Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
MacOS
macOS — (əvvəllər OS X, ilk dəfə Mac OS X) Apple tərəfindən Mac kompüterləri üçün yaradılmış əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır. Mac-ın istehsalına 1984-cü ildə başlanılmışdır.
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Fucus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Esox lucius
Adi durnabalığı (lat. Esox lucius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü. Ortasaylı, yerli aborigen növdür. == Xarakterik morfoloji əlamətləri == Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır. == Yaşayış yeri və həyat tərzi == Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5–6 ilə qədər yaşayır.
Bos mutus
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.
Fucus vesiculosus
Qovuqşəkilli fukus (lat. Fucus vesiculosus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinin fucus cinsinə aid xromist növü.
Miqel Munos
Miqel Munos Mosun (isp. Miguel Muñoz Mozún; d. 19 yanvar 1922 – ö. 16 iyul 1990) — keçmiş İspaniya futbolçusu, yarımmüdafiəçisi və baş məşqçisi. O, futbol karyerasının çox hissəsini "Real Madrid" FK-da keçirmiş, daha sonra isə klubun baş məşqçisi olmuşdur. Munosun baş məşqçi olduğu dövrdə "Real Madrid" FK iki dəfə Avropa Kuboku çempionu və doqquz dəfə La Liqa çempionu olmuşdur. Munos İspaniya milli futbol komandasının da baş məşqçisi olmuşdur və İspaniya millisini UEFA Avro 1984-ün çempionu etmişdir.
Mucuq şəlaləsi
Mucuq şəlaləsi — Azərbaycan Respublikasının Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. Mucuq şəlaləsi Dəmiraparançayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir. Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 m) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.
Aurous (veb-sayt)
Aurous — 120-dən çox mənbədən istifadə edən pulsuz musiqi axını veb saytı. Jurnalistlər bu saytı lisenziyasız film və televiziya verilişlərini müstəqil şəkildə nümayiş etdirə bilən veb sayt olan Popcorn Time saytı ilə müqayisə edirlər. Sayt fəaliyyətə başlayandan bir neçə gün sonra Amerika Səsyazma Sənayesi Birliyi tərəfindən məhkəməyə verilmişdir. Aurous iki aydan az bir müddətdə fəaliyyət göstərdikdən sonra bağlanmışdır. Mülkiyyətin hamısı isə birliyin nəzarəti altına keçmişdir.
Aurous (veb sayt)
Aurous — 120-dən çox mənbədən istifadə edən pulsuz musiqi axını veb saytı. Jurnalistlər bu saytı lisenziyasız film və televiziya verilişlərini müstəqil şəkildə nümayiş etdirə bilən veb sayt olan Popcorn Time saytı ilə müqayisə edirlər. Sayt fəaliyyətə başlayandan bir neçə gün sonra Amerika Səsyazma Sənayesi Birliyi tərəfindən məhkəməyə verilmişdir. Aurous iki aydan az bir müddətdə fəaliyyət göstərdikdən sonra bağlanmışdır. Mülkiyyətin hamısı isə birliyin nəzarəti altına keçmişdir.
Qay Musius Ssevola
Qay Musius Ssevola (e. ə. VI əsr, Roma – bilinmir, bilinmir) – Romanın əfsanəvi qəhrəmanı, Romanı etrusklardan xilas etmiş şəxsdir. Tarixdə "Kord" adı ilə də tanınır. B.e.ə. 509-cu ildə Etrusk hökmdarı Porsena Romanı mühasirəyə alan zaman Roma gənci Mutsiy senatın razılığı ilə Porsenanı öldürmək üçün düşmən qərargahına getmiş, lakin səhv edərək onun sərkərdələrindən birini öldürmüşdür. Mutsiy əsir alınanda süallara cavab verməkdən imtina etmişdir. Porsena onu oda atmaqla təhdid etmiş, lakin cəsur gənc Mutsiy sağ əlini kürəyə soxaraq, şöhrət sevən üçün yanmaq əzabının qorxulu olmadığını söyləmişdir. Sağ əli qopanadək onu odun üzərində saxlamışdır. Bundan heyrətlənən Porsena onu azad etmiş və Roma ilə sülh bağlamışdır.
DVD Oynatıcı (macOS)
macOS DVD Oynatıcı Apple Inc. tərəfindən hazırlanmışdır, defolt MacOS-da DVD player-dir. O, çoxsaylı audio, video və altyazı treklərini, üstəlik Dolby Digital 5.1 keçidi, DVD giriş URL-ləri və subtitrlər kimi bütün standart DVD xüsusiyyətlərini dəstəkləyir. Bəzi hallarda istifadəçilər açmaq üçün VOB faylı seçə bilərlər. DVD Pleyer həmçinin DVD Studio Pro və iDVD-nin yandırılmış DVD-ləri ilə tam uyğundur; bunlara DVD Studio Pro-nun HD DVDləri daxildir. 2016-cı ilə qədər bu, macOS defolt tətbiqləri arasında qalan yeganə 32 bitlik proqramdır. == Məhdudiyyətlər == DVD Pleyeri əksər müəllif hüquqları qanunlarına uyğundur və buna görə də DVD region kodu məhdudlaşdırıcı kodlaşdırmalar və istifadəçi tərəfindən bloklanmış əməliyyatlar ("əlil edilmiş hərəkətlər") kimi DVD texnologiyasının ən məhdudlaşdırıcı tədbirlərini tətbiq edir. Bütün regionun DVD sürücüsündən istifadə edərkən belə, bu, istifadəçilərin müəllif hüquqları qanunlarını pozmaq istədikləri təqdirdə alternativ proqram təminatından istifadə etmələrinə səbəb olur. Apple-ın Grab (ekran tutma) proqramı DVD Player tətbiqi dayanana qədər Finder interfeysi vasitəsilə işləməyi dayandıracaq və istifadəçinin vizual DVD məzmununun skrinşotlarını çəkməsinə effektiv mane olacaq. Proqrama DTS dekoderi daxil deyil, ona görə də DTS trekləri Mac-ın daxili dinamikləri və ya analoq çıxışı vasitəsilə səsləndirilə bilməz.
Ançous
Ançous (lat. Engraulis) — Siyənəkkimilər dəstəsinin ançouslar fəsiləsinə aid balıq cinsi.
Uçquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.
Ançous kilkə
Ançousabənzər kilkə (lat. Clupeonella engrauliformis) — kilkələr cinsinin nümayəndəsidir. == Yayılması == Bu kilkə Cənubi və Orta Xəzərin sahildən aralı, dərinliyi 20 m-dən çox olan hissələrində, əsasən isə dairəvi axın zonasında, 50–200 m dərinliklərdə yayılmışdır. Dənizin 200 m-dən dərin hissələrində də ançousabənzər kilkəyə təsadüf edilir. == Morfoloji əlamətləri == Bədəni oxlovşəkilli, alçaq, qarıncığı dəyirmiləşmişdir, kili güclə seçilir. Qalınlaşmış beli tünd göy rəngdədir. Ağzı kiçikdir. Gözləri xırdadır, anal üzgəcin iki son şüası uzanmışdır. Bel üzgəcində 12-14,anal üzgəcində 16-18 şüa olur.Uzunluğu 14,5-15,5 sm-ə, kütləsi 20 q-a qədər çatan bu kilkə 7 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Dəniz balığıdır, şirin suya getmir.
Mücrüm Kərim
Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı) — XIX əsr Azərbaycan şairi. XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Kirmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu xan Cavanşirə müraciət edib torpaq istəyir. Cəfərqulu xan da indiki Cəfərabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır. Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir: - deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: - deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Mücrü nəşriyyatı
Mücrü (film, 1973)
Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur. Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. == İnsanlı və insansız kosmik uçuş == İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. == Komersiya uçuşları == Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Uçuş məsafəsi
Uçuş məsafəsi — təyyarələrin təkərlərini yerdən kəsmək üçün lazım olan uçuş-enmə zolağının uzunluğuna verilən addır. Uçuş məsafəsinin hesablanması təyyarənin mühərrikinin tam gücü ilə işlədiyi və flap səviyyələri uçuş səviyyəsində olduqda hesablanır. Təyyarənin nə qədər müddət yer üzərində hərəkət etdikdən sonra uçmağa başlaması Təyyarənin bütün xüsusiyyətlərindən asılı olan bir dizayn parametridir. Məsələn, eyni çəkidə daha güclü bir mühərrik bir təyyarəyə quraşdırıldıqda, qanadların təyyarəni qaldıra biləcəyi sürət daha qısa məsafədə əldə edilə bilər. Və ya təyyarənin cari çəkisi uçuş məsafəsinə təsir göstərir. Dizayn parametri olduğundan, təyyarənin ağırlığına, sürütlənməsinə və qalxmasına təsir edən hər hansı bir dəyişiklik bu parametri də dəyişdirəcəkdir. Bundan başqa, uçuş zolağının nə qədər mükəmməlliyi, hava şəraiti, uçuş-enmə zolağının yerləşdiyi yerin hündürlüyü, küləyin istiqaməti kimi xarici amillər uçuş məsafəsinə təsir edir. Təyyarə qanadları təyyarənin ağırlığını tarazlayacaq bir qüvvə meydana gətirən kimi uçuş həyata keçirilir. Pilotun simmetrik olmayan qanad profillərinə müdaxiləsi lazım deyildir. Simmetrik olmayan profillərdə isə daşıyıcı qüvvə hücum bucağı ilə meydana gəldiyindən pilot hündürlük sükanı və ya digər uçuş idarəetmə vasitələrindən istifadə edə bilər.
Uçuş simulyatoru
Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur. Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir.
Uçuş rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Kreyser uçuş rejimi
Kreyser uçuş rejimi — sabit bir sürətlə təyyarənin uçuş rejimi. Əsas diapazon uçuş rejimi uzun məsafələrdir. Kreyser rejimdəki hündürlük uçuş zamanı sabit qala bilər və ya yanacaq istehlak edildiyi üçün təyyarənin kütləsinin azalması səbəbindən artırıla bilər. İki parametrlə müəyyən olunur - sürət və hündürlük (və ya kreyser rejimdə qaldırma əmsalı). Kreyser uçuşu rejimi davamlı üfüqi uçuş rejimidir. Bu mülki təyyarələrin əsas iş rejimlərindən biridir. Təyyarə üçün ən qənaətcil uçuş profili yanacaq çənlərində yanacaq yaranması səbəbindən uçuş çəkisi azaldığından tədricən qalxma ilə bir uçuşdur - bu sözdə tavan uçuşu rejimi. Təyyarə pistonlu mühərriklər, maksimum səmərəliliyin əldə edildiyi müəyyən bir yüksəklikdə işləmələrini qənaətli edən bir gücləndirmə sisteminə malikdir. Pistonlu mühərriklər təxminən 250 mil/s qədər (460 km/s) sürətlə və 3000 metrə qədər yüksəklikdə uçanda ən təsirli olur. Bir reaktiv təyyarənin ekipajı, hava nəqliyyatının təşkilatçısı nəzarətçisinin icazəsi ilə yanacağın inkişafı səbəbindən təyyarənin çəkisi azaldıqca uçuş səmərəliliyini artırmaq üçün daha da yüksək eşelonları tuta bilər.