KIVANÇ

(-cı)
iftixar, fəxr
fəxr, güvenc, iftixar
KIVAM
KIVANMAK
OBASTAN VİKİ
Hakkı Kıvanç
Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri. == Həyatı == Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur.1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır."Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayxan İşıq, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir.1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür.30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.
Kıvanç Tatlıtuğ
Kıvanç Tatlıtuğ (27 oktyabr 1983, Adana) — Türk aktyoru və keçmiş maneken . == Həyatı və kariyerası == Atası Adanalı, anası Ədirnəli olan Kıvanç, 1983-cü il oktyabrın 27-si Türkiyənin Adanada şəhərində dünyaya gəlmişdir. 2002-ci ildə Best Model of Turkey və daha sonra Best Model of the World seçilməsi ilə məşhurlaşdı. İlk olaraq "Gümüş" adlı serialda Mehmet obrazını canlandıran Tatlıtuğ daha sonra "Menekşe" və "Halil" adlı serialda Halil obrazını canlandırdı. 2008-ci ildə çəkilmiş Qadağan olunmuş eşq serialında Behlül obrazını, 2010-cu ildə qonaq obraz olaraq "Ezel" serialında Səkkiz obrazını, 2011-2013-cü illərdə isə "Kuzey Güney" adlı serialda Kuzey obrazını canlandırmışdır. Son olaraq "Qurd Səyid və Şura" serialında Farah Zeynəb Abdullah ilə baş rolda oynamışdır. 2018-ci il noyabrın 22-sindən 2019-cu il mayın 30-na qədər Show TV-də yayımlanan "Çarpışma" teleserialında Kadir obrazını canlandırmışdır.