Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsrayıl Cəfərzadə
İsrayıl Namiq oğlu Cəfərzadə (30 sentyabr 2000; Sabunçu rayonu, Bakı, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsrayıl Cəfərzadə 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Əslən Ağsu rayonundan idi. 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olmuşdur. O, 2016-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olmuşdur. Rayonlar arası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == O, təhsilini bitirdikdən sonra 2019-cu ilin 2 iyul tarixində hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === 2019-cu ildə təhsilini başa vurduqdan sonra İsrayıl həmən il iyul ayında vətənə borcunu vermək üçün əsgəri xidmətə yollanıb.
İsrayıl Hacıyev
İsrayıl Səməd oğlu Hacıyev (28 fevral 2002, Zəyəm Cırdaxan – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2008-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C.Abdıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub, həmin məktəbin 9-cu sinifə qədər təhsil alıb. 2017-ci ildən 2020-ci ilədək ailə kəndli təsərrüfatında ailəsi ilə birlikdə çalışmışdır. == Hərbi xidməti == İsrayıl Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İsrayıl İsgəndərov
İsrayıl İsa oğlu İsgəndərov (23 iyun 1957, Samanlıq, Gədəbəy rayonu) — Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru. == Həyatı == 23 iyun 1957-ci ildə Gədəbəy rayonu Samanlıq kəndində anadan olmuşdur. 1964–1974-cü illərdə Gədəbəy rayonu Samanlıq kənd orta məktəbində, 1974–1978-ci illərdə isə V. İ. Lenin adına Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində oxumuş və riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1978-ci ildən İsmayıllı rayon Aşıqbayram kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Təhsil və bacarıqların artırılması istiqaməti üzrə 1990–1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuş və o, Riyaziyyatda "Qeyri-xətti dalğa tənliklərinin ilkin sərhəd məsələləri"ni tədqiq etmişdir. 1994-cü ildə fizika-riyaziyyat üzrə elmlər namizədi alimlik dərəcəsi (fizika-riyaziyyat üzrə fəsəfə doktoru) almışdır. 16 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Menecment kafedrası üzrə dosent elmi adı verilmişdir. 1984–1995-ci illərdə Azərbaycan Su Problemləri Elmi-tədqiqat Institutunun Riyazi modelləşdirmə və Texnoloji Proseslərinin Avtomatik İdarəedilməsi şöbəsinin kiçik elmi işçisi, böyük elmi işçisi və Su təsərrüfatının iqtisadiyyatı bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 1995–1997-ci illərdə Azərbaycan Respublikası Beynəlxalq Humanitar və Texniki yardım üzrə Respublika Komissiyasının Nazirlər Kabineti strukturundakı İşçi Qrupunun böyük referenti işləmişdir. 1997–2002-ci illərdə Azərbaycan Su Problemləri Elmi-tədqiqat Institutunun Riyazi modelləşdirmə və Texnoloji Proseslərinin Avtomatik İdarəedilməsi şöbəsinin Su təsərrüfatının iqtisadiyyatı bölməsinin rəhbəri vəzifəsində işləmişdir.
İsrayıl Əfəndiyev
Əfəndiyev İsrayıl Rüstəm oğlu - SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993-1997), ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, Neft Akademiyası nəzdində “İdarəetmə proseslərinin avtomatlaşdırılması” elmi tədqiqat institutunun direktoru SSRİ Dövlət mükafatı Laureatı, texnika elmləri doktoru, professor Əfəndiyev İsrayıl Rüstəm oğlu informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alimdir. == Həyatı == Professor Əfəndiyev İ.R. 1945-ci il mart ayının 29- da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1969- cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirmiş və həmin ildə “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1975- ci ildə namizədlik və 1986- cı ildə isə Moskvada D.İ.Mendeleyev adına “Kimya-Texnologiya” universitetində “Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması” ixtisası üzrə “Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1988- ci ildən professordur və ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiridir. Professor Əfəndiyev İ.R. 1993- 1997- ci illərdə ADNA- nın elmi hissə üzrə prorektoru vəzifəsində işləmiş və 1995- ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılmış “İdarəetmə Proseslərinin Avtomatlaşdırılması” elmi tədqiqat institutunun direktorudur. Professor Əfəndiyev İ.R. elmi fəaliyyəti dövründə müasir böyüktonnajlı neftkimya, neftayırma və kimya sənayesi texnoloji proseslərinin modelləşdirilməsi, optimal idarəedilməsi, avtomatlaşdırılması kimi vacib bir elmi istiqamətin nəzəri və tətbiqi əsaslarını işləmişdir. Professor İ.R.Əfəndiyevin informatika və texnoloji proseslərinin optimal idarəedilməsi sahəsində almış olduğu fundamental elmi nəticələr hələ 1982- ci ildə SSRİ EA-sı prezidiyumunun qərarı ilə “Texniki kibernetika” sahəsində 60- ildə ittifaqda alınmış böyük elmi nailiyyətlər siyahısına daxil edilmişdir (Bax: Изв. АН СССР «Техническая кибернетика», 1982, №5). Professor Əfəndiyev İ.R. 1975-1986- cı illərdə apardığı elmi araşdırmalarda keçmiş ittifaqda ilk dəfə determinə olunmuş və stoxastik modellərlə yazıla bilən birmərhələli, çoxmərhələli tipik katalitik texnoloji proseslərin optimal idarə edilməsinin elmi əsaslarını işləmiş, mürəkkəb strukturaya malik texnoloji sistemlərin optimallaşdırılması məsələlərinin həll edilməsi üçün orijinal alqoritmlər təklif etmişdir (Bax: АН СССР Автоматика и телемеханика, №2, 1975; АН СССР Автоматика и телемеханика, №6, 1978; АН СССР Теоретические основы химической технологии, №2, 1978; АН СССР ТОХТ, №5, 1980; АН СССР ТОХТ, №1, 1983; АН СССР ТОХТ, №5, 1984; АН СССР ТОХТ, №1, 1986).
Ağanəzər İsrayılov
Ağanəzər İsrayılov (tam adı: Ağanəzər Araz oğlu İsrayılov; 1 iyul 1960, Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Ağanəzər İsrayılov 1960-cı il 1 iyul tarixində Şamaxı şəhərində anadan olmuşdur. Milis leytenantı idi.Subay idi. == Qanlı Yanvar faciəsi == Qara Yanvar gecəsi üç polis əməkdaşı — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov iş başında aldıqları tapşırıq üzrə hərəkət edirdilər. Səhər saat 7:15 dəqiqədə maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Valeri 4 saatdan sonra xəstəxanada vəfat etmiş, Oqtay isə bir qolunu itirmişdir. Şamaxıda yerləşən "Yeddi Günbəz" qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, Sumqayıt şosesi, 10.
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Raqif İsrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
İsmayıl
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır və onun evində yaşayırdı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcər ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Cavid İsmayıl
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar - beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini. == Həyatı == Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakultəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır. Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi.1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bu günkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular. Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı.Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var. Cavid İsmayıl professor Əjdər İsmayılovun oğlu, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan, əsasən Şərur-Dərələyəz istiqamətində erməni daşnaqlarına qarşı mübarizə aparmış, Nuru Paşanın ödül verdiyi Tağı İsmayılovun isə nəvəsidir. == Elmi fəaliyyəti == Cavid İsmayıl 1996-cı ildən bu hal-hazıra qədər Hüquq Mühafizə statuslu dövlət orqanında xidmət etməsilə yanaşı, hələ məktəbli vaxtlarından onun elmə olan böyük marağı bu istiqamətdə inkişaf etməsinə aparmışdır.
Eldar İsmayıl
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Çəmbərək rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010) == Həyatı == Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir. Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir. "Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır. Şairin zəhmətinin növbəti dəyərləndirilməsi "Heyrət" ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə "Məslək Şərəf Diplomu" ilə təltif edilməsidir.
Fazil İsmayıl
İsmayıl Fazil Mürşüd oğlu - (25.05.1938, Bakı şəhəri - 18.06.2013, Bakı şəhəri) - Azərbaycan Respublikasının Əməkdar Arxitektoru. Fazil İsmayıl 25 may 1938-ci ildə Bakının Keşlə qəsəbəsində anadan olub. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq şöbəsini bitirib. == Fəaliyyəti == Fazil İsmayılın adı Azərbaycanda su elektrik stansiyalarının layihələndirilməsi ilə bağlıdır. 20-ci əsrin 70-ci illərində Fazil İsmayıl Vyetnamda “Txak-ba” və “Xaobin” su elektrik stansiyalarının layihələndirilməsində iştirak edib və bu xidmətlərinə görə “Xalqlar dostluğu” medalı ilə təltif olunub. 1985-1989-cu illərdə Memarlar İttifaqının rəyasət heyətinə üzv seçilib. Fazil İsmayıl, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Memarı adına layiq görülüb. 1993-cü ildə memarlıq fəaliyyəti nəzərə alınaraq Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvi seçilib.
III İsmayıl
III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan Zənd və Raziya Sultan idarə etmişdir. == Həyatı == Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi.
II İsmayıl
II İsmayıl (fars. شاه اسماعیل دوم‎; 31 avqust 1533, Qəzvin – 24 noyabr 1577, Qəzvin) — Səfəvilər dövlətinin 3-cü şahı və I Təhmasibin oğlu. == İlkin həyatı == 28 may 1537-ci ildə Ərdəbildə doğulmuşdur. Atası I Təhmasib anası Sultanım bəyim Mosulludur. Atasının sıraca üçüncü, həyatda qalan ikinci oğlu idi (ən böyük qardaşı Əliqulu mirzə hələ 1529-cu ildə vəfat etmişdi). Hələ 1547-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Lələsi isə Göycə sultan Qacar idi. == Bəylərbəyi kimi fəaliyyəti == 1547-ci ildə Şirvanşah şahzadəsi Bürhan Əlinin hücumuna məruz qalmışdı, lakin bu hücumu dəf edə bilmişdi. 1554-cü ildə Ərzurumda İsgəndər paşa ilə Səfəvi ordusu arasında gedən döyüşdə qızılbaşlara sərkərdəlik edir və qaladan qıraqda gedən döyüşlərdə onun rəhbərlik etdiyi qoşun Osmanlını məğlub edir. Əxlat və Ərciş qalalarını ələ keçirir.
I İsmayıl
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil – 23 may 1524[…], Ərdəbil) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı;şair. O, 1501-ci ilin iyulunda Təbrizdə Azərbaycanda şah taxtına oturdu.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk etnoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi barədə iddialar ortaya atılmışdır.
Kərbəlayı İsmayıl
Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər. == Həyatı == Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi.
Məmməd İsmayıl
İsmayıl Mürşüd oğlu Məmməd (1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu) — Azərbaycan şairi. == Həyatı == M. İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini,2013-cü ildə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor ünvanı almışdır. 1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır. 1989-1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur. == Ədəbi fəaliyyəti == 14 yaşından bədii yaradıcılıqla məşğuldur.
Qanlı İsmayıl
Qanlı İsmayıl (1810-1843) – qaçaq. == Həyatı == Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı. Baba bəy Şakir yazırdı: Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb еdilməməsi: a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8-10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə еdir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz еvlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə vеrir, öz rəiyyətlərini quldurluğa təhrik еdirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu kеyfiyyətdə fərqlənirlər.
Rüfət İsmayıl
Rüfət Əli oğlu İsmayılov, daha çox Rüfət İsmayıl olaraq tanınır (2 fevral 1981, Bakı) — Azərbaycan modelyeri, modeli, sahibkarı, biznesmeni. Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır. O, ilk və Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilmişdir. == Erkən illəri və təhsili == Rüfət Əli oğlu İsmayılov 2 fevral 1981-ci ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olmuşdur. Nigar Topçubaşovanın qardaşıdır. Rüfət İsmayıl 1986–1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 20 saylı orta ümumtəhsil məktəbinin 10 sinfini bitirmiş, eyni zamanda 1987–1995-ci illərdə Nərimanov rayonu 16 saylı Musiqi Məktəbində musiqi təhsili almış, fortepiano üzrə 8-ci sinfini bitirmişdir. O, 1994-cü ildə Osman Mirzəyev adına Jurnalistika kursuna da yazılaraq, oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2001-ci illərdə Azərbaycan Ali Diplomatiya Kollecinin Beynəlxalq Əlaqələr fakutəsindən məzun olmuş, 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. Rüfət İsmayıl həmçinin, 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil almışdır. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir.
Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan == Filmoqrafiya == Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Xaqani İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. == Fəaliyyəti == "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır. == Həbs olunması == Xədicə İsmayıl 2014 ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.
Yusif İsmayıl
Yusif İsmayıl (türk. Yusuf İsmail; 1857 – 4 iyul 1898, Atlantik okeanı) — "Qorxunc türk" ləqəbli əfsanəvi türk güləşçi. Yunan-Roma güləşi ilə idmanda böyük qələbələr qazanan ilk türk pəhləvanı olduğu güman edilir. 1885-ci ildə Kırkpınar güləşi üzrə əsas pəhləvan olmuşdur. 1894-cü ildən etibarən Avropa və ABŞ-də dövrün ən məşhur güləşçiləri ilə güləşmişdir. Məşhur idmançı 140 kiloqram çəkisində və 1,88 metr boyunda idi. Həyatını ABŞ-dən ölkəsinə dönərkən bir gəmi qəzasında itirmişdir.
İrəc İsmayıl
İrəc İsmayıllı (15 oktyabr 1961, Urmiya) — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. == Həyatı == İrəc İsmayıllı 1961-ci ilin oktyabr ayının 15-də Cənubi Azərbaycanın (İran) Urmiya şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Urmiyada almışdır. Erkən yaşlarından milli azadlıq mübarizəsinə qoşulmuşdur. Ötən əsrin 80-ci illərin ortalarından siyasi səbəblər üzündən vətəni tərk etməyə məcbur olmuş, Norveçə mühacirət etmişdir. Hal-hazırda Norveçin Stavanger şəhərində yaşayır. 1991–1995-ci illərdə Norveçin Stavanger Universitetinin bakalavr, (1995–1996) Böyük Britaniyanın Heriott-Watt Universitetinin magistratura pillələrini bitirmişdir. Bir müddət Stavanger şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdir. Həmin şəhərin mərkəzi kitabxanasında Azərbaycan dilində kitablardan ibarət bölmənin yaradılmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə Norveçdə neft şirkətində mühəndis kimi fəaliyyət göstərmişdir.
İsmayıl Ələkbərov
İsmayıl Ələkbərov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru. == Həyatı == Ələkbərov İsmayıl Ağa Qulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) fizika müəllimi ixtisası üzrə təhsil almışdır. Müxtəlif Dövlət idarələrində, eləcə də Elmlər Akademiyasının Fizika İnstitutunda laborant, Bakı Tibb Peşə Məktəbində müəllim, məktəbin müdiri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bölmə rəisi, Komitənin Tədris Mərkəzinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib. İsmayıl Ələkbərov 26 iyul 2022-ci il tarixində işdən çıxarılıb. 1 Ailəlidir. İki övladı var.
İsmayıl Əsgərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini. == Həyatı == 1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.
İsmayıl Əskərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini. == Həyatı == 1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.
İsrafil
İsrafil — kişi adı. İsrafil Aşurlı — İsrafil Şahverdiyev — İsrafil Məmmədovİsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi.
İsmayıl (Auırqazı)
İsmayıl (başq. Исмәғил, rus. Исмагилово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, tatarlar və ruslar üstünlük təşkil edir. == Tarixi == Kənd 1600-cu ildə Uzen çayının sol sahilində salınmışdır.
İsmayıl (Avurğazı)
İsmayıl (başq. Исмәғил, rus. Исмагилово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, tatarlar və ruslar üstünlük təşkil edir. == Tarixi == Kənd 1600-cu ildə Uzen çayının sol sahilində salınmışdır.
İsrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Suri-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. === Ailəsi === Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. == Etimologiya == Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. == Yəhudilikdə == Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir.Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur. Əzrayıl altı ölüm mələyindən biridir.