Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kənəə
Kənəə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır. Kəndin əhalisi 27 nəfər yaşayır ki, onun da 14 nəfəri kişi, 13 nəfəri isə qadındırdir.
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Entoni Kuinn
Entoni Kuinn (ing. Anthony Quinn; 21 aprel 1915[…] – 3 iyun 2001[…], Boston) — Amerika aktyoru. Antonio Rudolfo Oahaka Kuinn (isp. Antonio Rudolfo Oaxaca Quinn) 1915-ci ildə Meksika şəhəri olan Çiuauada Meksika inqilabının qızğın vaxtlarında anadan olmuşdur. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçmişdir. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanmış və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənmişdir. 1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlamış, əvvəl teatrda sonra isə kinoda rollar ifa etmişdir. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında olmuşdu.
Kann
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Kəbənin açarları
Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[mənbə göstərin] Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir. Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb. Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Kənan (ad)
Kənan — ad. Kənan Kərimov — Azərbaycan futbolçusu. Kənan Məmmədov — Azərbaycan kinooperatoru Kənan Doğulu — Türkiyə müğənnisi. Kənan Evrən — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Kənan Çoban — Tükiyə aktyoru Kənan İmirzaloğlu — Türkiyə aktyoru. Kənan Pars — Coğrafiyada Kənan — Bərəkətli Hilalın qərb hissəsidir.
Kənan Abdullaxanlı
Kənan Abdullaxanlı (2 iyul 1987) — Azərbaycanlı para-cüdoçu. Kənan Abdullaxanlı, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Kənan Abdullaxanlı 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarına qatıldı. 1/8 final mərhələsində Ukrayna idmançısı Aleksandr Pominovu 101:000 hesabı ilə məğlub edən Kənan Abdullaxanlı, 1/4 final mərhələsində Cənubi Koreya cüdoçusu Qvanqqeun Çoiyə 000:101 hesabı ilə məğlub oldu və təsəlliverici qrupa vəsiqə qazandı. Bu mərhələdə o, İran idmançısı Həmid Əlizadəni 000:000 hesabı ilə məğlub etsədə, həlledici görüşdə Özbəkistan cüdoçusu Şirin Şaripova 000:001 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu. Kənan Abdullaxanlı 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +100 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Dursun Hayranı 0000:0003 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistan cüdoçusu Şirin Şaripova 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Kənan Abdullayev
Kənan Mübariz oğlu Abdullayev (3 dekabr 1990; Mingəçevir, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb. Kənan Abdullayev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edib. Kənan Abdullayev 2020-ci il sentyabrın 30-da Hərbi Komisarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun leytenantı olan Kənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Abdullayev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Kənan Allahverdiyev
Kənan Axundzadə
Kənan Dadaşov
Kənan Dadaşzadə
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Kənan Evrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Kənan Hacı
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi. Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq çalışmışdır. "Mücrü" jurnalının baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kənan Hacıyev
Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi. Kənan Hacıyev (əsgər) — Vətən müharibəsi şəhidi.
Kənan Həsənov
Kənan Elşad oğlu Həsənov (16 sentyabr 1997; Qaraçala, Salyan rayonu, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Həsənov 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Subay idi. Kənan Həsənov ali təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Kalav
Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru, rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri. Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı. Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur. Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi.
Kənan Kərimli
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Keqon
Keqon (華厳宗) – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi. Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir. Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir. Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur.
Keson
Keson (kor. 개성시) — Şimali Koreyada şəhər. Keson şəhəri KXDR-nin əsas yüngül sənaye mərkəzi hesab olunur. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya İmperiyasının işğalı altında qalmış şəhər Keson Sənaye Bölgəsinin yaxınlığında yerləşir. Katmandu, Nepal Belsı, Moldova Kusko, Peru Şimali Koreya Şimali Koreya coğrafiyası VikiSəyahətdə Kaesong haqqında səyahət məlumatları var. North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine, (North Korea Google Earth) смотрите больше об Кэсоне, его экономике, культуре и промышленной инфраструктуре на Google Earth.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Ksenon
Ksenon (Xe) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 54-cü element. Ksenon havanın daimi komponentləri arasında ən nadiridir. Həmin qrupun elementi olan arqonun hər 100000 atomuna bir ksenon atomu düşür. Amma Yer atmosferi o qədər böyükdür ki, onun tərkibində 2 milyard ton ksenon var. Ksenonun 9 stabil nuklidləri var. Yalnız qalayın nuklidləri bir ədəd çox olub 10-dur. Uran minerallarında ksenonun 133Xe və 135Xe əlavə nuklidləri var. Havadan ksenonun alınması böyük əmək və enerji məsrəfi ilə əlaqədardır. O, yalnız qızıldan 2.5 dəfə ucuz və 25 dəfə gümüşdən baha başa gəlir. Ksenon 1898-ci ildə ingilis kimyaçılar, Vilyam Ramzay və Moris Travers tərəfindən kəşf olunmuşdur və kəşf olunduqdan keçən birinci 64 ildə onu təsirsiz qaz hesab etmişlər (VIIIA qrupun dörd daha yüngül elementlərinə oxşar olaraq).
Keran
Lampronlu Keran (bilinmir – 28 iyul 1285) — Lampron ailəsinin doğumla üzvü və nikahla Ermənistan kraliçası. O, Lampron şahzadəsi Hetumun naməlum arvadından olan qızı idi, ehtimal ki, frank mənşəlidir. Onun üç məlum bacısı var idi: Marianna, Aliks (sonradan Baliana d'İbelinanın arvadı oldu, Kipr senesşalı) və Mixaelqla lordu Raymond. 15 yanvar 1262/14 yanvar 1263-cü il tarixindən öncə Keran 1270-ci ildə atasının taxtdan əl çəkməsindən sonra kral olmuş Kral I Hetumun böyük oğlu və varisi Ermənistan şahzadəsi Levon ilə evləndi. Doğum adı Anna idi, ad sonradan qısaldılaraq Keran və ya Geran olaraq adlandırıldı. Müasirləri tərəfindən Kraliça Keran haqqında çoxlu təriflər söylənilib. Oğlu Hetum “onun gözəl ruha və gözəl bədənə sahib olduğunu” iddia etdi. Salnaməçi və katib Avetis onu “bəla və sevinc içində ərinin yaxşı dostu” kimi təsvir etdi. Keran son oğlunun doğulmasından sonra rahibə oldu və Teofaniya adını alaraq Trazarq monastırına getdi. Çox güman ki, ona bacısı Marianna da qoşulub.
Duqlas Kenni
Duqlas Kenni (ing. Douglas Kenney; 10 dekabr 1946 – 27 avqust 1980, Kauai adası, Havay) — amerikalı komediyaçı. Məşhur yumor jurnalı olan "National Lampoon"-un yaradıcısı və yazıçısı. Həmçinin "Animal House" və "Caddyshack" kimi kult filmlərin də ssenari müəllifi və istehsalçısı idi. Duqlas Kenni 10 dekabr, 1946-cı ildə Floridada dünyaya gəlmişdi. Daha uşaq yaşlarında olarkən ailənin sevimlisi olan böyük qardaşı vəfat edir. Bu hadisədən sonra Duqlas özünü daim ölmüş qardaşının kölgəsində hiss edir və buna görə də ailəsi ilə arasında müəyyən problemlər yaranır. İlk təhsilini katolik məktəbində alan Duqlas Kenni daha sonradan Harvard Universitetində təhsilini davam edir. Burada o, öz yaxın dostu Henri Bird ilə birlikdə universitein yumor jurnalı olan The Harvard Lampoon jurnalını yaradır. Henri ilə birgə parodiya romanları və zarafatlar yazan Duqlas daha sonradan məşhurluq qazanacaq National Lampoon jurnalının əsasını da burada qoyur.
Hart Kreyn
Hart Kreyn(ing. Harold Hart Crane, 21 iyul 1899, Herretsvil, Ohayo — 27 aprel 1932, Meksika körfəzi) — amerika şairi. Hart Kreyn (1899—1932) məşhur “Körpü” şerinin müəllifidir. Nəinki amerikan ədəbiyyatında, elə dünya ədəbiyyatında da Kreyn epik şerin uğurlu ustalarından hesab olunur. Amma onun yaratdıqlarına göstərilən maraq, özünə verilən seçilmişlik onu qane etmirdi. Kreyn birmənalı şəkildə özünü inandırmışdı ki, artıq dünyanı heyran qoyacaq bir əsər yazmaq mümkün deyil. Bunun üçün deyiləsi bütün sözlər, deyilə biləcək bütün formalarda deyilib. Kreyn iddia edir ki, onun yazmaq istədiyi şeylər yazmaqla təsvir edilə, göstərilə bilməz. Kreynin 1932-ci ildə öldüyü qeyd olunsa da, əslində onun nə vaxt və harada öldüyü məlum deyil. Nyu-Yorka getmək üçün mindiyi gəmi gedəcəyi yerə çatsa da, Kreyn oraya çatmır.
Joqorku Keneş
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.
Kelvin Klein
Kelvin Riçard Klein (ing. Calvin Richard Klein; 19 noyabr 1942[…], Bronks, Nyu-York ştatı) — ABŞ dəb dizayneri. Kalvin Klein 1942-ci ilin 19 noyabrında Nyu-York yaxınlığında yerləşən Bronksda anadan olub. Yəhudi əsilli olan Kalvinin atası orta dərəcəli iş adamı imiş. Yazılanlara görə, gələcəyin dizaynerinin incəsənətə marağı hələ uşaqlıqdan yaranır. 18 yaşında yüksək incəsənət məktəbini bitirərək 2 il də Nyu-Yorkun Moda texnologiyaları institutunda oxuyur. Özünü inkişaf etdirir. 1962–1968-ci illərdə Nyu-Yorkun müxtəlif moda evlərində işləyir. Zaman-zaman küçə sənətçisi kimi də fəaliyyət göstərir.1968-ci ildə uşaqlıq dostu Barri Şvarsla birlikdə Calvin Klein, Ltd şirkətini yaradır. Hansı ki şirkət əvvəlcə kişi üst geyimləri istehsal etməyə başlayır.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Kevin Borg
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Borq
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Conas
Pol Kevin Conas II (ing. Paul Kevin Jonas II; 5 noyabr 1987) — amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun ifaçısı.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Kevin Fayqi
Kevin Fayqi (2 iyun 1973, Boston) – amerikalı film prodüseri və Marvel Studios-un prezidenti. Fayqi tərəfindən istehsal olunan filmlər ümumilikdə bütün dünyada 10 milyard $ gəlir əldə etmişdir. Fayqi həyatının 10 ilini Nyu-Cersidə keçirib. Babası 1950-ci illərdə televiziya prodüseri olub, "Yol göstərən işıq" və "Dünya dönən kimi" sabun operalarında işləyib. Liseyi bitirəndən sonra sevimli rejissorları Robert Zemekis, Ron Hovard və Corc Lukasın da oxuduğu Cənubi Kaliforniya Universitetinə müraciət edib. İlk beş müraciəti rədd olunsa da, altıncı cəhddə universitetə qəbul olunub. Onun ilk işləri Louren Şoler Donnerə "Sizə məktub var" və "Vulkan" filmlərində kömək etmək olub. 2000-ci ildə Marvel tərəfindən prodüser kimi işə alınıb. İlk İks-adamlar filminin istehsalı zamanı Donner onun Marvel kainatı sahəsində biliklərinə görə Fayqini prodüser təyin edib. Avi Arad onun fəaliyyətindən təsirlənib və Fayqi Marvel Studios üçün işləməyə başlayıb.
Kevin Filips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Fillips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Filadelfiya, Pensilvaniya və ya ABŞ) — Amerikalı komediyaçı, aktyor və prodüser. Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.