Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berberis laidivo
Berberis laidivo (lat. Berberis laidivo) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
LAPD
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Ladi
Ladi (rus. лади, ing.
Land
Laik
Laik (fr. Laïc) — Türkiyədə sekulyarizmə verilən ad. Türk Dil Qurumunun lüğətində olan tərifə görə, "dini işlərlə dövlət işini qarışdırmayan, dövlət işlərini dindən ayrı tutan şəxs və ya qurum". Türkiyə laik dövlət hesab edilir. Bu anlayış Türkiyədə laisizm, kamalçılıq və solçuluq ilə assosiasiya olunur. Hər halda, müxtəlif müşahidəçilərə görə, Türkiyədə AKP hökumətinin siyasəti ölkənin laik dövlət statusunu sual altına qoymuşdur. Odur ki, Ərdoğan hökumətinin hakimiyyətə gəlməsindən sonra Türkiyənin quruluş ildönümlərində mühafizəkarlar və dindar hökumət qüvvələri arasında fikir ayrılıqları ön plana çıxmışdır. 2016-cı ildə parlamentin spikeri İsmayıl Qəhrəman İstanbulda bir toplantıda etdiyi çıxış zaman "yeni Konstitusiyada laiklik olmamalıdır" və yenə eyni çıxışında "yeni, dindar bir Konstitusiya olmalıdır" sözlərindən istifadə etmişdir. == İstinadlar == == Xarici keçidlər == Laiklik Konusunda Kavram Kargaşası, Prof. Dr.
Laib
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi, şair. == Bioqrafiya == Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. === Karyerası === Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Alaid adası
Alaid adası (ing. Alaid Island; aleut. Игиҥинаҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. Vulkan mənşəllidir. Semiçi adalarının ən qərb nöqtəsini təşkil edir. Ondan şərqdə Nizki adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Attu adasından 25 km şərqdə qərarlaşır. Uzunluğu 4,9 km, maksimal hündürlüyü 204 metrdir (Semiçi adalarının ən hündür nöqtəsidir.).
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Lais qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Land Rover
Land Rover — İngilis bir nəqliyyat vasitəsi istehsalçısı. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
Məhəmməd Said
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Tommi Lapid
Yozef "Tommi" Lapid (ivr. ‏יוסף "טומי" לפיד‏‎; 27 dekabr 1931[…], Novi Sad[d], Yuqoslaviya krallığı – 1 iyun 2008[…], Tel-Əviv) — serb əsilli İsrail radio və televiziya aparıcısı, dramaturq, jurnalist, siyasətçi və hökumət naziri idi. Lapid 1999-cu ildən 2006-cı ilə qədər dünyəvi-liberal Şinuy partiyasına rəhbərlik etmişdir. O, ultra-ortodoksal siyasi partiyalara qarşı sərt şəkildə qarşı çıxır və hər hansı bir dini riayətin İsrail Dövlətinin qanuni quruluşundan kənarlaşdırılmasına çalışırdı.
Yair Lapid
Yair Lapid (ivr. ‏יאיר לפיד‏‎;5 noyabr 1963[…], Tel-Əviv) — İsrail siyasətçisi, Yeş Atid partiyasının sədri və Knessetdəki müxalifət lideri olaraq çalışır. 2013-cü ildən 2014-cü ilə qədər Maliyyə naziri vəzifəsini icra etdi. 2012-ci ildə siyasətə qoşulmazdan əvvəl Lapid müəllif, TV aparıcısı və xəbər aparıcısı idi. Qurduğu mərkəzçi Yesh Atid partiyası, 2013-cü ildə ilk qanunverici seçkilərində 19 yer qazanaraq Knessetdə ikinci ən böyük partiyaya çevrildi. Gözlənilən nəticələr Lapidin aparıcı mərkəzçi nüfuzuna kömək etdi. 2013-cü ilin mart ayında Likud ilə koalisiya razılaşmasından sonra Lapid Maliyyə Naziri və Təhlükəsizlik Kabinetinin üzvü təyin edildi. 2013-cü ildə Lapid The Jerusalem Post qəzetinin "Dünyanın ən nüfuzlu yəhudiləri" siyahısında birinci yeri tutdu. O, həmçinin 2013-cü ildə aparıcı Xarici Siyasət Qlobal Düşüncələrindən biri olaraq tanınıb, və TIME jurnalının 100 "Dünyanın ən nüfuzlu insanı" siyahısında yer almışdır.
Kiss Land
Kiss Land — kanadalı müğənni The Weeknd-in ilk albomu. 10 sentyabr 2013-cü ildə XO və Republic Records tərəfindən buraxılıb.
Yongma Land
Yongma Land (kor. 용마랜드) – Cənubi Koreyanın Seul şəhərinin Çunnan rayonunda yerləşən tərk edilmiş əyləncə parkı. Nostalji görüntüsü səbəbilə fotoqraflar, kospleyerlər, eləcə də, K-pop müğənniləri və qrupları arasında populyar yerdir. "Yongma Land" 1980-ci ildə ailəvi əyləncə parkı kimi açılmışdır. Həmin dövr Cənubi Koreyada tema parkalarının populyarlaşdığı və xaricə səyahətin geniş yayılmadığı dövr olduğu üçün "Yongma Land" 1990-cı illərin ortalarına qədər popular əyləncə parkı olmuşdur. Parkda həmin dövr üçün Cənubi Koreyada nadir olan açıq üzgüçülük hovuzu və ən böyük qarda sürüşmə təpəsi yerləşirdi. 1989-cu ildə "Lotte World" adlı daha böyük əyləncə parkının açılmasından sonra "Yongma Land" öz populyarlığını itirməyə başlamışdır. 1995-ci ildə parkda yenidənqurma işləri aparılsa da, parka bitişik olan beşmərtəbələli idman kompleksinin tikintisi iqtisadi böhran səbəbilə 1999-cu ildə dayandırılmışdır. 2011-ci ildə əyləncə parkı kimi fəaliyyət göstərməsi üçün müvafiq lisenziya verilməmiş və park fəaliyyətini dayandırmışdır. Park tərk edilmiş və baxımsız vəziyyətdədir.
Merrie Land
Merrie Land — İngiltərə art-rok superqrupu The Good, the Bad & the Queen(en)-in ikinci və sonuncu studiya albomu. 16 noyabr 2018-ci ildə buraxılıb.
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman, Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Fransis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman, Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Mon-de-Land
Mon-de-Land (fr. Mont-de-Lans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38253. Kommunanın 1999-cu il üçün əhalisi 1 101 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Secret Land (musiqi)
Secret Land (ing. Gizli torpaq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. Mahnı ilk dəfə 1988-ci ilin sentyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdim olunmuşdu. Xüsusilə, Almaniya, İsveç İsveçrə və İsrail kimi ölkələrin hit-paradlarında böyük uğur qazanmışdır. Almaniyanın "German Top 20" hit-paradında 1988-ci ilin oktyabr ayında 7-ci pilləyə qalxmış və noyabrın 7-dən 17-ə kimi bu pillədə mövqesini dəyişmədi. "German Top 20" hit-paradında 10 həftə səslənmişdi. "Secret Land" İsrailin hit-paradında daha məşhur olmuş və "Israel Top 20" hit-paradında ilk mövqeni tutmuşdu. 1999-cu ildə "Secret Land" mahnısının yeni versiyası təqdim olunmuş və populyarlığını davam etdirmişdi. Yeni versiya Almaniya, Çexiya və İsrail ölkələrin hit-paradında nisbətən aşağı mövqedə olsa da, mahnının öz populyarlığını itirmədiyi bəlli olur.
The Ladd Company
The Ladd Company — ABŞ kino istehsalı şirkət, əsası 1979-ci ildə Alan Ladd Jr., Jay Kanter və Gareth Wigan tərəfindən qoyulmuşdur, 20th Century Fox-dan ayrıldıqdan sonra. O, m.in kimi kult filmləri istehsal edib: Ülgücün üzəri ilə qaçan (Blade Runner, 1982) və Oskar mükafatı laureatı Cəsur ürək (Braveheart, 1995). Lakin bir neçə film uğursuzluqlara çevrildikdən sonra şirkət on ildən çox böyük maliyyə böhranına düşdü. 1984-cü ildə iflas elan etdi, bir il sonra isə sonuncu film çıxdı. Həmin il Alan Ladd Jr. MGM/United Artists-i əldə etdi. Şirkətin reallaşdırdığı ən son istehsallar bunlardır: An Unfinished Life (2005) və Gone Baby Gone (2007), hər ikisi Miramax Films tərəfindən paylanılıb. Sonra şirkət fəaliyyətini dayandırdı və 2007-ci ildə ləğv edildi. Onun simvolu ağac idi. Ladd deyir: "Deyə bilərsiniz ki, onun həyat ağacı ilə bağı var" ("You could say it has a tie in with the tree of life").
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.