Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ovid
Publi Ovidi Nazon (20 mart e.ə. 43[…], Sulmona[d], İtaliya[d] – 17, Konstansa[…]) — görkəmli Roma şairi, Metamorfoza əsərinin müəllifi. == Həyatı == Publi Ovidi Nazon eradan əvvəl 43-cü ildə martın 20-də Sulmo (Sulmen) şəhərində anadan olmuşdur. İngilis dilli ölkələrdə Ovid kimi taninir. Roma şairi olan Publi Ovidi Nazon , özünün üç ən məşhur əsərlər toplusu : "Qəhrəman qadınlar" ("Heroidlər") , "Məhəbbət şeirləri" ("Amores") və "Metamorfozlar" əsərləri ilə məşhurdur. O , həmçinin Roma təqvimi haqqında olan "Fastlar" , "Kədərli elegiyalar" ("Trista") və sürgündə olarkən yazdiği "Pontdan Məktublar"("Epistulae ex Ponto") əsərlərinin müəlifidir . Bundan əlavə , bir neçə qisahəcmli şeirlərin də müəlifidir . Onun "Medeya" adli bir faciəsi də olmuşdur. Ovidi "Hüznlü məsnəvilər" ustadı kimi qiymətləndirilir. Onun adi Latin ədəbiyyatinin kanonik şairləri ilə bir sırada çəkilir.
COVID-19
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi. 18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı. Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi. Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır. == Araşdırılması == Beynəlxalq alimlər qrupu 2003-cü ildəki pandemiya zamanı SARS xəstəliyinə tutulmuş insanların yeni SARS-CoV-2 koronavirusuna qarşı immunitetli olduğunu aşkar edib. Həmin adamların orqanizmində S-proteinə qarşı anti-cismlər inkişaf edib ki, bu da koronavirusun insan hüceyrələrinə daxil olmasına qarşı mühüm rol oynayır. Tədqiqat zamanı bu anti-cismlərdən biri — S309 üzə müəyyən edilib.
Mofid Universiteti
Mofid Universiteti (fars. دانشگاه مفید‎), — İran İslam Respublikasında 1989-cu ildə təsis edilmiş, əsəsən humanitar elmlər sahəsində fəaliyyət göstərən ali təhsil müəssisəsi. Universitetdə iki əsas elmi jurnalı fəaliyyət göstərir: "Nameye Mofid" və "Daneşpəjuhan".
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. == Ədəbiyyat == Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.
COVID-19 pandemiyası
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
COVID-19 testi
COVID-19 testi — Tənəffüs yolu koronavirusu 2019 (COVID-19) və əlaqədar SARS-CoV-2 virusu üçün laboratoriya testləri , infeksiyaya cavab olaraq istehsal olunan virusun və antikorların varlığını aşkar edir. Nümunələrdə virusların olması koronavirus RNT- yı aşkar edən RT-PCR ilə təsdiq olunur. Bu test spesifikdir və yalnız SARS-CoV-2 virusunun RNT -yı aşkar etmək üçün hazırlanmışdır. Ən son və ya aktiv infeksiyaları təsdiqləmək üçün istifadə olunur. == PCR testləri == == COVID-19 yanal axın testləri == Tez-tez COVID-19 yanal axın testləri olaraq da adlandırılan COVID-19 sürətli antijen testləri, SARS-COV-2 infeksiyasını (COVID-19) aşkar etmək üçün istifadə olunan sürətli antijen testləridir. Minimum təlimlə tez tətbiq olunur, əhəmiyyətli xərc üstünlükləri təklif edir, digər növ COVID-19 testlərinin bir hissəsinə başa gəlir və istifadəçilərə 5–30 dəqiqə ərzində nəticə verir. Bununla birlikdə, yüksək saxta mənfi nisbətə malikdirlər. Sürətli antijen testləri bir çox ölkələrdə kütləvi yoxlama və ya populyar test metodlarının bir hissəsi olaraq istifadə olunur. Asimptomatik olmayan və potensial olaraq virusu digər insanlara yaya biləcək, əks halda yoluxduqlarını bilməyən şəxsləri tanımaq üçün dəyərli olduqları düşünülür. Bu, daha yüksək həssaslığa malik olduqları və halları daha dəqiq müəyyən edə bildikləri üçün, ümumiyyətlə simptomatik şəxslər üçün faydalı bir test olaraq görülən PCR kimi digər COVID-19 test formalarından fərqlənir.
COVID-19 vaksini
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Internet Movie Database
Internet Movie Database (azərb. İnternetdə filmlərin məlumat bazası‎), IMDb, — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
Smosh: The Movie
The Smosh : The Movie Lionsgate Films -dən gələn Amerika komediya filmidir. Filmin önündə Anthony Padilla və Ian Hecoxdan ibarət YouTube dueti Smosh olacaq.
Smosh : The Movie
The Smosh : The Movie Lionsgate Films -dən gələn Amerika komediya filmidir. Filmin önündə Anthony Padilla və Ian Hecoxdan ibarət YouTube dueti Smosh olacaq.
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild (illüziyaçı) — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. == Həyatı == Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Afrikada COVID-19 pandemiyası
COVID-19 pandemiyasının 14 fevral 2020-ci ildə Afrikaya yayıldığı təsdiqləndi və ilk təsdiqlənmiş hal Misirdə elan edildi. Qara Afrikada ilk təsdiqlənmiş hadisə 2020-ci ilin fevral ayının sonunda Nigeriyada açıqlandı. Üç ay ərzində virus bütün qitədə yayıldı, çünki virusdan azad qalan sonuncu Afrika suveren dövləti Lesoto, 13 may 2020-ci ildə bir hadisəni təsdiqlədi. Mayın 26-na qədər, test imkanları məhdud olsa da, əksər Afrika ölkələrində icmalar arasında yoxluma yaşandığı ortaya çıxdı. Müəyyən edilmişdir ki, virusun əksəriyyəti qitəyə virusun yarandığı Çindən deyil, Avropa və ABŞ-dən gəlib. 2021-ci il iyunun əvvəlində Afrika, 14 ölkədə artan yoluxma halları ilə üçüncü COVID infeksiyası dalğası ilə üzləşdi. İyulun 4-nə qədər qitədə 251,000-dən çox yeni Covid hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftədən 20% və yanvar zirvəsindən 12% çoxdur. Malavi və Seneqal da daxil olmaqla on altıdan çox Afrika ölkəsi yeni halların sayının artdığını qeyd etdi. Ümumdünya Səhiyyə Təşkilatı bunu Afrikanın "İndiyə qədərki ən pis pandemiya həftəsi" adlandırdı. Afrikanın müxtəlif ölkələri tərəfindən bir çox qabaqlayıcı tədbirlər həyata keçirilib.
Almaniyada COVID-19 pandemiyası
Almaniyada koronavirus infeksiyasının (COVID-19 pandemiyası) ilk hadisəsi 27 yanvar 2020-ci ildə Bavariyada qeydə alınıb. Martın 17-də Robert Kox İnstitutu ölkə üçün epidemioloji riskini orta səviyyədən böyüdü. 18 iyul 2020-ci il tarixinə Almaniyada 202,572 nəfər təsdiq edilmiş COVID-19 hadisəsi qeydə alınmış, onlardan 9,102 nəfər ölmüş və 187,000 nəfər sağalmışdır. 22 mart tarixinə olan COVID-19-dan ölüm halları işlərin sayının 0,4% -ni təşkil etmişdir. Robert Kox İnstitutu, Almaniyada COVID-19 virusunun yayılması ilə bağlı mövcud vəziyyət barədə gündəlik hesabatlar dərc edir. == Tarixi == Almaniyada karantin rejimi martın 22-dən əvvəlcə aprelin 20-nə kimi, daha sonra mayın 3-nə kimi tətbiq edilib. Bu müddətdə ictimai şəraitdə insanların 2 nəfərdən artıq toplaşması qadağan olunub və 1,5 metr məsafə saxlanması tətbiq edilib. Ölkədə tədris müəssisələri martın 13-dən etibarən bağlanıb. Əvvəlcə Almaniya hökuməti 1000-dən çox adamın iştirakı ilə keçirilən kütləvi tədbirlərin koronavirus pandemiyası səbəbindən avqustun sonunadək ləğv etmişdi. Sonra bu qadağa oktyabrın sonunadək uzadılıb.
Andorrada COVID-19 pandemiyası
Andorrada koronavirus pandemiyası 2020 — 2 mart 2020-ci il tarixdə Andorrada ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Cavab tədbirləri == Hökumət 16 mart tarixindən etibarən məktəblərin bağlanması barədə göstəriş verdi. Bundan əlavə, dövlətin keçirilməsini planlaşdırdığı bütün mədəni tədbirlər ləğv olundu. Martın 13-də dövlət başçısı Xavyer Espot Samora zəruri məhsulların satışını həyata keçirən müəssisələr, yanacaqdoldurma məntəqələri və apteklərdən başqa bütün ictimai iaşə obyektlərinin iki həftə bağlanacağını açıqladı. Ertəsi gün Konstitusiya Günü ilə əlaqədar tədbirlər ləğv edildi. Bundan əlavə, sərhədlər məhdudlaşdırıldı və insanlara yalnız səhhəti ilə əlaqədar, yüklərin daşınması və ya xaricdə yaşayan sakinlər üçün sərhədi keçməyə icazə verilirdi. Tütün və spirtli içkilərin turistlərə satılması qadağan edildi, Andorra vətəndaşlarına və sakinlərinə satılmasına icazə verilən miqdar isə məhdudlaşdırıldı. Martın 16-da Espot, tikinti və "liberal" (yüksək təhsilli) peşələr kimi yüksək riskli iş fəaliyyətlərinin ən azı 8 gün müddətinə dayandırılması barədə göstəriş verdi və səhiyyə sisteminin çökməsinin qarşısını almaq məqsədilə dövlət idarəetməsi minimum səviyyəyə endirildi. Bununla yanaşı, hökumət Konstitusiyada nəzərdə tutulmuş, lakin heç bir qanunda işlənməmiş həyəcan və fövqəladə vəziyyət rejimini idarə etmək üçün qanuni addımlar üzərində işləməyə başladı. == Hadisələrin ardıcıllığı == Martın 2-də Andorra ilk koronavirus faktını təsdiqlədi.
Anqolada COVID-19 pandemiyası
Anqolada COVID-19 pandemiyası — Anqolada ilk COVİD-19 xəstəsi 21 martda təsdiqlənib. == Gedişat == 19 martda bir anqolalı Whatsapp səsli mesajını yaydı və sonra birdən sildi. Bu, koronavirus barədə dezinformasiyalardan ibarət səs yazısıydı. 20 martda Anqolanın bütün sərhədləri bağlandı. Limanlar, dəmiryolları da daxil olmaqla hər şey qadağan edildi. Bu qadağa 4 aprelə qədər davam etdi. 21 martda birinci və ikinci xəstə Portuqaliyadan Anqolaya, oradan da karantinə gəldi. 24 martda məktəblərin bağlanması 10 aprelə qədər uzadıldı. 29 marta qədər 5 nəfərdə də koronavirus aşkarlandı. İlk 2 xəstə də vəfat etdi.
Antarktidada COVID-19 pandemiyası
Antarktida koronavirus halının qeydə alındığı son qitədir. 2020-ci ilin dekabrında burada 36 yoluxma halı aşkar edilib. Bundan öncə koronavirus yayıldığı vaxtlarda Antarktidayla bağlı bütün konfranslar ləğv olunmuşdu. Britaniya Antarktika Tədqiqatı ehtiyat tədbirlərini həyata keçirdi. Bəzi şayiələrdə koronavirusun heyvanlar arasında, xüsusilə də pinqvinlər arasında çox yayılması qeyd edildi. Lakin sonra həmin şayiələrin doğru olmadığı ÜST tərəfindən açıqlandı.
Asiyada COVID-19 pandemiyası
COVID-19 pandemiyası Asiyada Çinin Hubey əyalətinin Uhan şəhərində başlayıb və bütün qitədə geniş yayılıb. 17 noyabr 2021-ci il tarixinə Şimali Koreya və Türkmənistan istisna olmaqla, Asiyanın bütün ölkələrində ən azı bir COVID-19 hadisəsi qeydə alınıb. Koronavirusa yoluxma hallarının ən çox təsdiqləndiyi Asiya ölkələri Hindistan, Türkiyə, İran və İndoneziyadır. Dünyanın epidemiyaya məruz qalan ilk ərazisi olmasına baxmayaraq, bəzi Asiya dövlətlərinin, xüsusən də Butan, Sinqapur, Tayvan və Vyetnamın erkən genişmiqyaslı tədbirləri onlara nisbətən yaxşı nəticə əldə etməyə imkan verdi. Çin əvvəlcə epidemiyanın şiddətini minimuma endirdiyinə görə tənqid edildi, lakin onun genişmiqyaslı cavabı 2020-ci ilin mart ayından etibarən xəstəliyi böyük ölçüdə ehtiva etdi. 2021-ci ilin iyul ayına olan məlumata görə, ən çox ölüm halları Hindistan, İndoneziya, İran və Türkiyədə qeydə alınıb, hər birində 50,000-dən çox ölüm və 600,000-dən çox ölüm var. Bununla belə, İran və İndoneziyada ölənlərin sayının rəsmi rəqəmlərdən xeyli çox olduğu iddia edilir.
Azərbaycanda COVID-19 pandemiyası
Azərbaycanda koronavirus pandemiyası — 2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqləndi. == Hadisələrin ardıcıllığı == === Fevral === Fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Bu qərargahın tərkibinə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halını təsdiqlədi. Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən müəyyən edildi. Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. === Mart === Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxalların ölkəyə daxil olmasına qadağa qoydu. 2 mart tarixində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı.
Belçikada Covid-19 pandemiyası
Belçikada COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu dünya miqyasında 2019-cu il (COVID-19) koronavirus xəstəliyi pandemiyasının bir hissəsidir. Virusun Belçikaya yayıldığı 4 fevral 2020-ci ildə, Uhandan Brüsselə repatriasiya edilmiş doqquz belçikalıdan birinin koronavirus üçün müsbət test verdiyi bildirildiyi zaman təsdiqləndi. Belçika daxilində yoluxma martın əvvəlində təsdiqləndi; səlahiyyətlilər bunu yarımmüddətli tətillərin sonunda Şimali İtaliyadan qayıdan tətilçilərlə əlaqələndirdi. Epidemiya 2020-ci ilin mart-aprel aylarında sürətlə artdı. Martın sonuna kimi ölkənin bütün 10 əyalətində yoluxma halları qeydə alınıb. Cons Hopkins Universitetinin tərtib etdiyi məlumatlara görə, 2021-ci ilin mart ayına qədər Belçika, dünyada əhalinin başına düşən COVID-19 ölümlərinin sayına görə üçüncü yerdədir. Lakin Belçika, səhiyyə rəsmiləri təsdiqlənmiş hallarla yanaşı şübhəli hallar barədə də məlumat verərək, halların sayını çox göstərmiş ola bilər. Əsasən təsdiqlənmiş xəstəxana ölümlərinə əsaslanan rəqəmləri dərc edən bəzi ölkələrdən fərqli olaraq, Belçika səlahiyyətliləri tərəfindən bildirilən ölüm rəqəmlərinə virusun səbəb olduğu təsdiqlənmiş qocalar evləri kimi cəmiyyətdəki ölümlər, habelə bu cür ölümlərin daha böyük bir hissəsi daxildir – fərd test edilməmiş olsa belə, virusun səbəb olduğu ehtimal edilən ölümlər. Hesablama metodlarında bu cür fərqlər müxtəlif ölkələrdə ölüm nisbətlərini müqayisə etmək cəhdini çətinləşdirir. == Fon == 12 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə ÜST-ə bildirilmiş Çinin Hubey əyalətinin Uhan şəhərində bir qrup insanın tənəffüs yoluxucu xəstəliklərin səbəbi yeni koronavirus olduğunu təsdiqlədi.
Braziliyada COVID-19 pandemiyası
Braziliyada COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu 2019-cu il (COVID-19) koronavirus xəstəliyinin davam edən pandemiyasının bir hissəsidir. Virusun Braziliyaya yayıldığı 2020-ci il fevralın 25-də San-Pauludan İtaliyaya səyahət edən bir şəxsin virusa yoluxması ilə təsdiqləndi. Xəstəlik martın 21-dək Braziliyanın bütün federativ vahidlərinə yayıldı. 19 iyun 2020-ci ildə ölkə bir milyonuncu halı qeydə aldı və təxminən 49,000 ölüm faktı bildirdi. Pandemiya siyasət, təhsil, ətraf mühit və iqtisadiyyata təsir göstərən federal, əyalət və yerli hökumətlərin müxtəlif tədbirlərinə gətirib çıxardı. 27 mart 2020-ci ildə Braziliya xarici hava səyahətçilərinə müvəqqəti qadağa elan etdi və əksər əyalət qubernatorları virusun yayılmasının qarşısını almaq üçün karantin tətbiq etdi. 17 noyabr 2021-ci il tarixinə 21,965,684 təsdiqlənmiş hadisə və 611,478 ölümlə Braziliya, dünyada təsdiqlənmiş yoluxmaların sayına görə üçüncü və COVID-19-dan ölənlərin sayına görə isə ABŞ və Hindistandan sonra ikinci yerdədir. == Statistika == === Loqarifmik miqyasda halların və ölümlərin sayı === === Ölüm hallarının nisbəti === Ölkədə ilk yoluxma halının qeydə alındığı gün olan 26 fevral tarixindən etibarən COVID-19-dan ölüm hallarının tendensiyası.
Burundidə COVID-19 pandemiyası
Burundidə ilk koronavirus xəstəsi 1 aprel 2020-ci ildə aşkarlanıb. == Hadisələrin gedişatı == Burundinin Səhiyyə naziri Thadée Ndikumana 2020-ci il aprelin 1-də Ruanda və Dubaydan geri qayıdan iki Burundi vətəndaşının infeksiyaya yoluxduğunu elan etdi. Beləliklə, COVID-19 infeksiyası Burundiyə də keçmiş oldu. Aprelin 2-si aparılan testlərdə isə 26 yaşlı bir qadında da virus aşkarlandı. Həmin gün aparılmış daha 22 testin nəticəsi isə neqativ çıxdı. == Müdafiə tədbirləri == Martın 12-də Burundi hökuməti virus infeksiyası olan ölkələrdən gələnlərə 14 günlük karantin tətbiq etməyə başlamışdı.
COVID-19 koronavirus pandemiyası
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
COVID-19 qarşı peyvənd
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Ermənistanda COVID-19 pandemiyası
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.
Esvatinidə COVID-19 pandemiyası
Esvatinidə ilk koronavirus xəstəsi 14 mart 2020-ci ildə təsdiqlənmişdir. Bu insan 33 yaşlı qadın idi və ABŞ-də yaşayan Esvatinili idi. O, ABŞ-dən Lesotoya gedəndə özünü pis hiss edən qadın Esvatinidə xəstə olduğunu bildi. Daha sonra Almaniya turistlərində də eyni virus aşkarlandı. 24 martda 300-ə yaxın insan test edildi. Onların arasından yaxın aylarda ABŞ-yə səyahət etmiş 52 yaşlı qadının testi pozitiv çıxdı. 3 apreldə doqquzuncu xəstə karantinə alındı.
Fransada COVID-19 pandemiyası
Dünyaya yayılan COVID-19 koronavirus pandemiyasının ilk yoluxma faktı Fransa Səhiyyə Nazirliyi tərəfindən 24 yanvar 2020-ci ildə Bordo şəhərində qeydə alındığı təsdiqləndi. 14 fevral 2020-ci ildə Parisdə ölkədə və Avropada Covid-19 infeksiyasından ilk ölüm hadisəsi baş verdi. 13 apreldə xalqa səslənən Fransa prezidenti Makron qismi komendant saatının mayın 11-dək uzadıldığını açıqladı. 2 ay davam edən qismi komendant saatı 11 may 2020-ci ildə bitdi və 1-ci normallaşma prosesi başladı. Küçəyə çıxmaq üçün icazə tələbi ortadan qalxdı. 28 May tarixində 2-ci normallaşma prosesi ilə bağlı edilən açıqlamada 2 iyun 2020-ci il tarixində bir çox xidmət müəssisəsinin ölkə daxilində fəaliyyətini bərpa edəcəyi açıqlandı. 15 noyabr 2021 tarixi etibarilə Fransada 5.187.879 təsdiqlənmiş sağalma faktı qeydə alınsa da virus səbəbiylə həyatını itirən sayı 100.073 nəfərə çatdı. Pandemiyanın Fransa və Fransa dəniz ərazilərinə yayılmasında əsas faktorlardan biri 17–24 Fevral tarixləri arasında Qrand Est ərazisinin Müluz şəhərində müntəzəm təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Evangelizm kilsəsinin illik yığıncağı idi. Qatılanların ən azından yarısının virusla təmas etdiyi düşünülür. == Yoluxma faktı bilgiləri == === Müluz faktları === 17 – 24 fevral tarixləri arasında Müluzda təşkil olunan və ortalama 2500 şəxsin qatıldığı Xristian Açıq Qapı Kilsəsi deyə adlandırılan kilsədə Evangelizmlərin illik yığıncağı, Fransada koronavirusun yayılmasında önəmli bir səbəb oldu.
Kürasaoda COVID-19 pandemiyası
Kürasaoda ilk koronavirus xəstəsi 13 martda təsdiq olunub. == Gedişat == Kürasaoda ilk koronavirus xəstəsi 13 martda təsdiq olunub. Bu insan Niderlanddan Kürasaoya istirahət məqsədi ilə gedən 68 yaşlı kişi idi. Həmin gün onun həyat yoldaşında da bu xəstəlik aşkarlandı. O vaxtdan bəri cütlüklə əlaqədə olan hər kəs koronavirus testindən keçirildi.
Mövlud
Mövlud — Kişi adı.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Mövüc
Mövüc - (tumlu üzüm qurusu) Abşeronda geniş yayılan çərəz növüdür. Azərbaycan kulinariyasında mövücdən geniş istifadə olunur. Üzüm tumlu qurudulanda mövüc, tumsuz qurudulanda isə kişmiş adlanır. Ən yaxşı üzüm qurusu səbzə, şahani, ağ kişmiş, qara kişmiş və s.-dir. Üzümün növündən asılı olaraq, mövüc və kişmiş açıq-qəhvəyi, tünd qəhvəyi, qaramtıl rənglərdə ola bilir. == Hazırlanması == Mövüc hazırlamaqdan ötrü üzüm salxımı 15-20 dəqiqə müddətində isti duzlu suya salınır. Bundan sonra salxımlar qurudulur. Quruyandan sonra gilələyib qışa saxlayırlar. Digər bir qaydaya görə isə ağ şanı üzüm növünü yalnız günün altında qurutmaqla mövüc hazırlanır. Digər üsula görə, üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır.
Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Arvid Karlsson
Arvid Karlsson (ing. Arvid Carlsson; 25 yanvar 1923[…], Uppsala – 29 iyun 2018[…], Göteborq) - İsveç farmakoloqu, 2000-ci ildə Pol Qrinqard və Erik Kandellə birgə sinir sistemində siqnal ötürülməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == Arvid Karlsson 1923-cü ilin yanvar ayının 25-i İsveçdə, Uppsala şəhərində orta təbəqədən olan ziyalı ailəsində anadan olub. 1941-ci ildə Lund Universitetinə daxil olur, 1951-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alır. 1944-ci ildən farmakologiya kafedrasında asistent kimi çalışır. 1951-ci ildə yardımçı professor, 1956-cı ildə dosent (Associate Professor) adına layiq görülür. 1955-1956-cı illərdə ABŞ-nin Milli Ürək İnstitutunda Kimyəvi Farmacologiya Laboratoriyasında qonaq professor olub. 1959-cu ildə İsveçin Qotenburq Universitetində farmakologiya üzrə professor olur (1959-1976 illərdə müdir). == Üzvlüklər == 1962 -Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının (Collegium Internationale Neuro-Psychopharmacologicum) üzvü (Prezident 1978-1980). 1968 -nQotenburqda Texniki və Humanitar Elmlər üzrə Kral Cəmiyyətinin 1972 - Yapon Farmakoloji Cəmiyyətinin xarici üzvü 1974 - Amerikan Neyropsixofarmakoloji Kollecinin xarici üzvü 1974 - Alman Farmakoloji Cəmiyyətinin müxbir üzvü 1975 - İsveç Kral Elmlər Akademiyasının üzvü 1983 - Qotenburq Tibbi Cəmiyyətinin fəxri üzvü 1989 - Avropa Akademiyasının (Academia Europaea) üzvü 1991 - Bioloji Psixiatriya üzrə Cəmiyyətlərinin Dünya Federasiyasının fəxri üzvü 1992 - Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının fəxri üzvü 1992 - Tibb və Psixitriya Akademiyasının (Academia Medicinae & Psychiatriae) fəxri üzvü 1996 - ABŞın Milli Elmlər Akademiyasının Tibb İnstitutunda ortaq xarici üzvü 1997 - İsveç Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1998 - Alman Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1999 - Skandinav Psixofarmakoloji Cəmiyyətinin fəxri üzvü 2000 - Qərbi İsveçin Parkinson Assosiasiyasının (Parkinsonföreningen i Västra Sverige) fəxri üzvü == Ödüllər və mühazirələr == 1947 - Lund Universitetinin (İsveç) Magnus Blix adına Ödülü 1970 - Parkinson Xəstəliyi Fondunda (Nyu-York) İlk İllik Ceyms Parkinson Mühazirəsi və Ödülü - Per Dabb Qızıl Medalı, neurokimya sahəsində araşdırmalarına görə, Qotenburq Tibbi Cəmiyyəti 1973 - San Dieqo Neyrologiya Cəmiyyətinin (Kaliforniya) İkinci İllik Qrass Fondu Mühzairəsi 1974 - Oslo Universitetinin (Norveç) Anders Yare Tibbi Ödülü 1975 - American Psixiatrları Kollecinin (Feniks, Arizona) Stenli R. Din Mühazirə və Ödülü - antidepressantlar və neyroleptiklər üzrə araşdırmalarına görə Anna-Monika Fondunun (Münxen) Birinci Mükafatı 1978 - İsveç Kralının Medalı 1979 - Tibb üzrə Volf Ödülü, Yerusəlim, İsrail (R. V. Sperri və O. Hornikviçlə birgə).
Arvid Pettersson
Arvid Pettersson (31 mart 1893 — 7 may 1956) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Arvid Pettersson İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Arvid Pettersson birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Cabarzadə Cavid
Cavid Cabarzadə (10 avqust 1997, Bülbülə – 24 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Cavid Cabarzadə 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabr 24 — də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Yüzbaşiyev
Cavid Cavanşir oğlu Yüzbaşiyev (20 iyul 1995, Hənifə, Balakən rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Cavid Yüzbaşiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Cavid Yüzbaşiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-də Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavid Zeynalov
Cavid Vaqif oğlu Zeynalov (17 oktyabr 1990, Mirimli, Yardımlı rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Zeynalov 1990-cı il oktyabrın 17-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Cavid Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Zeynalov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Cavid Çələbiyev
Cavid Çələbiyev (17 may 1992, Sumqayıt) — Azərbaycanı təmsil edən boksçu, 2013-cü il Dünya Çempionatının qalibi. == Karyerası == Cavid Çələbiyev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra isə Cavid Çələbiyev Qazaxıstanın Almatı şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Cavid Çələbiyev turnirin 1/32 final mərhələsində Tacikistan nümayəndəsi Araz Avzalşoyeva (2:1), 1/16 final mərhələsində isə son olimpiadanın finalçısı olan Monqolustan nümayəndəsi Tugstsogt Nyambayara (2:1) qalib gəldi və Dünya Çempionatının 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Keniya nümayəndəsi Benson Giçaru oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Hindistan nümayəndəsi Şiva Tapa oldu. Bu görüşdə də Cavid Çələbiyev rəqəbinə qalib gəldi (3:0) və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun Qazaxıstan nümayəndəsi Kayrat Yerəliyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavid Çələbiyev rəqibi üzərində qələbə qazandı (2:1) və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.
Cavid İmamverdiyev
Cavid İmamverdiyev (rejissor) — Azərbaycan rejissoru. Cavid İmamverdiyev (futbolçu) — yarımmüdafiəçi futbolçu.
Cavid İsmayıl
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini. == Həyatı == Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakültəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır. Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi. 1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bugünkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular. Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı. Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var.
Cavid İsmayılov
Cavid İsmayılov (25 yanvar 1978, Bakı) — 25.01.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət müəllimliyi ixtisası üzrə bakalavr (1999–2003) və Pedoqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsində təhsil almışdır (2003–2006). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsində işləyir. Təsviri İncəsənət kafedrasının dosentidir. Həmin universitetin Memarlıq və təsviri incəsənət kafedrasında müəllim, baş müəllim (2010–2018), Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının müdiri vəzifələrində işləmişdir (2019–2020). == Uğurları == Əsərləri ABŞ-da – oktyabr 2000-ci ildə "Western Sprinqs" Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avrasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Universitetində (2004), Naxçıvan Rəssamlar Birliyində (2010, 2012), Türkiyə Cumhuriyyətinin Bolu şəhərində (2010) və Bakı şəhərində fərdi sərgilər keçirmişdir (2019). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi "Naxçıvan — bəşəriyyətin beşiyi" I, II, III, IV və V Beynəlxlaq Rəsm Festivallarının iştirakçısıdır (2012, 2014, 2016, 2018, 2021). Respublikamızda və xarici olkələrdə keçirilən bir çox qarışıq sərgilərdə və festivallarda iştirak etmişdir.
Cavid Şahverdiyev
Cavid Əhmədov
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Cavid Əhədov
Cavid Əhədov — Azərbaycan rejissoru, aktyor. == Həyatı == Cavid Əhədov 1969-cu ildə anadan olmuşdur. 2015-ci ildə "Köhnə saat" animasiya filminin rejissor həllinə görə" Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına layiq görülmüşdür. Çəkdiyi "Köhnə saat" filmi 2015-ci ildə "Ən yaxşı cizgi filmi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) Zəka yatarsa...
Cavid Əliyev
Cavid Əliyev (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Cavid Əliyev (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Bolid
Bolid (yun. βολίδος; βολίς — nizə) — parlaq meteor. Bollidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxarır. Ən parlaq bollid gündüzdə görünür. Bollidin uçuşu zamanı bəzən yer səthinə meteroit düşür.
Hovil
Hovil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.Hovil kəndi dəniz səviyyəsindən təxminən 800 metr hündürlüyündə malikdir Hətta Hovil kəndində çoxlu balağlar və şəlalələr vardır. Fransız səyyahı "Aleksandr Duma" Qafqaz Səfəri Bakı əsərində Hovil kəndin gözəlliyindən və Hovil kəndinin sakinlərinin qonaqpərvər olduğunu təsvir etmişdir == Əhalisi == Əhalisi 303 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Hiyovil kimi tələffüz edilir.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Mobin
“Mobin” İranın çoxməqsədli yerüstü idarəeməyə malik pilotsuz uçuş aparatıdır. Bu PUA ilk dəfə 27 avqust 2019-cu ildə Rusiyanın Jukovski beynəlxalq hava limanında keçirilən MAKS aviaşousunda nümayiş etdirilib. Mobin düşmənin müdafiəsinə nüfuz edən raketləri ələ keçirmək üçün hazırlanıb. 2018-ci ildə İranda silahlanmaya qəbul edilən “Mobin” ixrac üçün də nəzərdə tutulub. == Qabiliyyətləri == “Mobin” həm zərbə, həm də kəşfiyyat PUA-sı kimi fəaliyyət göstərə bilər və radarlara gürünməyən stels xüsusiyyətlərə malikdir. 3 m qanad uzunluğuna malik PUA-nın EPR-i 0,1 m²-dən azdır. Korpusun burun hissəsindəki xüsusi bölmədə 120 kq-lıq (260 funt) müxtəlif döyüş başlıqlarının quraşdırılması mümkündür. Raketin yük bölməsinin həcmi 116 litrdir. Qısa, orta və uzun məsafələr üçün yanacaq idarəetmə sistemi mövcuddur. 450 kilometr (280 mil) döyüş radiusuna malik PUA-nın çəkisi 670 kiloqramdır (1480 funt).
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Monoid
Monoid — Özündə vahid element saxlayan yarımqrup monoid adlanır. Aydındır ki, çoxluq kimi monoid yarımqrupun alt çoxluğudur.
Monvik
Monvik (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03189. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Moped
Moped - sürəti təxminən velosiped kimi olan, balaca motosiklet olub, sürücülük lisenziyası almaq avtomobil və motosikletdən asandır. Dəqiq təsvir etsək, mopedi həm mühərrik, həm də pedal ilə sürmək mümkündür. Amma hüquqi olaraq moped boyda olan bütün motosikletlər, pedalı olmasa belə, moped adlanır.
Motiv
Motiv (lat. moveo — "hərəkət edirəm") — süjetin ən sadə komponenti. Y.E.Berezkinə görə folklor-mifoloji motiv bir neçə folklor-mifoloji mətnində meydana gələn obraz və ya epizod / yaxud obrazlar / və yaxud epizodlar sistemidir.Buna misal olaraq göydə artıq olan günəşləri endirmək motividir. Digər təriflər də var. B.V.Tomaşevski "Ədəbiyyat nəzəriyyəsi". Poetika "motivi belə müəyyənləşdirir:" Əsərin ayrılmaz hissəsinin mövzusu motiv adlanır. Əslində hər təklifin öz motivi var. A.N. Veselovskinin "Süjet Poetikası"nda verdiyi tərifi: "Motiv dedikdə, ibtidai ağlın və ya gündəlik müşahidənin müxtəlif istəklərinə məcazi mənada cavab verən ən sadə hekayə vahidi nəzərdə tutulur." "Motivin işarəsi onun məcazi tək müddətli sxematikliyidir; alt mifologiya və nağılların daha da parçalanmayan elementləri bunlardır." == Motiv nümunələri == Xeyirxah vəhşi Xeyirxah quldur Başı dərddə olan qız Döyüşçü qız Doppelanger Dağlarda kral Körpələrin döyülməsi (motiv) Cazibədar şahzadə Paltar geyinmə Filosof Daşı == Ədəbiyyat == Berezkin Yu. E., Duvakin EN Folklorun və mifoloji motivlərin bölgələrə görə tematik təsnifatı və bölgüsü. Analitik kataloq.