1. is. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb.
Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı.
[Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi.
□ Heyrət almaq (götürmək, aparmaq) – çaşıbqalmaq, heyrət etmək.
[Qoşunəli:] Baba, necə fikir dəryasında üzməyim, məni heyrət aparıbdır…
Kərəmi heyrət alır; Kərəm xəyala dalır.
Heyrət etmək – təəccüblənmək, heyrətlənmək, təəccüb etmək.
[Qadın Xəlilə:] Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınıza heyrət edirəm…
Heyrət içində (içərisində) – təəccüblənmiş halda, təəccüb içərisində, təəccüblənərək.
Qızılgül kimidir isti yanaqlar; Heyrət içindədir gələn qonaqlar…
Ətrafa baxdıqca [Aydının] qara gözləri heyrət içərisində yanırdı.
Heyrətdə qoymaq – 1) bax heyrətə salmaq;
2) valeh etmək, heyran etmək.
Heyrətdə qoyur səni; Çılpaq qadın vücudunun kamil cizgiləri.
Heyrətə gəlmək (düşmək, dalmaq) – bax heyrət etmək.
Bu iki həmşəhərlilər bir-birinə rast gəldikdə heyrətə dalıb qaldılar.
Heyrətə düşmüş ( f.sif. ) bağban, saçları çiyinlərindən üzüaşağı tökülən Həcəri gördü və heyrətlə süstləşib dayandı.
Heyrətə salmaq (gətirmək) – təəccübləndirmək, heyrətləndirmək, təəccübə salmaq.
Oxu! Qüvvət gəlsin şerə, sənətə; Könlümün quşunu gətir heyrətə.
2. Heyrətlə şəklində zərf – təəccüblə, heyrət edərək, heyranlıqla.
Əlisəfa gözlərini heyrətlə döyməyə başladı.
[Kərimov] heyrətlə Məmmədova baxdı.