Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marfan sindromu
Marfan sindromu birləşdirici toxumanın autosom – dominant tip genetik xəstəliyidir. Bu xəstəlik zamanı orqanizmdə birləşdirici toxuma zədələnmiş olur. Birləşdirici toxuma bir çox orqan və sistemlərdə mövcuddur ki, bu da xəstədə müxtəlif pozulmalara səbəb olur — iri damarlar, ürək qapaqları, gözlər, skelet, əzələlər zədələnir. == Simptomlar == hündür boy (2 m yaxın və bundan hündür) qısa bədən, çox uzun nazik qollar və ayaqlar uzun barmaqlar oynaqların həddindən artıq hərəkətliliyi əzələ zəifliyi bud-çanaq oynağının quruluşunun anomaliyaları kifoz, skolioz döş qəfəsinin deformasiyası yastıpəncəlik kiçik aşağı çənə, dişlərin anomaliyaları qasıq yırtıqları, bağların tez-tez yırtılması aorta patologiyaları, ürək qüsurları, arteriyaların daralması. Bunların nəticəsində xəstədə aritmiya, ürək çatışmazlığı inkişaf edə bilər. görmənin pozulması, çəpgözlük, göz büllurunun burulması, göz damarlarının patologiyaları. Bütün bunlar xəstələrdə korluğun inkişafına səbəb ola bilər. == Müalicəsi == Marfan sindromu tam müalicə olunmur — mutasiyaya uğramış geni dəyişmək mümkün deyil. Lakin müəyyən müalicə tədbirlərin köməyi ilə xəstəliyin simptomlarını azaltmaq, xəstənin həyatını uzatmaq mümkündür. Xəstə daim həkimlərin nəzarəti altında olmalı, lazım olan müalicə almalıdır.
Denni–Marfan sindromu
Denni–Marfan sindromu — Anadangəlmə sifilis xəstəliyi olan uşaqlarda aşağı ətraf üzvlərində spastik paraplegiya və əqli gerililik ilə müşahidə olunan nevroloji sindrom. Hər iki cinsin nümayəndələrində müşahidə olunur. Xəstəliyin başlanğıcı kəskin şəkildə özünü büruzə verir. Zəiflikdən kvadriplegiyaya qədər isə xəstəlik yavaş irəliləyir. Epilepsiya, katarakta və nistaqm da müşahidə oluna bilər. Sindrom 1929-cu ildə Şarl Kleyton Denni, 1936-cı ildə isə Antuan Marfan tərəfindən təsvir edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Dennie-Marfan syndrome Who Named It?
Mareca
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır. Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marxal
Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır. == Baş vermə səbəbi == Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir. == Növləri == Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur: Məcradan kənarda bütün yamac boyu sürüşmə şəklində Çay məcrası ilə hərəkət edən Sərt sütunlardan qopan qar uçqunu == Yayıldığı ərazilər == Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Maryan
Maryan — ad. Maryan Vidmar — Yuqoslaviyalı biatlonçu. Maryan Şved — İspaniya təmsilçilərindən biri Digər Maryan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Maybac
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Warface
Warface — kütləvi, çoxnəfərli, onlayn, atıcılıq (MMOFPS) janrında kompüter oyunudur. Oyun Crytek studioları tərəfindən hazırlanmışdır: Crytek Kiyevin Ukrayna filialı (Crytek Seul ilə birlikdə), Crytek UK-nin Britaniya filialı və Crytek İstanbulun Türkiyə filialı və 2019-cu ildən Blackwood Games studiyası buna cavabdehdir. 2021-ci ildən etibarən Allods komanda studiyası oyuna cavabdehdir. Warface-in Asiya bazarına, o cümlədən Cənubi Koreya və Çinə yönəldilməsinə baxmayaraq, oyun 2012-ci ildə Rusiya, Avropa və Şimali Amerikada buraxıldı. Uzun müddətdir ki, Ukrayna bölməsi Crytek-də ən uğurlu və məhsuldarlardan biri idi, lakin indi onun yolları Alman şirkəti ilə ayrılıb. 2019-cu ildə Crytek Kiyev ana şirkətdən ayrıldıqlarını və studiyanın adını Blackwood Games adlandırdıqlarını açıqladı. 21 sentyabr 2023-cü ildə Steam və Epic Games Store-da oyunun rus versiyasına dəstəyin 3 aydan sonra dayandırılacağı elan edildi.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Marca
Marca (isp. maɾka) — "Unidad" Redaksiyasına məxsus İspaniyada gündəlik yayımlanan idman qəzeti. Qəzet əsasən futbol, xüsusilə də Real Madrid, Atletiko Madrid və Rayo Valekanonun gündəlik fəaliyyətlərinə dair məlumatlar yayımlayır. Gündəlik qəzet satışına görə İspaniyada ən yüksək göstəriciyə sahib olan MARCA 2.500.000-dən çox gündəlik oxucuya malikdir.MARCA idman oxucularının yarıdan çoxunu əhatə edən qəzetdir. 2001-ci ilin fevral ayından etibarən, həmçinin, “Radio Marca”- adlı 24 saatlıq idman kanalına da sahibdir. 2010-cu ildə MARCA TV telekanalı işə düşsədə 2013-cü ildə o, bağlanmışdır. == Tarixi == MARCA 21 dekabr 1938-ci ildə, İspan Vətəndaş müharibəsinin pik nöqtəsində, milliyyətçi San Sebastian şəhərində qurulub. Onun ilk redaktoru Manuel Fernández Cuesta olmuşdur. 3 sentyabr 1987-ci ildə Luis Infante qəzetin redaktoru oldu. Punto Editorial SA Marca şirkətinin sahibi idi.1982-ci ildə Recoletos adlı Espacio Redaktoru MARCA nı qazandı.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Marja
Marja — Birja əməliyyatı üzrə təminat qismində marja hesabında deponentləşdirilməli olan müəyyən məbləğdə pul vəsaitidir. Bundan əlavə iqtisadiyyatın müxtəlif sahələrində marja istifadə olunur ki, Bank təcrübəsində – cəlb edilən və verilən kreditlər üzrə faiz dərəcələri arasında, müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri və s. arasındakı fərq. Ticarət təcrübəsində – əmtəənin alış və satış qiymətləri arasında fərq, fond əməliyyatlarında – əqdin bağlanması və icrası günlərində qiymətli kağızın məzənnələri arasındakı fərq, eləcə də alıcının qiyməti ilə satıcının qiyməti arasındakı fərqdir. İctimai mənada – satılmış məhsulun və ya kapitalın həcmi ilə mənfəətin faiz nisbətidir. == Marja çağırışı == Marja çağırışı — Klirinq evi və ya broker tərəfindən, marja hesabı minimal tələbdən daha aşağı düşən əks tərəfdən (məsələn, müştəri) əlavə vəsait tələbidir. İnvestor, sahib olduğu qiymətli kağızların dəyəri aşağı düşdükdə, marja çağırışı ala bilər. Bu halda o, ya ticarət hesabına əlavə vəsait qoymaq, ya da aktivlərinin bir hissəsini satmaq məcburiyyətində qala bilər. == Marja hesabı == Marja hesabı — Müştərinin broker şirkətində olan və ona maliyyə alətlərini kreditə almaq imkanını verən hesab; bu zaman hesaba yalnız marja (müəyyən məbləğdə pul vəsaiti) daxil edilir. == Marjin ticarət == Marjin ticarət — Digər qiymətli kağızları girov qoymaqla brokerdən alınan borc hesabına qiymətli kağızları almaq.
Marka
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Merac
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Farfar (Mərənd)
Farfar (fars. فارفار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (188 ailə).
Fransis Marraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən. Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Hamfri Marşal
Hamfri Marşal (ing. Humphry Marshall; 10 oktyabr 1722 – 5 noyabr 1801, Çester qraflığı[d], Pensilvaniya) — amerikalı botanik.
Harold Marşal
Harold Marşal (ing. Harold Marshall; 10 fevral 1918 – 18 yanvar 2013, Kalqari, Alberta) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş kanadalı snayper.
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Jurinea mariae
Jurinea mariae (lat. Jurinea mariae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.