Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərziyyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Mərziyyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyyə Nəcəfova
Mərziyyə Nəcəfova (tam adı: Mərziyyə Allahyar qızı Nəcəfova; d. 1970, Bakı, Azərbaycan SSR) — ədəbiyyatşünas, filologiya elmləri doktoru. Mərziyyə Nəcəfova 1970-ci il martın 18-i Beyləqan rayonu İkinci Şahsevən kəndində dünyaya gəlmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1997-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, hal hazırda filologiya elmlər doktoru, baş elmi işçidir. Azərbaycan Yazıçılar birliyinin, AMEA-nın Ədəbiyyat İnstitutunun Seminar Şurasının və Sumqayıt Dövlət Universitetinin Müdafiə Şurasının üzvüdür. Ailəlidir. 2 övladı var. 2015-ci ildə “Xurşid Banu Natəvan” mükafatçısıdır. 2018-ci ildə “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalı ilə təltif olunub.
Üskülü Mərziyyə
Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı – 1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü. 1974-cü ildə SAVAK-la atışmada dünyasını dəyişib. Mərziyyə Əhmədi 1941-ci ildə Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Ossillyasion-fərziyyə
Ossillyasion-fərziyyə (rus. осцилляционная гипотеза, ing. oscillation hypothesis fr. oscillation) — titrəyiş, tərəddüd Xaarman tərəfindən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəlməsini kosmik quvvələrin təsiri altında yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri ilə izah edir. Xaarman qırışıqların əmələgəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Hərbiyyə
Ordu - Silahdan da istifadə etməklə, güc tətbiqi ilə ölkəni müdafiə edən səlahiyyətli orqan
Mədhiyyə
Panegirik (lat. Panegyrikus, q.yun. πανηγυρικος, πανηγυρις), həmçinin mədhiyyə və ya mədhnamə (ərəb. مديح‎ + fars. نامه‎) — bir şəxs və ya əşyanın yüksək tərifi ilə ifadə edilən rəsmi ictimai çıxış və ya yazılı əsər. Antik dövrlərdən XVIII əsrədək kiminsə ölümü münasibətilə yazılmış çıxışlardan ibarət ədəbi janr, həmçinin ədəbi əsərlərdə və çıxışlarda hər cür tərif epizodları panegirik adlansa da, XIX əsrdən başlayaraq əsassız tərifləri ifadə etmək üçün işlədilir. Yunanlar dəfn mərasimlərində çıxış etmək adətini misirlilərdən qəbul etmiş və bu ənənə əsasında ədəbiyyatın və natiqlik sənətinin xüsusi bir növünü yaratmışlar. Artıq Solonun dövründə tanınmış şəxslərin dəfn mərasimlərində çıxışlar istənilən şəxs tərəfindən yox, bunun üçün xüsusi təyin edilmiş məşhur bir natiq tərəfindən edilirdi. Qədim Romada isə "Ölülər haqda ya yaxşı, ya heç nə" (De mortuis aut bene, aut nihil) yanaşması mövcud idi və bu səbəbdən məzar başındakı çıxışlar rəsmi xarakter alır və son nəticədə həyatda olanların mədh olunması üçün bəhanəyə çevrildi. Qədim dövrün panegirikləri arasında ən diqqətəlayiqləri Periklin Marafon və Salamin döyüşlərində həlak olanların xatirəsinə və Lisinin Korinfə qarşı döyüşənlərə həsr etdiyi çıxışlardır.
Məğniyyə
Məğniyyə (ərəb. مغنية‎) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir. Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Şərqiyyə Hüseynova
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006). Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir. Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Şərqiyyə Vəliyeva
Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub. Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır. 1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur.
Fəvziyyə (Altınova)
Fəvziyyə — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Yalova vilayətindən 40 kilometr, Altınova rayonundan isə 14 kilometr məsafədədir.
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər. Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.
Fateh-Hərbiyyə (roman)
Fateh-Hərbiyyə (roman) — Türk yazıçısı Peyami Səfanın romanı. 1931-ci ildə nəşr edilmişdir. == İdeya-məzmunu == Əsər Şərq və Qərb mədəniyyəti dilemması əsasında qurulmuşdur. Bu ziddiyyət əsərin adında da özünü göstərir. Fateh-Hərbiyyə iki müxtəlif məkan arasında gedib-gələn tramvay xəttinin adıdır. Burada Fateh səmti Şərq toplumunun, Bəyoğlu (Hərbiyə) Qərb toplumunun simvoludur. Simvolların diliylə ənənəvi və dünyəvi dəyərlərin ehtiva olunduğu "Fateh-Hərbiyyə" türk ruhunu, milli-mənəvi dəyərləri özündə əks etdirən ayna vəzifəsini görür. Əsərin əsas qəhrəmanı 20 yaşlarında Nəriman adlı gənc bir qızdır. Yazıçı bu obraz vasitəsilə Avropa meyilli, "müasir" gənclərin tipik obrazını yaradır. Nəriman atasının iradı ilə konservatoriyada ud dərsləri alır.
Fevziyyə Bayram
Fövziyyə Bayram (5 dekabr 1950, Sabay[d], Tatarıstan MSSR) — tanınmış tatar yazıçı, tarixçi, hərəkat rəhbəri və filosof. İttifaq Firqəsi rəhbəri, Milli Məclis rəisi, 1990-cı illərdə fəal olmuş siyasətçi. "Tatar gözəli" deyə adlandırılmış və Süyümbikə ilə özdəşləşdirilmişdir. Hələ də Tatarıstanda Yar Çallı şəhərində yaşamaqda və müxtəlif məsələlərdə yazılarını yazmaqda davam edir. == Həyatı == Fövziyyə Bayram 5 dekabr 1950-ci ildə Tatarıstanın Saba bölgəsinin Sabay kəndində anadan olmuşdur. Təhsil həyatına orta məktəbdən sonra Kazan teatr məktəbində, daha sonra da Kazan Dövlət Universitetinin Filologiya fakültəsində davam etmişdir 91983–1989). Peşəkar fəaliyyətinə Kazan Telestudiosunda balamış, sonra Tatarıstan kitab nəşriyyatında işləmişdir. Jurnalist və yazıçı kimi fəaliyyət göstərmiş, çox sayda qəzet və jurnalda yazılar dərc etdirmişdir. 1986-cı ildə SSRİ-də Yazıçılar Birliyinə daxil olmuşdur. 1988-ci ildə Tatar İctimai Qurultayı ilə siyasi həyatına başlamışdır.
Mehdiyyə üsyanı
Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (ərəb. الثورة المهدية‎; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər. Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı. == Tarixi == === Tarixi və üsyanın səbəbləri === 1819-cu ildə Məhəmməd Əli tərəfindən fəth edildikdən sonra Sudan Misir administrasiyası tərəfindən idarə edilirdi.