FROM

prep 1. Məkan mənasında aşağıdakıları bildirir: 1) hərəkətin çıxış nöqtəsini: -dan, -dən; to go away ~ home evdən getmək / çıxıb getmək; to come ~ school məktəbdən evə gəlmək; to take a handkerchief ~ one’s pocket dəsmalı / yaylığı cibindən götürmək; 2. Zaman mənasında aşağıdakıları bildirir: 1) prosesin ilk / başlanğıc anını: Bu halda from Azərbaycan dilində çıxışlıq hal şəkilçilərinə uyğun gəlir; -dan, -dən: five years ~ now beş ildən sonra; ~ the very first elə lap başlanğıcdan; 2) mənbəyi və ya yeri: -dan, -dən; a present ~ his father onun atasından hədiyyə; He is from Minsk O, Minskdəndir; to buy / to borrow smth. ~ smb. bir kəsdən bir şey almaq (borca); He borrowed a book from his friend O, yoldaşından kitab borc aldı; 3) hansı dildən edilən tərcüməni: -dan, -dən; to translate ~ one language into another bir dildən başqa dilə tərcümə etmək; to translate ~ English into Azerbaijani İngilis dilindən Azərbaycan dilinə tərcümə etmək; 3. Səbəb, arzu bildirir: -dan, -dən; to be weak / to die ~ an illness / hunger xəstəlikdən / aclıqdan zəifləmək / ölmək; to suffer ~ the heat istidən əzab çəkmək; 3. Səbəb bildirir: Bu halda from Azərbaycan dilində yönlük və ya çıxışlıq hal şəkilçilərinə uyğun gəlir: -a, -ə; -dan, -dən: to judge ~ smb.’s conduct hərəkətinə görə mühakimə etmək; to know ~ experience təcrübədən bilmək; 4. Bir kəsin / şeyin azad / xilas edilməsini bildirir: Bu halda from Azərbaycan dilində çıxışlıq hal şəkilçilərinə uyğun gəlir; -dan, -dən: He was released from prison Onu həbsxanadan azad etdilər; exemption ~ taxation vergilərdən azad etmə; to free ~ an obligation öhdəlikdən azad etmək; He was exempted from military service Onu hərbi xidmətdən azad etdilər; 5. Əşyadan / Hadisədən məhrum edilməni bildirir: They were cut off from civilization Onlar cəmiyyətdən ayrılmışdılar / əlaqələri kəsilmişdi; 6. Vidalaşmanı, ayrılmanı bildirir: -dan, -dən; The girl parted from him Qız ondan ayrıldı; 7. Tutuşdurmanı, müqayisə etməni, qarşılaşdırmanı bildirir: -dan, -dən: to distinguish good ~ bad yaxşını pisdən ayırmaq; to differ / to be different / to be distinct ~ others başqalarından fərqlənmək / ayrılmaq / seçilmək; 8. Bir şeyin hansı materialdan düzəldiyini bildirir: -dan, -dən: Wine is made from grapes Şərab üzümdən düzəldilir, 9. Birləşmələrdə işlədilir: -dan, -dən; ~ above yuxarıdan; The light falls from above İşıq yuxarıdan düşür; ~ across ...dalından, ...arxasından, ...o tayından, ...o tərəfindən; ~ across the sea dənizin o tayından; ~ behind arxasından; He appeared from behind the house O, evin arxasından çıxdı / peyda oldu; ~ below aşağıdan; I heard a voice from below Mən aşağıdan səs eşitdim; ~ between arasından; ~ inside içəridən; The door was locked from inside Qapı içəridən bağlanmışdı; ~ off -dan, -dən; Take it from off my heart Bu yükü mənim ürəyimdən / qəlbimdən çıxart / çıxardın; ~ out of depths dərinlikdən; ~ outside bayırdan; He entered from outside O bayırdan içəri girdi; ~ round tindən; He appeared from round the corner of the street O, küçənin tinindən çıxdı / peyda oldu: 10. Başlanğıc va son nöqtəni və ya vaxtı göstərir: -dan, -dən ...qədər; ~ London to Paris Londondan Parisə qədər; ~ morning to night səhərdən axşama qədər; 11. Aşağı və yuxarı həddi göstərir: -dan, -dən ...qədər; This bird lays from four to six eggs Bu quş dörddən altıya qədər yumurta qoyur; 12. Zərflik ifadələrində uzunsürən və ya təkrar olunan prosesi bildirir: -dan, -dən; ~ day to day gündən-günə; ~ hand to hand əldən-ələ; ~ month to mouth ağızdan-ağıza; ~ side to side bir tərəfdən o biri tərəfə

FROGGY
FRONT
OBASTAN VİKİ
From qambiti
From qambiti — Şahmat termini Danimarkalı usta From tərəfindən kəşf olunmuşdur. O, bu qambitin ilk təhlilini 1862-ci ildə dərc etdirmişdir.
Live from Nottingham
Live from Nottingham Rock City 2003 – Linkin Parkın canlı albomu. Albom 2003-cü ildə Meteora albomu çıxmadan qabaq keçirilən konsertdə hazırlanmışdır. Albomun mahnıları Linkin Park, Yaponiya və Koreya olanda yazılmışdır.
Live from SoHo
Live from SoHo — Maroon 5 qrupunun canlı albomu.
Coffee from Colombia (albom)
Coffee from Colombia (mahnı)
Fearless Iranians from Hell
Fearless Iranians From Hell (azərb. Cəhənnəmdən gəlmiş Qorxusuz İranlılar‎) — 1983-cü ildə San-Antonio, Texasda qurulmuş hardkor/pank qrupu. Qrupun yaradıcısı Əmir Mamori İran İslam İnqilabından sonra ailəsi ilə San-Antonioya qaçmış cənubi azərbaycanlıdır. Qrupun mahnılarının sözləri əsasən sarkastik olub, dünyanı bir islamçının gözündən görərək nəql edir. Qrupun ilk albomu olan Die for Allah-da „Chant“ (İlahi nəğmə) mahnısının və Foolish Americans albomunda „Decade“ mahnısının sözləri Azərbaycan dilindədir.
From Me to You
From Me to You — Yui albomu.
From the Very Depths
From the Very Depths ingilis heavy metal qrupu Venomun on dördüncü studiya albomu. 25 yanvar 2015-ci ildə Spinefarm tərəfindən yayımlanmışdır.
Live from Earth (albom)
Live from Earth – Pet Benatarın 1983-cü ildə çıxardığı albomudur. Albomda Love Is a Battlefield və "Lipstick Lies" kimi məşhur mahnılar vardır.
Live from Le Cabaret
Live from Le Cabaret — Maroon 5 qrupunun canlı albomu.
Tales from Earthsea (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Ants from Up There
Ants from Up There — Böyük Britaniya rok qrupu Black Country, New Road-un ikinci studiya albomu. 4 fevral 2022-ci ildə Ninja Tune tərəfindən buraxılıb.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Retired from Sad, New Career in Business
Retired from Sad, New Career in Business — amerikalı müğənni Mitskinin ikinci studiya albomu. Mitski albomu SUNY-də sonuncu kursda oxuyarkən tələbə layihəsi kimi hazırlayıb. Albom 1 avqust 2013-cü ildə işıq üzü görmüşdür. Albomun hazırlanmasında 60 nəfərlik tələbə ansamblının iştirakı da olub. "Square" treki istisna olmaqla albomdakı hər bir mahnının musiqi videosu və hekayəsi var. 2020-ci ilin mayında albomun "Strawberry Blond" mahnısı TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır. Albomun üz qabığında döşəmədə əyləşən qadın kimi bəzənmiş kişi şəkli yer alıb. Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
What We Saw from the Cheap Seats
What We Saw from the Cheap Seats — ABŞ müğənnisi Regina Spektorun altıncı studiya albomu. 29 may 2012-ci ildə Sire Records tərəfindən buraxılıb.
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.
The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars
The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars — İngiltərə müğənnisi Devid Bouinin beşinci studiya albomu. 16 iyun 1972-ci ildə RCA Records tərəfindən buraxılıb.
David Fromkin
David Fromkin (27 avqust 1932, Miluoki, Viskonsin – 11 iyun 2017, Manhetten, Nyu-York ştatı) — ABŞ tarixçisi. == Başlıca Əsərləri == A Peace to End All Peace: Creating the Modern Middle East 1914–1922 (1989) ISBN 0-8050-0857-8, ISBN 0-8050-6884-8 (paperback). "Britain, France, and the Diplomatic Agreements." In The Creation of Iraq, 1914–1921, ed. Reeva Spector Simon and Eleanor H. Tejirian, 134–145. New York: Columbia University Press, 2004. Europe's Last Summer: Who started the Great War in 1914? (2004) ISBN 0-375-41156-9, ISBN 0-375-72575-X (paperback). In the Time of the Americans: FDR, Truman, Eisenhower, Marshall, MacArthur, The Generation That Changed America's Role in the World (1995) ISBN 0-394-58901-7, ISBN 0-679-76728-2 (paperback). The Independence of Nations (1981). Praeger, New York City, ISBN 0-03-059777-3.
Erix Fromm
Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[…], Frankfurt-Mayn, Prussiya – 18 mart 1980[…]) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri. == Həyatı == Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb. 1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir.
Psixoanaliz və Din (Fromm)
Psixoanaliz və Din — alman sosioloq və psixoloqu Erix Frommun 1950-ci ildə yazdığı əsər. "Avtoritar din çox vaxt insanlara — insanın həqiqi həyatı ilə bir əlaqəsi olmayan — qeyri-müəyyən və əlçatmaz prinsipləri sırımağa çalışır. Hal-hazırkı vəziyyətdə yaşayan insanların həyatları və xoşbəxtlikləri "ölümdən sonrakı həyat" və ya "cəmiyyətin gələcəyi" kimi ideologiyalar uğrunda asanlıqla qurban edilə bilir. Çünki, bu ideologiyalar uğrunda bütün vasitələrə əl atmağa dəyər və beləcə bu ideologiyalar dindar və ya hüquqi "fərqlənmiş" zümrənin əlində bütün insanların həyatlarını idarə etmək üçün bir vasitəyə çevrilir." Bu kitab, psixoanalizdəki xaotik dünyamızı əks etdirən və üsyana sövq edən bir əsərdir. Dinin nəzərdən qaçırdığı nüansları vurğulamaqla yanaşı, həm psixologiya, həm də din müəllimlərinə dəyərli informasiya mənbəyi təşkil edir. Kitab psixoanalizin şüuraltı çaxnaşmalarını işıq üzünə çıxarmağa kömək edəcəkdir. Əsər Kəpəz (Pənahlı) Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Taleh Hüseynovun redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, 2018-ci ilin may ayında Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 120 səhifədə 1000 tirajla nəşr edilib. Əsərin Elmar Namazın tərcüməçisi olduğu variantı isə Cavid Qədir və Taleh Eminoğlunun redaktorluqları ilə "Kitabsevərlər" hərəkatı tərəfindən Bakıda 2018-ci ilin may ayında "Elm və Təhsil" Nəşriyyatında nəşr edilib. Turkkitab. Az Erix Fromm: Psixoanaliz və din Erix Fromm: Freyd və Yunqda psixoanaliz və din.