Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ghods Saeghe
İranın zərbə tipli “Ghods Saeghe” PUA-sı 2013-cü ildə Tehrandakı “Qhods Aviation” şirkətində hazırlanaraq istehsal edilib. PUA hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında istifadə olunur. == Konstruksiyası == “Saeghe” aşağıda quraşdırılan delta qanadlara və uzunsov füzelyaja malikdir. İdarəetmə pərləri üfüqi stabilizator üzərində yerləşir. “Saeghe” tamamilə kompozit materialdan hazırlanır. PUA-nın konfiqurasiyasında 18.6 kVt (25 at gücündə) WAE-342 itələyici mühərrikdən istifadə edilir. Onun buraxılması üçün JATO adlanan qısa metal qollara malik katapultdan istifadə edilirdi. Pilotsuz vasitə quruya və ya suya paraşütlə enə bilir. == Versiyaları == “Saeghe” PUA-ları iki versiyada istehsal edilib. Birincisi, yalnız radio vasitəsilə idarəetmə sisteminə, digəri isə GPS və IR şüalanmalı idarəetmə sisteminə malikdir.
Hoods Entertainment
Hoods Entertainment (フッズエンタテインメント, Fuzzu Entateinmento) — Yaponiya animasiya studiyası. == İşləri == Aki Sora (OVA, 2009) Aki Sora ~Yume no Naka~ (OVA, 2010) The Qwaser of Stigmata (Anime serialı, 2010) The Qwaser of Stigmata : Portrait of the Empress (OVA, 2010) Manyū Hiken-chō (anime serialı, 2011) The Qwaser of Stigmata II (anime serialı, 2011) Mysterious Girlfriend X (anime serialı, OVA, 2012) BlazBlue Alter Memory (anime serialı, 2013) Fantasista Doll (anime serialı, 2013) Rescue Me!
Tarin Voods
Tarin Voods (d. 12 avqust 1975) — Avstraliyanı təmsil edən su poloçusu. Tarin Voods, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Tarin Voods, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
Good! Afternoon
good! Afternoon (good! アフタヌーン, Guddo! Afutanūn) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası antologiyası. 7 noyabr 2008-ci ildə təsis edilmişdir. Aylıq manqa jurnalına 2012-ci ilin sonunda çıxmış 25-ci sayda çevrilmişdir. Hər buraxılışı müxtəlif manqakaların müəllifi olduğu 25 hekayəni əhatə edir və 800 səhifədən ibarət olur. Hər buraxılışının qiyməti 680 yen təşkil edir. Kodansha nəşriyyatının digər uğurlu manqa jurnalı olan "Monthly Afternoon" jurnalının bacı jurnalı hesab olunur. == Manqa və manqakalar == Tsutomu Takahaşi Jiraishin Diablo Hiroaki Vakamiya Loveplus Kanojo no Kakao Asuka Katsura (rəsm) & İsuna Hasekura (hekayə) Billionaire Girl GoRA & Minato SAKI K: Stray Dog Story Motoy Yoşida Natsu no Zenjitsu Masayuki İşikava Junketsu no Maria Junketsu no Maria Exhibition Moare Oota Teppu Mohiro Kito Nani ka mochigatte masu ka İsaki Uta Sayabito Saburota Jūō Mujin no Fafnir Tsunina Miura Ajin: Demi-Human Qido Amaqakure Amaama to Inazuma Çiyomaru Şikura Occultic;Nine == İstinadlar == == Xarici keçidlər == kc.kodansha.co.jp/magazine/index.php/13872 — Good!
Good Reads
Goodreads özəl mülkiyyətdə olan sosial kataloq saytıdır. 2006-cı ilin dekabrında proqram təminatı mühəndisi və sahibkar Otis Çandler tərəfindən yaradılıb. Veb-sayt istifadəçilərə saytda qeydiyyatdan keçərək kitablar əlavə edə, onlayn kitabxana və oxucu siyahılarını yaratmağa imkan verir. Saytda həmçinin istifadəçilər kitab təklifləri üçün qruplar yarada və müzakirələr edə bilərlər. Artıq 1 il sonra 2007-ci ilin dekabrında saytda 650 000-dən çox üzv və 10 milyondan çox kitab var idi.. 2012-ci ilin iyuluna olan statistikaya əsasən saytın 10 milyondan çox üzvü və aylıq 20 milyondan çox ziyarətçisi var.
Məhəmməd Saed
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. == Həyatı == Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Sahed İdovu
Sahed İdovu (3 yanvar 1990) — Konqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Sahed İdovu Konqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Woods of Ypres
Woods of Ypres — 2002-ci ildə Devid Qold, Aaron Palmer və Brayan MakManus tərəfindən yaradılan Kanada metal musiqi qrupu. == Haqqında == Qrup blek-metal və dum-metal janrında mahnılar ifa edib. 2002-ci ildə "Against the Seasons: Cold Winter Songs from the Dead Summer Heat" adlı ilk demo albomunu çıxarıb. 2003-cü ildə isə artıq konsertlərdə çıxış etməyə başlayıb. 2003-cü ildə Devid Qold Torontoya köçərək albom yazmağa başlayıb və qrup 2004-cü ildə "Krankenhaus Records" səsyazma studiyasında "Pursuit of the Sun & Allure of the Earth" adlı ən mükəmməl albomunu çıxardaraq özünə geniş dinləyici kütləsi toplayıb. == Qrupun fəaliyyətini dayandırması və David Goldun ölümü == 21 dekabr 2011-ci ildə "Woods of Ypres" qrupunun vokalisti və qurucusu Devid Qold Ontario əyaləti yaxınlığında avtomobil qəzası nəticəsində 31 yaşında vəfat edib. 2012-ci ildə qrup Avropa turuna çıxmağı planlaşdırsa da Davidin ölümündən sonra fəaliyyətini dayandırıb. Buna baxmayaraq "Woods of Ypres" qrupunun 5-ci və sonuncu albomu "Woods 5: Grey Skies & Electric Light" 2012-ci il fevralın 27-də Avropada, iki ay sonra isə Şimali Amerikada buraxılıb.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Heb-Sed
Heb-Sed və ya Sed Bayramı ("quyruq bayramı") Qədim Misirdə ən qədim və qədim dövrlərə aid hökümdarın şərəfinə təşkil olunan bir mərasimdir. Bu mərasim Ptolomey dövrünə qədər hökumdarların həyatında onların təqdimatı üçün mühüm hadisə sayılırdı. Bayram xüsusən fironun hökumranlığının otuzuncu ilindən başlayaraq üç ildən bir keçirilərmiş. Bu qədim mərasim hələ firon Den və Coserin zamanında qeyd olunmuşdur. Təkcə hökumdar Xatşeptsut Heb-Sed mərasimini vaxtından əvvəl, Hökumranlığının XVI ilindən başlayaraq qeyd etmişdir. Bu mərasimdə məqsəd hökumdar səltənətinin nəyə qadir olmasını göstərmək olmuşdur. Mərasimin ilkin yaranma səbəbi tam izah edilməmişdir. Bəzi misirşünaslar qeyd edirlər ki, mərasimin qayəsi yaşlaşmış və qocalmış hökumdarın hakimiyyət dövrünün yubiley kimi qeyd etməklə yanaşı onun öldürülərək cavan hökumdarla əvəz etdirilməsi olmuşdur. Afrika xalqları arasında hökumdarın bu şəkildə öldürülməsi müasir dövrlərə qədər gəlib çatmışdır. Bayramın əsas elementi heyvan quyruğu olmuş sonrakı dövrlərdə onu ced əvəz etmişdir.
Qulam Murtaza Syed
Qulam Murtaza Syed (17 yanvar 1904 – 25 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib. == Haqqında == === Uşaqlığı: 1904-1915-ci illər === Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi.
Gods of Football
Gods of Football - üzərində Avstraliyanın ən seksual futbolçuları və Reqbi Liqası oyunçularının əks olunduğu, Naked For A Cause'un tərkib hissəsi sayılan populyar illik divar təqvimidir. Kampaniya MakQreyt Fondu tərəfindən düzənlənən döş xərçənginin tədqiqatı üçün pul toplamaq və insanlar arasında bu problemi daha yaxşı məlumatlandırmaq məqsədilə çılpaq təqvimin istehsalını təşkil etmişdi. Layihənin fotoqrafı və yaradıcı direktoru Pedro Virgildir. Təqvimi yaratmaq təşəbbüsü 14 avqust 2008-ci ildə, The Footy Show adlı idman yarışması zamanı başlamışdır. Seçilən oyunçuların ilk fotoları profildə verilmişdir və hər həftə yenilənən şəkillər həmçinin Avstraliyanın Sunday Telegraph qəzetində də dərc edilmişdir. Ümumilikdə 40 nəfərdən ibarət Reqbi Liqa oyunçuları və futbolçular çılpaq poza üçün dəvət olunmuşdu. Təhrikedici xarakterli kömək toplama kampaniyası gənc idmançıların məşhur kişi beynəlxalq təqvimlərində çox uğurlu transformasiyası idi. Aydın şəkildə çılpaqlığı özündə göstərən təqvimin bəzi müxalifyönümlü insanlar tərəfindən mənfi yanaşmalarına baxmayaraq, o bütövlükdə insanlar arasında çox sevildi. Təqvimlər 2008, 2009 (Reqbi Liqa Təqvimi / Avstraliya Qaydalı Oyunlar Təqvimi / Beynəlxalq Təqvim), 2010, 2011, 2012 və 2013-cü ildə buraxılmışdır. Təqvimi həmçinin 2009-cu ildə Qrent Kerrol tərəfindən DVD formatda hazırlanmış film və bəzən Naked For A Cause'da azad şəkillərin yayılması müşayiət edir.
Good Bye, Lenin!
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. == Məzmun == ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Good Morning, Mickey!
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Good Morning, Mickey!
Just Good Friends
Just Good Friends — Maykl Ceksonun mahnısı.
Brey-Hed burnu
Brey-Hed burnu (irl. Ceann Bhré) — İrlandiyanın Viklou qraflığı ərazisində, Brey və Qreystoun şəhərləri arasında yerləşən burun və zirvə. Burunun maksimal hündürlüyü 241 metyrdir. Zirvə Viklou silsiləsinin davamını təşkil edir. Zirvədə iri xaç quraşdırılmışdır. sahil qayalıqları boyunca İsambard Kinqdom Brunel təreəfindən hazırlanmış dəmiryolu keşir. Burun və onun ətrafı 2008-ci ildə xüsusi qorunan təbiət ərazisi elan edilmişdir.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
Flamboro-Hed burnunda döyüş
Flamboro-Hed burnunda döyüş (ing. Battle of Flamborough Head) — Amerika İnqilab Müharibəsi illərində ABŞ-dəki ən məşhur dəniz döyüşü. Komodor Con Pol Cons Bonne Hommedə Riçard Kapitan Pirsonu (HMS Serapis) məğlub etdi.Sonradan döyüş çox əfsanələrlə əhatə olundu və Amerika Donanmasının doğulmasının simvolu oldu. == Franko-Amerika eskadronu == 1779-cu il sentyabr ayında 14 Avqust 1779-cu ildə Amerika Kontinental Donanmasının kapitanı Con Pol Consun komandanlığı altında Fransadakı L'Orient-in Groix-dəki ankrajdan çıxmış yeddi güclü eskadrondan qalan dörd gəmi Şotlandiyanın şimalını əhatə edən və İngiltərənin şərq sahilində yerləşən İrlandiya yolundan qısa bir dayanacaqdan çıxaraq mümkün olduqca daha çox xarabalıqlar yaratdı. Amerika bayrağı altında üzməsinə baxmayaraq bütün gəmilərə, Fransanın kapitanları ilə birlikdə, Amesböri, Massaçusettsdə xüsusi olaraq Kontinental Dəniz Qüvvələri üçün inşa edilmiş İttifaq istisna olmaqla (Fransız kapitanı da var idi)Fransa tərəfindən borc verildi və ya bağışladı. Ekipaj heyətinə amerikalılar, fransız könüllüləri, əvvəllər amerikalılar tərəfindən əsir götürülmüş və əsirlikdən qurtulma şansını təklif edən şöhrət və ya mükafat pulu axtaran bir çox insan daxil idi. 22 sentyabr axşamı, Bonhomme Riçardda Cons (hərbi istifadəyə həvəssiz uyğunlaşdırılmış silahlı Şərqi Hindistan ticarət gəmisi),Kapitan Filipp Nikolas Ricotun rəhbərliyindəki kiçik briqantine intiqamı ilə müşaiət olunan Humber estuarından çıxan bir neçə mükafat qazanmağı ümid edərək, Spurn Heddən ayrıldı,lakin o, qaranlıq saatlarda şimala tərəf getmək qərarına gəldi və sahildən daha bir tərəfə ayrılmış fırqateyn Allians və Pallas ilə yola davam etdi. Gecə yarısından qısa müddət sonra iki gəmi göründü, buna görə siqnal fənərləri qoyuldu. Yadlar onları eskadronun üzvləri kimi müəyyənləşdirən cavabı vermədi. Consun komandası dördüncü yerə çağırıldı, lakin gündüz yaxınlaşdıqda, səhər 5:30 mizzan mastın üstünə bayraq qaldırıldı, sirr gəmiləri nəhayət özlərini Allians və Pallas olaraq təyin etdilər.
She Got Me (mahnı)
She Got Me (azərb. Məni tutdu‎) — İsveçrənin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker və eyni zamanda Mak Frazer, Luka Henni, Con Hellqren və Lukas Hellqren tərəfindən bəstələnmişdir.
She and Her Cat
She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫, azərb. O və onun pişiyi‎) – Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir. Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir.
Əhəd
Əhəd — kişi adı. Əhəd Əliyev — Azərbaycan qarmonçusu. Əhəd Kərimov — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı Əhəd Hüseyni — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam. Əhəd Yaqubov — geologiya-mineralogiya elmləri doktoru (1941) Əhəd Muxtar — tərcüməçi. Əhəd Rəhmanzadə — iqtisad elmləri doktoru, professor.
Good bye, Lenin! (film, 2003)
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. == Məzmun == ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Love Never Felt So Good
Love Never Felt So Good — Maykl Ceksonun ölümündən sonra yayımlanan ikinci studiya albomu olan Xscape albomunda yer alan mahnı. Albomdakı ilk sinql olaraq 2 may 2014-cü ildə yayımlanmışdır. Castin Timberleyklə duet versiyası diskin delüks versiyasına daxil edilmişdir. Mahnı ilk dəfə 1980-cü ildə yazılmış, 2013-2014-cü illərdə yenidən işlənmişdir. Mahnının müəllifləri Maykl Cekson və bəstəkar Pol Ankadır. "Love Never Felt So Good" amerikan Billboard Hot 100 çartında doqquzuncu yerədək yüksəldi və beləliklə Maykl Cekson 1971-ci ildən başlayaraq ard-arda beş onillik ərzində çartların ilk onluğuna daxil olan yeganə çart kimi tarixə düşdü.
Back For Good (Modern Talking albomu)
Ready for Romance (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Good Guys Only Win In Movies
Good Guys Only Win in Movies (azərb. Yaxşı Oğlanlar Yalnız Filmlərdə Qalib Gəlir‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == Mahnının sözlərinin bəziləri "Ulduz yolu: Orijinal serial"ın epizodlarındakı cümlələrdən ibarətdir: "...Computerized half-breed", "My mother was a teacher", "I was happy": "Cənnətin bu tərəfi" filmindən (ing. This Side of Paradise) "Including the captain": "Dönüş Bədəməli" filmindən (ing. Turnabout Intruder) "Ahead warp factor one, Mister Sulu": "Sahil Məzuniyyəti" filmindən (ing. Shore Leave) "I read no evidence of malfunction": "Edenə yol" filmindən (ing.
Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
Gomes
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 29 oktyabr 1768 – 13 yanvar 1823, Lissabon) — Portuqaliyalı həkim, kimyaçı, botanik və parazitoloq. == Bəzi elmi əsərləri == Gomes, B.A. Memoria sobre a ipecacuanha fuca do Brasil. — Lisboa, 1801. — 33 p. Gomes, B.A. Observationes botanico-medicae de nonnullis Brasiliae plantis. — Liboa/Olisipone, 1803. Gomes, B.A. Memoria sobre a canella do Rio de Janeiro offerecida. — Rio de Janeiro, 1809. — 51 p.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Aleksey Şved
Aleksey Viktoroviç Şved (16 dekabr 1988, Belqorod) — Ximki komandasında oynayan rusiyalı peşəkar basketbolçu. Ximki komandasına qədər isə o, üç mövsümü NBA-da keçirdi: iki ili Minnesota Timbervulvz komandasında, üçüncü ili isə (2014/2015) birdən-birə üç klubda — Filadelfiya Seventi Siksers, Hyuston Rokets və Nyu-York Niksdə iştirak edib. Rusiya basketbol çempionatında 2010/11-ci ildə ən çox inkişaf edən oyunçu seçilmişdir. Rusiya basketbol komandası ilə 2012 Olimpiya Oyunlarının və 2011 Avropa çempionatının bürünc medallarının sahibidir. 20 avqust 2012-ci ildə Rusiya Milli Basketbol Komandasının 2012 Olimpiadasında müvəffəqiyyətli bir çıxışından sonra (Alekseyin son saniyələrdə atdığı üç xallıq atışı Argentina yığmasına qarşı həlledici oldu və komandası 3-cü yerə sahib oldu) Şved "Rusiyanın əməkdar idman ustası" adına layiq görüldü. == Karyerası == Belqorod şəhər 1 nömrəli İdman məktəbində basketbol oynamağa başlamışdır. Alekseyin ilk məşqçisi atası Viktor Nikolayeviç Şved idi. O, həmçinin Anatoli Steinbok ilə məşq edirdi. Hücum edən müdafiəçi mövqeyində oynayırdı. "Conti" (Sankt-Peterburq), "Petrel" (Belqorod), CSKA (Moskva), "Ximki" nin gənclər komandalarında oynamışdır.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Maryan Şved
Maryan Vasilyoviç Şved (ukr. Мар’ян Васильович Швед; 16 iyul 1997, Nikolayev[d], Lvov vilayəti) — İspaniya təmsilçilərindən olan Sevilya Atletiko klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Ukrayna futbolçusudur. == Karyerası == === Karpati Lvov === Şved Lvov Oblastın Mikolaiv şəhərində anadan olmuşdur. Şved Karpati Lvov gənclər akademiyasının yetirməsidir. O, yeddi yaşında olarkən bu akademiyaya qəbul edilmişdir. Onun ilk məşqçisi Vasil Leskiv olmuşdur. Şved Karpati klubu ilə debütünü 1 mart 2015-ci ildə Ukrayna Premyer Liqasında Metallurq Donetsk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Kiyevin Obolon Arenada keçirilən görüşdə Karpati rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. O, ilk qollarını 26 aprel 2015-ci ildə Olimpik Donetsk klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.
Səəd Həriri
Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur. Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Əhəd Abıyev
Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023), Azərbaycan Respublikasının Milli Məclisi I, II və III çağırış deputatı. == Həyatı == Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Əhəd Ağayev
Əhəd Bilal oğlu Ağayev (16 yanvar 1986, Motalayataq, Astara rayonu – 1 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağayev Əhəd Bilal oğlu 16 yanvar 1986-cı ildə Astara rayonunun Motalayataq kəndində anadan olmuşdur. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əhəd Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əhəd Ağayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhəd Canəhmədov
Əhəd Canəhmədov (23 oktyabr 1946, Xızı rayonu) — mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti == Həyatı == Tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan Canəhmədov Əhəd Xanəhməd oğlu 23 oktyabr 1946-cı ildə Azərbaycan Respublikası Xızı rayonunun Baxşılı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) neft-mexanika fakültəsini bitirib. 1970–1972-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1991-ci ildə isə professor rütbəsinə təsdiq olunub. Tribologiya elmi sahəsində azərbaycanın ilk elmlər doktorudur. 1975–76-cı illərdə Böyük Britaniyada elmi stajkeçmədə olub. 1973–2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982–1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında "Nəqliyyat mexanikası" kafedrasının müdiridir. 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib.
Əhəd Hüseyni
Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam.İtaliya və Fransada heykəltaraşlıq dərsi almışdır. == Həyatı == Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. == Yaradıcılığı == === İran dövrü === 2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır. 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.
Əhəd Kərimov
Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, DQMV – 2006 və ya 2007) — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi. == Həyatı == Əhəd Kərimov 1940-cı ildə Umudlu kəndində anadan olmuşdur. == Siyasi fəaliyyəti == Əhəd Kərimov sırası ilə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi olmuşdur. Əhəd Kərimov 1980-ci ildə 312 nömrəli Laçın seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı seçilmiş, parlamentdə Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.
Əhəd Muxtar
Əhədulla Muxtar oğlu Qənbərov (1937, Kakalos, Astara rayonu – 1998) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib. == Həyatı == Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kokolos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub.
Əhəd Nəbiyev
Nəbiyev Əhəd Əli oğlu (1948, Səfərəliyev) — biologiya elmləri doktoru (1993), professor. == Həyatı == 1948–ci ildə Samux rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasına daxil olmuş və 1972-ci ildə həmin ixtisas üzrə institutu əla qiymətlərlə bitirmişdir. 1978-ci ildə Azərbaycan Texnologiyası İnstitutunda laboratoriya müdiri kimi işə başlamışdır. 1983-cü ildə namizədlik, 1993-cü ildə doktorluq disertasiyalarını müdafiə etmişdir. Onun tədqiqat işlərinin hamısı bilavasitə şərabçılıqla bağlıdır və onların əsas məqamları aşağıdakılardır; İntroduksiya olunmuş texniki üzüm sortlarından müxtəlif növ şərab hazırlanması texnologiyasının istiqamətinin müəyyənləşdirilməsi; Konyak spirtinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə ilk dəfə olaraq yeni texnologiya əsasında konyak-şərab materialı istehsalı texnologiyası; Süfrə üzüm sortlarının məhsulunun uzun müddət keyfiyyətli saxlanmasının biokimyəvi əsasları. Müəyyən olunmuşdur ki, fenol maddələri ilə zəngin olan üzüm sortları saxlanma üçün daha yararlıdır. Üzümün saxlanmasında fenol maddələrinin antioksidant və antimikrob xassələri tədqiq edilmişdir.
Əhəd Rəhmanzadə
Əhəd Əliəhməddin oğlu Rəhmanzadə — iqtisad elmləri doktoru, professor. == Həyatı == Rəhmanzadə Əhəd 1939-cu ildə Tehranda doğulmuşdur. Bonn Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Rəhmanzadənin ailəsi 30-cu illərdə sovet vətəndaşlığı olmadıqlarına görə Bakıdan İrana deportasiya olunmuşdur. Əhəd burada doğulub təhsil almışdır. 1959-cu ildə Köln şəhərinə gələrək bir il hazırlıq kursunda oxuduqdan sonra ali məktəbə qəbul olunmuşdur. Universiteti fərqlənmə ilə bitirdikdən sonra ona Bonn və Kassel universitetlərinin iqtisad fakültələrində dərs demək təklif olunmuşdur. 1974–1979-cu illərdə Ə.Rəhmanzadə eyni zamanda Almaniya federativ respublikasının iqtisadi inkişaf nazirliyində başekspert olur. O, çoxsaylı elmi əsərlərin, habelə "İnkişaf edən ölkələrin iqtisadiyyatı", "Dünyaərzaq balansı", "Üçüncü dünya ölkələri iqtisadi razılaşmaaxtarışları", "Üçüncü dünya ölkələrinin sosial-iqtisadi inteqrasiyası", "Üçüncü dünya ölkələrinin siyasi razılaşma axtarışları" kimi 10-dan artıq monoqrafiyanın müəllifidir. Əhəd Əliəhməddin oğlu Rəhmanzadənin qardaşlarından biri, Rəhim Əliəhməddin oğlu görkəmli alman alimi, həkim-cərrah, tibb elmləri doktoru, professor, Ümumalman Cərrahlar Cəmiyyətinin prezidenti olmaqla, Berlində yaşayır.
Əhəd Yaqubov
Əhəd Ələkbər oğlu Yaqubov (1908, Bakı – 1979) — geologiya-mineralogiya elmləri doktoru (1941), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1947), akademik, ictimai xadim, pedaqoq. == Haqqında == Əhəd Yaqubov Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Dağ-mədən fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1941-ci ildə "Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Əmək fəaliyyəti == Əhəd Yaqubov əmək fəaliyyətinə 1934-cü ildə SSRİ EA Azərbaycan filialında başlamışdır. O, palçıq vulkanlarının inkişaf etdiyi sahələrin stratiqrafiyası, tektonikası, neft-qazlılığı, qazların, neftlərin, lay sularının geokimyəvi xarakteristikası sahəsində tədqiqatlar aparmışdır. 1937–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini işləmişdir. Habelə Əhəd Yaqubov Azərbaycan KP MK neft üzrə katibi vəzifəsini icra etmişdir. O, 25 ildən artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya və neft-qaz yataqlarının axtarışı kafedrasına rəhbərlik etmişdir. Əhəd Yaqubov 1944–1946-cı illərdə SSRİ-nin İran Səfirliyində məsləhətçi olmuş, daha sonra Azərbaycan KP MK neft sənayesi üzrə katibinin müavini və şöbə müdiri vəzifəsini təyin edilmişdir.
Əhəd İsmayılov
Əhəd Hüseyn oğlu İsmayılov (5 may 1918, Tovuz rayonu – 1986) — Azərbaycan alimi, texnika elmlər doktoru, professor. == Həyatı == Ə. H. İsmayılov 1918-ci il may ayının 5-də Tovuzda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil almışdır. II Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildən Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis və baş mühəndis vəzifələrində işləmişdir. 1955-ci ildə kimya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1957-ci ildə böyük elmi işçi dərəcəsinə layiq görülmüşdür. 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, 1965–1986-cı illərdə isə "Yanacaqların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == 1972-ci ildə "Karbamidin izopropil spirtdəki məhlulu ilə yanacaqların və az özlülüklü yağların deparafinsizləşməsi prosesinin sənayedə yaradılması, texnologiyasının işlənib hazırlanması və tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Yanacağın və qazın texnologiyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Əhəd Əliyev
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Hedc
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Rhea
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Safed
Safed — İsraildə, şimal bölgəsində olan bir şəhər. == Tarixi == Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir və Kobudla təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. == Əhalisi == 2003-cü ilə olan əhalisi 26.600-dür.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. == Coğrafi mövqeyi == Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. == Tarixi == Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Qoris
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Qoyas
Qoyas (port. Goiás) — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir. Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır == Coğrafiya == Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır. Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir. == Tarixi == 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr.
Göydaş
Göydaş (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Göydaş (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
.goog
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Moos
Moos və ya Mustafa Əl-Əlemi (ərəb. مصطفى العلمي ‎;fr. Moustaphe Al-Alamy) (29 avqust 1974, Tuluza) — fransız müğənni və bəstəkardır. Moos Moustaphe olaraq 29 avqust 1974-cü ildə Fransanın Tuluza şəhərində mərakeşli mühacir ailəsində anadan olub. Moos 1999-cu ildə çıxardığı Le Crabe Est Érotique albomu və Délicate Chatte, Au Nom De La Rose mahnıları ilə həm AB ölkələrində, həm də Fransada böyük uğur qazandı. Moos-un hit mahnısı Au Nom De La Rose 13 aprel 1999-cu ildə Fransada buraxıldı.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Qövs
Qövs-Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq. 2-Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.
Andre Qomeş
Andre Filipe Tavareş Qomeş (port. André Filipe Tavares Gomes; 30 iyul 1993, Qrijo, Portuqaliya) — Portuqaliya futbolçusu, "Barselona" futbol klubunun və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi.