LID

n 1. dəstək, sap, qapaq, tutacaq; qulp; the ~ of a kettle qəhvədanın / çaydanın qapağı; 2. bəbək

LICK
LIE
OBASTAN VİKİ
Liberal liderlik
Liberal liderlik - Hər hansı bir şəxsin şəxsi fəaliyyət proqramının olmaması səbəbindən tez-tez siyasi baxışlarını dəyişməsi, əlində olan təsir imkanlarından öz məqsədləri üçün istifadə etməsi, şəraitdən istifadə edərək vətəndaşların rəgbətini qazanmaq üçün populyar şüarlardan istifadə etməsi nəzərdə tutulur. Hər bir şəraitdə oldugu kimi liberal lider də öz şəxsi inkişaf səviyyəsindən, intelektual qabiliyyətindən istifadə edərək siyasi fəaliyyətini genişləndirə bilər.
Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi. Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.
Lida qalası
Lida qalası (belar. Лідскі замак, lit. Lydos pilis) — Litva knyazlığının Böyük Şahzadəsi Qediminas tərəfindən 14-cü əsrin əvvələrində Tevton ordeninini genişlənməsinə qarşı torpaqlarını müdafiə etmək üçün tikdirilmiş qala. Bu müdafiə zəncirindəki digər qalalara Qrodno, Novoqrudok, Krevo, Myadininkay və Trakai də daxil idi. Müasir Belarusiyanın Lida şəhəri bu qalanın ətrafında böyüdü. Lida qalası dəniz səviyyəsindən 141 metr (463 ft) yüksəkdə yerləşir. Qala üçün seçilmiş yer təbii olaraq şərqdən qərbə Kamenka və Lida çayları tərəfindən qorunur. Qala divarlarının bərpası 1323, 1324 və 1325-ci illərdə aparılmışdır. Sonradan divarların fasadı qırmızı kərpiclə üzlənir. Qalada iki qüllə və 1533-cü ildə divarların xaricinə köçürülmüş bir kilsə vardı.
Lidbeckia
Lidbeckia (lat. Lidbeckia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lidbeckia pectinata P.J.Bergius Lidbeckia quinqueloba (L.f.) Cass.
Liden Films
Liden Films, Inc. (株式会社ライデンフィルム, Kabuşiki qaişa Raiden Firumu) — 2012-ci ilin fevralında təsis edilmiş Yaponiya animasiya studiyası. Şirkətin Kamioqi, Suqinami, Tokioda yerləşən qərargahları və Kioto və Osakada yerləşən animasiya studiyası vardır. == İşlərinin siyahısı == === Televiziya animasiyası === Senyu (Yanvar 8, 2013 – Aprel 2, 2013) - Ordet ilə birlikdə Aiura (Aprel 10, 2013 – İyun 26, 2013) Senyu 2 (İyul 2, 2013 – Sentyabr 24, 2013) - Ordet ilə birlikdə Miss Monochrome: The Animation (Oktyabr 1, 2013 – Dekabr 24, 2013) - Sanzigen ilə birlikdə Wooser's Hand-to-Mouth Life: Awakening Arc (Yanvar 7, 2014 – Mart 18, 2014) - Sanzigen ilə birlikdə Terra Formars (Sentyabr 26, 2014 – Dekabr 19, 2014) The Heroic Legend of Arslan (Aprel 5, 2015 – Sentyabr 27, 2015) - Sanzigen ilə birlikdə Yamada-kun and the Seven Witches (Aprel 12, 2015 – İyun 28, 2015) Miss Monochrome: The Animation 2 (İyul 3, 2015 – Sentyabr 25, 2015) - Sanzigen ilə birlikdə Miss Monochrome: The Animation 3 (Oktyabr 2, 2015 – Dekabr 18, 2015) - Sanzigen ilə birlikdə Sekkō Boys (Yanvar 8, 2016 – Mart 25, 2016) Schwarzesmarken (Yanvar 10, 2016 – Mart 27, 2016) İxtl ilə birlikdə Kanojo to Kanojo no Neko: Everything Flows (Mart 4, 2016 – Mart 25, 2016) Terra Formars: Revenge (Aprel 1, 2016 – ) - TYO Animations ilə birlikdə Poco's Udon World (oktyabr 2016 – ) Berserk (İyul 2016 - ) === Anime Filmləri === New Initial D the Movie - Legend 1: Awakening (Avqust 23, 2014) - Sanzigen ilə birlikdə Cardfight!!
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Lidiya Herst
Lidiya Mari Herst-Şou (ing. Lydia Marie Hearst-Shaw; 19 sentyabr 1984) — ABŞ fotomodeli, aktrisası və bloggeri. Siyasətçi Vilyam Randolf Herstin nəvəsidir. == Həyatı və təhsili == Herst-Şou 19 sentyabr 1984-cü ildə aktrisa Petti Herst və keçmiş San-Fransisko polisi Bernard Şounun ailəsində doğulmuşdur. 2003-cü ilə qədər Kentukki ştatının Ferfild şəhərində yerləşən Müqəddəs Ürək Universitetində təhsil almıdır. == Karyerası == === Jurnallar === Fotoqraf Stiven Meysel Hersti "kəşf etdi" və ilk dəfə 2004-cü ilin aprel ayında "Vogue Italia" jurnalının üz qabığı üçün çəklişdə iştirak etdi. O vaxtdan bəri "Vogue", "Harper's Bazaar", "Elle", "Marie Claire", "GQ", "L'Officiel" və "Esquire" kimi müxtəlif beynəlxalq jurnalların üz qabığında yer almışdır. Meyseldən başqa Patrik Demarkelier, Ellen fon Anvörs, Mario Testino, Piter Lindberq, İnez fan Lamsvird və Vinud Matadin kimi məşhur fotoqraflarla birlikdə çalışmışdır. Herst 2008-ci ildə "Michael Awards"da "İlin fotomodeli" və "Glamour Awards"da "Ən yaxşı beynəlxalq supermodel" seçilmişdir. Herst həmçinin Chanel, Fendi, Katerina Malandrino, Nikola Miller və Ceremi Skott kimi dəb dizaynerləri üçün fotomodel olaraq çalışmışdır.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Lidiya Kopaniya
Lidiya Kopaniya (pol. Lidia Kopania-Przebindowska; 12 may 1978) — Polşalı sənətçi. == Həyatı == Lidiya Kopaniya 12 may 1978-ci ildə Lodzda anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "I Don’t Wanna Leave" (Azərbaycanca:"Mən getmək istəmirəm") mahnısı ilə təmsil etmişdir və finala keçə bilməmişdir.
Lidiya Kulikovski
Lidiya Kulikovski (rum. Lidia Kulikovski) — Sovet, Moldova kitabxanaçısı və biblioqrafı. 200-ə yaxın elmi məqalənin müəllifi, Moldova yazıçıları, rəssamları və alimləri haqqında 25 kitabın nəşrinə rəhbərlik etmişdir. Moldova SSR-in əməkdar mədəniyyət işçisi (1987). == Bioqrafiya == 1951-ci il martın 8-də Moldova SSR-in Drokiyevski rayonunun Nikoren kəndində anadan olub. 1973-cü ildə Kişinyov Universitetinin (indiki Moldova Dövlət Universiteti) filologiya fakültəsini (kitabxana şöbəsi) bitirmişdir. 2003-cü ildə “Demokratikləşmiş Cəmiyyətdə Aztəminatlılar üçün Kitabxana Xidmətinin Təkamülü” adlı dissertasiya işi ilə pedaqogika üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bitirdikdən sonra Kişinyovda Bələdiyyə Kitabxanasının filialında işləmiş, daha sonra ona rəhbərlik etmişdir. 1978-1982-ci illərdə Lidiya Kulikovski Kaqul şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik edib. 1982-1989-cu illərdə o, «Achiziție și completare» xidmətinə rəhbərlik edib, bundan sonra respublikanın paytaxtına qayıdıb və Hasdeu Bələdiyyə Kitabxanasının direktoru olub, 2013-cü ilə qədər bu vəzifəni tutub.
Lidiya Redondo
Lidiya Redondo (d. 7 mart 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Lidiya Redondo, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lidiya Redondo, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sandra Aguilar Navarro, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Lidiya Rəsulova
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi. == Həyatı == Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olmuşdur. O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri olub. 1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1965-ci ildə universiteti rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib. O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1963-1966-cü illərdə sekçili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 1973-cü ildə MK-nın elm və təhsil şöbəsinin müdiri təyin edilib. O, 1975-ci ilin 25 dekabrında etibarən 5 il Nəsimi rayon partiya komitəsinin birinci katibi vəzifəsini yerinə yetirib. Burada işlədiyi dövrdə AKP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən Rəsulovanın MK-nın Təftiş komissiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.
Lidiya Salixova
Lidiya Skoblikova
Lidiya Skoblikova (8 mart 1939[…], Zlatoust, Çelyabinsk vilayəti) — Rusiyalı konkisürən. Lidiya Skoblikova 1960 və 1964-cü illərdə keçirilən Qış Olimpiya Oyunlarının 6 qat qızıl medalçısıdır. Lidiya Skoblikova 1960 və 1964-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeninə, 1999-cu ildə isə "Vətənə xidmətə görə" 3-cü dərəcli ordeninə layiq görülmüşdür. == Həyatı == Lidiya Skoblikova 8 mart 1939-cu ildə Rusiyanın Zlatoust vilayətində anadan olmuşdur. Lidiya Skoblikova 14 yaşında yüngül atletika yarışlarında Zlatost şəhərinin Çempionatında 800 m. qızıl medal qazandı. 1 ildən sonra o qüvvəsini konkisürmədə sınadı. Lidiya Skoblikova 1956-cı ildə doğma şəhərinin çempionu oldu. Həmin il o həmçinin Çelyabinsk Pedaqoji İnstitutuna qəbul oldu və 4 ildən sonra 1960-cı ildə həmin institutu bitirdi. == Karyerası == Lidiya Skoblikova Olimpiya Oyunlarında birinci uğurunu 1960-cı ildə qazandı.
Lidiya Velejeva
Lidiya Leonidovna Velejeva (2 oktyabr 1966, Kiyev) — sovet və rus teatr və kino aktrisası, teleaparıcı, ictimai və siyasi xadim. Rusiya Federasiyası əməkdar artisti(2010). Şimali Osetiya (Alaniya) respublikasının əməkdar artisti. "Единая Россия" partiyasının üzvü (26 may 2012-ci ildən). == Həyatı == Lidiya hələ bir yaşında olmadığı zaman atası ailəni tərk etmişdi. Anası — Lyubov Leonidovna Velejeva bütün vaxtını qızlarını qidalandırmaq üçün işə həsr etmişdir. Lidiyadan 5 dəqiqə əvvəl doğulan bir bacısı İrina var. Qızlar hərtərəfli internat məktəbində oxumuşlar, burada dərindən həyatı öyrənmişlər. Dərs ilə yanaşı, qızlar bir çox dərnək və bölmələrə qatıldılar. Rusiya kinosunun ulduzu müxtəlif illərdə həndbol oynadı, rəqs öyrəndi, gitara və fortepiano ifa etdi.
Lidiya Vertinskaya
Lidiya Vertinskaya (d. 14 aprel, 1923, Çin – ö. 31 dekabr, 2013, Moskva) — Rusiyalı aktrisa. == Həyatı == L.Vertinskaya 1923-cü ilin 14 aprelində Çində anadan olub. O, “Don Kixot”, “Çəkməli pişiyin yeni sərgüzəştləri”, “Sadko” və s. filmlərdə çıxış edib. Lidiya Vertinskayanın qızları Marianna və Anastasiya da tanınmış aktrisalardır. Lidiya Vertinskaya 2013-cü il dekabrın 31-də uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.
Lidiya çarlığı
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Lidiçe
Lidiçe — Çexiya şəhəri. Lidiçe 1942-ci ildə Alman faşistləri tərəfindən yerlə yeksan edilmiş, əhalisi terora məruz qalmışdır. Xocalı və Lidiçe faciələrinin oxşarlığı məhz ona səbəb olmuşdur ki, 2007-ci ildə Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş 3 ay davam edən silsilə tədbirlər keçirilmişdir. 26 Fevral 2010 tarixində Azərbaycan-Çexiya Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Çexiyadakı Səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Lidiçe şəhəri İcra başçısı Yosef Klima bildirmişdir ki, qəsəbədə yeni tikiləcək olan küçələrdən birinə Xocalı adı veriləcəkdir. Xocalı və Çexiyanın Lidiçe şəhərlərinin qardaşlığı haqqında protokol imzalanıb.
Lidl
Lidl — Avropa və ABŞ-də 10.000-dən çox mağazası fəaliyyət göstərən, mərkəzi Almaniyanın Nekkarzulm şəhərində yerləşən topdan satış supermarketlər şəbəkəsi. Mağazalar şəbəkəsi, Handelshof və Kauflandın sahibi olan Dieter Şvarza məxsusdur. Lidl, ABŞ-nin da daxil olduğu bir neçə bazarda, bəzi ölkələrdə Aldi adı altında, digər topdan satış supermarket şəbəkələrinə meydan oxumağı bacarır. Latviya və Estoniya istisna olmaqla Avropa İttifaqının hər bir üzvü olan ölkədə Lidl mağazalarına rast gəlmək mümkündür. Həmçinin, Lidl mağazaları İsveçrədə, Serbiya və ABŞ-də da mövcuddur. == Tarixçəsi == Şəbəkənin təsisçisi Jozef Şvarzdır. Biznesin başlanğıcı 1930-cu ildə qoyulub; 10 il ərzində Jozef Şvarz, şirkəti qida məhsullarının topdan satışı bazarında əhəmiyyətli müəssisəyə çevirib. 1945-ci ildə Almaniyanın müharibədə məğlub olmasından sonra şirkət öz fəaliyyətini dayandırdı. Növbəti 10 il ərzində şirkət yeni canlanmağı bacardı. 1977-ci ildə, atasının ölümündən sonra şirkət oğlu Diter Şvarsın əlinə keçdi.
Lidokain
Lidokain — yerli keyləşdirici dərman preparatı
Lids
Lids — Böyük Britaniyada İngiltərənin şimalında Yorkşir və Humber bölgəsində olan Vest Yorkşir kantlığında yerləşən bir böyük şəhərdir.
Lids Universiteti
Lids Universiteti (ing. University of Leeds) — İngiltərənin Qərbi Yorkşir vilayətinin Lids şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Universitet tələbələrin sayının çoxluğuna görə ölkənin ikinci ən böyük ali məktəbidir. == Xarici əlaqələri == Lids Universiteti təlim və tədqiqat sahəsində qazandığı nailiyyətləri bölüşmək üçün dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Avropanın bir çox ali məktəbi kimi Lids Universiteti də Erasmus Mundus proqramında iştirak edir, tələbə mübadiləsi proqramını həyata keçirir və qlobal tədqiqatlar aparmaqla dünyanın diqqətini özünə cəlb edir. Lids Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər, Santander şəbəkələrinin, Ağ Qızılgül Universitet Konsorsiumunun üzvüdür. == Reytinqi == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Lids Universiteti 100 ən yaxşı ali məktəb arasında 99-cu yerdə olmuşdur. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Lids Universiteti 168-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 85-ci yerdə qərarlaşmışdır. "QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlində Lids Universiteti 93-cü, "Times Higher Education World University Rankings"in cədvəlində isə 133-cü yerdə idi. == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Bekele Geleta – Monqolustanın sabiq prezidenti; Cek Strou – Böyük Britaniyanın sabiq dövlət katibi; Mark Biford – BBC-nin baş direktorunun müavini; Nikolas Uitçel – BBC-nin xəbərlər üzrə müxbiri; Uilyam Henri Breq – fizika üzrə Nobel mükafatı laureatı; Corc Porter – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Pyers Sellers – NASA-nın astronavtı; Kris Payn – amerikalı Hollivud aktyoru.
Lids Yunayted FK
Lids Yunayted FK — İngiltərədə futbol klubu.
Liduvenay körpüsü
Liduvenay körpüsü (lit. Lyduvėnų tiltas) — Litva, Kaunas qəzasının Liduvenay kəndində yerləşən Dubısa çayı vadisi üzərindəki dəmir yolu körpüsü. Radvilişkis-Paqeqyay dəmir yolu xəttinin bir hissəsidir. Litvada ən uzun (599 m) və ən hündür (42 m) körpüdür. Körpü dövlət tərəfindən qorunan Litva Respublikasının Mədəni Mülkiyyət Reyestrinə daxil edilmişdir (kod 2288). == Tarix == Körpü Birinci Dünya müharibəsi zamanı alman hərbçiləri tərəfindən tikilib. Tikinti alman ordusunun 2000 nəfərdən ibarət iki hərbi bölüyü tərəfindən tikilmişdir. 1915-ci ilin sentyabrında işlərə başlanılır, 20 iyun 1916-cı ildə körpünün tikintisi başa çatır. Körpü Pol fon Hindenburqun şərəfinə adlandırılmışdır. Taxta körpünün uzunluğu 670 m, hündürlüyü 42 m olur.
Ligularia lidjiangensis
Ligularia lidjiangensis (lat. Ligularia lidjiangensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.

Digər lüğətlərdə