Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lea
Lea (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Froj
Froj (fr. Froges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38175. Kommunanın 2012-ci il üçün əhalisi 3393 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 965 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Leah Namuqerva
Leah Namuqerva (ing. Leah Namugerwa; 2004, Uqanda) — Uqandadan olan gənc iqlim fəalı. O, ağac əkmə kampaniyalarına rəhbərlik etməsi və Uqandada plastik torbaları qadağan etmək üçün petisiya başlatması ilə tanınır. Qreta Tunberqdən ilhamlanaraq, 2019-cu ilin fevral ayında «Gələcək Uqanda uğrunda» təşkilatçısı Sadraç Nirere ilə birlikdə məktəb tətillərini dəstəkləməyə başlayır. Namuqerva 2020-ci il Dünya Şəhər Forumunda çıxış edir və BMT-nin İqlim Dəyişikliyi Konfransında gənc nümayəndə olur. Onun əmisi Tim Muqerva həm də tanınmış Uqandalı ekoloqdur. Leah Namuqerva Uqanda Anqlikan Kilsəsinin üzvüdür. Namuqerva 2018-ci ildə Qreta Tunberq və onun cümə tətilləri haqqında eşitdir. Daha sonra ölkənin kənd yerlərində sel və daşqınlar haqqında yerli xəbərlərə baxdıqdan sonra 13 yaşlı Qreta Tunberqlə eyni şeyi etməkdən ilhamlanır. O vaxtdan bəri, Namuqerva görkəmli gənc iqlim müdafiəçisi və Uqandanın gələcək üçün cümə tətillərinin görkəmli Afrika bölməsinin ayrılmaz hissəsinə çevrilir O, Uqandanın gələcəyi naminə cümə günləri qurmaq üçün Sadraç Nirere, Hilda Flavia Nakabuye və əmisi oğlu Bob Motavu ilə birləşir.
Lebap vilayəti
Lebap vilayəti (türkm. Lebap welaýaty) — Türkmənistan Respublikasında I dərəcəli inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Türkmənabad şəhəridir. 18 may, 1992-ci ilədək "Çərcev vilayəti" adlanırdı, həmin tarixdən etibarən adlanması hazırkı şəklinə dəyişdirilmişdir. Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Lebap vilayəti inizbati cəhətdən 16 etrapa (onlardan ikisi - Maqdanlı etrapı və Seydi etrapı şəhərdaxili etrap olub Türkmənabad şəhərinin daxilində yerləşirlər) və 3 etrap hüquqlu şəhərə (Türkmənabad, Maqdanlı və Seydi), 16 etrap 2 etrap tabeli şəhərə (Atamurad və Qazocaq), 27 qəsəbə (türkm. şäherçe) və 119 gənəşliyə bölünür. 119 gənəşlikdə isə 485 kənd (türkm. oba) yerləşir.
Rafael Leao
Rafael Aleksandre Konseysau Leao (port. Rafael Alexandre Conceição Leão , 10 iyun 1999) — Portuqaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Portuqaliya milli komandasında çıxış edir. Futbolçu əsasən cinah hücumçusu və sol cinah vingeri kimi çıxış edir. Leao Lissabon şəhərini təmsil edən "Sportinq" klubunun yetirməsidir. Öncə "Sportinq"in B komandasında oynayan futbolçunun "Sportinq"in B komandasının heyətində debütu, 21 may 2017-ci il tarixində, Portuqaliya Sequnda Liqasında "Braqa" klubunun ikinci komandasına qarşı oyunda baş verir. Futbolçu 11 fevral 2018-ci ildə "Feirense" klubu ilə oyunun ikinci yarısında Brayan Ruizi əvəzləyərək Portuqaliya çempionatında debüt edir. 2018-ci il martın 2-də "Porto" klubu ilə oyunda Rafael "Sportinq"in heyətində ilk qolunu vurur . 2018-ci ilin yayında Leao Fransanın "Lill" klubuna keçir. Debüt mövsümündə Leao 24 oyun keçirib və səkkiz qol vurub.
Lea Seydu
Lea Seydu (fr. Léa Seydoux; 1 iyul 1985) — Fransa kino aktrisası və modeli.
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.
Penelope Lea
Penelope Lea— 15 yaşında UNICEF-in ikinci ən gənc xoşməramlı səfiri olan norveçli iqlim dəyişikliyi fəalı. Lea Osloda anadan olub. Anası uşaq yazıçısıdır. Səkkiz yaşında Lea Eco-Agents gənclərin iqlim qrupuna qoşulur və doqquz yaşında Təbiət və Gənclər Milli Düşərgəsində ilk çıxışını edir. 11 yaşında o, Eco-Agents idarə heyətinin üzvü seçilir. On iki yaşında Lea Eco-Agents tərəfindən qurulmuş Uşaq İqlim Qrupuna qoşulan yeddi üzvdən biri olur. 2018-ci ildə, on dörd yaşında ikən Lea Milli Könüllülük Mükafatına ən gənc namizəd olur. O, Qrinpisin Təbiət və Gənclərlə birlikdə Norveç hökumətinə neft müqavilələri ilə bağlı açdığı iddiadan əldə etdiyi 50.000 Norveç kronu mükafatı (2019-cu ildə təxminən 6.000 ABŞ dolları) bağışlayır. 2019-cu ildə Lea UNICEF-in Ümumdünya Uşaqlar günü Sammitində İnnlandet qubernatoru Knut Storberqetin İqlim Məsləhətçisi və Norveç Gənclər səfiri olur. 2019-cu ilin oktyabrında Lea UNICEF-in ilk iqlim səfiri olur və 15 yaşında təşkilatın tarixində UNICEF-in ikinci ən gənc səfiri olaraq tarixə düşür.
Lea Üpi
Lea Üpi (alb. Lea Ypi; 8 sentyabr 1979, Tirana) — Albaniya siyasətşünası və yazıçısı. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində siyasət nəzəriyyə professorudur. Doyçer Xatirə Mükafatının münsiflər heyətinin üzvü. Üpinin araşdırma marağları normative siyasi nəzəriyyə (demokratik nəzəriyyə, hüquq nəzəriyyələri, miqrasiya və ərazi hüququ), Maarifçilik fikri (özəlliklə Kant), marksizm, tənqidi nəzəriyyə və Balkan ziyalı tarixidir (özəlliklə Albaniyanın). Onun böyük babası, Cafer bəy Üpi 1920-ci illərdə Albaniya Baş Naziri idi və İtaliya işğalından sonra qısa müddət ölkə hökumətinin başçısı olmuşdu. Global Justice and Avant-Garde Political Agency, Oxford University Press, 2012. The Meaning of Partisanship (with Jonathan White), Oxford University Press, 2016. Free: Coming of Age at the End of History, Penguin, 2021. The Architectonic of Reason: Purposiveness and Systematic Unity in Kant's Critique of Pure Reason, Oxford University Press, 2021.
From qambiti
From qambiti — Şahmat termini Danimarkalı usta From tərəfindən kəşf olunmuşdur. O, bu qambitin ilk təhlilini 1862-ci ildə dərc etdirmişdir.
Lean on Me
"Lean on Me" (azərb. "Mənə söykən"‎) — amerikalı müğənni və musiqiçi Bill Uizersin mahnısı. Mahnının müəllifi və ilk ifaçısı Bill Uizersin özüdür. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "Lean on Me" mahnısının Bill Uizersin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 205-ci yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 208-ci yerdə qərarlaşıb.
Bitcoin Fog
Bitcoin Fog — Bitcoin üçün mərkəzləşdirilmiş kriptovalyuta tambleri. 2013-cü ilin dekabr ayında sayt Sheep Marketplace soyğunlarından gələn 96000 BTC-nin bir hissəsini yumaq üçün istifadə edilmişdir. 2015-ci ilin fevral ayında Çin eksçeynci olan Bter.com saytından 7170 bitcoin oğurlandı. Bu hadisədən sonra Bitcoin Fog öz kriptovalyuta bazarında nüfuzunu bərpa etdi.
Live from Nottingham
Live from Nottingham Rock City 2003 – Linkin Parkın canlı albomu. Albom 2003-cü ildə Meteora albomu çıxmadan qabaq keçirilən konsertdə hazırlanmışdır. Albomun mahnıları Linkin Park, Yaponiya və Koreya olanda yazılmışdır. Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Live from SoHo
Live from SoHo — Maroon 5 qrupunun canlı albomu.
Yunan-Frig fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
From Me to You
From Me to You — Yui albomu.
From the Very Depths
From the Very Depths ingilis heavy metal qrupu Venomun on dördüncü studiya albomu. 25 yanvar 2015-ci ildə Spinefarm tərəfindən yayımlanmışdır.
Coffee from Colombia (albom)
Coffee from Colombia (mahnı)
Fearless Iranians from Hell
Fearless Iranians From Hell (azərb. Cəhənnəmdən gəlmiş Qorxusuz İranlılar‎) — 1983-cü ildə San-Antonio, Texasda qurulmuş hardkor/pank qrupu. Qrupun yaradıcısı Əmir Mamori İran İslam İnqilabından sonra ailəsi ilə San-Antonioya qaçmış cənubi azərbaycanlıdır. Qrupun mahnılarının sözləri əsasən sarkastik olub, dünyanı bir islamçının gözündən görərək nəql edir. Qrupun ilk albomu olan Die for Allah-da „Chant“ (İlahi nəğmə) mahnısının və Foolish Americans albomunda „Decade“ mahnısının sözləri Azərbaycan dilindədir.
Le-Şam-pre-Froj
Le-Şam-pre-Froj (fr. Le Champ-près-Froges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38070. Kommunanın 2012-ci il üçün əhalisi 1229 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 826 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Live from Earth (albom)
Live from Earth – Pet Benatarın 1983-cü ildə çıxardığı albomudur. Albomda Love Is a Battlefield və "Lipstick Lies" kimi məşhur mahnılar vardır.
Live from Le Cabaret
Live from Le Cabaret — Maroon 5 qrupunun canlı albomu.
Tales from Earthsea (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Ants from Up There
Ants from Up There — Böyük Britaniya rok qrupu Black Country, New Road(en)-un ikinci studiya albomu. 4 fevral 2022-ci ildə Ninja Tune tərəfindən buraxılıb.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Jeleznı Roq
Jeleznı Roq — Taman yarımadasının cənub sahillərində, Taman stansiyasından 10 km cənubda yerləşən burun. Burun dənizə doğru 1.3 km məsafədə uzanır. Maksimal hündürlüyü 65 m-dir. Burunun yuzarı hissəsində üzüm kolları əkilmişdir. Cənub-qərb sahillərində elə də böyük olmayan çimərlik vardır. Jeleznı Roq Kubanda yeganə yerdir ki burada dəmir filizi ehtiyatı vardır. Dəmir filizi səthə yaxın yerləşməsi ilə seçilir. Burada filiz 1932-ci ilə qədər kustar üsulla çıxarılmışdır. Лотышев И. П. География Кубани. Энциклопедический словарь.
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
EMAP
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
Etap
Etap – [fr. etape – məntəqə] 1)yolun, məsafənin bir hissəsi; 2)hər hansı keyfiyyət dəyişikliyi və ya hadisə ilə bağlı olan dövr; 3)hər hansı prosesin bir mərhələsi; 4)deologiya növü mənəviyyat haqqında təlim; 5)hər hansı bir ictimai qrupun, peşənin mənəviyyatı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Flap
Flaplar — təyyarələrdə ümumiyyətlə stabilizatorun arxa tərəfində yerləşir; Qanad gövdəsini artıraraq ilk növbədə daşıyıcı qüvvəni (L) və qismən də sürükləmə qüvvəsini (D) artıran komanda səthidir. Flaplar xüsusən enmə və qalxma kimi aşağı sürətlərdə, daha yüksək daşıyıcı qüvvə tələb edilən uçuşun fazalarında istifadə olunur (açıq vəziyyətə gətirilirlər). Bir çox təyyarə növündə flapların birdən çox tənzimləmə səviyyəsi (bucağı) vardır. Flaplar daşınmanı artıraraq istənilən konfiqurasiyada təyyarənin perdovites sürətini azaldır (perdovites olmasını çətinləşdirir). Təyyarənin qalxması zamanı istifadə edildikdə, təyyarənin daha əvvəl yerdən qalxmasına imkan verir. Flaplar sürüklənməni artırır. Bu təsir eniş zamanı enmə sürətini artırır. Təyyarədə qalxmadan sonra isə dırmaşma dərəcəsini azaldır və daha “dayaz” bir dırmaşmaya səbəb olur. Flaplar açıq vəziyyətdə olarkən, təyyarənin burnu (pitch) flapsız vəziyyətdən daha aşağıdadır. Bu pilota daha yaxşı üfüqi görmə qabiliyyəti verir.
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Help!
Help! — Böyük Britaniyanın "The Beatles" rok qrupunun beşinci studiya albomu. "Help!" (Lennon, Makkartni) "The Night Before" (Lennon, Makkartni) "You've Got to Hide Your Love Away" (Lennon, Makkartni) "I Need You" (Harrison) "Another Girl" (Lennon, Makkartni) "You're Going to Lose That Girl" (Lennon, Makkartni) "Ticket to Ride" (Lennon, Makkartni) "Act Naturally" (Morizon, Russell) "It's Only Love" (Lennon, Makkartni) "You Like Me Too Much" (Harrison) "Tell Me What You See" (Lennon, Makkartni) "I've Just Seen a Face" (Lennon, Makkartni) "Yesterday" (Lennon, Makkartni) "Dizzy Miss Lizzie" (Vilyams) Help!
Jeep
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
What We Saw from the Cheap Seats
What We Saw from the Cheap Seats — ABŞ müğənnisi Regina Spektorun altıncı studiya albomu. 29 may 2012-ci ildə Sire Records tərəfindən buraxılıb.
Anders Foq Rasmussen
Anders Foq Rasmussen (dan. Anders Fogh Rasmussen, 26.1.1953, Ginnerup, Danimarka) — Danimarka siyasətçisi, 2009-2014-cü illərdə NATO-nun baş katibi. 27 noyabr 2001-ci ildən 5 aprel 2009-cu ilədək Danimarkanın 48-ci baş naziri, 1987-1992-ci illərdə Poul Şlüterin kabinetində vergilər naziri. 1998-ci ildən Danimarka Liberal Partiyası — "Venstre"nin üzvü və 2001-2009-cu illərdə partiyanın sədri.
Bolşoy Roq çayı
Bolşoy Roq, Bolşoy Roq axarı — Rostov vilayəti ərazisindən axan çay. Aksay çayının sağ qolunu təşkil edir (Don çayı) Çayın uzunluği 18 kilometrdir. Ümumi mayilliliyi 101,8 metrdir. Sahilində ən böyük yaşayış məntəqəsi Aksay şəhəridir (36 134, 2010). Çsy üzərində 4 avtomobil və 1 dəmiryol körpüsü vardır. Çay sistemi: Bolşoy Roq → Aksay → Don. == Axını == Çay öz başlanğıcını Don avtomagistralı yaxınlığından, Krasnı Kolos qəsəbəsindən 700 m cənubdan götürür. İlk 1,2 km məsafəni qərb-cənub-qərb istiqamətində axır. Sonrakı axar isə cənub istiqamətindədir. Çayın mənsəbi Aksay şəhərinin mərkəzindən 2,7 km, Rostov-na-Donu şəhər mərkəzindən isə 14,4 km aralıda yerləşir.
Taqanı Roq burnu
Taqanı Roq burnu — Azov dənizi ərazisinə daxil olan Taqanroq körfəzinin şimal hissəsində yerləşən burun. Burunda Taqanroq şəhərinin tarixi hissəsi qərarlaşır. Burnun adı öz növbəsində şəjər adının formalaşmasına da öz təsirini göstərmişdir. Bəzi alimlərin fikrinə görə "Taqanı Roq" ası tatar məşhəllidir. Bu adın təcümədə mənası "yüksək burun" deməkdir. Digərləri isə bu adın ruscadan tərcümədə "burunda alov" mənasını verir. Bu isə vaxtı ilə sahilində mayakın olması ilə izah edilir. Taqanı Roq burnu haqqında ilk məlumat 1489-cu ilin 6 sentyabrında qeydə alınmışdır. III İvan Vasileviç Krım xanı Məngli Gəray və Taman knyazı Zəkkəriyəyə yadığı məktublarda burunun adı çəkilir. Məktubda burunun adı Tayqane olaraq keçərlidir.
Zolotoy Roq buxtası
Zolotoy Roq buxtası — Yapon dənizində Şərq boğazında, ensiz ən uzun buxta.3 Buxtanın sahilləri boyunca Vladivostok şəhəri yerləşir. Buxtaya gəmilər aslıqla yan ala bilir. Burada Vladivostok ticarət və balıqçı limanı yerləşir. Buxta üzərindən asma körpü keçir. Su səthinin sahəsi 4,44 km²-dir. Buxta Şərqi Bosfor boğazının şimal sahilini təşkil edir. Buxta şimal-qərbdən Şkot yarımadası ilə əhatələnir. Buxtanın girəcəyində dərinliyi 20—27 metrdir. İçərilərə doğru isə dərinlik azalır. Sahilə yaxın dərinlik 5,2 - 15,2 metr arasında dəyişir.
Drom
Drom (departament)
IMAP
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.