Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kompleks
Kompleks – [lat. complexus – əlaqə, uyğunluq, birləşmə, uzlaşdırma] Dəst; Tam təşkil edən şeylər və ya hadisələrin məcmusu, toplusu; Memarlıqda eyni məqsəd üçün tikilib quraşdırılmış binaların məcmuyu; məs.: universitet kompleksi; Bir-birilə sıx olan və qarşılıqlı əlaqədə olan, vəhdət yaradan obyektlərin, əşyaların, hərəkətlərin toplusu, uzlaşdırılması; Vahid təbiətli məhsul buraxan sahə, yarımsahə, müəssisələr qrupu; Bütövlük əmələ gətirən predmetlərin, hadisələrin, yaxud xüsusiyyətlərin məcmusu; Vahid tam əmələ gətirən anlayışlar, hadisələr, əşyalar və s. məcmusu. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == What is Complexus?
Kompleks (psixologiya)
Kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır. Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun. İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s. Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur . Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
Kompleks birləşmələr
Kompleks birləşmələr- (lat. complexus — kombinasiya, birlikdə) yəni kimyəvi reaksiyalarda atomun əsas valentlikləri ilə yanaşı, müəyyən şəraitdə əlavə valentliklərdə meydana çıxa bilər. == Koordinasion birləşmələr == Koordinasion quruluşa malik olan maddələr koordinasion birləşmələr adlanır. Onların kristal qəfəsində verilmiş maddənin ayrıca molekulları olmur, qəfəsdə yerləşən hər bir atom (ion) müəyyən sayda bərabər məsafədə və eyni tipli kimyəvi rabitə ilə (ion, kovalent, metal) əlaqələnən qonşu hissəciklərlə (atom, ion) əhatə olunmuşdur. Koordinasion birləşmələr məhlula keçdikdə tərkib hissələrinə ayrılmırsa, belə koordinasion birləşmələr kompleks birləşmələr hesab edilir. . Mündəricat === Kompleks birləşmələrin yaranma tarixi === Kompleks birləşmələr haqqında ideyaları kimya elminə gətirən və onun nəzəri əsasını qoyan İsveçrə alimi Alfred Verner(1983 –cü il) olmuşdur. Onun koordinasion birləşmələr sahəsindəki elmi nailiyyətləri yüksək qiymətləndirilmiş və o, 1913 –cü ildə Nobel mükafatına layiq görülmüşdür. Kompleks birləşmələr kimyasının inkişafında rus alimi L. A. Çuqayev və onun çox saylı şagirdləri -İ. İ. Çernyayev, A. A. Qrinberq, V. V. Lebedinskinin, sonralar N.Q.Klyuçnikov, E.B.Qlikina və başqalarının rolu böyükdür. == Kompleks birləşmələrin alınması == Bütün birləşmələr kimi kompleks birləşmələrin alınması bir çox amillərdən asılıdır. Bunlardan mühitin pH –nı, temperaturu, vaxtı, həlledicinin növünü və oksidləşdirici və ya reduksiyaediciliyini, katalizatorun təsirini, götürülmüş komponentlərin qatılığını və s.
Kompleks gübrələr
Tərkibində bitki üçün lazım olan iki və daha çox element (azot, fosfor, kalium, mikroelementlər) olan gübrələr kompleks gübrələrdir. Alınma üsullarına görə kompleks gübrələr mürəkkəb, kombinə olunmuş (mürəkkəb qarışdırılmış) və qarışıq gübrələrə bölünür. O gübrələr mürəkkəb gübrələrdir ki, tərkibində iki və daha çox qida elementi olan kation və anion var. Məsələn, ammofos (NH4H2PO4, diammofos (NH4)2HPO4 və s. Kombinə olunmuş və ya mürəkkəb qarışdırılmış gübrələr. Elə gübrələrdir ki, tərkibində iki və daha artıq qida elementi olur, vahid texnoloji prosesdə fosfat və nitrat turşularının, əridilmiş ammonium nitratın, fosforitlərin və ya apatitin, kalium duzlarının kimyəvi qarşılıqlı təsiri ilə alınır. Bu gübrədə bir və ya iki əvəzli kalsium fosfatlar [CaHPO4·2H2O, Ca(H2PO4)2·H2O], ammofos – NH4H2PO4, ammonium şorası – NH4NO3 və kalium şorası – KNO3 olur. Belə gübrə fosfor nitrofoskası adlanır, bu gübrədə həll olan fosfat turşusunun miqdarı maksimumdur. “A” markalı nitrofoskada 16-17% azot, 16-17% P2O5, 13-14% K2O, “B” markasında -13:16:13, “V” markasında 12:12:12% (uyğun olaraq). Bu gübrələr dənəvər olub dənələrin diametri 1-4mm olur.
Kompleks ədədlər
Kompleks ədədlər (lat. complex) - z = a + b i {\displaystyle z=a+bi} şəklində olan ifadəyə deyilir. == Tarixi == "Kompleks ədədlər" terminini ilk dəfə fransız alimi Lazar Karno işlətmişdir. Kompleks ədədlərinin həndəsi izahını isə Norveç əsilli Danimarka alimi Vessel Kaspor vermişdir. Xəyali ədədin simvolu ("i") 1777-ci ildə isveçrə alimi Leonard Eyler tərəfindən işlədilmişdi. Sözün kökü olan "imaginarius" ifadəsi latınca "xəyali" deməkdir. == Xarakteristika == Kvadrat tənliklərində diskriminant sıfırdan kiçikdirsə, onda bu tənliyin həqiqi ədədlər çoxluğunda kökü yoxdur. Məs. x2+9=0 tənliyinin həqiqi ədədlər çoxluğunda kökü yoxdur. Buradan alınır ki, həqiqi ədədlər çoxluğunu elə genişləndirmək lazımdır ki, yeni tənliyin kökü olsun, vurma və toplama əməllərinin xassələri saxlanılsın.
Federasiya (kompleks)
Federasiya (kompleks) (rus. Федерация (комплекс)) — Moskva Beynəlxalq Biznes Mərkəzində - Moskvada tikilmiş çoxmərtəbəli binaların kompleksidir. Şərq (rus. Восток) göydələni Sankt-Peterburqdakı Laxta Mərkəzindən sonra Avropanın ikinci ən yüksək tikilisi hesab edilir. Memarlıq layihəsi Serqey Çoban və Peter Şveqer ilə birlikdə hazırlanmışdır. Şərq qülləsi - 95 mərtəbəli göydələn. 2014-cü il noyabrın 25-də bu tikilinin ən yüksək göstəricisi 343 metrə çatdıqda Rusiyanın və Avropanın ən yüksək binası oldu. Monolitik çərçivənin tikintisi 9 dekabr 2014-cü ildə başa çatdırılmışdır. 2015-ci ilin sonunda mühəndislik və şüşə işləri tamamlanır, tikinti tam olaraq isə 15 noyabr 2017-ci ildə başa çatmışdır. 2017-ci ildə Federasiya kompleksinin hündürlüyü 374 metrə çatmışdır.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Edip kompleksi
Edip kompleksi (ing. Oedipus complex) — oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən ad. Freydin qurucusu olduğu psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir. == Ümumi anlayış == Edip kompleksi , uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir. "Antik yunan teatr yazıçılarından olan Sophokles atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhrəmananının hekayəsindən bəhs edir. Thebai kralı , Kral Laios , Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğulu kral Laiosu öldürəcək. Laios , doğan uşağı öldürmək üzrə ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir.
Elektra kompleksi
Elektra kompleksi — psixoanalizə məxsus anlayışdır.Edip kompleksinin analoqu olmaqla, qızların öz valideynlərinə münasibətində yaranan kompleksdir. Psixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meyilliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın falistik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun "Psixoanaliz nəzəriyyənin şərh edilməsi təcrübəsi" əsərində təklif edilmişdir. Freyd "Elektra kompleksi" terminini "Edip kompleksi" ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd "Elektra kompleksi" faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. == Qızlarda müşahidə edilən Edip kompleksi == Freydin qadının seksual inkişafı ilə bağlı fikirləri bir çox psixoanalitiklər tərəfindən etirazla qarşılanmışdır.
Gepard zenit-raket kompleksi
35 mm-lik "Gepard" zenit-raket kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Gəncəli xan kompleksi
Gəncəli xan kompleksi — Səfəvilər dövrünə aid kompleks. İranın Kirman şəhərinin qədimi mərkəzində yerləşir. Kompleks məktəb, kvadrat, karvansara, hamam, su anbarı, zərbxana, məscid və bazardan ibarətdir.
Hacı Bektaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Hacı Bəktaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Heydər Əliyev Park-Kompleksi
Heydər Əliyev Park-Kompleksi — dünyanın ən iri üç parkından biridir.[mənbə göstərin] Ümumi sahəsi 450 hektar (4.5 km²) olan park-kompleksinin əhatə etdiyi ərazidə İncəsənət Muzeyi, Amfiteatr, süni göl yaradılmışdır, parkın girişində Zəfər tağı yerləşir . Park-Kompleksinin açılışı 2014-cü ilin yanvarın 21-də baş tutmuşdur. == Park-kompleksinin quruluşu == Heydər Əliyevin 1980-ci ildə Gəncəyə səfəri zamanı burada 2 çinar ağacının əkilməsindən sonra xatirə parkının əsası qoyulmuşdur. Parkda 2012-ci ildə yenidənqurma işlərinə başlanılmışdır . Park-Kompleksinin açılışı isə 2014-cü ilin yanvarın 21-də baş tutmuşdur. Parkın ümumi sahəsi 2 km-dən və 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyəti Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. Parkın ərazisini Baş xiyaban birləşdirir. Baş xiyabanın eni 53 metr, uzunluğu 1400 metrdir.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi — özündə bağça-məktəb fəaliyyətini birləşdirən Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biri. 2001-ci il sentyabr ayının 1-də Heydər Əliyevin iştirakı ilə açılmışdır. Təhsil ocağı üç hissədən — uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə — Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. İngilis bölməsində dərslər "Cambridge" proqramı əsasında keçirilir. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. 15 may 2018-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.
Keşikçidağ monastır kompleksi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Kompleks təsirli stabilizatorlar
Kompleks təsirli stabilizatorlar Kompleks təsirli stabilizatorlar tərkibində olan radikal-zəncirvari reaksiyaların inhibirləşməsinə əsaslanan antioksidantların kifayət qədər effektiv olmadığı yanacaqların kimyəvi və termooksidləşdrici sabitliyini artırmaq üçün nəzərdə tutulmuşdur. Belə yanacaqlara məsələn, tərkibində katalitik krekinqın işlənməmiş yüngül qazoylları olan dizel yanacaqları, yanan şist, kömür və s.yanma prosesindən alınan yanacaqlar aiddir. Hidrotəmizləmə və stabilizatordan eyni zamanda istifadə daha çox səmərə verir. Stabilizatorların işçi qatılığı 0.01–0.05% olub yanacaqdakı qeyri-sabit komponentlərin qatılığından asılıdır. == Təsir prinsipi == Ümumiyyətlə, yanacaqlarda qatran və çöküntülərin formalaşması yalnız karbohidrogenlərin radikal-zəncirvari oksidləşmə reaksiyaları ilə məhdudlaşmır. Fəal ikiqat rabitəsi olan olefinlərin polimerləşməsi, politsiklik aromatik birləşmələr və azot saxlayan heterotsikllərin oksidləşmə polikondensasiyası, kükürd saxlayan birləşmələrin sülfoturşulara qədər oksidləşməsi mümkündür. Karbohidrogenlərin oksidləşməsinə gəldikdə isə, bu əsas proses olaraq qalır və onun nəticəsində poliefirləşmə və polikondensasiya reaksiyalarına məruz qalan spirtlər, turşular və efirlər əmələ gəir. Bu sıxlaşma reaksiyalarından bir çoxu karbon turşuları və xüsusilə sulfoturşuların oksidləşmə məhsullarının iştirakı ilə sürətlənir. Metalların olması da oksidləşməyə təsir göstərir. Yüksəkmolekullu qatrana oxşar məhsullar molekul kütləsi nisbətən aşağı olan halda yanacaqda həll olur və qatran əmələ gətirir.
Komplement sistemi
Komplement sistemi — mövcudluğu haqqında olan ilk fikirlər 1888-ci ildə Q.Natolla məxsusdur. O immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid təsirə malik olmasını bildirmiş və göstərmişdir ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin komplement sisteminin geniş öyrənilməsi və kəşfi J.Bordenin adı ilə əlaqələndirilir. Bu işinə görə o 1919-cu ildə Nobel mükafatına layiq görülüb. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde alleksin, P.Erlix isə komplement adlandırmışdır. Komplement sisteminə qan plazmasının 20-yə qədər zülalı daxildir. Bakteriyaların lizisə uğradılmasında komplement sisteminn komponentlərinin böyük rolu vardır. Komplement sistemi aktivləşərkən onun komponentləri bir biri ilə və immun sisteminn digər elementləri ilə qarşılıqlı təsirdə olurlar. Komplementin aktivləşməsinin alternativ, klassik və lektin yollları vardır. Alternativ yol spontan olaraq bir sıra mikroorqanizmlərin səthlərindəki antigenlərlə (əsasən lipopolisaxaridlərlə) aktivləşdirilir və anadangəlmə immunitetin komponentlərindən biri hesab olunur.
Komplementarlıq (molekulyar biologiya)
Komplementarlıq (molekulyar biologiya) — Molekulyar biologiyada, komplementarlıq hər biri "kilid və açar" prinsipinə tabe olan iki struktur arasındakı əlaqəni təsvir edir. Təbiətdə, komplementarlıq DNT-nin təkrarlanması və transkripsiyasının əsas prinsipidir, çünki iki DNT və ya RNT ardıcıllığı arasında bölüşdürülən bir xüsusiyyətdir, beləliklə bir-birlərinə paralel olaraq nizamlandıqları zaman ardıcıllıqlardakı hər mövqedəki nükleotid əsasları komplementar olacaqdır. Güzgüyə baxıb, əksini görmək kimi. Bu tamamlayıcı əsas cüt hüceyrələrə məlumatları bir nəsildən digərinə köçürməyə və hətta ardıcıllıqla saxlanılan məlumatların zədələnmələrini tapmaq və düzəltməyə imkan verir. == DNT və RNT baza cütü bir-birini tamamlayır == Komplementarlıq azotlu əsaslar arasındakı aydın qarşılıqlı təsirlər nəticəsində əldə edilir: adenin, timin (RNT-də urasil), guanin və sitosin. Adenin və guanin purinlər, timin, sitosin və urasil isə pirimidindir. Purinlər pirimidinlərdən daha böyükdür. Hər iki növ molekul bir-birini tamamlayır və yalnız əks növ azot bazaları ilə baza cütləri yarada bilər. Nuklein turşuda nuklein əsaslar yalnız adenin ilə timin arasında və quanin ilə sitosin arasında təsirli olan hidrogen bağları ilə bir-birinə bağlanır. A = T baza tamamlayıcıda iki hidrogen, Q≡C baza cütdə isə üç hidrogen rabitə var.
Koquryo sərdabələri kompleksi
Koquryo sərdabələri kompleksi — Çinin dünya əhəmiyyətli tarixi abidələrindən biri. == Tarixi == Koquryo hökmdarlığı e.ə. 37-ci ildə meydana gəlmiş və eramızın 668-ci ilinədək mövcud olmuşdur. Bir vaxtlar Koquryo çarlığı Dunbeyede – yəni Şimal-Şərqi Çində ən nüfuzlu qeyri-xan dövləti olmuşdur və Şimal-Şərqi Asiyanın tarixi inkişafı prosesində mühüm rol oynamışdır. Koquryonun mərkəzi Lyaonin əyalətinin indiki Xuanjen-mancur muxtar mahalının ərazisində yerləşirdi, eramızın 3-cü ilində saray Qoneyçenə (indiki – Tszilin əyalətinin Tszian şəhəri), 427-ci ildə isə Çanana (indiki – Koreya Xalq Demokratik Respublikasının Pxenyan şəhəri) köçmüşdür. Beləliklə, Xuanjen və Tszian 465 il ərzində Koquryonun siyasi mərkəzi olmuşlar. Bu rayonlar Koquryo mədəni irsi abidələrinin cəmləşdiyi yerdir. XX əsrin 90-cı illərində arxeoloqlar burada bir sıra Koquryo əyanlarının qəbirlərini və tikinti qalıqları aşkar etmişlər. Qəbir konstruksiyalarının bərpasının həyata keçirilməsi nəticəsində bu gün Koquryoda qədim sivilizasiyanın konturları daha aydın üzə çıxmaqdadır. 2002-ci ildən Tszian şəhərində Koquryo nekropolu və saray tiklilərinin mühafizəsi Proqramı həyata keçirilir.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. == I Kükü == I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi
Kommel
Kommel (fr. Commelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kont-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38121. Kommunanın 1999-cu il üçün əhalisi 598 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 396 ilə 587 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Kompas
Kompas (it. com-passo — qövs yolu; XX əsrin əvvəllərinə aid mənbələrdə qiblənüma, az.-əski. قبله نما‎) — fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazıdır. XI əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi. == Tarixi == Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3–2-ci əsrlərdə Çində icad edilmişdir.
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Kompot
Kompot — qaynadılmış meyvələrdən hazırlanan şirin içki. Şərqi Avropada və Balkanlarda məşhurdur. Qurudulmuş meyvədən hazırlanana hoşaf, slavyan ölkələrində təzə meyvədən hazırlanana isə komposta və ya kompot deyilir. Çiyələk, ərik, şaftalı, alma və ya albalı kimi meyvələrin çoxlu miqdarda suda, çox vaxt əlavə dadlandırıcı kimi şəkər və ya kişmişlə bişirilməsi ilə əldə edilir. Bəzən əlavə bir ləzzət üçün vanil və ya darçın kimi müxtəlif ədviyyatlar əlavə edilir, xüsusən qışda adətən isti şəkildə verilir. == Ümumi məlumat == Kompot Azərbaycan, Albaniya, Ermənistan, Türkiyə, Belarus, Çexiya, Ukrayna, Rusiya, Polşa, Bolqarıstan, Bosniya və Herseqovina, Litva, Latviya, Finlandiya, Mərkəzi, Şərqi, Cənub-Şərqi və Şimali Avropanın bir çox ölkələrinin kulinariya mədəniyyətinin bir hissəsidir. Estoniya, Macarıstan, İran, Sloveniya, Xorvatiya, Makedoniya Respublikası, Serbiya, Monteneqro, Kosovo, Slovakiya, Moldova, Qazaxıstan, Tacikistan, Şərqi Almaniya, Avstriya və Rumıniya kimi ölkələrdə kompot kimi tanınır. Kompot (makedon, bolqar, rus, serb, bosniya və ukrayna dillərində "компот") Mərkəzi və Şərqi Avropa ölkələrində qışda meyvə saxlamaq üçün geniş istifadə olunan üsul olub. Kompot hələ 1970-ci illərdə məşhur idi. Özbəkistan və Qırğızıstan kimi bir çox Mərkəzi Asiya ölkələrində, eləcə də Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan, Belarusiya, Ukrayna və Rusiya kimi digər Mərkəzi və Şərqi Avropa ölkələrində hələ də populyardır.
Kospley
"Kospley" (yap. コスプレ kosupure) — Yapon dilində "kostyum oyunu" birləşmiş sözündən əmələ gəlir, ekranda görünən fəaliyyətinin hərəkət formasını almaq demekdir. Müasir kospley anime və manqa həvəskarları nəticəsində Yaponiyada çıxdı. == Tarix == Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-də yaranmışdır. 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Akerman və onun dostu Mirtl R.Cons “Street Fighter” kostyumu geyinmişdilər. Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan ləqəbi NoV olan Nobuyuki Takahaşi özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. "Kospley" terminini də ilk dəfə o işlədir. == Kospley tədbirləri == Kospley konvensiyası – genişmiqyaslı tədbirlərə verilən addır.
Kombre (Averon)
Kombre (fr. və oks. Combret) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12069. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 60 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Komola TV
Komola TV — kürd dilində yayımlanan televiziya. == Haqqında == İsveçin paytaxtı Stokholmdan yayımlanır. Kürd dilində olan kanal test yayımına başlayıb. İslam inqilabından sonra iranlı kürdlərin qeyri-qanuni elan edilmiş İran Kürdüstan Demokrat Partiyasından sonrakı ikinci böyük təşkilatı olan “Komala” İsveçdə yayımlanan kürd dilində olan digər TV kanalı “Rojhelat”dan sonra fəaliyyətə başlamış ikinci kürd televiziyası oldu. Marksist yönümlü “Komala”nın Cəlal Talabaniyə bağlı olması deyilsə də, təşkilatın mərkəzinin Süleymaniyyə şəhərində yerləşməsi qeyd olunur. “Komala” ABŞ, Kanada və Avropa ölkələrində də fəaliyyət göstərir.
Kompas (bürc)
Kompas (lat, Pyxis) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Kompas süddəyən
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonimləri == === Homotipik sinonimləri === Lactuca sativa subsp.
Kompyen (rayon)
Kompyen (fr. Compiègne) — Fransanın Pikardiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Uaza. Suprefektur — Kompyen. Rayon əhalisi 2006-cı ildə 179 768 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 141 nəf./km². Rayon sahəsi — 1275 km².
Temple Institute
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Temple Run
Temple Run (azərb. Məbəd qaçışı‎) — mobil qurğular üçün kompüter oyunudur. Oyun Imangi Studios studiyası tərəfindən "sonsuz ranner" janrında hazırlanmışdır. Oyunun ssenarisi - iblisanə meymunlar tərəfindən qorunan məbəddən bütün əşyaları oğurlamağa çalışan tədqiqatçılardan bəhs edir. Oyunçu sensor ekranda, sadə jestlərin köməyi ilə tədqiqatçılara nəzarət edir. Oyunun hədəfi — mümkün qədər tez qaçmaq və özünüiblisanə meymunlardan qorumaqdan ibarətdir. Oyunda səviyyələr (etaplar) mövcud deyil və oyunun sonu yoxdur; oyunda əsas hərəkət qaçmaq, maneələrdən tullanmaq (barmağın yuxarı hərəkəti), sürüşməkdən (barmağın aşağı hərəkəti) ibarətdir. Oyunda məbəddən başlayaraq gedilmiş yol qeydə alınır. Oyunçunun qaçışı gedişatında həmişə meymunlar təqib edirlər. Oyun zamanı oyunçu sola və ya sağa istiqamət ilə hərəkət edərək qənimətləri toplaya bilər.
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
İsokiçi Komine
İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası – 3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur. İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur. 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır. 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir. O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın Binaturi və Flay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir. Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur. Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir. Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür.
Kompyen vaqonu
Kоmpyеn vaqonu (fransız tarixşünaslığında Wagon de l’Armistice — "barışıq vaqonu" da adlanır) — 1918-ci ildə birinci Kоmpyеn sülh sazişinin (1918) (Alman imperiyasının kapitulyasiyası) və ikinci Kоmpyеn sülh sazişinin (1940) (Fransanın kapitulyasiyası) imzalandığı dəmiryolu vaqonu. == Birinci Dünya Müharibəsi və sonrakı dövr == Vaqon 1914-cü ildə Saint-Denidəki Compagnie Internationale des Wagons-Lits şirkəti tərəfindən restoran-vaqon kimi istifadəyə verilmişdi. Lakin sonra Marşal Foşun qərargah-vaqonuna çevrildi və 1918-ci ildə marşal tərəfindən Almaniya ilə barışıq imzalamaq üçün seçilmişdi. Bu vaqonda I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında barışıq imzalanmışdı. Müharibələrarası dövrdə vaqon əvvəlcə prezident Millerandın şəxsi vaqonu kimi istifadə olunmuşdu. O, 1920-ci ilin dekabrında bu vaqonda Verdenə səfər etmişdi. Sonra isə vaqon Parisdə Əlillər Evində və "Barışıq Sahəsi"ndə nümayiş olunmuşdur. 1927-ci il noyabrın 11-də "Barışıq Sahəsi"ndə vaqon üçün xüsusi bina inşa edilmişdir. == İkinci Dünya müharibəsi == 1940-cı ilin iyununda fransız qoşunları Üçüncü Reyxin ordusu tərəfindən məğlub edildikdə, Adolf Hitlerin birbaşa əmri ilə vaqon bu binadan çıxarıldı, bunun üçün hətta divarı partlatmaq lazım gəldi. Fransanı alçaltmaq niyyətində olan Hitler Fransanın Almaniyaya faktiki təslim olmasını nəzərdə tutan İkinci Kоmpyеn sülh sazişinin imzalanmasının orada olmasını istədi.
Komolu Avundi
Komolu Avundi (lat. Abundius, Abondius, Abundias, it. Abbondio; bilinmir, Saloniki – 468, Komo) — Roma Katolik Kilsəsinin müqəddəsi, Komo şəhərinin yepiskopu. == Həyatı == Avundi Yunanıstanın Saloniki şəhərində anadan olmuşdur. O, təxminən 448-ci ildə Komo şəhərinin yepiskopu təyin edilmişdir. Avundi 450-ci ildə Konstantinopolda Papa I Levin leqatı olmuş, burada 451-ci ildə Xalkidon Şurasında yeresiarx Evtihian əleyhinə fəal çıxış etmişdir. O, 452-ci ildə Milan sinodunda iştirak etmişdir. 1095-ci ildə Papa II Urban Komoda müqəddəs Avundinin şərəfinə bir romanesk kilsə tikdirmişdir. Katolik Kilsəsində xatirə günü 2 apreldir.
Kompyen meşəsi
Kompyen meşəsi fr. forêt de Compiègne — Fransanın Pikardiya bölgəsində Kompyen şəhəri yaxınlığında yerləşir. Meşənin ümumi sahəsi 144,85 km²-dir. == Meşənin hərbi tarixi == Meşədən keçən dəmir yolunda iki dünya müharibəsinin iki barışıq müqaviləsi imzalanmışdır: "Birinci Kompeyn barışığı" olaraq bilinən Birinci Dünya Müharibəsinə son verən Antanta və Almaniya arasındakı barışıq. 1940-cı il iyunun 22-də İkinci Dünya Müharibəsi əsnasında Fransa ilə Nasist Almaniyası arasında imzalanmış barışıq sazişi. == Abidələr == "Elzas-Loringiya" memorialı: qılınc (Antantanı simvolizə edir), düşən qartalı vurur (Almaniyanı simvolizə edir). Ferdinand Foşun heykəli Fransız dilində yazısı olan barışıq imzalandığı yerdə xatirə lövhəsi: "Burada, 11 noyabr 1918-ci ildə, Alman İmperiyasının cinayətkar qüruru süquta uğradı, əsarət altına almağa çalışdığı azad xalqlar tərəfindən məğlub edildi" (fr. Ici, le 11 novembre 1918, succomba le criminel orgueil de l'Empire allemand, vaincu par les peuples libres qu'il avait essayé d'asservi). Bu xatirə lövhəsi sökülərək 1940-cı ildə Almaniyaya aparılmışdır, lakin İkinci Dünya Müharibəsindən sonra geri qaytarılmışdır.
Kompleks analiz
Kompleks analiz, mürəkkəb dəyişənlərin funksiyalarını öyrənən riyaziyyat sahəsidir. Bu sahə ənənəvi olaraq kompleks dəyişənlərin funksiyaları nəzəriyyəsi kimi də tanınır. Kompleks analiz, ədədlər nəzəriyyəsi, tətbiqi riyaziyyat və fizika daxil olmaqla, riyaziyyatın müxtəlif sahələrində tətbiq olunur. Bununla yanaşı, onun tətbiq sahələri bu ilə məhdudlaşmır. Kompleks analiz, xüsusilə mürəkkəb dəyişənlərin analitik funksiyaları ilə bağlıdır və bu funksiyalar ümumiyyətlə iki əsas sinifə ayrılır: holomorf funksiyalar və meromorfik funksiyalar. Kompleks analiz, ikiölçülü fizika problemlərində geniş şəkildə tətbiq oluna bilər, çünki hər bir analitik funksiyanın real və xəyali hissələri Laplas tənliyini təmin etməlidir. == Tarixi == Kompleks analiz, 19-cu əsrdən kök salmış bir riyaziyyat sahəsidir, lakin mürəkkəb ədədlərin istifadəsi ilə bağlı düşüncələr 11-ci əsrə və hətta daha əvvəllərə qədər uzanır. Kompleks ədədlərin ilk tətbiqləri 16-cı əsrə, xüsusən də Kardano tərəfindən ikinci və üçüncü dərəcəli tənliklərin həlli zamanı ortaya çıxmışdır. 18-ci və 19-cu əsrlərdə kompleks ədədləri əhatə edən funksiyaları kəşf edən ilk alimlərdən biri Eyler olmuşdur. Kompleks ədədləri ilə bağlı texnikaların inkişafı, real qiymətli funksiyalar nəzəriyyəsində bir çox məsələlərin kompleks ədədlər vasitəsilə daha asan həll olunduğunu göstərmişdir.
Kombe strofantı
Kombe strofantı (lat. Strophanthus kombe) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin strofant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya, ellips formalı olub, itiuclu zirvəyə malikdir. Çiçəkləri yarımçətir, çiçək tacı yaşıl, düzgün, boruşəkilli, 5 ləşəkli olmaqla, lentşəkilli sonluğu həddindən artıq burulmuşdur. Meyvəsi mürəkkəb, uzununa kəsilmiş, üfüqi istiqamətdə aralanmış, yetişdikdə açılan, sərbəst olub, çoxsaylı kəkilli toxumlara malikdir. Toxumları uzunsov, yastılaşmış olub, aşağı sonluğu itiucludur. Uzunluğu 12-18 mm, eni 3-6 mm, qalınlığı isə 2-3 mm-ə bərabərdir. Tükcüklü olub, sıxılaraq itiuclu sonluqla qurtarır. Çiçəkləri zəif iyli, gümüşü-sarı və ya yaşılımtıl-sarıdır. Yuyulduqdan sonra tükcüklü toxumları istifadə edilir.
Komilər
Komilər — ana dili komi dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Perm yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar. Komi dilinin dilaektlərində danışan üç subetnik qrupdan ibarətdirlər: Komi-zıryanlar, Komi-permyaklar və Komi-yazvalar. Komi-zıryanlar komilərin subetnik qrupudur və əsasən Rusiyada yaşayırlar. Komi dilinin dialekti – komi-zıryan dialektində danışırlar.
Kəmalə
Kəmalə — Azərbaycanlı qadın adı. Kəmalə Hüseynova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). Kəmalə Piriyeva — Azərbaycan teleaparıcısı və aktrisası. Kəmalə Ağayeva ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958) Kəmalə Abiyeva — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmalə Eyvazova — Rusiya alimi, Tibb elmləri namizədi. Kəmalə Yanson — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası.
Kömbə
Kömbə — İri,girdə, qalın, xüsusi üsulla hazırlanan çörək növü. Kömbənin adi sac çörəyi, təndir çörəyi kimi bişirilən halları olsa da, kömbə adi çörək deyil. Həmçinin kömbə bişirib satan şəxs isə kömbəçi adlandırılır. Kömbəni üzlü süd, çiyə və kərə yağı ilə undan yoğrulmuş xəmiri yuxa kimi iri yayır və içərisinə içlik yığıb yenidən xəmiri hər tərəfdən onun içliyin üzərinə qatlamaqla qalınlığı təndir çörəyindən də qalın olmaqla ya təndirin dibində yaxud da ocağın yerində üstünə əvvəlcə kül, sonra qor, sonda köz yığılmaqla vam odda bişirilir. Kömbəni hazırlayarkən həm onun ununa, həm südə, eləcə də onun içliyinə xüsusi ədviyyatlar vurulur. Bu da kömbəyə xüsusi dad verməsinə səbəb olur. Bəzən kömbənin ununa və ayrıca hazırlanan içliyə bal (müasir zamanda şəkər tozu) qatırlar. Belə kömbə şirin kömbə adlanır. Başqa bir halda içliyini hazırlayərkən quymaq hazırlanan qaydada hazırlanır. Belə kömbə quymaq kömbəsi adlanır.
Körpə
Körpə — dişi və erkək insanın (qadın və kişinin) rəsmi və ya qeyri-rəsmi nikahından sonra anadan olur. Körpələr anadan olmazdan əvvəl dişi insan 9 aylıq bir dövr keçirir. Bu, hamiləlikdir. Körpələr dünyaya gələn zaman çox zəif dəriyə malik olurlar. Onlar 3 aylıq olanadək ətrafı ağ-qara görürlər.
Kümlə
Kümlə — İranın Gilan ostanında yerləşən şəhər. Kümlə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kamilə Nəbiyeva
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.