Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Muğancıq Müslüm
Muğancıq Müslüm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Müslüm adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Oykonim "Müslümə məxsus muğanlılar" və ya "Müslümə məxsus muğanlılardan bir barça" mənasindadır. Əhalisi 888 nəfərdir.(2009 - cu il) Naxçıvanda Şərur rayonunun Muğancıq kəndi üç tayfadan (Çölməkçi, İrzalı, Məşədiməmmədli) ibarət olmuşdur.
Müslüm Eldarov
Müslüm Ömər oğlu Eldarov (1956, Bakı – 2003) — Heykəltəraş, rəngkar, qrafik ustası. Londonda Azərbaycan Mədəniyyət Mərkəzi və onun tərkibində "Humay" qalerayasının (1997) təsisçisi. Müslüm Eldarov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1971–1975-ci ilərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almış, 1975–1981-ci illərdə Rusiya Rəssamlıq Akademiyasında(Sankt-Peterburq şəhərində) təhsilini davam etdirmişdir. 1982–1986-cı illərdə SSRİ xalq rəssamı, heykəltaraş M. K. Anikuşinın aspiranturasında oxumuşdur. Bundan əlavə, Müslüm 80-ci illərin ortalarında vüsət almış yaradıcı gənclərin geniş hərəkatının ən parlaq nümayəndələrindən idi. O, Azərbaycan ziyaları üçün yeni ideya mənbəyinə çevrilimiş, 1986-cı ildə açılmış Azərbaycanda ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak etmiş və sonralar rəhbərlərindən biri olmuşdur. Müslüm Eldarov nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli mədəniyyətimizin tanınmasında böyük işlər görmüşdür. 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində "Humay" qalerayasını (1997) təsis etmişdir. Müslüm Eldarov Avrasiya məkanında enerji sahəsinə həsr olunmuş ən sanballı nəşrlərdən hesab olunan Beynəlxalq regional "Caspian" jurnalının (1995) nəşrinə başlamışdır.
Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi. 5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu. Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb. Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir: Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
Müslüm Hacimətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Hacımətov

Müslüm Maqomayev
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Mirzə Müslüm Qüdsi
Mirzə Müslüm Qüdsi və yaxud Qüdsi İrəvani (1752, İrəvan – 1808, İrəvan) — XVIII əsr Azərbaycan şairi. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. O, İrəvan xanlığının münşisi (katibi) olub. Mirzə Məhəmməd Müslüm 1752-ci ildə İrəvan şəhərində anadan olub. O, İrəvan xanının sarayında xidmət edib. Orada Mirzə Məhəmməd xanın katibi (münşisi) olub. O, 1808-ci ildə İrəvan şəhərində vəfat edib. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. Buna görə o, Mirzə Müslüm Qüdsi adı ilə tanınır. Hələlik elm aləminə onun bir "Divan"ı məlumdur.
Müslüm Maqomayev (1976)
Film ölməz əsərlərində milli musiqimizin qaynaqlarından bəhrələnmiş, zəngin yaradıcı irs qoyub getmiş böyük bəstəkarımız Müslüm Maqomayevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. O, Qori seminariyasında dostlaşdığı ölməz Üzeyir Hacıbəyovla milli sənət yollarında da qoşa addımlamış, peşəkar opera sənətimizi yeni əsərlərlə zənginləşdirmişdir. Filmdə bu böyük sənət dostluğu qabarıq əks etdirilmişdir.
Müslüm Maqomayev (bəstəkar)
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır.
Müslüm Maqomayev (dəqiqləşdirmə)
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Müslüm Maqomayev (gəmi)
"Müslüm Maqomayev" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi. Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayevun adını daşıyır. Bu gəmi eyni tipli “Rəşid Behbudov” gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirir.
Müslüm Maqomayev (müğənni)
Müslüm Məhəmməd oğlu Maqomayev (17 avqust 1942, Bakı – 25 oktyabr 2008, Moskva) — görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti (1973),"Şöhrət Ordeni" laureatı (1997). Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
Müslüm Maqomayev gəmisi
"Müslüm Maqomayev" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi. Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayevun adını daşıyır. Bu gəmi eyni tipli “Rəşid Behbudov” gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirir.
Müslüm Maqomayev küçəsi
Müslim Maqomayev küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, bir küçə. 1939-cu ildə görkəmli azərbaycanlı bəstəkar və dirijor Müslüm Maqomayev (1885–1937) adına layiq görülmüşdür. Küçənin köhnə adı Dvortsovaya idi. 20 — Kukla Buta teatr studiyası. 24 — Xıdır məscidi 90 — sənətçi Mir-Teymur Məmmədovun ev-sexi. Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Бакинский театр марионеток, обретший свой постоянный дом, ждет своих зрителей Президент Азербайджана и его супруга приняли участие в открытии Театра марионеток в Баку Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine Баку, Сабаильский район, Крепость, Улица М. Магомаева, дом 90.
Müslüm Maqomayev parkı
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Moskvanın mərkəzində, Bolşaya Nikitskaya və Tverskaya küçələri arasında, Leontievski, Voznesenski və Eliseyevski zolaqları ilə əhatələnmiş, Mərkəzi İnzibati Dairəsinin Presnenski rayonunda kiçik mənzərəli park-meydan. Parka 2018-ci ildə SSRİ xalq artisti, bəstəkar və müğənni Müslüm Maqomayevin adı verilmişdir.. Park Azərbaycanın Rusiyadakı səfirliyinin binası ilə birbaşa bitişik olduğu üçün tədricən Azərbaycan mədəniyyəti mövzusuna yiyələnib. İlk olaraq 1991-ci ildə burada indi Azərbaycanın tərkibində olan Gəncə şəhərindən olan orta əsr şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Şairin Azərbaycanın Moskvaya hədiyyəsi olaraq Azərbaycan səfirliyinin bilavasitə yaxınlığında ucaldılmış abidəsi iki ölkə arasında mədəni əlaqələri təcəssüm etdirir. Şairin bürüncdən tökülmüş, əlində kitabla ənənəvi, Moskva abidəsi üçün qeyri-adi, şərq geyimində, mürəkkəb formalı orta-hündür postamentdə oturmuş ifadəli fiquru qısa müddətdə o dövrdə adı olmayan parkın bədii dominantına çevrildi. Əlavə bəzək üçün Qafqazda (eləcə də Krımda) bulaqların və suqəbuledici fəvvarələrin layihələndirilməsinin köhnə ənənəsinə uyğun bəzədilmiş daş fəvvarə ilə bəzədilmiş abidənin arxasında daş balyustrat qoyulmuşdur. 2011-ci ildə Nizaminin abidəsinin yanına daha bir abidə əlavə edildi - parkın Voznesenski və Yeliseyevski döngələrinin kəsişməsinə baxan küncündə SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin bürünc heykəli ucaldıldı. Müslüm Maqomayevin abidəsi parkın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir.
Müslüm Məmmədov
Müslüm Məmmədov (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Müslüm Oğuz
Müslüm Oğuz— Müslüm Oğuz –Türkiyə yazıçısı, publisisti və ictimai xadimi, Türkiyə Yazarlar Birliyinin və və İLESAM-ın üzvü. Müslüm Oğuz 1951-ci ildə Türkiyə Cümhuriyyətinin Iğdır qəzasının Araz çayı sahilindəki Hakmehmet kəndində anadan olmuşdur. Atası Hacı Bəhram xırda ticarətlə məşğul olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, Iğdır liseyini (1968), daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir (1974). İznik (1976–1979), Babaeski (1979–1982) və Qarsda (1982–1987) tarix müəllim kimi fəaliyyət göstərmişdir. Bir müddət Qars Milli Təhsil şöbəsinin müdiri, Qars Xalq Təhsili başqanı (1984) vəzifəsini icra etmişdir. Qars (1987) və Manisa (1989) şəhərlərində Kültür ve Turizm müdiri vəzifələrində çalışmışdır. 2003-cü ilin sentyabr ayından təqaüdə çıxmışdır. Yaradıcılığa universitet illərində başlayan yazarın şeir, hekayə və məqalələri Türkiyənin "Hergün", "Bursa Hakimiyet", "Tohum", "Yeni Nesil, "Doğuş Edebiyat", "Hüryurt" "İlimiz" "Nilüfer" (Elazığ), "Yeşil Iğdır" kimi dərgi və qəzetlərində yayınlanmışdır. Elmi araşdırmaları içərisində 1920–1921-ci illərdə Türkiyədə köç və köçmən məsələləri ilə bağlı yazılar xüsusi yer tutur.
Müslüm Vəliyev
Müslüm İbrahimov
İbrahimov Müslüm Azad oğlu — dosent, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvü. 1974-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Baki şəhəri orta məktəbini, 1997-ci ildə K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetini və orada 2000-ci ildə aspiranturanı biritmişdir. Iqtisad elmləri namizədidir. Aspiranturada təhsil alan zaman Azərbaycan Respublikasının səfirin təhsil məsələləri üzrə müşavirin köməkcisi kimi fəaliyyət göstərib. 2001-ci ildə Baki şəhər Icra Hakimiyyətinin "Bakimühəndistikinti" 32 nömrəli trestin direktorun iqtisadi məsələlər üzrə müavini işləmişdir. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunun böyük elmi işcisi sonra isə 2003-cü ildə Azərbaycan Milli Elmər Akademiyasının şöbə və sektor müdürləri vəzifələrinə kecirilən seckilərlə əlaqədar olaraq "Sənaye və investisiya siyasəti" şöbəsinin müdiri, "Beynəlxalq iqtisadi münasibərlər" kafedrasının baş müəllimidir və eyni zamanda Universitetin Elmi-Metodiki şuranın və Elmi Seminarın üzvü secilmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvüdür. Elmi-tədqiqat maraqları: milli iqtisadiyyatla beynəlxalq iqtisadiyyatın dialektikası, aqrar-sənaye kompleksinin problemlərinin araşdırılması, stoxastik iqtisadi-riyazi modellərin iqtisadi münasibətlər sferasında tədbiqi problemləri və sair. 50-dən cox elmi məqalələr və məruzənin tezislərin o cümlədən Rusiya Federasiyasında cap olunmuş iki monoqrafiyasının müəllifidir.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır. Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.
Müslüm Məmmədov (deputat)
Müslüm Məmmədov (1980, Ucar) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. Müslüm Məmmədov 1980-ci ildə Ucarda doğulub. Altı yaşına kimi Qazaxıstanda yaşayıb. 1986-cı ildə yenidən ailəsi ilə Ucara qayıdıblar. Orta məktəbi Ucarda rus dili bölməsini bitirib. BDU-da ali təhsil alıb. 1999-cu ildən BDU-da informasiya mərkəzində tərcüməçi kimi işləmişdir. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil olub. Fransada oxuyarkən tələbə vizası ilə, Belçikada isə işçi vizası ilə yaşayıb fəaliyyət göstərmişdir. Fransada 2005–2006-cı illərdə magistr təhsili almışdır.
Müslüm Məmmədov (nazir)
Müslüm Rəcəb oğlu Məmmədov (1931, Lahıc – 1999, Bakı) — Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi, Azərbaycan SSR xalq təhsili naziri (1988–1989). Müslüm Məmmədov 1931‑ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad) əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969–1975), Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda partiya tarixi kafedrasında baş müəllim, dosent, kafedra müdiri əvəzi (1976–1988) işləyib. "Qırmızı Əmək Bayrağı" ordeni və medalla təltif olunub.
Müslüm Məmmədov (siyasətçi)
Müslüm Məmmədov (1980, Ucar) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. Müslüm Məmmədov 1980-ci ildə Ucarda doğulub. Altı yaşına kimi Qazaxıstanda yaşayıb. 1986-cı ildə yenidən ailəsi ilə Ucara qayıdıblar. Orta məktəbi Ucarda rus dili bölməsini bitirib. BDU-da ali təhsil alıb. 1999-cu ildən BDU-da informasiya mərkəzində tərcüməçi kimi işləmişdir. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil olub. Fransada oxuyarkən tələbə vizası ilə, Belçikada isə işçi vizası ilə yaşayıb fəaliyyət göstərmişdir. Fransada 2005–2006-cı illərdə magistr təhsili almışdır.
Müslüm ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Elşən Müslümov
Möhlət Müslümov
Möhlət Xanəli oğlu Müslümov (9 avqust 1954) — tar ifaçısı, 2000 ci ildə Əməkdar artist, Azərbaycan Respublikasının xalq artisti (2005). Milli konservatoriyanın professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir. Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya, Qətər, İordaniya, Nikaraqua, Kosta-Rika, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır. Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır. M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı,2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür. M.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.
Mövlət Müslümov

Müslüm Maqomayev (film, 1976)
Film ölməz əsərlərində milli musiqimizin qaynaqlarından bəhrələnmiş, zəngin yaradıcı irs qoyub getmiş böyük bəstəkarımız Müslüm Maqomayevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. O, Qori seminariyasında dostlaşdığı ölməz Üzeyir Hacıbəyovla milli sənət yollarında da qoşa addımlamış, peşəkar opera sənətimizi yeni əsərlərlə zənginləşdirmişdir. Filmdə bu böyük sənət dostluğu qabarıq əks etdirilmişdir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası — Bakıda konsert kompleksi. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır. 1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi. Bir dəfə gecə güclü xəzri nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi. Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir.
Müslüm Maqomayev parkı (Kiyev)
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenkovski rayonunda park-meydan. Streleç küçəsinin kəsişməsində və Vyaçeslav Çernovol küçəsinin günc tərəfində yerləşir. Populyar opera və estrada müğənnisi və bəstəkarı SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyır. Park 18 iyul 2018-ci ildə Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə açılmışdır. 2020-ci ilin iyulunda rəsmi olaraq Müslüm Maqomayev parkı adlandırılıb.. Meydanın mərkəzində Müslüm Maqomayevin abidəsi (heykəltaraş Seyfəddin Qurbanov) ucaldılıb. 18 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşəbbüsü və hərtərəfli dəstəyi ilə məşhur opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan SSR və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində parkın rəsmi açılış mərasimi baş tutdu. Meydan Streleç küçəsinin kəsişməsində və Vyaçeslav Çernovol küçəsinin günc tərəfində yerləşir. Park Azərbaycan şirkətlərindən biri tərəfindən yenidən qurulmuşdur. Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Müslüm Maqomayev parkı (Moskva)
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Moskvanın mərkəzində, Bolşaya Nikitskaya və Tverskaya küçələri arasında, Leontievski, Voznesenski və Eliseyevski zolaqları ilə əhatələnmiş, Mərkəzi İnzibati Dairəsinin Presnenski rayonunda kiçik mənzərəli park-meydan. Parka 2018-ci ildə SSRİ xalq artisti, bəstəkar və müğənni Müslüm Maqomayevin adı verilmişdir.. Park Azərbaycanın Rusiyadakı səfirliyinin binası ilə birbaşa bitişik olduğu üçün tədricən Azərbaycan mədəniyyəti mövzusuna yiyələnib. İlk olaraq 1991-ci ildə burada indi Azərbaycanın tərkibində olan Gəncə şəhərindən olan orta əsr şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Şairin Azərbaycanın Moskvaya hədiyyəsi olaraq Azərbaycan səfirliyinin bilavasitə yaxınlığında ucaldılmış abidəsi iki ölkə arasında mədəni əlaqələri təcəssüm etdirir. Şairin bürüncdən tökülmüş, əlində kitabla ənənəvi, Moskva abidəsi üçün qeyri-adi, şərq geyimində, mürəkkəb formalı orta-hündür postamentdə oturmuş ifadəli fiquru qısa müddətdə o dövrdə adı olmayan parkın bədii dominantına çevrildi. Əlavə bəzək üçün Qafqazda (eləcə də Krımda) bulaqların və suqəbuledici fəvvarələrin layihələndirilməsinin köhnə ənənəsinə uyğun bəzədilmiş daş fəvvarə ilə bəzədilmiş abidənin arxasında daş balyustrat qoyulmuşdur. 2011-ci ildə Nizaminin abidəsinin yanına daha bir abidə əlavə edildi - parkın Voznesenski və Yeliseyevski döngələrinin kəsişməsinə baxan küncündə SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin bürünc heykəli ucaldıldı. Müslüm Maqomayevin abidəsi parkın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir.
Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu
Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu — "Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Araz Ağalarovun təsis etdiyi fond. 15 sentyabr 2011-ci ildə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
Müslüm Maqomayevin abidəsi (Bakı)
Müslüm Maqomayevin abidəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində Dənizkənarı Milli Parkda görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltaraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli və başqaları açılışda iştirak ediblər.