Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədrəddin Hilali
Bədrəddin Hilali (fars. بدرالدین هلالی‎; 1470, Qorqan – 1529, Herat) — türk əsilli farsdilli şair. O, Herat şəhərində Sultan Hüseyn Bayqaranın ədəbi dairəsinin üzvü olmuşdur və Əlişir Nəvai ilə yaxın idi. == Həyatı == Bədrəddin Hilali 1470-ci ildə Astarabad şəhərində (indiki İranın Gürgan şəhəri) anadan olmuşdur. O, mənşəcə çağataylar türklərindəndir. Hilali gəncliyini Astarabadda keçirmiş, 1491-ci ildə Herata gedərək Sultan Hüseyn Baykaranın ədəbi dairəsinin üzvü olmuşdur. İstedadı və erudisiyası sayəsində ona "kiçik Cami" ləqəbi verilmişdir. Hilali müxtəlif yerlərdə hakimlik etmiş, sonra Herata qayıtmış, burada 1529-cu ildə Şeybani Übeydullah xan tərəfindən kafirlik şübhəsi ilə edam edilmişdir. Müasir alimlərə görə, edamının arxasında dayanan əsas şiəlik ittihamı olmuşdu, baxmayaraq ki, Hilali sünni idi. Ehtimal olunur ki, onun ilk növbədə Səfəvi şahı Təhmasibə yönəlmiş olduğu güman edilən, lakin sonradan Übeydullah xana yönəldiyi aşkara çıxan şeirləri ola bilər.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Şiə hilalı
Şiə ayparası və ya şiə hilalı — Yaxın Şərqdə əhalinin əksəriyyətinin şiə olduğu və ya şərti olaraq güclü şiə azlığının olduğu aypara şəkilli həssas bölgədir. Son illərdə İran bütün şiə müsəlmanlarını bir bayraq altında birləşdirməyə çalışdığı üçün İranın təsiri və ya nəzarəti altındakı əraziləri müəyyənləşdirmək üçün bu termin meydana gəldi. Şiə Aypara qrupuna Livan, Suriya, Bəhreyn, İraq, İran, Azərbaycan, Yəmən və Əfqanıstanın qərb bölgələri daxildir. == Ümumi baxış == Bu term 2004-cü ildə İordaniya Kralı II Abdullah tərəfindən İranın 2005-ci ilin yanvarında keçirilən parlament seçkiləri ərəfəsində İraqa müdaxilə edildiyi zaman bildirdi. Bu, İraq sünnilərinin seçki təhdidləri və sonra qəsdən boykot edilməsi hökumətdə şiələrin üstünlük təşkil etməsinə səbəb ola biləcəyi və İraqın şiə İranın təsirinə məruz qalması ehtimalları kontekstində baş verdi. Ortaq bir dinin İran, İraq, Ələvilərin dominant oldugu Suriya və Livandakı siyasi cəhətdən güclü şiə Hizbullah milisi arasında əməkdaşlıq üçün yaxşı bir potensial təklif etdiyi, habelə bu digərlərinin regional güc oyununda İranın köməkçisi olacağı fərziyyəsi irəli sürüldü. Termin Yaxın Şərqin digər şiə bölgələrini əhatə etməsindən bəri inkişaf etmişdir. Şiə müsəlmanlarının üstünlük təşkil etdiyi xalqlar İran və İraqdır. Şiələr Azərbaycanda da böyük əksəriyyəti təmsil edir, lakin konstitusional olaraq dünyəvi dövlətdir. Faktiki təcrübə tərəfdarları olanlar daha aşağıdır, bu ümumiyyətlə hilaldan kənarlaşdırılmasına səbəb olmuşdur.
Hilari Daf
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. == Həyatı == Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
Hilari Daff
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. == Həyatı == Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
Hilari Suonk
Hilari Suonk (ing. Hilary Ann Swank; 30 iyul 1974[…], Linkoln və ya Bellinqham, Vaşinqton) — amerikalı aktrisa, "Oskar" mükafatının ikiqat sahibidir. 30 iyul 1974-cü ildə Nebraska ştatının Linkoln şəhərində anadan olmuşdur. Karyerasına 1990-cı ildən başlamışdır.
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal (dəqiqləşdirmə)
Hilal
Hilal (qəzet)
"Hilal" (az.-əski. حلال‎) — Bakıda 1910-ci ildən nəşr olunmuş qəzet. == Tarixi == 1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Əliabbas Müznib qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb. Bu dəfə qəzetin cəmi üç nömrəsi çıxıb.
Hilal Baydarov
Hilal Həsənov
Hilal Həsənov (10 sentyabr 1943, Kirovabad – 30 oktyabr 2019, İstanbul) — Azərbaycan novator teatr rejissoru. Gəncə Dövlət Kukla Teatrının yaradıcısı eyni zamanda keçmiş baş rejissoru, bədii rəhbəri. == Həyatı == Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub.1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımçı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb.
Hilal Münşizadə
Hilal Münşizadə (24 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir. == Həyatı == Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib. == Sovet işğalından sonra fəaliyyəti == 1920-ci ildə Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduğu üçün universiteti oxuyub bitirdikdən sonra bir daha vətənə dönməmiş, Almaniyada qalmışdır. Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur.
Hilal Məmmədov
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi. == Həyatı == 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir. == Həbsi == 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada, Kişinyovda, Berlində, Haaqada, Bakıda etiraz aksiyaları keçirilmişdir.
Hilal taktikası
Hilal (Aypara) taktikası, Turan taktikası və ya Qurd qapanı (tələsi) — düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktika. Türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilərdi. Bu taktika meydan döyüşlərində təsirli idi və iki mərhələli olaraq tətbiq olunardı: Saxta ricat (ricat — geri çəkilmə); Pusqu. Ordu, döyüş anında mərkəz, sağ və sol olmaq üzrə üç hissəyə ayrılardı. Mərkəz qüvvətləri düşmənə hücum edər, bir müddət sonra hücum edən bu qüvvələr, qaçar kimi geri çəkilərdi. Bunu edərkən də at üzərində ox atmaq surətiylə döyüşə davam edərdilər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qisimi tərəfindən tələ qurulan yerə çəkilər, çevrə içinə alınaraq məhv edilərdi. Ordu, təməldə üçə ayrılar və mərkəzə ən seçmə qüvvələr toplanar. Sağ və sol cinah mərkəzdən tamamilə ayrılmamaqla birlikdə araya məsafə qoyar. Mərkəzdəki qüvvələr sürətli bir vur qaç (ümumiyyətlə mizraqlı ya da atlı qüvvətlər ilə) düşmənin mərkəz safını fayda və düşmənin sağ və sol qanadlarının ordunun bölünməməsi adına mərkəzə sürüşməsini təmin edər.
Hilal İmanzadə
Hilal Əsədov
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977) == Həyatı == Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Paraphytoseius hilli
Paraphytoseius hilli (lat. Paraphytoseius hilli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir. Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. == Məzmun == Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. == Nəşr == Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir.
Əllamə Hilli
Əllamə Hilli (ərəb. ابن المطهر الحلي‎; tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — şiə ilahiyyatçı-alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. == Həyatı == Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır.
Hilal Altınbilek
Hilal Altınbilek (11 fevral 1991, İzmir) — Bir Zamanlar Çukurova serialında Züleyha Altun Yaman rolu ilə tanınan, anası tərəfdən Xorvat, atası tərəfdən isə Kosovalı olan türk aktrisa və modeldir. == Bioqrafiya == Hilal Altınbilek 11 fevral 1991-ci ildə İzmirdə (Türkiyə) Xorvat əsilli anası və Kosovalı ata Özdemir Altınbilekin ailəsində anadan olub. İbtidai məktəbdən teatra və aktyorluğa maraq göstərib. == Karyera == === Təhsil === Hilal Altınbilek ibtidai məktəbdə oxuyarkən teatrda aktyorluğa başladı, Əli Heydər Elçiğın İzmirdəki Müasir Dram Ansamblında verdiyi dərslərlə. Orta məktəbi bitirdikdən sonra Ege Universitetinin biznesin idarə edilməsi fakültəsinə daxil olur, bir neçə il sonra burada təhsil alır və eyni zamanda müxtəlif teatr kursları və emalatxanalarında iştirak edir, həmçinin şoularda iştirak edir. Daha sonra o, gözəllik müsabiqəsində iştirak etdi, burada müxtəlif markaların diqqətini çəkən bir titul qazanmağı bacard 2009 və 2010-cu illərdə Müjdat Gezen İncəsənət Mərkəzində (MSM) aktyorluq təhsili aldı. İstanbulda aktyor studiyası. === Aktyorluq karyerası === Hilal Altınbilek 2011-ci ildə Fox gündəlik serialı Derin Sular serialında İrem rolu ilə ilk aktyor görünüşünü etdi. 2013-2016-cı illərdə Tülkü serialında Karagül filmində Özlem Şamverdi rolunu oynamaq üçün seçilib. 2016-cı ildə Kanal D Hayatımın Aşkı serialında Nil obrazını canlandırıb.
Hilal (Uludərə)
Hilal — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda bəldə. == Tarixi == Şəhər 1928-ci ildən eyni addadır. Hilal əvvəllər kənd olsa da, 1973-cü ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilib. 2000-ci illərdə köhnə bəldə mərkəzi boşaldıldı və əlaqə yolunun altındakı magistral yola köçürüldü.
Bərəkətli hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir. Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Hilal ibn Əli
Məhəmməd əl-Avsat (ərəb. محمد الاوسط‎, ortancıl Məhəmməd) kimi tanınan Hilal ibn Əli (ərəb. هلال بن علي‎) Əli ibn Əbu Talibin oğullarından biri. Onun nənəsi Məhəmmədin ən böyük qızı Zeynəb bint Məhəmməd və dayısı isə Əli ibn Zeynəb idi .Onun məqbərəsi İranın İsfahan əyalətinin Kaşan şəhərində (Aran) qurulmuşdur. Anası Məhəmmədvə Xədicə binti Xüveylidin qızı Zeynəb binti Məhəmmədin qızı Ümamə binti Zeynəbdir.O,Ramazan ayının 1-i 14-cü hicri ilində (18 oktyabr,635-ci il) anadan olub. Kərbəla döyüşündəki onun rolundan başqa onun həyatı haqqında heç bir məlumat yoxdur. Suriyada ya da müasir Səudiyyə Ərəbistanı olan Taifdə yaşayan Ovn adlı bir qardaşı var idi. Xorasan qubernatoru Qays ibn Murra hakimiyyətinə qarşı qiyamdan qorxaraq Hilal tərəfdarlarına qarşı güclü bir ordu göndərdi. Hilal yaralandı və bir çox tərəfdarları öldürüldü. Peyğəmbər, onun atası Əli və onun yarı qardaşı Hüseyn ibn Əliylə görüşmək arzusunu ölümündən qısa bir müddət əvvəl yazdığı deyilir.
İbn İdris Hilli
İbn İdris Hilli (ərəb. محمد بن منصور الحلي‎; ən tezi 1148 və ən geci 1149, Hillə – ən tezi 1201 və ən geci 1202, Hillə) — Tam adı: İbn İdris Məhəmməd bin Mənsur bin Əhməd bin İdris Hilli İcli. Daha çox İbn İdris kimi tanınır. 6-cı əsrin sonlarında nüfuzlu İmamiyyə məzhəbinin fəqihi. Onun ana tərəfdən nəsli üç vasitə ilə Şeyx Tusiyə çatır. == Həyatı == İbn İdris Hilli 543-cü ildə Hillədə anadan olmuşdur. O, dini hökmlər çıxararkən rasional düşüncədən geniş istifadə etmiş və bir çox məşhur və fərqli fətvaları ilə məşhur olmuşdur. dur. O, çox bilikli bir fəqih olmuş və fəxri adlara malik olmuşdur. == Müəllim və tələbələri == Müəllimləri Əbu əl-Məkərəm Həmzə bin Əli bin Zöhrə Hüseyni Məhəmməd bin Əli bin Şəhr Aşub Mazandarani Şeyx Əbu Əli Tusi İmadəddin Məhəmməd bin Əl-Qasim Təbəri Tələbələri Nəcibəddin Məhəmməd İbn Nəmə Hilli Həsən bin Yəhya bin Səid Hilli == Fiqh elmindəki təsirləri == İbn İdrisə qədər bütün fəqihlər bir əsr boyu Şeyx Tusinin ardınca getmiş, onun qənaət və fətva üsuluna qarşı çıxmağa cürət və cəsarət etməmişlər.
Bhilai
Bhilai (hind. भिलाई, ing. Bhilai və ya ing. Bhilai Nagar) — Hindistan Respublikasıın mərkəzi hissəsində, Çhattisqarh ştatında, Durq-Bhilai aqlomerasiyasında şəhər. == Etimologiya == "Bhilai" adının ilk olaraq bu bölgədə yaşayan Bhil tayfasının adı ilə bağlı olduğu bildirilir. Onların bu günə qədər yaxınlıqdakı meşəlik ərazilərdə yaşamağa davam etdiklərinə inanılır. == Coğrafiyası == Bastar platosunda, dəniz səviyyəsindən 292 metr yüksəklikdə yerləşir. Şəhər 21 ° 22 ' Şimal enində və 81 ° 43' Şərq uzunluğunda yerləşir. Şəhərin yerləşdiyi saat qurşağı UTC +5:30-dur. == İqlimi == Bhilainin iqlimi tropikdir.
Divali
Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind. दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq.
Fizali
Hikari
Hikari — Yaponiya qadın adı. Hikari Nakade — Yaponiya qadın futbolçusu. Hikari Takaqi — Yaponiya qadın futbolçusu. Hikaru Kitaqava — Yaponiya qadın futbolçusu. Hikaru Naomoto — Yaponiya qadın futbolçusu.
Hilata
Hilata (lat. Melanargia hylata) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid kəpənək növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. == Təsviri == Qanadları açıq halda 52–56 mm-dir. Ön qanadın uzunluğu 24–26 mm-dir. Qanadları sarımtıl-krem rəngdə olub kənarları qara-qəhvəyi rəngdədir. Arxa qanadların xarici kənarında 6 ədəd gözşəkilli ləkə vardır. Oxşar ləkələr ön qanadların zirvəsində də vardır. == Yayılması == Azərbaycanın cənub-şərqində (Zuvand) yayılmışdır. == Həyat tərzi == Kserofil bitkili quru, daşlı yamaclarda, əsasən yastıqvari traqakant, gəvən və akantalimon bitən sahələrdə yaşayır.
Hindli
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Hisaşi
Hisaşi — Yaponiya kişi adı. Bu adı olan tanınmışlar Hisaşi Kaneko — keçmiş Yaponiya futbolçusu. Hisaşi Kato — keçmiş Yaponiya futbolçusu. Hisaşi Kurosaki — keçmiş Yaponiya futbolçusu.
Kiqali
Kiqali (ing. Kigali) — Ruandanın paytaxtı və ən böyük şəhəri. Əhalisi 2010-cu ilin hesablamalarına görə 1 029 384 nəfərdir. Sahəsi 730 km² təşkil edir. Ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi, əsas nəqliyyat qovşağıdır. Şəhərin əsası 1907-ci ildə alman kolonistləri tərəfindən qoyulmuş və 1962-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra paytaxt statusu qazanmışdır. Ölkənin əvvəlki ənənəvi mərkəzi şəhəri Nyanza, kolonial paytaxtı isə Butare olsa da, müstəqillikdən sonra yeni paytaxt seçilərkən Kiqalinin ölkənin mərkəzi hissəsində yerləşməsi məhz onun seçilməsində həlledici rol oynamışdı.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qulalı
Qulalı (Şəmşəddin)