Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Alman markı
Alman markı (alm. Deutsche Mark‎, qısaca DM, eləcə də danışıq dilində D-Mark) — Almaniya Federativ Respublikasının avroya qədər, yəni 1948-2002-ci illərdə istifadə etdiyi pul vahidi.
Mendelson marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Noğay marşı
Noğay marşı və ya Çingiz xan marşı — Göytürk xaqanlığının döyüş marşı olaraq istifadə etdikləri düşünülən və Noğay ləhcəsində oxunmuş Orta Asiya mövzulu marş. Marş 1992-ci ildə Sankt-Peterburqda Qazaxıstan Respublikasının orkestra sənətçisi Aslanbek Sultanbekov tərəfindən bəstələnmiş və səsləndirilmişdir. Marş bir çox türk xalqının milli musiqi aləti olan dombra üzərinə bəstələnmiş və səsləndirilmişdir. Marş dünyadakı türkçülər tərəfindən xüsusilə sevilən marşlar siyahısındadır. Bu marş "Noğay marşı" və ya "Çingiz xan marşı" kimi adlarla yanaşı, bəzən marşın ifa edildiyi qədim türk musiqi aləti olan dombranın adı ilə "Dombra marşı" da adlandırılır. == Haqqında == Marşın hissələrindən bəstəkardan icazə alınması ilə 2014-cü il Türkiyə seçkilərində AK partiya tərəfindən seçkilərdə istifadə edilərək Uğur Işılakın səsləndirdiyi "Rəcəb Tayyib Ərdoğan-Dombra" adı ilə yenidən qeydə alınmış, marşın seçki mahnısı olaraq istifadə olunmasına MHP üzvü millətvəkili Sinan Oğan etiraz etmişdir. MHP üzvlərinin bildirdiklərinə görə, bu türk millətçiliyinə dırnaqarası yanaşan Ədalət və İnkişaf Partiyasının seçkilərdən öncəki dövrdə seçicilərin millətçilik hissini istismar etmə cəhdidir. Lakin etirazlar nəticəsiz qaldı və mahnıdan seçkilərdə istifadə edildi. Noğay marşı 2015-ci ildə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı prezident qəbulundakı rəsmi mərasimdə ilk dəfə Türkiyə Respublikası Dövlət Orkestrası tərəfindən ifa edilmişdir. Eyni il Mehmed Akif Ərsoy Universiteti tərəfindən Aslanbek Sultanbekova Türk dili və mədəniyyətinə qatdığı qatqılardan dolayı fəxri doktor ünvanı verilmişdir.
Rus marşı
Rus marşı — rus millətçi hərəkatlarının illik yürüşləri və nümayişləridir. İlk "Rus marşı" 2005 ildə, Xalq həmrəyliyi gününün təsis edilməsindən bir il sonra baş tutub. "Rus marşı" siyasi etiraz ayinidir. Altı il ərzində mütəmadi davam edən, millətçi təşkilatlarla dövlət təsisatlarının münasibətinin əks olunması baxımından olduqca maraqlı fenomendir."Rus marşı" həm də, hökümətyönlü "Naşi"(Bizimkilər) hərəkatının "Rus marşı" ilə eyni vaxtı təşkil etdiyi tədbirlərinin də adıdır. Son zamanlar KİV lərin dəyərləndirmələrinə görə "Naşi" hərəkatı bu yürüş üzərində inhisarı öz əlinə almağa çalışır. Bəsdir Qafqazı yedirdik şüarı ilə reklam olunan, və ildə bir dəfə keçirilən "Rus marşı", və 2010 ildə Manej meydanında baş verən iğtişaşlar bir vahid səciyə daşıyır:onlar demək olar ki ya tamamilə Şimali Qafqaz respublikaları , ya da Şimali Qafqaz milliyətinə mənsub olanlar üzərində cəmləşir. Şimali Qafqaza və onun xalqlarına qarşı olan bu əhval-ruhiyə kontekstində, Stavropol diyarı xüsusi yer tutur: bura - Şimali Qafqaz ərazisində olan yeganə yerdir ki, əhalisinin əksəriyyəti ruslardır"..."Baxmayaraq ki, "Rus marşı" Stavropol diyarında 2006 ildən sonra( ilk Moskvadaki nümayişindən bir il sonra) keçirilməyə başlandı, Şimali Qafqaza qarşı olan əhval-ruhiyə burada başqa nisbətlərdə təzahür edirdi. 2007 ilin may və iyun aylarında Stavropolda etnik-arası qarşıdurmalar nəticəsində (ikisi rus biri çeçen olmaqla)üç nəfər qətlə yetirildi. Məlumatlarda bildirilirdi ki, iğtişaşlarda, polisin xüsusi qüvvələri və yerli polislə birlikdə, qafqazlılara hucum edən, indi qadağan olan "Qeyri-leqal immiqrasiyaya qarşı hərəkatı" da daxil olmaqla, rus etno-millətçiləri də iştirak edirdilər. Bu iğtişaşlar, Kondopoqada(Kareliya) analoji hadisələrdən bir il keçməmiş baş vermişdi.[1] == Qaynaq == http://kavpolit.com/stavropol-liniya-fronta-mezhdu-rossiej-i-severnym-kavkazom/tərcümə.
Toy marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Türk marşı
Türk marşı (orijinal adı: Rondo alla Turca ) Volfqanq Amadey Motsartın bəstəsidir. Türklərin Avropada heyranlıq yaratdıqları illərdə Mehtər marşından ilhamlanan Motsart, 1783-cü ildə 11 nömrəli piano sonatasının üçüncü hissəsində "Rondo alla Turca"nı (Türk marşı) bəstələdi. Bu bəstə hələ də, Türkiyə Respublikasının bütün xüsusi dəvətlərində, həmçinin ölkə təqdimatında istifadə edilməkdədir. Lüdviq van Bethovenin də "Türk marşı" adında əsəri vardır. 2014-cü ildə Macarıstan Milli Kitabxanasının arxivində 11-ci La Major piano sonatasının 4 səhifəlik orijinal nüsxəsi arasında Türkiyə Respublikasının Türk marşının bir hissəsi də var. Türk rep sənətçisi Cəza, 2012-ci ildə sonatanın üçüncü hissəsinə türkcə sözlər yazdı və bu parçaya klip çəkildi.
İstiqlal Marşı
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur. İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur.
İzmir marşı
İzmir marşı — türk ordusunun Türkiyə İstiqlaliyyət müharibəsində İzmirə girişindən bəhs edən marş. Musiqisinin kimə məxsus olması müzakirəlidir.
Futbol marşı
"Futbol marşı" — sovet bəstəkarı Matvey Blanterin 1938-ci ildə yazdığı marş. Ənənəvi olaraq SSRİ-də futbol matçları zamanı səsləndirilirdi. Hazırda Rusiya çempionatının birinci, ikinci və üçüncü divizionlarının oyunlarında, eləcə də keçmiş SSRİ ərazisindəki bəzi digər futbol turnirlərində səsləndirilir. Marş, həmçinin, keçmiş SSRİ komandalarının iştirakı ilə keçirilən yoldaşlıq və avrokubok görüşlərində də bəzən eşidilir. Blanter, marşı məşhur idman radio şərhçisi Vadim Sinyavskinin xahişi ilə yazmışdır. Melodiyanı ilk eşidənlər bəstəkar Dmitri Şostakoviç və onun oğlu, gələcək pianoçu və dirijor Maksim olub. Ümumi davamiyyəti 1 dəqiqə olan kompozisiya, mi-bemol major tonallığında yazılmışdır. SSRİ-də adətən iki variantda səsləndirilirdi: "çağırış sədaları" olan variant — futbolçuların meydana dəvət olunduğu zaman, "çağırış sədaları" olmadan və dəyişdirilmiş sonluqla — oyun başa çatdıqdan sonra. 2009-cu ildə Rusiya Müəlliflər Cəmiyyəti Rusiya Premyer Liqasından oyunlardan əvvəl "Futbol marşı"ndan istifadə etdiklərinə görə hər matçın bilet satışından əldə edilən məbləğin 0,2%-ni tələb edib. RPL ittihamları absurd hesab edib və məbləği ödəməkdən imtina edib.
Əsgər marşı (mahnı)
Marv Films
Marv Films — film və televiziya istehsal edən şirkət. Əsası 1997-ci ildə Birləşmiş Krallıq-da Metyu Von tərəfindən qoyulmuşdur.
Marı dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. == Əlifba == Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Кama") və "Морко мланде" ("Мorka torpağı") qəzetləri çıxır.
Marı vilayəti
Marı vilayəti (türkm. Mary welaýaty) — Türkmənistan Respublikasında inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Marı şəhəridir. == İnzibati-ərazi bölgüsü == Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Marı vilayəti inizbati cəhətdən 12 etrapa və 2 etrap hüquqlu şəhərə (Marı və Bayramalı), 12 etrap 3 etrap tabeli şəhərə (Yolötən, Sərhədabad və Şadlıq), 14 qəsəbə və 157 gənəşliyə bölünür. 157 gənəşlikdə isə 382 kənd yerləşir.
Ölüm marşı (kitab)
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin erməni terrorizmini ifşa edən "Ölüm marşı" kitabı Qüdsdə və Moskvada ivrit, ingilis və rus dillərində nəşr edilib. Kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomuna layiq görülüb. Kitabda beynəlxalq terrorizmin bəşəri bəla olduğu tarixi faktlarla diqqətə çatdırılıb, ermənilərin apardıqları soyqırım siyasəti ətraflı tədqiq edilmiş, onların əsrlər boyu, xüsusilə 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında (Bakıda, Qubada və s.) törətdikləri qanlı hadisələr barədə ətraflı məlumat verilib. Həmin hadisələr zamanı düşmənlər təkcə azərbaycanlıların deyil, həm də burada yaşayan yüzlərlə yəhudinin qanını axıdıblar. Kitabın elmi məsləhətçiləri professor M.Aqarunov, tarix elmləri doktoru A.Pisman (İsrail), professor A.Todadzedir (Gürcüstan).
Ölüm marşı kitabı
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin erməni terrorizmini ifşa edən "Ölüm marşı" kitabı Qüdsdə və Moskvada ivrit, ingilis və rus dillərində nəşr edilib. Kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomuna layiq görülüb. Kitabda beynəlxalq terrorizmin bəşəri bəla olduğu tarixi faktlarla diqqətə çatdırılıb, ermənilərin apardıqları soyqırım siyasəti ətraflı tədqiq edilmiş, onların əsrlər boyu, xüsusilə 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında (Bakıda, Qubada və s.) törətdikləri qanlı hadisələr barədə ətraflı məlumat verilib. Həmin hadisələr zamanı düşmənlər təkcə azərbaycanlıların deyil, həm də burada yaşayan yüzlərlə yəhudinin qanını axıdıblar. Kitabın elmi məsləhətçiləri professor M.Aqarunov, tarix elmləri doktoru A.Pisman (İsrail), professor A.Todadzedir (Gürcüstan).
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Bosniya və Herseqovina markı
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə). 200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb. == Tarixi və etimologiyası == Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir. == Sikkələr == 1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.
Kosova Respublikası Milli Marşı
Kosovo Respublikası Milli Marşı — 17 fevral 2008-ci il tarixində müstəqilliyini elan edən Kosova Respublikasının milli marşıdır. Bir başqa adı Europe olan marşın sözləri yoxdur, yalnız musiqidən ibarətdir. Marş, 11 iyun 2008-ci il tarixində qəbul edilmişdir. Marşı sözsüz olması, çox etnikli Kosovo Respublikasının quruluşuna uyğundur. Beləcə hər hansı bir etnik qrupa göndərmədə bulunulmamıştır. Kosovo Məclisi tərəfindən oylanıp qəbul edilən marşın səsverməsi, 72 qəbul; 15 rədd və 5 bitərəf səslə nəticələnmişdir.
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Vulkan Venera və Marsı heyran edir
Vulkan Venera ve Marsı heyran edir venesiya rəssamlıq məktəbinin yetirmesi sonrakı renessans dövr rəssamı Yakobo Tintoretto tərəfindən Homerin VIII nəğməsi əsasında çəkilmiş tablo. Əsərdə Veneranın öz əri Vulkana Müharibə tanrısı Vulkanla xəyanəti təsvir olunmuşdur.
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.
Carum carvi
Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Azərbaycanda bu cins 3 növlə təmsil olunmuşdur, onların biri dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan ikiillik ot bitkisidir, gövdəsi düz, budaqlıdır. Yarpaqları uzunsov lansetvari, iki və ya üçqat hissələrə ayrılıb lələkvari bölünmüşdür.
Devid Harvi
Devid Xarvi(31 oktyabr 1935, Cillinhem[d], Kent qraflığı) — ingilis-amerikan coğrafı, "radikal coğrafiyanın" əsasını qoyan, marksizmin davamçısı. 2007-ci ildə dünyanın ən 18 intelektual sosial elmlərlə məşğul olan mütəffəkkirindən biri kimi seçilmişdir. == Bioqrafiya == Qillenximdə anadan olub (Kent, İngiltərə). Tarixçi-coğraf kimi fəaliyyətə başlamışdır. O ilk dəfə riyazi üsulların coğrafiyaya tətbiq edilməsi ilə məşğul olmuş, məşhur "Coğrafiyada izahat" (Explanation in Geography, 1969) kitabının müəllifidir. Hansı ki, həmin kitabda ingilis-amerikan məktəblərinin metodoloji və fəlsəfi mövqeləri öz əksini tapmaqdadır. Coğrafiyada mütləq yerin tənqid edilməsi işin əsasını təşkil edir ki, o da Kantın nəzəriyyəsinin məhsulu hesab edilir. 1970-ci illərin əvvəlindən etibarən, o öz yanaşmasını dəyişməklə, Villiam Bunge kimi sosial ədalət problemlərini öyrənməyə başladı. Bungeden fərqli olaraq Harvi marksistdir. 1969-cu ildə ABŞ-yə Baltimora köçdü.
Harvi Esayas
Harvi Delano Esayas (nid. Harvey Delano Esajas; 13 iyun 1974, Amsterdam, Niderland) — niderlandlı keçmiş futbolçu. Müdafiəçi mövqeyində çıxış etmişdir. == Futbol karyerası == === Futbolda ilk addımları === 1974-cü ildə Amsterdamda Surinam mənşəli ailədə dünyaya gəlmiş Harvinin futbolda ilk addımları Ayaksın futbol akademiyasında başlamış, sonradan ulduz futbolçulara çevrilmiş Klarens Zeyedorf, Kanu və Patrik Klüvert kimi gənclərlə birgə oynamışdır. Daha sonra məşqlərini Anderlextin uşaq akademiyasında davam etmişdir. === Peşəkar klublarda fəaliyyəti === Esayasın peşəkar futbolda debütü 1993-1994-cü il mövsümündə Feyenoord klubunda başlamışdır. Mövsümün startından bir qədər öncə Feyenoordun Helderse adlı həvəskar komanda ilə matçında Esayas rəqib futbolçu Ronald Sxutenə qarşı kobud oynayaraq onun çənəsini sındırmış, amma bu hərəkətinə görə cəza almamışdır. Esayasın milli çempionatda ilk oyunu 24 oktyabr 1993-cü ildə Niderland derbisində baş tutmuş və o, bu oyunda Ayaksa qol vura bilmişdir. Matç 2-2 hesabı ilə bitmişdir. Uğurlu debütünə rəğmən Esayas Feyenoordun əsas heyətinə daxil ola bilməmiş və həmin mövsüm 5 matç, 1994-1995-ci il mövsümundə isə cəmi 3 matçda iştirak etmişdir.
Harvi Kuşinq
Harvi Villiams Kuşinq (8 aprel 1869[…], Klivlend, Ohayo – 7 oktyabr 1939[…] və ya 8 oktyabr 1939, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı neyrocərrah, patoloq, yazıçı və rəssam idi. Beyin cərrahiyyəsinin qabaqcıllarından biri, ilk müstəsna neyrocərrah və Kuşinq xəstəliyini təsvir edən ilk insan idi. Üç cilddə olan Uilyam Oslerin tərcümeyi-halını yazmışdır. == Erkən həyatı == Harvi Kuşinq Ohayo ştatının Klivlend şəhərində anadan olub. Valideynləri Elizabet Maria "Betsey M." Uilliams və Henri Kirke Kuşinqdir, Əcdadları 17-ci əsrdə Puritanlar kimi Massaçusets ştatının Hingham şəhərinə gəlmişlər. Harvi on uşağın ən kiçiyi idi. === Təhsili === Uşaq ikən Kuşinq Klivlend Manual Təlim Məktəbində oxudu və bu, onun elmə və tibbə marağını genişləndirdi. Məktəbin eksperimental təlimə xüsusi diqqət yetirməsi və təhsilə "fizika yönümlü" yanaşması Kuşinqin tibbi cərrahiyyə sahəsində karyerasına doğru irəliləməsində mühüm rol oynadı. Məktəbin əl çevikliyi təlimi proqramı da Kuşinqin cərrah kimi gələcək uğuruna öz töhfəsini verdi. O, 1891-ci ildə Yale Universitetini AB dərəcəsi ilə bitirib, burada Scroll and Key və Delta Kappa Epsilon (Phi fəsil) üzvü olub.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Marti Axtisaari
Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[…], Vıborq, Finlandiya – 16 oktyabr 2023, Helsinki, Finlandiya) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı. == Həyatı == 1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir. Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır. 1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, Somali və Mozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur. 1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir.
Marvin Gey
Marvin Pents Gey, kiçik (ing. Marvin Pentz Gay, Jr.; 2.4.1939 — 1.4.1984) — amerikalı müğənni, aranjemançı, bəstəkar və prodüser. Stivi Uanderlə birlikdə müasir ritm-ənd-blyuz musiqisinin ilk ifaçılarından biridir. 45 illiyinə bir gün qalmış ailə münaqişəsi zəminində atası tərəfindən odlu silahla qətlə yetirilmişdir. 1960-cı illərdə Marvin "How Sweet It Is (To Be Loved By You)" və "I Heard It Through the Grapevine" mahnıları və Meri Uells və Temmi Terrel ilə oxuduğu duetlərlə "Motown Records" səsyazma şirkətinin səsinə çevrildi. Sonradan o, "Motaunun şahzadəsi" və "Soulun şahzadəsi" ləqəblərini qazandı. 1970-ci illər ərzində o, "What's Going On" və "Let's Get It On" konsept-albomlarını buraxmış və "Motown"da öz prodüser şirkətinin buxovlarından azad olan ilk sənətçi olmuşdu. 1982-ci ildə o, "Sexual Healing" və "Midnight Love" albomlarını buraxmış, birinci albom həmin il Qremmi mükafatına layiq görülmüşdü. Marvin Gey 45 yaşının tamam olmasından bir gün əvvəl, 1 aprel 1984-da ailə mübahisəsi zamanı atası tərəfindən öldürüldü. Marvin Gey ölümündən sonra da bəzi mükafatlara layiq görülmüş, o cümlədən 1987-ci ildə Rok-n-Rol Şərəf Zalına daxil edilmiş və 1996-cı ildə isə "Ömürboyu uğurlarına görə" Qremmi mükafatı ilə mükafatlandırılmışdır.
Marvin Minski
Marvin Minski (ing. Marvin Lee Minsky; 9 avqust 1927[…], Nyu-York, Nyu-York ştatı[…] – 24 yanvar 2016[…], Boston) — Kompüter elmləri üzrə görkəmli alimlərdən biri; tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, Türinq maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub. O, maşın qrafikası və kompüter həndəsəsi, kosmik tədqiqatlar üçün yeni texnologiyalar və digər sahələrə əvəzsiz töhfə verib. Minski eyni zamanda intellektual robot texnikasının pionerlərindən biridir. == Həyatı == Marvin Minski 9 avqust 1927-ci ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. Fildston məktəbi və Bronks ali elmi məktəbində orta təhsilini alıb. Daha sonra Massaçusets ştatının Endover şəhərciyində Filllips Akademiyasını bitirib. Amerika hərbi dəniz silahlı qüvvələrində 1944-45-ci illərdə xidmət edib. Harvard Universitetində (1950) riyaziyyat üzrə bakalavr dərəcəsi və Prinston Universitetində (1954) "Neyron şəbəkələri və beyin modelinin problemi" işi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Minski hələ Harvardda təhsil alarkən ilk konfokal skan edici mikroskopu hazırlayıb.
Marvin Plattenhardt
Marvin Plattenhardt (26 yanvar 1992) — müdafiəçi mövqeyində çıxış edən Almaniya peşəkar futbolçusu.
Xose Marti
Xose Xulian Marti Peres (isp. José Julián Martí Pérez; 28 yanvar 1853[…], Havana, İspaniya imperiyası – 19 may 1895[…]) — Kuba şairi, yazıçısı, publisisti, siyasətçisi, Kubada azadlıq hərəkatının lideri, Kuba İnqilab Partiyasının qurucusu. "Kubanın müstəqilliyinin həvarisi" hesab edilir. == Həyatı == Xose Marti 28 yanvar 1853-cü ildə Havananın Paula küçəsi 41 ünvanında valensiyalı ata Mariano Marti Navarro və Kanar adalarından olan Leonor Peres Kabreranın ailəsində anadan olub. Marti yeddi bacının böyük qardaşı idi: Leonor, Mariana, Maria del Carmen, Maria del Pilar, Rita Amelia, Antonia və Dolores. Xose Marti 1865-ci ildə Rafael Maria de Mendivenin rəhbərlik etdiyi oğlanlar üçün ali ibtidai bələdiyyə məktəbinə (isp. Escuela de Instrucción Primaria Superior Municipal de Varones) qəbul oldu. Mendive Martinin siyasi fəlsəfəsinin inkişafına təsir etmişdir. 1866-cı ildə Marti, Mendivenin təhsilini maliyyələşdirdiyi "Instituto de Segunda Enseñanza"ya daxil oldu. == Siyasi ideologiyası == ==== Liberalizm ==== Martinin siyasi ideyaları mənəviyyat və həmrəyliyi vurğulayan Krausist liberalizmdən təsirləndi.
Şineyd Malvi
Şineyd Malvi — 2009 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən müğənnidir. Müsabiqədə Black Daisy ilə birlikdə Et Cetera adlı mahnını səsləndirmişdir.
Qarabağın maralı (mahnı)
"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı. == Tarixi == "Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər. == İfaçıları == Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərova olub.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Carçı
Carçı (agah edən)
Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Malva
Əməköməci və ya Balba (lat. Malva) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Əməköməci bitkisi əməköməcilər fəsiləsinə mənsub olan bitkidir. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 km²) idi. Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.