Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feofil
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Filfili
Filfili — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 50 km şimal-şərqdə, Xaçmaz kəndinin 10 km şimalında, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 1160 metrdir. Filfilli inzibati ərazi vahidinin mərkəzidir. Kəndin əhalisi (803 nəfər) heyvandarlıq, bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, poçt, 100 yerlik ATS, feldşer-mama məntəqəsi var. Kənddə ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xaçmaz dərəsi vasitəsilə Dağıstan sərhəddində yerləşən Fiy və Məlkəmud dağ aşırımlarına yol Filfilli kəndindən keçir. Kəndin ərazisində qədim və orta əsrlərə aid edilən arxeoloji və memarlıq abidələrindən Surxayxan qalası (XVIII əsr), Qalabaşı yaşayış yeri (XVI-XVIII əsrlər), qədim qəbiristanlıq var. Bu abidələrdən birinci ikisinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.
Kulfi
Kulfi (həmçinin xulfi və ya qulfi kimidə yazılır; Hindistanicə: क़ुल्फ़ी və ya قلفی) — Hindistan yarımqitəsində məşhur dondurulmuş süd məhsullarından hazırlanan desert.Adətən "Hindistan yarımqitəsinin ənənəvi dondurması" kimi təsvir olunur.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Natrium sulfid
Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir.Kimyəvi formulu- Na2S. Natrium sulfid-oksigensiz duzdur. == Alınması == Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır. Na2SO4+4H2→Na2S+4H2O Na2SO4+4C→Na2S+4CO Na2SO4+4CO→ Na2S+4CO2 == Fiziki xassələri == Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir. Ion dəyişmə reaksiyalarına girir.
Natrium sulfit
Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir. == Alınması == Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından: Na2CO3+SO2 → Na2SO3+ CO2Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla: NaHSO3+ NaOH → Na2SO3 + H2ONatrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından : 2NaOH +SO2 → Na2SO3 + H2O == Xassələri == Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir:2Na2SO3+ O2 → 2Na2SO42. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır: Na2SO3+ S → Na2S2O3Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur: Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır:4 Na2SO3 →t Na2S + 3Na2SO4 == Tətbiqi == Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.
Sulfit anhidridi
Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir). Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.
Sulfit turşusu
Sulfit turşusu – H2SO3 orta qüvvətli iki əsaslı turşudur, çox zəif, davamsız turşudur və ancaq duru məhlullarında mövcuddur. Qatı məhlullarında o, kükürd dioksidə və suya parçalanır. == Alınması == Kükürd dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir: SO2 + H2O ←→ H2SO3Sulfit turşusu davamsız maddə olduğundan yalnız məhlulda mövcuddur. == Kimyəvi xassələri == Suda iki mərhələdə dissosiyasiya edir: H2SO3 ←→ H++HSO3- HSO3←→H++SO32-Və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir: 2NaOH + H2SO3 →Na2SO3 + 2H2O NaOH + H2SO3 → NaHSO2 + H2OSulfit turşusu qüvvətli reduksiyaedicidir H2SO3 + Cl2 + H2O → 2HCl + H2SO4Çox qüvvətli reduksiyaedicilərlə H2SO3 özünü oksidləşdirici kimi aparır: 2H2S + H2SO3 → 3S↓ + 3H2O Hidrosulfitləri qızdırdıqda pirosulfitə. Pirosulfit turşusu H2S2O5 (disulfit turşusu) sərbəst halda məlum deyil. 2KHSO3 → K2S2O5 + H2O Polyar SO2 molekulları suda yaxşı həll olur. Sulfit turşusu, kükürd dioksid kimi reduksiyaedici kimi xassəyə malikdir. Güclü reduksiyaedicilər iştirak etdikdə isə özünü oksidləşdirici kimi aparır. == Tətbiqi == Sulfit turşusunun duzlarından Na2SO3 natrium-tiosulfatın alınmasında, NaHSO3 - ağardılmış parçadan xlorun artığının çıxarılmasında,həmçinin kalsium – hidrosulfitlə Ca(HSO3)2 birlikdə-oduncaqdan sellülozanın çıxarılmasında istifadə olunur. == İstinadlar == N.A. Verdizadə, K.Ə. Quliyev, Ş.Ə. Quliyev və b.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. == Həmçinin bax == Hava Təbii qaz Fumarollar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Qurğuşun(II) sulfid
Qurğuşun(II) sulfid PbS formullu mürəkkəb qeyri-üzvi maddədir.O, elektron qurğularda az istifadə olunur.PbS həmçinin qalenit də adlanır. == Strukturu, əsas xüsusiyyətləri == Qurğuşun ionlarını həll etmək üçün sulfid duzları və ya hidrogen-sulfid alavə olunur.
Full Moon Hotel
Full Moon Hotel — Azərbaycanın paytaxtı Bakıda tikilməsi planlaşdırılan otel idi. Otelin tikintisinə 2012-ci ildə başlanması planlaşdırılırdı, hündürlüyü 120 metr və 35 mərtəbə olacaqdı. Otel əvvəlcə kənarları yuvarlaqlaşdırılmış disk və yuxarı künclərdən birində deşik olan, baxış bucaqlarından köklü şəkildə fərqli görünən aspektləri olan bir dizayn kimi ortaya çıxdı. Yuxarı küncündəki bu dəlik Ölüm Ulduzunu xatırladırdı, lakin yan tərəfdən adi şüşə qüllə kimi görünürdü. Full Moon Hotel şəhərin 21-ci əsr memarlığının yeni Dubayına töhfə verən Port Baku binalarının qarşısında Bakı buxtası ətrafında tikilməkdə olan Aypara Tower qarşısında planlaşdırılmışdı. Lakin binanın korpusu tamamlanmaq üzrə olduğu üçün orijinal dizayndan imtina edərək daha çox nəhəng Suzanbağı çiçəyinə bənzəyən dizayna üstünlük verildi. Hazırda binanın planlı torpaq sahəsində tikilmiş Dəniz Mall var.
Məhəmməd Füleyfil
Məhəmməd Füleyfil (ərəb. محمد فليفل‎; 1899, Beyrut – 1985) — Livan bəstəkarı. İraq himninin ("Mövtini") və Suriya himninin ("Hümat əd-Diyar") musiqisini yazmışdır.
İradə Gülfir
İradə Gülfir (Quluyeva İradə Gülməmməd qızı) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Mərkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının 7 qat qalibi, bir çox müsabiqələrin laureatı, 11 kitabın müəllifi. == Həyatı == İradə Gülfir 1958-ci il dekabr ayının 25-də Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır. == Yaradıcılığı == İradə Gülfir 11 adda kitabın müəllifidir. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə 1-ci dərəcəli diplomçudur. 1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki rayonlararası Təşkilatında çalışır və hal-hazırda da həmin təşkilatın sədridir.
Zülfi Hacıyev
Zülfi Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi. == Həyatı == Zülfi Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilmişdir.O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi. == Mükafatları == "Qırmızı əmək bayrağı" ordeni — "Xalqlar Dostluğu" ordeni — "Şərəf nişanı" ordeni — Azərbaycanın əməkdar inşaatçısı — == Xatirəsi == === Adının əbədiləşdirilməsi === Zülfi Hacıyev qeyrətimiz Qarabağ yolunda qəhrəmanlıqla şəhid olsa da onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Sumqayıtda izi qalan Zülfi müəllimin adı əbədiləşdirilmişdir. Sumqayıtda on dörd il işlədiyi trestə, tikdirdiyi on beş orta məktəbdən birinə, saldırdığı ən geniş, yaraşıqlı küçələrdən birinə Zülfi Saleh oğlu Hacıyevin adı verilmişdir.
Zülfi Sadıxov
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü. == Həyatı == Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 25 mart 2023-cü ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu.