Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlaxır çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Alagir
Alagir (oset. Алагир ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi. 19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi.
Elixir
Elixir — Erlang (BEAM) virtual maşınında işləyən funksional və bölünmüş çoxməqsədli proqramlaşdırma dili. Erlang əsasında hazırlanması bölünmə, imtinaya qarşı dözümlülük, yumşaq real vaxt rejimində icra və protokollar vasitəsilə tətbiq olunan markoslar və polimorfizm ilə metoproqramlaşdırmanı təmin edir. Proses ağacları ilə işləmək üçün Erlang / OTP istifadə edir. Əvvəllər Ruby on Rails yaratma çərçivəsinin əsas inkişaf etdiricilərindən biri Plataformatec-in həmtəsisçisi Xose Valim tərəfindən hazırlanmışdır. Onun məqsədi Erlang alətləri və ekosistemi ilə uyğunluğu saxlayaraq Erlang VM-də daha yüksək genişlənmə qabiliyyəti və səmərəliliyi təmin etmək idi.
Çilaxor
Çilaxor (Ərdəbil)
Laxar
Laxar (rus. лахар, ing. lahar) — vulkan materiallarının yağış suyu, kreyter gölünün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsullardan əmələ gəlir, soyuq L.-püskürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.
Boris Blaxer
Boris Blaxer (ing. Boris Blacher) (19.1.1903, Çin, Nü-Çan – 30.1.1975, Berlin) — alman bəstəkarı, pedaqoq. == Fəaliyyəti == İlk musiqi təhsilini Xarbin və İrkutskda almışdır. F. E. Koxun tələbəsi (1922–26, Berlin) olmuş, musiqi nəzəriyyəsi fənlərini Berlin Universitetində öyrənmişdir (1927–31). 1938–39-cu illərdə Drezden konservatoriyasında dərs demişdir. Qərbi Berlin Ali Musiqi Məktəbinin professoru (1948-ci ildən) və direktoru (1953–70) vəzifəsində işləmiş, Qərbi Berlin İncəsənət Akademiyasının prezidenti (1968–71) olmuşdur. Blaxerin ilk instrumental əsərlərində İ. F. Stravinskinin təsiri hiss olunur. "Orkestr üçün konsert musiqisi" əsərində (1937) caz stilistikasını tətbiq etmişdir. Orkestrə və polifonik texnikaya dərindən bələd olan Braxerə Paqanini mövzusunda yazdığı orkestr variasiyaları (1947) dünya şöhrəti qazandırmışdır. 1940-cı illərin sonundan 12 tonlu kompozisiya metodundan istifadə etmiş, özünün "dəyişən vəzn" (variable Metren) yaradıcılıq texnikasını işləyib hazırlamışdır.
Çilaxor (Zəncan)
Çilaxor (fars. چیلاخور‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Qiydar bölgəsinin Socasrud kəndistanında, Qiydar qəsəbəsindən 30 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 288 nəfər yaşayır (66 ailə).
Çilaxor (Ərdəbil)
Çilaxor — İranın Ərdəbil ostanında kənd.. Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 11 km qərbdədir.
İoaxim Lelevel
İoaxim Lelevel (22. 3. 1786, Varşava-29. 5. 1861, Paris) —Polşa tarixçisi, ictimai xadim. 1808-ci ildə Vilno Universitetini bitirmiş, 1815-1818-ci il və 1821-1824-cü illərdə həmin Universitetin tarix kafedrasının müdiri işləmişdir. Gizli vətənpərvər təşkilatlarla əlaqə saxlamış, Polşa üsyanı (1830-1831) zamanı müvəqqəti hökumətin tərkibinə seçilmiş, üsyanın məğlubiyyətindən sonra Fransaya mühacirət etmişdi. Lelevel çarizmə qarşı birgə mübarizəyə çağıran "Rus qardaşlara" məktubuna görə 1833-cü ildə Fransadan sürgün edilmiş və Brüsselə köçərək burada inqilabi fəaliyyətini davam etdirmişdi. Lelevel Polşa tarixşünaslığında romantik məktəbin banisidir. Lelevel Polşanın siyasi tarixinə dair bir sıra əsərin müəllifidir.
İoaxim Payper
İoaxim "Yoxen" Payper (alm. Joachim Peiper‎; 30 yanvar 1915, Berlin – 14 iyul 1976 və ya 13 iyul 1976) — Vaffen SS baş zabiti, İkinci Dünya müharibəsi iştirakçısı. 1940-cı ilin noyabrından 1941-ci ilin avqustuna qədər Reyxfürer-SS Henrix Himmlerin şəxsi adyutantı kimi xidmət etmişdir. Fransa kampaniyasının döyüşlərində fəal iştirak etmiş, sonra Şərq cəbhəsində Qızıl Orduya qarşı vuruşdu və Avropada İkinci cəbhə açıldıqdan sonra onun tərkibində Anti-Hitler koalisiyasının qoşunlarına qarşı vuruşdu. 1945-ci ilin aprelində ştandartenfürer rütbəsinə yüksələrək Vaffen SS-nin ən gənc alay komandiri olmuşdur. Müharibədən sonra Nürnberq tribunalı tərəfindən müharibə cinayətlərində günahlandırıldı, buna görə Payper məhkum edilmiş və 1956-cı ilə qədər həbsdə qaldı.
Laxar brekçiyaları
Laxar brekçiyaları (rus. брекчии лахаровые, ing. lahar breccia, breccia volcanic mudflow) — püskürmə ilə eyni vaxtda baş verən palçıq axımı çöküntüləri; narın materiallarla sementləşmiş vulkan qırıntıları və qaymalarından təşkil olunur.
Saxir səhrası
Saxir səhrası (ərəb. الصخير‎) — Bəhreyn ərazisində yerləşə səhra. Elədə hündür olmayan təpələrə və vahələrə sahib olan səhra. Bəhreynin görməli yerlərindən sayılır. Zallaq limanınından qərbdə yerləşir. Cənub vilayətinin böyük hissəsini əhatə edir. Səhrada əl-Saxir sarayı yerləşir. Saray 1870-ci ildə tikilib. 2000-ci illərdən səhrada infrastruktur tikililərinin inşasına başlanılmışdır. Burada Universitet şəhərciyi salınmış, Saxir Beynəlxalq Avtodromu qurulmuşdur.
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
İlani (Bükan)
İlani (fars. ايلاني‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (29 ailə).
İlmir Xazetdinov
İlmir Rəşad oğlu Xəzəddinov (rus. Ильмир Ришатович Хазетдинов, tatar. Илмир Ришат улы Хәзетдинов; 28 oktyabr 1991, Ulyanovsk və ya Ufa) — Tatar əsilli Rusiya xizəklə tramplindən tullananı, Rusiya çempionu (2013), beynəlxalq dərəcəli idman ustası. İlmir Xəzəddinov 28 oktyabr 1991-ci ildə Ufa şəhərində anadan olmuşdur. Ufa Ali İdman Ustalığı məktəbinin şagirdi olmuşdu. Xəzəddinovun ilk məşqçisi Vladimir Andreyeviç Nikulin olmuşdur. Gənc idmançı, SDYUŞOR və ŞVSM "Lokomotiv" klublarının üzvü olmuşdur. Xəzəddinov 2005-ci ildən bəri beynəlxalq dərəcəli müsabiqələrdə iştirak edir. İlmir Xəzəddinov Rusiyada keçirilmiş olan 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. O, normal təpə yaşının seçmə mərhələsini 18-ci, final mərhələsini isə 35-ci yerdə bitirmişdir.
İlmir Xəzəddinov
İlmir Rəşad oğlu Xəzəddinov (rus. Ильмир Ришатович Хазетдинов, tatar. Илмир Ришат улы Хәзетдинов; 28 oktyabr 1991, Ulyanovsk və ya Ufa) — Tatar əsilli Rusiya xizəklə tramplindən tullananı, Rusiya çempionu (2013), beynəlxalq dərəcəli idman ustası. İlmir Xəzəddinov 28 oktyabr 1991-ci ildə Ufa şəhərində anadan olmuşdur. Ufa Ali İdman Ustalığı məktəbinin şagirdi olmuşdu. Xəzəddinovun ilk məşqçisi Vladimir Andreyeviç Nikulin olmuşdur. Gənc idmançı, SDYUŞOR və ŞVSM "Lokomotiv" klublarının üzvü olmuşdur. Xəzəddinov 2005-ci ildən bəri beynəlxalq dərəcəli müsabiqələrdə iştirak edir. İlmir Xəzəddinov Rusiyada keçirilmiş olan 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. O, normal təpə yaşının seçmə mərhələsini 18-ci, final mərhələsini isə 35-ci yerdə bitirmişdir.
Laxer-Ze
Laxer-Ze gölü (alm. Laacher See‎) – Almaniyanın Reynland-Pfalts vilayətinin Arvayler bölgəsinin Qles kommunasında vulkan mənşəli axarsız göl. Göl 1,9 km diametrli vulkanik kalderada, Koblensdən 24 km şimal-qərbdə və Bonndan 37 km cənubda, Reyn çayı üzərində yerləşən Andernax şəhərindən 8 km məsafədə yerləşir. Vulkan Ayfel dağlarındə qərarlaşır. Laxer-Ze gölü eramızdan əvvəl 10,930-cu ildə əmələ gəlmişdir. Vulkanik partlayıcılıq indeksi VEI 6-ya bərabər olan Lah super vulkanının Plinian tipli püskürməsindən sonra, bu təxminən Filippin Pinatubo vulkanının 1991-ci ildə püskürməsinə uyğundur. Radiokarbon üsulu Lah vulkanının püskürməsinin 13006 ± 9 təqvim ili əvvəl baş verdiyini müəyyən edib. Bu püskürmə Böyük Şaxta iqlim anomaliyasının mümkün səbəbi kimi müzakirə edilir. Yaxınlıqdakı ərazilər əlli metrlik vulkanik kül və pemza təbəqəsi altında idi, daha kiçik hissəciklər əsasən cənubdan müasir Şimali İtaliya ərazisinə və şimal-şərqə - müasir Rusiya ərazisinə və Skandinaviya yarımadasına uzanırdı. Ola bilsin ki, Lah vulkanının püskürməsi müasir Danimarka ərazisində Bromme mədəniyyətinin yaranmasına səbəb olub.
İoaxim fon Ribbentrop
İoaxim fon Ribbentrop (alm. Ullrich Friedrich Willy Joachim von Ribbentrop‎; 30 aprel 1893[…] – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) - alman siyasi xadim, Üçüncü Reyxin Xarici İşlər Naziri. Uşaqlığı İngiltərə, Fransa və İsveçrədə nizamsız olaraq müxtəlif özəl məktəblərdə təhsil almaqla keçmişdir. 1904-cü ildən 1908-ci ilə qədər Mets şəhərində fransız dili dərsləri almışdır. Bir müddət Nyu-York və Bostonda jurnalist kimi işləmiş daha sonra tuberkulyoz xəstəliyindən əziyyət çəkdiyi üçün Almaniyaya geri qayıtmış və istirahət etmişdir. Daha sonra Kanadaya qayıdıb Monrealda təhsil alıb, dəmiryollarının çəkilməsində işləyir. 1913-cü ildə Ottavada alman şərab və şampanlarını idxal edən bir şirkət qurdu. Birinci dünya müharibəsi başlayan Kanadanı Böyük Britaniyanın bir hissəsi gördüyü üçün tərk edir. 15 avqust 1914-cü ildə Nyu-Cersidən yola çıxan Hollandiya-Amerika gəmisiylə Almaniyaya qayıdır və könüllü olaraq 125-ci Hussar alayına yazılır. Döyüşlərdə fərqləndiyinə görə Dəmir xaç ordeni ilə təltif olunur.
Buta (ilahi vergi)
Buta — İlahi vergi, İlahi pay. Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi xüsusi bir məzmun kəsb edir. Haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunur və rəmzi-məcazi içki, badə vasitəsilə reallaşır.
Din-e İlahi
Din-e İlahi 1582-ci ildə Böyük Moğol İmperiyasının hökmdarı Əkbər Şah tərəfindən əsası qoyulan və bölgəyə hakim olan bütün dinləri birləşdirmək məqsədi güdən vahid din idealogiyası.
Fəzəl İlahi Çaudhri
Fəzəl İlahi Çaudhri (1 yanvar 1904 – 2 iyun 1982, Lahor) — Pakistan İslam Respublikasının 5-ci prezidenti. == Erkən Həyatı == Fəzəl İlahi Çaudhri 1 yanvar 1904-cü ildə Pəncab əyalətinin Qucarat rayonu, Xairan şəhəri yaxınlığındakı Marala kəndində nüfuzlu Qucarar ailəsində anadan olmuşdur. Təhsilini oradan aldıqdan sonra, Çaudhri 1920-ci ildə nüfuzlu Aliqarx Müsəlman Universitetinə qatıldı, 1924-cü ildə Mülki Hüquq təhsilini Qanunlar üzrə bakalavr aldı. Bundan sonra Çaudhri Pəncab şəhərinə qayıtdı və Pəncab Universitetinin hüquq və siyasi elmlər üzrə aspiranturasında iştirak etdi. 1925-ci ildə Çaudhri, 1925-ci ildə Siyasi Elmlər üzrə magistr dərəcəsini, 1927-ci ildə Hüquq və Ədalət üzrə qabaqcıl Qnunlar Magistri almışdır. Təhsilini başa vurduqdan sonra, Çaudhri, Lahorda hüquq firmasını qurdu, mülki qanun və azadlıqları müdafiə etdi və yenidən Qucarata getdi və mülki qanun tətbiq etməyə başladı. 1930-cu ildə siyasətə maraq göstərməyə başladı və 1930-cu ildə Gucarat İdarə heyəti üçün Hindistan ümumi seçkilərində iştirak etdi. == Siyasi Karyerası == 1942-ci ildə Müsəlman Birliyinə qatıldı. 1945-ci ildə Gucaratdan Müsəlman Birliyinin prezidenti seçildi. 1946-cı il seçkilərində Müsəlman Birliyinin biletində iştirak etdi və yaşadığı bölgə xalqı arasında Müsəlman Birliyi ideyalarının yayılmasında mühüm rol oynadı.
İmair Hava Yolları
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
İlir Meta
İlir Rəcəb Meta (alb. Ilir Rexhep Meta; 24 mart 1969, Çorovoda[d], Berat vilayəti[d]) — 24 iyul 2017-ci ildən etibarən Albaniya Prezidenti vəzifəsində çalışan alban siyasətçi. Daha əvvəl 1999–2002-ci illərdə Baş nazir vəzifəsində çalışıb və 30 yaşında Albaniya tarixində I Zoqdan sonra ikinci gənc Baş nazir olub. Meta ayrıca 2002–2003 və 2009–2010-cu illər arasında yenidən Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2013–2017-ci illərdə Albaniya Respublikası Parlamentinin sədri olub. Bundan əvvəl Avropa İnteqrasiyası Parlament Komissiyasına rəhbərlik edib. Meta 2004-cü ildə Sosialist İnteqrasiya Hərəkatını qurub. 28 aprel 2017-ci il tarixdə 140 millət vəkilindən 87 səs alaraq Albaniya Prezidenti seçildi. Sosial mediada Seltik klubuna olan sevgisini tez-tez nümayiş etdirir. 2020-ci ilin iyul ayında Albaniyada ilk Seltik fan-klubunu qurmuşdur.
Gülaxır
Gülaxır- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehestanının kəndlərindəndir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 420 nəfərdən ibarət idi.
Imair
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
Alatır (şəhər)
Alatır (rus. Ала́тырь; çuvaş Улатӑр Ulatăr) — Rusiyada, Çuvaşıstan subyektində şəhər. Alatır rayonunun mərkəzidir. == İqtisadiyyatı == Alatır şəhəri Sura çayı sahilində gəmi dayanacağı rolunu daşıyır. Burada dəmiryol stansiyası var. Parovoz təmiri, elektrik cihazları, yağ-pendir zavodları, maxorka, ayaqqabı, tikiş, trikotaj fabrikləri, ağac emalı, ət kombinatları, İES, 3 texnikum var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатырь // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Alatır çayı
Alatır (çuvaş Улатăр, erz. Ратор) — Rusiyanın Nijeqorod, Mordoviya və Çuvaşiya ərazilərindən axan çay. Çayın uzunluğu 296 km, hövzəsi 11 min km² təşkil edir. == Coğrafiya == Çayın mənbəyi Pervomaysk şəhərindən 10 km qərbdə yerləşir. Çsyın əsas istiqaməti şərqədir. Çay yuxarı axarlarda Nijeqororod vilayəti ilə Mordoviya sərhəddini təşkil edir. Sonradan çay Permomaysk, Lukoysnovvə Poçinkovski rayonları ərazisindən axır. Adı çəkilən rayonlar Nijeqorod vilayəti ərazisində yerləşir. Daha sonra çsy Mordoviyanın İçalkovski, Ardatovski rayonları ərazisindən axır. Aşağı axarlarda isə Alatır rayonuna keçir.
Gülaxır şəlaləsi
Gülaxır şəlaləsi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşinin Ərzil dehastanının Gülaxır kəndində yerləşən şəlalədir. == Adının mənası == Gülaxır sözü Azərbaycan dilində "şanlı" mənasını verir.
Kadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Qadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Yılayır rayonu
Yılayır rayonu (başq. Йылайыр районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yılayır kəndidir. Rayonun sahəsi 5774 km²-dir. Rayon Başqırdıstan Respublikasının Baymak, Böryən, Ziançurinski, Kuqərsen və Xaybulla rayonları ilə həmsərhəddir. Başqırd Uralının cənub hissəsində yerləşir. Rayonun ərazisi Barakal, Zilair, Bolşoy Suren və Böyük İkanın yuxarı axınları — Avaşla, Berdyaş, Tekal çaylarının kanyon yaradan vadiləri ilə kəsilmiş Zilair yaylasında yerləşir. Ağcaqayın, şam meşələri çox yayılmışdır. Rayonun qərb kənarından palıd, cənub-şərq kənarında ağcaqayın və şam meşələri zolaq şəkilində yayılmışdır. Torpaqlar: dağ qartatorpaqları, dağ boz-meşə və qaratorpaq.
İlasın mağarası
İlasın (Qızılquş) (başq. Ыласын) başqırdca — qızılquş, rəsmi olaraq Elasın — Başqırdıstanın İşimbay rayonunda olan mağara.1985-ci ildə təbiət abidəsi kimi qorunur. Qorunan ərazinin sahəsi 100 hektardı. Qorunan əraziyə əhəngdaşlarından təşkil olunmuş mağara, eləcə də Cənubi Uralın enliyarpaqlı ağaclarından ibarət qərb yamacları daxildir. Seleuk çayı hövzəsinə daxil olan Utınlıqol çayının sağ sahilində yerləşir. Mağara İşimbay royunun Xazinova kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Mağara karst mənşəlidir, orta karbonun əhəng daşlarından təşkil olunub. Mağara əsas zaldan və şərqi, şimal-şərqi və cənub-şərqi girişlər sistemindən ibarətdir. Mağaranın uzunluğu — 487 metr, orta eni — 10 metr, orta hündürlüyü — 5 metr, amplitudası — 28 metr, sahəsi 1025 m², həcmi isə 5287 m³-dir. Əsas giriş arka şəkilli olub (eni 12 metr, hündürlüyü 7,6 metr) 30 metrlik qıf daxilində yerləşir.
Qədir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
İlxı
İlxı — at, dəvə sürüsü. İlxı heyvanın yaşından və cinsindən asılı olaraq təşkil edilir. Hər at ilxısında qulunla birlikdə 80–120 madyan və ya bir yaşardan yuxarı 120–150 baş dayça saxlanılır. İlxı heyvanların ilboyu saxlanması, yaxu otarılması üçün təşkil edilir.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.