Alıxan pəyəsi körpüsü
Alıxan pəyəsi körpüsü — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonu ərazisində, Səlim çayının üzərində, Qoytul kəndi ilə Həsənkənd kəndi arasında, hazırda xarabalıqları qalan Alıxan pəyəsi kəndinin aşağısında yerləşən biraşırımlı daş körpüdür.
== Haqqında ==
Tarixi abidənin hazırda Səlim çayının sağ sahilində bir hissəsi qalmaqdadır. Körpünün yerində çayın sağ və sol sahilləri arasında məsafə 13 m, körpünün eni 4 m, su səthindən orta xətti 9 m, ümumi uzunluğu 30 m olmuşdur. Körpü divarındakı kitabələrin birində Süleyman şahın adı qeyd olunduğundan onun 1666-cı ildə tikildiyi ehtimal edilsə də, körpünün 1340–1344-cü illərdə Elxani hökmdarı Süleyman xan tərəfindən tikdirilməsi versiyası da mövcuddur.
== Memarlıq xüsusiyyətləri ==
Dədəli körpüsünə oxşar xüsusiyyətlərə malikdir. Körpünün tağbəndini tamamlayan hörgü cərgəsi, ümumi səthdən geri çəkilmişdir. Körpünün aşırımı təqribən 4 metr, çay səviyyəsindən ən hündür yeri 9 metr, yerüstü uzunluğu isə 30 metrdir.