laçın şəhər 1 saylı orta məktəbini bitirmiş, Laçın internat məktəbində kitabxanaçı işləmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kommunist", “Sovet kəndi”, "Bakı", “Azərbaycan gəncləri”, "Bakinskiy raboçi", Kənd həyatı, "Vışka", ”Molodyoj Azerbaydjana” qəzetlərində və "Kirpi", "Azərbaycan", "Ulduz" jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib.. 1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət heyətinə üzv seçilib. Bir müddət Maarif nazirliyinin nəşriyyatında korrektor, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdir.
Elman FK
"Elman" (ing. Elman FC) — Somalinin paytaxtı olan Moqadişo şəhərini təmsil edən peşəkar futbol klubu. Somali Birinci Divizionunda çıxış edir. Ev oyunlarını əsasən tutumu 35,000 nəfər olan Moqadişo Stadionunda keçirir. == Tarixi == Klub 1993-cü ildə somalili sahibkar və ictimai fəal Elman Əli Əhməd tərəfindən yaradılmışdır.
Elman Hasanov
Elman Hüseynov
Elman Süleyman oğlu Hüseynov (28 fevral 1952, Azad Qaraqoyunlu, Mirbəşir rayonu – 14 yanvar 1993, Vəngli, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982–1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir. Evli idi.
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Elman Həsənov
Elman Mehdiyev
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Əlizamin Mustafalı
Əlizamin Mustafayev
Əlizamin Mustafayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib Əlzamin Mustafayev 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 2 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində dəfn edilib.
Əlizamin Ramazanlı
Əlizamin Ümid oğlu Ramazanlı (9 may 2000; Bərdə rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi. Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əlizamin Sadıqov
Əlizamin Sadıqov (tam adı: Sadıqov Əlizamin;) — Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor 1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1991–1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib. 2000–2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib. 2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu, Barselona, İspaniya 2011-ci il Sart-Telman Universiteti Pulmonoloji təbabət 2011-ci il Praqa Universiteti Yuxu təbabəti (Sleep Medicine) 2012-ci il Arizona Universiteti, Pulmonar təbabət, Arizona, ABŞ Robert Weol Sohn Universiteti, Pulmonar təbabət, Nyu Cersi, ABŞ Vayskof Universiteti, İnvaziv Pulmonologiya 1983–1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb. 1987–1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb. 1995–2000-ci illərdə Salyan rayon Ağciyər xəstəlikləri dispanserində çalışmışdır. 200-dən çox elmi məqalənin müəllifidir. 60 jurnal məqaləsinin müəllifidir.
Əlizamin İsgəndərov
Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
Ərzuman Osmanov
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.