Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. == Həyatı == Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Həsrət Cəfərov
Həsrət Valeh oğlu Cəfərov (5 oktyabr 2002, Goranboy) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. 2018-ci ildə isə Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu.2019-cu ildə Həsrət Cəfərov iyulda Avropa Gənclər Olimpiya Festivalının qalibi olsa da, Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatını 12-ci pillədə başa vurdu.2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına sahib olan Həsrət Cəfərov, iyulda Dortmund şəhərində (Almaniya) baş tutan gənclər arasında Avropa Çempionatının, avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra Həsrət Cəfərov Dünya Çempionatlarında debüt elədi. Oslo şəhərində (Norveç) baş turnirin bürünc medal uğrunda görüşündə məğlub olan Həsrət Cəfərov turniri beşinci pillədə başa vurdu. Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib oldu.2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını isə Həsrət Cəfərov bürünc medalla başa vurdu.2023-cü ildə Həsrət Cəfərov əvvəlcə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirində mübarizə aparsa da, turniri 26 idmançı sırasında 20-ci pillədə başa vurdu. Apreldə isə Həsrət Cəfərov Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Portuqaliya nümayəndəsi Pedro Kaldasa 2:1, 1/4 final mərhələsində Norveç nümayəndəsi Havard Yorgensea 8:1, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Murad Fırata 8:1 hesabları ilə qalib gələn Həsrət Cəfərov, turnirin final görüşündə Gürcüstan nümayəndəsi Coni Xetsurianiya 3:2 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.
Həsrət Hüseynov
Həsrət Hüseynov (tam adı:Hüseynov Həsrət Muxtar oğlu) — Azərbaycan Respublikanın əməkdar mədəniyyət işçisi, qədim musiqi alətlərinin ifaçısı. == Həyatı == 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950-ci ildən rayon mədəniyyət evində çalışmağa başlamışdır. Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olmuşdur. Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100-ə qədər xalq mahnılarını zurnada və balabanda çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.
Həsrət Həsənov
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin] == Elmi yaradıcılığı == H.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur.Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır. Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur. Onun “Dilin ictimai mahiyyəti”, “Yazılar və əlifbalar”, “İnterlinqvistika” və “Natiqlik sənəti” adlı əsərləri ümumi dilçilik məsələlərinin araşdırmasına həsr edilmişdir.
Həsrət Ələsgərov
Həsrət Vahid oğlu Ələsgərov (8 fevral 2001; Aşağı Quşçu, Tovuz rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsrət Ələsgərov 2001-ci il fevralın 8-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həsrət Ələsgərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsrət Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsrət Ələsgərov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsrət Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əbülfəz Hüseyni (Həsrət)
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Üç min illik həsrət
Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris Elba və Tilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır. Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır. == Məzmunu == Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Səmaya mən baxıram, həsrət ilə yanıram
Səmaya mən baxıram, həsrət ilə yanıram (ukr. Дивлюся на небо та й думку гадаю) — sözləri 1841-ci ildə ukraynalı romantik şair Mixailo Petrenko tərəfindən yazılmış mahnı. 1903-cü ildə Lyudmila Aleksandrova tərəfindən bu şeirə musiqi bəstələnib. Musiqiçi, xormeyster və musiqi müəllimi olan Vladislav Zaremba bu mahnını vokal və piano ifasına uyğunlaşdırmışdır. Bu həm də kosmosda ifa edilən ilk mahnı hesab edilir. Belə ki, 12 avqust 1962-ci ildə Ukrayna əsilli ilk kosmonavt Pavel Popoviç "Vostok-4" sovet kosmik gəmisinin göyərtəsində bu mahnını oxumuşdur. == İstinadlar == == Ədəbiyyat == Михайло Петренко: Життя і творчість (художні тексти, дослідження, документи). // Упорядники О. Є. Петренко, О. О. Редчук. Оформлення Д. О. Редчук. «Фенікс».
Üç min illik həsrət (film, 2022)
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Quymaq
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Qaymaq Mustafa Paşa
Qaymaq Mustafa Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi bilinmir. Atası IV Mehmedin sədrəzəmlərindən Bayburtlu İbrahim Paşa, anası isə yenə eyni dövrün sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanım idi. Kiçik yaşlarından saraya alındı və burada Əndərunda təhsil aldı. Qapıçıbaşılığa qədər yüksəldi, ardından 1717-ci ilin fevralında ikinci miraxur, həmin ilin iyununda isə qapıçılar kəndxudası oldu. Bu dönəmdə sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızı Fatma xanımla (ö. 1765) evləndi və onun yaxın adamlarından biri halına gəldi. 1718-ci ilin mayında nişançı vəzir, 1721-ci ilin sentyabrında isə kaptan-ı dərya təyin edildi. Qətlinədək bu vəzifədə qalmışdır.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Həzrət Məhəmməd
Həzrət Məhəmməd (ərəb. مُحمّد‎ ( tələffüzü);; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Həzrət Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Həzrət Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Həzrət Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.Həzrət Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini və Allahdan ilk vəhyni aldığını bildirdi.
Həzrət Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Həzrət Peyğəmbər
Həzrət Məhəmməd (ərəb. مُحمّد‎ ( tələffüzü);; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Həzrət Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Həzrət Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Həzrət Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.Həzrət Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini və Allahdan ilk vəhyni aldığını bildirdi.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrət Süleymanov
Həzrət Əbdürrəhman oğlu Süleymanov (2 may 1902, İlisu, Nuxa qəzası – 1970) — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili (1942–1962), Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi (1940–1942). == Həyatı == Həzrət Əbdürrəhman oğlu Süleymanov 1902-ci ildə Nuxa qəzasının İlisu kəndində anadan olmuşdur. 9 yaşında Bakıya gələrək natamam təhsil almışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Azərbaycanın müxtəlif rayonlarında çalışmış, 1931–1934-cü illərdə Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1934-cü ildə "Azərittifaq"ın tədarük idarəsinin rəisi təyin olunmuşdur.1938-ci ildə Həzrət Süleymanov Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1940-cı ildə isə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi seçilmiş, 1942-ci ildən 1962-ci ilədək SSRİ Tədarük Nazirliyinin (1946-cı ilədək SSRİ Xalq Tədarük Komissarlığının) Azərbaycan SSR müvəkkili vəzifəsində işləmişdir. Həzrət Süleymanov Sov. İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, buranı 1953-cü ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.Həzrət Süleymanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", 1-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə, bir sıra medallarla, eləcə də Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı ilə təltif edilmişdir.Həzrət Süleymanov 1970-ci ildə vəfat etmişdir.
Həzrət Abbas ocağı
Həzrət Abbas ocağı-Ağcabədi şəhərindəki inanc yerlərindən biri. == Tarixi == Bəzən el arasında bu ocağa Ayna ocağı da deyirlər. Keçmişdə bu ocağın yeri düzəngahlıq olub. Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlər ki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get, bu barədə camaata danış. Arvad yuxusunu heç kəsə danışmır. Gecə arvad həmin yuxunu təkrar "görür" . Səhəri gün arvad yuxusunu gedib ağsaqqallara danışır.
Həzrət Zeynəb məscidi
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Göydağ
Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.
Həzrət Zeynəb məscidi (Gəncə)
Həzrət Zeynəb məscidi — Gəncə şəhərinin Böyük Bağmanlar məhəlləsində yerləşən məscid. Məscidin tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilmişdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbə günbəzin sol tərəfində birtərəfli balkonla tamamlanır. İki qoşa minarəsi vardır. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Həzrəti Həsən
Həsən ibn Əli (ərəb. الحسن بن علي‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qodman
Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.
Qorşaq
Qorşaq - türk və altay xalq inancında heyvan cini. Eşşək, köpək, donuz, keçi qılığına girdiyinə inanılan bir varlıq. Gecə qapıları döyüb, ev sahibinin verdiyi bir səs və kılıkla onu aldadaraq çölə çağırıb qaçırır. Gecələri çox çox çölə çıxmanın doğru olmadığını vurğular. == Etimologiya == (Qor/Kor) kökündən törəmişdir. Qorxmaq feli ilə əlaqəlidir. Boz rəngi de ifadə edər.
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı.Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. == Təhsil == Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Əmir Heşmət Nisari
Əmir Heşmət Nisari (Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Nisari, 1259 Hicri şəmsi-?) — İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Üştibin kəndində anadan olmuşdu. Əslən İrəvan çuxurundandır.Əmir Heşmət Nisari Səttar xanın sağ əli idi. O, ağır savaşlarda həmişə öndə olardı. Bilikli bacarıqlı və işbilən olduğundan əyalət Əncüməninin qərarı ilə Xoyun, Səlmasın valisi təyin edilmişdi. 1909-cu ildə Səttar xanın əmri ilə Urmiyəyə vali dəyişilmişdi. Məhəmməd Əmin Rəsulzadə onun Urmiyada işlədiyi dönəmdə yazır: "Urmiyə inqilab vaxtında əncümən qurub beydəqi-hürriyyət ucaltmış İran şəhərlərindən biridir. Bura əhalisi inqilabın o müdhiş fəlakətlərindən bir o qədər əziyyət görməmişlər. Bunlar nə biri-birləri ilə, nə də hökumət qoşunu ilə bir o qədər müdafiə və mücahidədə bulunmamışlar. Bunların bir çox müdafiə və mücahidləri vəhşi kürd əqvamının talanına, qarətinə qarşı olmuşdur ki, bu qarətgərlərin müdafiələrinin birində öldürülmüş bir erməni fədaisinin təntənəli dəfni hənuz əhalinin xatirindən çıxmamışdır.
Qayma
Qayma- (rus. глыба, ing. block, massiph) 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qovaq
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Qoyas
Qoyas (port. Goiás) — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir. Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır == Coğrafiya == Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır. Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir. == Tarixi == 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Göyyal
Göyyal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Göyyal toponimi "göy" və "yal" sözlərindən ibarətdir. "Göy" – "yaşıl", "yal" isə "dağ beli" mənasındadır. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Göyyal kəndi dağlıq ərazidədir. Toponim göy (yaşıl) və yal (dağ beli) komponentlərindən düzəlib, "yaşıl dağ beli" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır. == Coğrafiyası və iqlimi == Göyyal kəndi dağlıq ərazidə yerləşir. == Mənbə == Akif Muradverdiyev.
Göyçay
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur. == Tarixi == Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. "Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır. == Qardaş şəhərlər == Valmontone, İtaliyaLida şəhəri, Belarus Respublikası == Əhali == AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır. === Tanınmışları === Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor Şəfahət İmranov — ədliyyə general mayoru Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya), Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).
Qoçdağ
Qoçdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.
Göydaş
Göydaş (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Göydaş (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.