Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Livadə
Livadə - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsi(Şörəyel livası)da kənd. Dərbənd kəndinin yaxınlığında yerləşən Livadə kəndi. Gəlir: 3.000 ağça..
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Divanə Bəhlul
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Livan Respublikası
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan bayrağı
Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı == Livan Konstitusiyasında == Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır. Konstitusiyada yazılıb: «Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.» == Tarixi == Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxaq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Livan dənizi
Livan dənizi — Aralıq dənizinin şərqində, Kipr adası və Afrika arasında yerləşir. Dəniz şimalıdan Kipr adası və Kilikiya dənizi, qərbində Kipr dənizi ilə hüdudlanır. Dənizin ən böyük adası Kiprdir. Maksimal dərinlyi — 4384 metrdir. Sahəsi 320 min km² təşkil edir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Demək olaraq iri çay tökülmür == Yerləşməsi == Aralıq dənizinin şərq hissəsini təşkil edir. Şimaldan Türkiyə, şərqdən İsrail, Suriya, Livan, cənubdan Misir və Liviya, şimal-qərbdən isə Egey dənizi ilə əhatələnir. == İqtisadiyyat == Livan dənizinin şelf zonasının İsrail və Livan sərhəddi ərazisində nəhəng Levifan qaz yatağı yerləşir.
Livan erməniləri
Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir. ASALA tərəfindən 1970–1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Livan ermənilərinin rolu danılmazdır. == Tarixi == Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır.
Livan palıdı
Livan palıdı (lat. Quercus libani) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Livan sidri
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.
Livan tarixi
Livan tarixi — müasir Livan Respublikasının tarixi, Suriya və Livanda Fransa mandatı altında Böyük Livanın daha əvvəl meydana çıxması, eləcə də müasir dövlətin əhatə etdiyi regionun tarixi. == Qədim dövr == Müasir Livanın yerləşdiyi ərazinin əlverişli cografi mövqeyi, təbii coğrafi xüsusiyyətləri eramızdan çox-çox əvvəl burada əhalinin məskunlaşmasına səbəb olmuşdur. Eramızdan əvvəl IV-II minilliklərdə sahil düzənliyində və Livan dağlarının ətəklərində məskunlaşmış finikiyalılar bu ərazidə bir neçə quldar şəhər dövlətlər yaradırlar. Sonradan bu şəhər-dövlətlər regionda daha güclü feodal dövlətlər olan Assur, Babil və Əhəmənilər tərəfindən zəbt olundu. Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardan idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrilmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.
Livan türkmanları
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Livan türkmənləri
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Livan əhalisi
Livan əhalisi — 2011-ci ilin iyul ayına olan məlumatlara görə 4 143 101 nəfərdir. Ölkə əhalisinin 95 %-i ərəblərdir. Etnik qruplar arasında ermənilər üstünlük təşkil edirlər. Rəsmi dili ərəb dilidir. Erməni və fransız dillərindən də istifadə olunur. Əhalinin təxminən 59,7 %-i müsəlman, 39 %-i xristiandır. 1,4 % əhali digər dinlərə mənsubdur. Şəhər əhalisi 87 %-dir. == Əsas statistik məlumatlar == Yaş strukturu: 15 yaşdan aşağı: 23 % 15-64 yaş arası: 68 % 64 yaşdan yuxarı: 9 % Orta yaş həddi: 29,8 yaş (kişilərdə 28,7 yaş, qadınlarda 31 yaş) Əhali artımı: 0,244 % Doğum səviyyəsi: hər 1000 nəfərə 15,02 Ölüm səviyyəsi: hər 1000 nəfərə 6,54 Gender strukturu: hər 1000 qadına 960 kişi Uşaq ölümü: hər 1000 nəfərə 15,85 Yaş səviyyəsi: 75,01 yaş (kişilərdə 73,48 və qadınlarda 76,62 il). Fertillik: hər qadına 1,77 uşaq Savadlılıq səviyyəsi: 87,4 % (kişilərdə 93,1 % və qadınlarda 82,2 %).
Livan funtu
Livan funtu və ya livr (ərəb. ليرة لبنانية‎, fr. livre libanaise, ing. lebanese pound) — Livanın pul vahididir. Livanda pul vahidini Livan lirası adı altında istifadə edirlər.. Daha əvvəl bir Livan funtu 100 piastra bərabər idi, amma belə bölgüdən sonra ölkədə inflyasiya yarandığından ölkə bu sistemdən imtina etdi. ISO 4217 beynəlxalq standartına uyğun olaraq Livan funtunun beynəlxalq işarəsi — LBP-dir. == Sikkələr == Pul dövriyyəsində 25, 50, 100, 250 və 500 Livan funtu nominallı sikkələrə rast gəlmək mümkündür. == Əsginaslar == Pul dövriyyəsində 1000, 5000, 10000, 20000, 50000 və 100000 Livan funtu nominallı əsginaslara rast gəlmək mümkündür. Əsginaslar Qəznədə çap edilir.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. == Görünüşü == Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. == Yayılması == Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.
Livan himni
Livan dövlət himni (ərəb. النشيد الوطني اللبناني‎) — 1925-ci ildə Rəşid Nəxlə ilə yazılıb, musiqini qoşan Vədi Səbra olub. Himn 12 iyul 1927-ci ildə tətbiq olunub.
Livan iqtisadiyyatı
== Livan iqtisadiyyatının əsas xüsusiyyətləri == Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli) inkişafına meydan açan "Azad iqtisadiyyat" və "Azad bazar*" siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və Şərq arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci ildən sonra Livanın iqtisadiyyatı İsrail təcavüzünə və vətəndaş müharibəsinin dağıntılarına məruz qalmışdır. Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı 1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə müqayisədə təqribən 70 faiz artmışdır. 2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd.
Livan konstitusiyası
Livan konstitusiyası (ərəb. دستور لبنان‎) — Livan Respublikasının əsas qanunudur. 1926-cı il mayın 23-də Fransanın mandatında qəbul edilmişdir. Sonradan konstitusiya bir neçə dəfə düzəldildi — 1917-ci il 17 oktyabr, 1927-cü il 8 noyabr, 1929-cu il 9 noyabr, 1943-cü il 7 dekabr, 1943-cü il 21 yanvar, 1947-ci il 22 may, 1948-ci il 24 aprel, 1976-cı il 21 sentyabr. Beləliklə, 7 dekabr 1943-cü ildə Livanın milli bayrağının təsviri konstitusiyaya daxil edilmişdir: «Livanın bayrağı üç üfüqi zolaqdan ibarətdir: iki qırmızı zolağın arasında bir ağ zolaq. Ağ zolaqın eni qırmızı zolaqların hər birinin enindən iki dəfə qalındır. Ağ zolağın mərkəzində bu zolağın üçdə birini tutan yaşıl bir sidr ağacı var və üstü və altı müvafiq qırmızı zolaqlara toxunur». Konstitusiyanın hazırkı versiyası 21 sentyabr 1990-cı il tarixli konstitusiya qanunu ilə təsdiqlənmişdir.Xristianlar və müsəlmanlar arasında bərabərliyi təmin etmək məqsədilə konstitusiyanın 24-cü maddəsi konfessionalizm əsasında ofislərin müvəqqəti tədbir kimi təqdim edilməsini tələb edir, lakin necə ayrılacağını müəyyənləşdirmir. Buna baxmayaraq, yerlərin yarısı xristianlara, yarısı isə müsəlmanlara veriləcəkdir. 24-cü maddə tam olaraq aşağıdakı kimidir: "Palatanın qeyri-konfessional əsasda yeni seçki qanunları qəbul ediləcəyi müddətə qədər oturacaqların paylanması aşağıdakı prinsiplərə uyğun olmalıdır: a) xristianlar və müsəlmanlar arasında bərabər təmsilçilik b) hər birində konfessional qruplar arasında nisbi təmsilçilik c) Coğrafi bölgələr arasında mütənasib təmsilçilik Istisna olmaqla, yalnız və yalnız bir dəfə, hazırda boş olan oturacaqlar və qanunla müəyyən edilmiş yeni oturacaqlar hamısı birbaşa təyin olunmaqla doldurulur və Milli Birlik Hökumətinin üçdə iki hissəsi tərəfindən qəbul edilir və bu, Milli Konvensiya Sənədində nəzərdə tutulan xristianlar və müsəlmanlar arasında bərabərlik yaratmaqdır.
Livan mədəniyyəti
Livan mədəniyyəti — Livandakı müxtəlif etnik qruplar və ölkəyə köçənlər arasında fəal olan mədəniyyətdir. == Dil == Rəsmi dil ərəb dilidir. Digər dilləri fransız, erməni və ingilis dilləridir. == Musiqi == Livanın dünya səviyyəsində ən çox dinlənilən sənətçisi Feyruzdur. Yaxın Şərqin məşhur sənətkarlarının böyük bir qismi Livanlıdır. Najua Karam və Assi Hellani daha çox xalq musiqisi oxuyurlar. Buna Jabali (dağlardan gəlmə) deyilir. Livanlı digər məşhur sənətkarlar: Nensi Acram, Elissa, Miriam Fares, Hayfa Vehbe, Raqeb Alame, Uael Kfouri, Naual Al Zoqbi, Karole Samaha, Culia Boutros, Mərvan Huri, Ualeed Tavfiq, Amal Hicazi ve Macida Əl Rumi. == Livan diasporu == İllərdir baş verən intensiv miqrasiya nəticəsində Livan ölkəsinin əhalisindən daha çox livanlı kənarda yaşamaqdadır. Bu vəziyyət Livan mədəniyyətinin dünyada tanınmasını artırır.
Livan mətbəxi
Livan mətbəxi — ənənəvi Livan mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Livanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Livan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Livan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. == Tarixi == Avropa və Şimali Amerika restoranlarına və evlərinə son zamanlar daxil olan Livan mətbəxi sağlam qidaya üstünlük verən insanlar üçün kulinariya təbinin tükənməz mənbəsi kimi reputasiya qazandı. Livan mətbəxi Aralıq dənizi və Orta Şərq qastronomik ənənəsinin aromatik və ləzzətli qarışığıdır. Avropada bir çox baş aşpazların Livan mətbəxindən bişirməyi sevməsinin səbəbi budur. Livan mətbəxi bütün dünyada sadə, lakin qidalandırıcı və dadlı yeməklərə malik bir mətbəx kimi rəğbət qazanıb. Orta Şərqdə rast gəlinən bir çox kulinariya növlərindən fərqli olaraq, təəccüblüdür ki, bu mətbəx vegetarianlara yaxındır və sağlam inqrediyentlərdən çox istifadə edir: göyərtilər, ədviyyatlar, fəsil tərəvəzləri və bitki yağları.
Tripoli (Livan)
Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام‎, q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristian və ələvilərdir. == Tarixi == Tripolis şəhərinin adı yunan dilindən gəlir. Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi.
Böyük Livan
Böyük Livan dövləti (ərəb. دولة لبنان الكبير‎; fr. État du Grand Liban), sonrakı adı ilə Livan Respublikası (ərəb. الجمهورية اللبنانية‎ al-Jumhūrīyah al-Lubnānīyah; fr. République libanaise) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının keçmiş ərazilərində, Millətlər Liqasının qərarı ilə Fransaya bu ərazi üçün mandat verildikdən sonra Fransanın mandatının bir hissəsi. Bundan əvvəlki dövrdə Livan Beyrut vilayətinin mərkəzi hissəsində muxtar bir qurum kimi Böyük Suriya adlanan ərazinin bir hissəsi idi. General Quro Livan ilə cənub və qərb sərhədlərində bir neçə Suriya kəndini parçalayaraq Livana birləşdirmiş, paytaxtı Beyrut təyin edərək indiki sərhədləri ilə dövlətin qurulmasını elan etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. University of California Press.
Livan dağı
Cəbəl-Lübnan, Livan dağı və ya Livan silsiləsi (ərəb. جَبَل لُبْنَان‎, jabal lubnān, Livan ərəbcəsi tələffüz: [ˈʒabal lɪbˈneːn]; süry. ܛܘܪ ܠܒ݂ܢܢ, ṭūr leḇnān, süryanicə tələffüz: [tˤur lewˈnɔn], ṭūr lewnōn fr. Mont Liban) — Livanda dağ silsiləsi. Bu horst təxminən 160 kilometr uzunluğundadır və şərqdə yerləşən Anti-Livan silsiləsi ilə paralel olaraq ölkə daxilində Aralıq dənizi sahilləri boyunca cənubdan şimala doğru uzanır. == Etimologiya == Cəbəl-Lübnan adı "LBN" sami kökünə gedib çıxır və "ağ" mənasını verir. Ehtimal edilir ki, bu ad qarla örtülü dağlara istinad edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Lübnan ilə əlaqəli mediafayllar var.
Livanlı (Miyanə)
Livanlı (fars. ليوانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (83 ailə).
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
İvane Cavaxişvili
İvane Cavaxişvili (gürc. ივანე ჯავახიშვილი; d. 11 (23) aprel 1876, Tiflis – 18 noyabr 1940, Tbilisi) — Gürcü əsilli SSRİ tarixçisi, ictimai xadimi, Tbilisi Dövlət Universitetinin qurucularından biri, Sovet İttifaqı elmlər akademiyasının akademiki, tarix elmləri doktoru, professor. == Həyatı == İvane Cavaxişvili Tbilisidə, Aleksandr Cavaxişivili və Sofiyo Vaxvaxişvilinin ailəsində anadan oldu. Atası şahzadə Aleksandr Cavaxişivili gimnaziya müəlimi idi. 1895-ci ildə İvane Tbilisi birinci gimnaziyasını bitirdi,1899-cu ildə isə Sankt-Peterburq Dövlət universitetinin şərqşunaslıq fakültəsinin gürcü-erməni-iran dilləri bölümünü. 1899–1901-ci illərdə həmin universitetin maqistrantı olmuşdu. 1901–1902 illərdə Berlin Universitetinin akedemik ziyarətcisi idi. 1902-ci ildə müşaviri olan Nikolay Marr ilə birlikdə Sina dağında orta əsr gürcü əlyazmalarını araşdırdı. İlk iri həcimli Gürcü millətinin tarixi ( kartveli eris istoria ) əsərindən sonra ki, hələ tamamlanmamışdı, alim tez bir zamanda Gürcüstan və Qafqaz tarixi, Gürcüstan Gürcü qanunvericiliyi, paleoqrafiya, diplomatiya, musiqi, drama və digər mövzularda mühüm işlər apararaq özünü üstün bir mövqedə qərarlaşdırdı.1918-ci ilin əvvəllərində İvane Cavaxişvili Gürcüstanın Tbilisidəki ilk mütəzəm universitetinin təsis edilməsində mühüm təsiri var idi, beləliklə, gürcü ziyalılarının əsrlər boyu uzun müddət arzusu həyata keçirdi .
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır.Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın. Hər cayı nədyana sayar, naşı bilməz qıymatın, Əhli-ürfan məclisində gövhər misaldı yüküm.
Divano
Divano – Eric Levinin 2000-ci ildə Era musiqi layihəsi adından çıxardığı Era 2 adlı albomdan olan sinql. Mahnının musiqisi Eric Leviyə məxsusdur, sözləri isə Bibliya mətnləridir. Mahnıya həmçinin kli də çəkliib.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd.Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Miyanə
Miyanə (yerli əhali arasında həmçinin Miyana və Miyanıc olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Silvanə
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
İlvanəq
İlvanəq (fars. ايلوانق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (61 ailə).