Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manqal
Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Manqal salatı
Manqal salaltı - Əsasən türklərin istifadə etdiyi və sevdiyi salatdir. Bu salat adətən kabab bişiriləndə yeyilir.
Eliaquim Manqala
Eliaquim Manqala - Fransalı futbolçu.Müdafiəçidir. == Klub karyerası == === Standard Lyej === === Portu === === Mançester Siti === === Valensiya === == Milli Komanda karyerası == 2013-cü ildən Fransa formasını geyinir və 8 oyuna çıxmışdır.
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Ştutqart klubundan icarə əsasında 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Ştutqart === Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. === Hamburq === 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
Manqalur
Manqalur (kann. ಮಂಗಳೂರು; ing. Mangalore) — Hindistanın Karnataka ştatında şəhər, Karnatakanın əsas limanı. Ştatın paytaxtı Banqalordan 350 km qərbdə, Ərəb dənizinin Malabar sahillərində, Qərb Qatlarının ətəyində yerləşir. Karnatakanın cənub-qərbindəki Dakşin Kannada dairəsinin inzibati mərkəzi (əvvəllər Cənubi Kannada). Təmiz çimərliklər, geniş yollar və sakit əraziləri olduğu üçün Manqalor Hindistanın 8-ci ən təmiz şəhəri olaraq tanınır. Manqalor, Hindistanda biznes etmək üçün ən yaxşı 13-cü şəhər və Karnatakada (Banqaloradan sonra) 2-ci yerdədir.
ABŞ sayağı manqalüstü
ABŞ sayağı manqalüstü (rus. Барбекю в США) — Amerika Birləşmiş Ştatlarında "manqalüstü", əti temperaturda uzun müddət qızartmaqdan ibarət olan yemək üsuludur. Pişirmə prosesi açıq havada olur. Manqalüstü yəni qril kimi bişirilir. Əsas manqaldan istifadə olunur. Bu cür yemək; yəni manqalda bişən yemək xüsusi dadlı olur. Manqal sousu əsas tərkib hissəsidir. Yeyilərkən sous yeməyə əlavə olunur. Hər manqalüstüdə sous fərqli olur.Daha tez-tez, cənub bölgələrdə manqalüstü ilə bağlı müsabiqələr və yarışmalar keçirilir. Belə müsabiqələrdə qalib gələnlərə mükafatlar və xüsusi adlar verilir.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T - manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt,t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63.2%-ni alır.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var.Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; qulaq as) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Kanqal (Sivas)
Kanqal (türk. Kangal) — Sivas ilinin ilçəsi.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Tikanlı qanqal
Yeyilən qanqal
Yeyilən qanqal (lat. Cirsium esculentum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Hasan Mandal
Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti. == Həyatı və təhsili == 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.
Akira (manqa)
Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. == Media == === Manqa === Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır. === Videooyunlar === 1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı. 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı. 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı. == Qəbul == "Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi. Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi.
Arte (manqa)
Arte (Yapon. アルテ, Hepburn: Arute) — Kei Ohkubo tərəfindən yazılmış Yapon manqa seriyasıdır. O, 2013-cü ilin oktyabr ayından Tokuma Şotenin seinen manqa jurnalı Monthly Comic Zenon-da seriallaşdırılıb. O, on altı tankobon cildində toplanmışdır. Manqa Şimali Amerikada Media Do tərəfindən lisenziyalaşdırılıb. Seven Arcs tərəfindən 2020-ci ilin aprelindən iyun ayına qədər televiziya seriyası yayımlandı. == Mövzu == 16-cı əsrin əvvəllərində İtaliyanın Florensiya şəhərində Arte varlı, lakin iflasa uğramış Spalletti ailəsinin yeganə qızıdır. Uşaqlıqdan Artenin qeyri-adi rəssamlıq istedadı olduğunu sübut etdi, lakin atası öldükdən sonra anası onu sənət sevgisindən əl çəkməyə və mümkün qədər tez evlənmək üçün varlı bir gənc tapmağa məcbur edir. Ancaq Arte xəyallarından əl çəkmir və dövrünün inancının əksinə olaraq, bir gün özünün də ustad rəssam olacağı ümidi ilə birlikdə işləmək üçün ustad rəssam axtarmağa başlayır. Onun güclü qətiyyəti gənc tanınmış rəssam Leonun diqqətini çəkir və nəticədə onu şagirdi kimi qəbul edir.
Monster (manqa)
Monster (yaponca: モンスタ, Hepbörn: Monsutā, bəzən "Naoki Urasavanın qulyabanısı" kimi tanınır) — Naoki Urasava tərəfindən yaradılan, 2004-cü ildə çıxan anime serialı. == İstinadlar == == Xarici keçidlər == Monster (manqa) Anime News Network Ensiklopediyasında Monster — Internet Movie Database saytında.
Türkiyədə manqa
Türkiyədə manqa getdikcə populyarlaşan komiks növlərindən biridir. 2010-cu illərdən etibarən "Fullmetal Alchemist", "My Hero Academia", "Naruto", "One Piece", "Attack on Titan" və s. kimi populyar manqa seriyaları müxtəlif nəşriyyatlar tərəfindən türk dilinə tərcümə olunaraq nəşr olunur. Peşəkar tərcümələrlə yanaşı skanleyt tərcümə ilə məşğul olan bir çox qrup mövcuddur. Türkiyənin "maNga" rok qrupu adını yapon komikslərindən götürmüşdür. == Tarix == Türkiyədə nəşr olunmuş ilk manqa 1999-cu ilin sentyabrında "İthaki" nəşriyyatı tərəfindən tərcümə olunmuş "Gon" manqası olmuşdur. 2003-cü ildə ATV kanalında yayımlanan "Beyblade" anime serialının populyarlığı səbəbilə 2004-cü ilin iyunundan etibarən "Super-J" tərəfindən 5 cildlik manqası nəşr olunmuşdur. Qərb dillərinə tərcümə olunmuş ilk manqa olan "Barefoot Gen" manqası 2007-ci ilin avqustunda "Tudem" tərəfindən türk dilinə tərcümə olunmuşdur. 2008-ci ildə manqanın tarixindən bəhs edən "Manqa: Yapon komiksinin tarixi" kitabı türk dilinə tərcümə olunaraq nəşr olunmuşdur.2010-cu illərdən etibarən "One Piece", "Attack on Titan", "Naruto", "Bleach", "Death Note", "Fullmetal Alchemist" kimi populyar manqa seriyaları ilə yanaşı, "Goblin Slayer", "Komi Can't Communicate", "Bungo Stray Dogs" kimi nisbətən daha az tanınan manqa seriyaları da türk dilində nəşr olunur. "İthaki", "Gerekli Şeyler", "Komik Şeyler", "Marmara Çizgi", "Kurukafa", "Yolgezer", "Kayıp Kıta" və "Akılçelen" manqa nəşri ilə məşğul olan Türkiyə nəşriyyatlarıdır.
Bükrek və Sanqal
Bükrek və Sanqal - türk və altay mifologiyasında bibirleriyle döyüşən iki əjdaha. Döyüşərkən, görünüşləri İn və Yan simvolunu xatırladır. == Bükrek == Bükrek - türk və altay mifologiyasında əjdaha. Bükre və yaBukra (Bukrak) olaraq da bilinər. Yaxşı xüsusiyyətlərə malikdir. İnsanlara zərər verməz, hətta köməkçi olar. Kərtənkələ görünüşlüdür. Qanadları yoxdur, bu səbəblə uça bilməz. Bütün dənizləri bir-birinə bağlayan böyük dənizdə (okeanda) yaşayır. Uzun bir boyu və çox güclü pəncələri vardır.
Manqan (III) oksid
Manqan (III) oksid - suda həll olmayan qeyri üzvi birləşmədir. == Fiziki xassələri == Manqan (III) oksidi bir neçə modifikasiyada qəhvəyi-qara kristallar əmələ gətirir: α-Mn2O3, rombik sinqoniya, kurnakit mineralı β-Mn2O3, kuboid sinqoniya, mineral biksbiit γ-Mn2O3, tetragonal sinongiya == Alınması == Təbiətdə braunit, kurnakit və biksbiit mineralı kimi mövcuddur. Manqan (III) oksidini oksidləşdirici-reduksiyaedici reaksiya zamanı almaq olar:2 MnO 2 + Zn → Mn 2O3 + ZnO Manqan(II) oksidin oksidləşməsi zamanı alınır:4 MnO + O2 → 2 Mn2O3 Manqan(IV) oksidin reduksiyaedici reaksiyası zamanı alınır:2 MnO2 + H2 → Mn2O3 + H2O == Kimyəvi xassələri == Manqan (III) oksidi qızdırıldıqda parçalanır: 6 M n 2 O 3 → 950 − 1100 o C 4 M n 3 O 4 + O 2 {\displaystyle {\mathsf {6Mn_{2}O_{3}\ {\xrightarrow {950-1100^{o}C}}\ 4Mn_{3}O_{4}+O_{2}}}} 6 M n 2 O 3 → 300 − 600 o C , v a c u u m 4 M n 3 O 4 + O 2 {\displaystyle {\mathsf {6Mn_{2}O_{3}\ {\xrightarrow {300-600^{o}C,vacuum}}\ 4Mn_{3}O_{4}+O_{2}}}} Hidrogenlə reduksiya edilir: M n 2 O 3 + H 2 → 300 o C 2 M n O + H 2 O {\displaystyle {\mathsf {Mn_{2}O_{3}+H_{2}\ {\xrightarrow {300^{o}C}}\ 2MnO+H_{2}O}}} M n 2 O 3 + 2 A l I 3 → 2 M n I 2 + A l 2 O 3 + I 2 ↑ {\displaystyle {\mathsf {Mn_{2}O_{3}+2AlI_{3}\ {\xrightarrow {}}\ 2MnI_{2}+Al_{2}O_{3}+I_{2}\uparrow }}} ub>OTurşularla reaksiya zamanı həm oksidləşdirici həm də reduksiyaedici xasissə göstərir:2Mn2O3 + 8HNO3 → 4Mn(NO3)2 + O2 + 4H2O 2M2О3 + H2SO4 → MnSO4 + MnO2↓+ 2H2O Metal oksidləri ilə əridildikdə, manqanit duzları əmələ gətirir:Mn2O3 + ZnO → Zn[Mn2O4] Mn2O3 + La2O3 → 2 La[MnO3] Konsentrləşdirilmiş xlor turşusu ilə oksidləşdirici xüsusiyyətlərini göstərir:Mn2O3+ 6HCl → 2MnCl2 + Cl2↑ + 3H2O == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с. Неорганическая химия / под ред. Ю.Д. Третьякова. — М.: Академия, 2007.
Anime və manqa
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Beynəlxalq Manqa Mükafatı
Beynəlxalq Manqa Mükafatı (国際漫画賞) — 2007-ci ilin mayın 22-də Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən Yaponiyadan kənar olan manqakalar üçün təsisis olunmuş mükafat. O zaman Yaponiyanın Xarici İşlər Naziri Taro Aso idi. O, bu mükafatı ilk dəfə Akihabarada 2006-cı ildə verdiyi çıxışında təklif edib. Və həmin ilin aprelin 28-də üzə çıxan A New Look at Cultural Diplomacy: A Call to Japan's Cultural Practioners adlı hesabatında bu təklifini təkrar edib. Beynəlxalq Manqa Mükafatı Yaponiyanın ictimai diplomatiyada pop mədəniyyətin aktiv işlətməsinin hissəsidir. O, qeyri-yapon manqakalar üçün "ən mötəbər" mükafat sayılır. Taro Aso ona "manqanın Nobel mükafatı" deyib və ondan bəri onu bəzən belə adlandırırlar. Mükafatı alanlar adətən 10 gün müddətinə Yaponiyaya gəlirlər. Orda onların mükafat vermə mərasiminə qatılmaqdan əlavə, yapon manqakalarla fikir bölüşmək, nəşriyyat şirkətləri və diqqətəlayiq yerləri ziyarət etmək imkanı var.Mükafatın sponsorluğu Japan Foundation təşkilatından gəlir. Namizədlərin təhlili Yaponiya Multiplikatorları Assosiyası ilə mükafatın Seçim Komitəsi aparır.
La-Manqa dili
La-Manqa dili və ya La-Manqa-del-Mar-Меnor (isp. La Manga del Mar Menor) — İspaniyanın cənub-şərqində yerləşən dil. Dil 22 km uzunluğa, 100–1200 m enə malikdir. Avropanın ən böyük laqunu olan Mar-Menoru Aralıq dənizindən ayırır. Ərazisin bir hissəsi bataqlıqlarla örtülüdür. Ərazisi dayvinq həvəskarları arasında məşhurdur. La-Manqanın şimal sahili Kosta-Kalida kurort zonasıdır. Dil laqunu soyuq havadan qoruyur == İqtisadiyyat == Əsas gəlir mənbəyi turizm və turistlərə xidmət sahələrindən əldə edilir. İyundan sentyabra qədər əhalisi 200 minə qədər artır. Turistlərin bir hissəsi digər ölkələrdən gəlir.
La Manqa kuboku
La Manqa kuboku — Qış kuboklarına aid olan futbol turniridir. Turnirin oyunları İspaniyanın La Manqa del Mar Menor (Mursiya) ərazisində keçirilir. Əsasən iştirakçıları yay mövsümündə liqaları başlayan ölkələr: İsveç, Finlandiya, Danimarka, Norveç, Rusiya, Ukrayna və ABŞ, Kanadadır. İlk turnir 1999-cu ildə keçrilmişdir və turnirin qalibi yarışın ən uğurlu komandası olan Rusenborq FK olmuşdur.
Vinland Saga (manqa)
Vinland Saqa (Yapon: ヴィンランド・サガ, Hepbörn: Vinrando Saga) Makoto Yukimura tərəfindən yazılmış və illüstrasiya edilmiş Yapon tarixi manqa seriyasıdır. Seriya Kodansha tərəfindən nəşr olunur və gənc yetkin kişilərə yönəlmiş aylıq manqa jurnalına keçməzdən əvvəl ilk dəfə gənclərə yönəlmiş Weekly Shonen Magazine-də seriyalaşdırılıb. 2021-ci ilin iyul ayından etibarən seriya iyirmi beş cildli cilddə tərtib edilmişdir. Vinland Saga həmçinin Kodansha USA tərəfindən ingilis dilində nəşr üçün lisenziya alıb.
MaNga
maNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib.Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Basqal
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Danqam
Dangam (puşt. دانګام, fars. دانگام‎ Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Hanqıl
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Sangatsu Manga
Sangatsu Manga – Finlandiya əsas manqa nəşriyyatı. 2003-cü ildə qurulmuşdur. Tammi nəşriyyatı tərəfindən satın alınmışdır. Hazırda isə digər manqa nəşriyyatı olan Punainen jättiläinen ilə birlikdə fəaliyyət göstərir.Nəşriyyat Finlandiyada manqa satan ("Dragon Ball") ilk nəşriyyat olmuş və Finlandiyada manqa nəşrinin əsasını qoymuşdur.
Shōnen manga
Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manqaka
Manqaka (漫画家) — yapon dilində komikslərin müəllifini ifadə edən söz. Yaponiyadan kənarda bu söz adətən manqa çəkən adam deməkdir. 2006-cı ildə Yaponiyada təqribən 3000 peşəkar manqaka işləyirdi. == Etimologiya == Bu söz iki hissədən ibarətdir: manqa (漫画) sözü və ka (家) şəkilçisi. Manqa yaponca komiks, Yaponiyadan kənarda isə "Yaponiya istehsalı olan komiks" deməkdir. -ka (家) şəkilçisi burada peşəkarlıq mənasını daşıyır və məharətin dərəcəsini, həmçinin ənənələrə sadiq müəllifliyi göstərir. Məsələn, bu söz manqanın çəkildiyi hekayənin müəllifi haqqında işlənmir. Onun üçün yapon dilində gensakuşa (原作者) sözü mövcuddur.
Manqup
Manqup (ukr. Мангуп, krımtat. Mangup, Мангуп) — Bağçasaray rayonu ərazisində mövcud olmuş şəhər-qala. Tarixi adı Baba-Dağ olmuşdur. Feodoro knyazlığınln paytaxtı olmuşdur. Sonradan türk qalasına çevrilmişdir. Dağ hündürlüyü 250 m olan vadidə yerləşir. Dağın hündürlüyü 583 metr təşkil edir. Platosunun sahəsi 90 ha-dır. Qalada iki bulaq vardır.
Manqus
Adi çaqqal qanqalı
Dangam
Dangam (puşt. دانګام, fars. دانگام‎ Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Hangul
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır.
Mangus