HEYRAN
HEYRƏTAMİZ
OBASTAN VİKİ
Heyrətamiz Hörümçək-adam (dəqiqləşdirmə)
Heyrətamiz Hörümçək-adam (ing. The Amazing Spider-Man) — Marvel Comics tərəfindən istehsal olunan, Hörümçək-adam haqqında Amerikan komik kitab seriyası.
Heyrətamiz Hörümçək-adam (teleserial, 1977)
Heyrətamiz Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına həsr olunmuş qısa müddətli ABŞ teleserialı. Hörümçək-adam ilə əlaqəli ilk canlı-ekşn janrında olan teleserialdır və 14 sentyabr 1977-ci ildən 6 iyul 1979-cu ilə qədər yayımlanmışdır. Serialın yüksək reytinqinə baxmayaraq, daha sonra CBS serialın süjetinə daxil olan 13 seriyanı silmişdir. Serialın ssenarisinin Nyu-Yorkda yazılmasına baxmayaraq, Los-Ancelesdə lentə alınmışdır. == Kastinq və personajlar == Nikolas Hemmond – Piter Parker / Hörümçək-adam Devid Uayt (pilot) və Robert F. Simon (2-ci seriyadan) – Cey Cona Ceymson Çip Filds – Rita Konuey Maykl Petekay – Kapitan Barbera (mövsüm 1) İllen Bray – Culiya Mestrs (mövsüm 2) Həm teleserial, həm də komikslərdə görünən personajlar Piter Parker/Hörümçək-adam, Cey Cona Ceymson və Mey xaladır. Coy "Robbi" Robertson da (Hilli Hiks) çox görünən personajdır, ancaq o pilot seriyalardakı çıxışları ilə məşhurdur. Ferli Stilluell, Marvel kainatından olan bir alimdir və ən çox Qurd adam görünüşündədir. Mey xalanın hər bir seriyadakı çıxışı müxtəlif aktrisalar tərəfindən canlandırılıb. Hər təcəssümdə, Cey Cona Ceymson abraziv, hirsli bir şəxsiyyət kimi görünür və daha çox evunkulyar tərzdə təsvir olunur.
Heyrətamiz Hörümçək adam (film)
== Süjet xətti == Piter Parker uşaq vaxtı valideynləri tərəfindən tərk edilib. Onu dayısı və dayısı arvadı böyüdüb. İllər keçir və Piter xuliqanların hücumlarına məruz qalan və sinif yoldaşı Qven Steysiyə aşiq olan adi yeniyetmə həyatı yaşayır. Lakin geni dəyişdirilmiş hörümçəyin onu dişləməsindən sonra Piter inanılmaz fövqəltəbii gücə yiyələnir və onun həyatı tamamilə dəyişir. Amma valideynlərinin taleyinin necə olduğu sualı yenə də ona əzab verir. O atasının köhnə dostu Kurt Konnorsla tanış olur. Kurt onun atası ilə birlikdə regenerasiyanın formulunu işləyib hazırlayıb. Piter ona işi başa çatdırmaq üçün kömək edir, bütün ömrü boyu sağ əlini qaytarmaq istəyən Konor formulu özünə yeridir və Kərtənkələ Adama çevrilir. Səhvini başa düşən Piter, müəmmali superqəhraman kimi yeni həyatına başlayır, indi onun əsas məqsədi Konorsun qarşısını almaqdır.
Heyrətamiz Hörümçək adam (film, 2012)

Qambolun heyrətamiz dünyası
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.

Digər lüğətlərdə