Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İdman
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. == İdmanın faydaları == İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Avto idman
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. == Tarix == İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Azərbaycanda idman
Azərbaycanda idman — Azərbaycan mədəniyyətində mühüm rol oynayır. 2022-ci ildə dünya ölkələrinin qlobal idman reytinqində Azərbaycan dərhal 43 pillə yüksələrək 162 xalla 46-cı yeri tutdu. Eyni zamanda, Avropada Respublika 26-cı yerdədir. == İdman növünə görə == === Komanda idman növləri === ==== Futbol ==== Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər. İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub. 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib. 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür. 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.
Beynəlxalq idman
Beynəlxalq idman — İdmanda ın azı iki ölkənin təmsil olunduğu arenadır . Ən məşhur beynəlxalq idman nümunəsi Olimpiya Oyunlarıdır. Digər nümunələrə FIFA Dünya Kuboku və Paralimpiya Oyunları daxildir. ABŞ və Kanada arasında keçirilən kriket matçı hər hansı bir idman növündə oynanan ilk beynəlxalq matçdır. Müasir beynəlxalq idman tədbirləri böyük bir biznesdir . Çünki burdakı dünya ölkələri bir–birinə siyasi , iqtisadi , mədəni və digər aspektlərdən təsir göstə bilir . == Tarix == Əvvəlcə Olimpiya Oyunlarinın tarixinə nəzər salaq . Qədim Olimpiya Oyunları Qədim Yunanıstandan olan bir neçə şəhər-dövlət və krallıq nümayəndələri arasında keçirilən və əsasən atletika, həm də döyüş və maşın yarışlarını əhatə edən bir sıra yarışlar idi. Olimpiya oyunları zamanı iştirakçı şəhər dövlətləri arasında bütün mübarizələr oyunlar başa çatana qədər təxirə salındı. Olimpiadanın mənşəyi sirr və əfsanə ilə örtülmüşdür.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Naxçıvanda idman
Naxçıvanda idman-Naxçıvan Muxtar Respublikasında idman. == Haqqında == Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır. == Tarixi == === Sovet dövrü === 1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur. 1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır. 1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır.
Qol (idman)
Qol (ing. goal — məqsəd) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qapı xəttindən keçirilmə bir xal sayılır (reqbidə bir neçə xal). Oyunlarda rəqib qapısından daha çox top (şayba) keçirən komanda qalib sayılır.
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. == Futbol == Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Skvoş (idman)
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. == Tarixi == Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. == Qaydalar == Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Sumqayıtda idman
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı. Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu. == SSRİ dövründə == İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır. Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır. 1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü xokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı. == Müstəqillik dövründə == Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Ukraynada idman
Ukraynada idman- Ukraynanın ən məşhur fəaliyyətlərindən biridir. İdmanla peşəkar və həvəskar məşğul olurlar. Həvəskar idmanı bədən tərbiyəsi konsepsiyası ilə sıx bağlıdır. Futbol və güləş kimi idman növləri 19-cu əsrdən bu günə qədər Ukraynada məşhurdur. Sovet İttifaqının Ukrayna idman sahəsində böyük rolu olmuşdur. Sovet İttifaqının dağılmasından sonra Ukraynada yüzlərlə stadion, üzmə hovuzu, gimnaziya və digər idman qurğuları qalmışdır. XIX əsrin ikinci yarısından Avropada məşhur olan Sokol gimnastika təşkilatı tərəfindən Ukrayna idman və ya atlet hərəkatına böyük təsir göstərmişdir. Ukraynada idman ilk növbədə müxtəlif olimpiya idman növlərinin 40 federasiyası tərəfindən tənzimlənir. Bunlar, həmçinin, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bir hissəsi olan Ukrayna Milli Olimpiya Komitəsinə (NOC Ukrayna) tabedir. Bütün qeyri-olimpiya idmanları Ukrayna İdman Komitəsinin müvafiq federasiyaları tərəfindən idarə olunur.
Yaponiyada idman
Yaponiyada idman — Yaponiya mədəniyyətinin əsas hissələrindən biri. == Beynəlxalq idman tədbirləri == Ölkədə mütəmadi olaraq beynəlxalq idman tədbirləri təşkil edilir. Onlardan ən nüfuzlusu Olimpiya Oyunları olmuşdur. Belə ki, 1964-cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində Yay Olimpiya Oyunları keçirilmişdir. Bundan sonra Yaponiya iki dəfə də Qış Olimpiya Oyunlarına ev sahibliyi etmişdir: 1972-ci ildə Sapporoda və 1998-ci ildə Naqanoda. 1981-ci ildən 2004-cü ilə qədər Yaponiya futbol üzrə Qitələrarası Kubokun keçirildiyi məkan olmuşdur. Bu ölkə Cənubi Koreya ilə birlikdə 2002-ci ildə Futbol üzrə dünya çempionatına ev sahibliyi etmişdir. == Milli idman növləri == Ənənəvi idman növü olan sumo Yaponiyanın milli idman növü hesab edilir. Ölkədə yapon döyüş sənətləri olan cüdo, karate və kendo ilə məşğul olan xeyli insan var. == Xarici idman növləri == Meyci islahatından sonra Yaponiya bir çox qərb idman növü ilə tanış olmuşdur və bu idman növləri ölkənin təhsil sistemi vasitəsilə yayılmağa başlamışdır.
Çənbər (idman)
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. == Tarixi == İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
İdman (dəqiqləşdirmə)
İdman
İdman (qəzet)
"İdman" qəzeti — Azərbaycanın idman mətbuatının ən böyük tarixə malik nəşri olan qəzet. == Tarixi == "İdman" qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydcana") adı altında işıq üzü görmüş "İdman" qəzetinin artıq 70-dən çox yaşı var. Azərbaycan idmanının tarixi olan "İdman" qəzeti indiyədək idmançılarımızın minlərlə qələbələrini on minlərlə oxucusuna çatdırmışdır. Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunmuşdur. Qəzetin ilk baş redaktorlarından biri tanınmış yazıçı Aleksandr Kiknadze olmuşdur. İkinci dünya müharibəsi zamanı, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və qəzet əməkdaşları qələmi odlu silaha dəyişərək cəbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib–batmış və ya məhv olmuşdur. Çox təəssüf ki, məhz bu səbəbdən qəzetin 1932-ci ilin hansı ayında nəşrə başladığını araşdırmaq mümkün olmamışdır. İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir.
İdman TV
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. == Tarixçə == İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
İdman avtomobili
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
İdman avtomobilləri
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
İdman filmi
İdman filmi — Film janrlarından biridir. Əsas süjet xətti idmanın bir növü ilə əlaqəli olan filmlərdir.
İdman gimnastikası
İdman gimnastikası — bura gimnastika ləvazimatları, döşəmə məşqləri və dayaqlar daxildir. == Tarixi == "Gimnastika" termini b.e.ə təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər. Qədim Romada legionerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər. Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı. İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. 16-cı əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis "Gimnastika incəsənəti haqqında" əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təjrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini vermişlər.
İdman hetçbeki
Hot Hatch, yəni idman hetçbeki sinfi, ümumiyyətlə, 3-qapılıdır (baqaj daxil olmaqla), mühərrik xüsusiyyətlərinə görə öz siniflərində kifayət qədər üstündürlər və nisbətən daha çox sürücülük həzzi yaşadırlar. Mini kateqoriyalı idman hetçbeki təxminən 100 at gücündə, şəhər avtomobilləri 150-200 at gücündə və superminilər 200-300 at gücündə istehsal olunurlar.
İdman meydanı
İdman meydanı, avtomobil və heyvan yarışları üçün nəzərdə tutulan meydandır. İdman meydanlarında tamaşaçılar üçün xüsusi tribunalarda yerləşdirilə bilər.
İdman turizmi
İdman turizmi - turistlərin idman yarışlarına və tədbirlərinə iştirakçı, yaxud tamaşaçı kimi iştirakını nəzərdə tutan turizm növü. İdman turizmi sürətlə inkişaf edən turizm sahələrindən biridir. Olimpiya oyunları, Beynəlxalq Tennis turnirləri, “Formula 1” Qran-pri yarışı, FİFA Dünya Kuboku oyunları idman turizminin inkişafında böyük rol oynayır. İdman turizmi iki böyük qola ayrılır: yay idman oyunları turizmi və qış idman oyunları turizmi. Mövsümündən asılı olmayaraq idman turizmi nə qədər cəlbedici görünsə də, bu turizm sahəsində müəyyən təhlükələr (yaralanma, əlilqalma) mövcuddur. İdman turizmi macəra turizmi ilə birlikdə ən çox stress atmağa kömək edən turizm sahəsi hesab olunur. Bununla belə, idman turizminin inkişafı üçün çox böyük investisiyalara ehtiyac duyulur (infrastruktrun qurulması, avadanlıqlarla təminolunma, lazım olduğu təqdirdə tibbi müalicə və s.). Müxtəlif xalqların milli idman oyunlarının təbliğı, yəni idman turizmi multikultural dəyərlərin formalaşması üçün əhəmiyyət kəsb edir. == Növləri == İdman turizmi çoxşaxəli olduğuna görə təsnifatlaşdırılaraq qruplar halında öyrənilməlidir: Su idman turizm növləri - üzgüçülük, avarçəkmə, dalğıclıq, qayıq yarışları Döyüş-özünümüdafiə idman turizm növləri - boks, kikboks, taekvondo, karate, güləş, cüdo Top ilə oynanılan idman turizm növləri - basketbol, həndbol, voleybol, beysbol Futbol - topu qapıdan keçirməklə qol atmağı (xal qazanmağı) hədəfləyən 2 rəqib komanda arasında oynanılan oyun.
Idman Azərbaycan
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. == Tarixçə == İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Qılman İman
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). == Həyatı == Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Kornədi
Kornədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 234 nəfərdir. == Toponimiyası == Kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş-güc) və di (kənd) komponentlərindən düzəlib, "iş-güclü kənd, fəaliyyətdə olan kənd" mənasındadır. == Relyefi == Vizəzəmin inzibati ərazi vahidində yerləşən Körnədi kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır.