Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kobaltin
Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni). == Xassələri == Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya).
Koşalin
Koşalin (pol. Koszalin [kɔˈʂalin], kaşub Kòszalëno), əvvəllər Köslin (alm. Köslin‎ [kœsˈliːn]) — Polşanın şimal-qərbində şəhər. Baltik dənizi yaxınlığındadır. Koşalin voyevodalığının inzibati mərkəzidir. Dəmiryol qovşağıdır. Yarımkeçiricilər, avtomobil hissələri, elektrotexnika və tikinti avadanlığı istehsal edilir. Ağac emalı və yeyinti sənayesi, kətan zavodları, Ali Mühəndislik Məktəbi, XIII–XIV əsrlərə aid memarlıq abidələri var.
Kobalt
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az.-əski. زرنخ داشى‎) adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element. == Adı == Kobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az.-əski. زرنخ داشى‎) deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır. == Tərkibi == Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir.
Refik Koraltan
Bəkir Refik Koraltan (1889, Divriği, Sivas ili – 17 iyun 1974, İstanbul) — Türk siyasətçi, Demokrat Parti dövründə, 1950 ile 1960 arasında Türkiyə Böyük Millət Məclisi Başqanı. Ilk təhsilini Sivas ilinin Divriği şəhərində alan Koraltan Istanbula gedərək liseydə oxuyur. Daha sonra Istanbul Universitetinin Hüquq fakültəsində təhsil alır. 1914-cü ildən etibarən prokuror və vəkil işləməyə başlayır. Mudros müqaviləsindən sonra bir müddətdə Istanbulda işləyir və Konyaya qayıdır. O burada Milli Qüvvələrin tərkibinə qatılaraq Istiqlal müharibəsinə qoşulur. 1920-ci il 23 apreldə Konyadan TBMM-ə CXP-dən deputat seçilir. Koraltan həmçinin Konyadan II, III, IV çağırış millətvəkili seçilir. Deputatlıqdan 1935-də ayrılır və bir daha 4 il sonra Içeldən Məclisə daxil olur. 1945-ci ildə Cəlal Bayar rəhbərliyi altında Adnan Menderes, Fuad Köprülü ilə birlikdə demokratik çoxpartiyalı sistemə keçidi tələb edən "Dördlü Takrir" adlı sənədi CXP-yə təqdim etdilər və partiyadan qovuldular.
Kobılin binası
Kobılin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49. == Tarixi == 1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır. Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi.
Aleksandr Suxovo-Kobılin
Aleksandr Vasilyeviç Suxovo-Kobılin (rus. Александр Васильевич Сухово-Кобылин; 17 (29) sentyabr 1817 və ya 29 sentyabr 1817, Moskva – 11 (24) mart 1903, Bolyo-sür-Mer) — rus filosofu və dramaturqu. Əsasən rus imperiya bürokratiyasını tənqid edən satirik pyesləri ilə tanınırdı. Onun bacısı Yevgeniya Tur məşhur yazıçı, tənqidçi və jurnalist, bacısı Sofiya isə rəssam idi.
Qvardiya Koşalin FK
"Qvardiya" Koşalin İK ( pol. Klub Sportowy Gwardia Koszalin) — 1946-cı ildə əsası qoyulmuş, Koşalin şəhərini təmsil edən Polşa futbol klubu. Polşa Üçüncü Liqasında çıxış edir. Klub ev oyunlarını 950 tamaşaçı tutumuna malik Stanislav Fiqas adına stadionda keçirir.
Qarasu kobalt təzahürü
Şimali Daşkəsən kobalt yatağı
Kökaltı
Kökaltı — kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .