Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Qırğız Respublikası
Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика) – Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır.
Qırğız atı
Qırğız atı — Qırğız atı bir at cinsidir. 4 min il əvvəl atçılıqla məşğul olan qırğızların qədim əcdadlarının atlarından törəmişdir. Monqol və qismən şərq at cinslərinin əhəmiyyətli bir təsirinə məruz qalmışdır. Qırğız atlarının qabarıq bir cins xüsusiyyətinə malikdir: qısa, maral boynuna bənzər boyuna, inkişaf etməmiş küt bir uzunsov bədənə və güclü kürəyə, sallanan krupa, çox güclü dırnaqlara sahibdirlər. Orta boy 137 sm, ön ətrafı sümüklərinin eni 17,5 smdir. Rəngi müxtəlifdir: ən çox yayılmış rəngi qəhvəyi və bozdur. Atlar çox davamlı və iddiasızdır. Demək olar ki, bütün il boyunca otlaqlarda otarılırlar. Yalnız qışda samanla bəslənilirlər. Qırğız atları istər minik istərsə yük heyvanalrı kimi istifadə olunurlar.
Qırğız birliyi
Qırğız Birliyi (qırğ. Кыргыз бирлиги) — 1514-cü ildə Moğolistan dövlətinin süqutu nəticəsində müasir Qırğızıstan və qonşu dövlətlərin ərazilərinə əsaslanan qırğız dövləti və qəbilə birliyidir.
Qırğız dili
Qırğızca ya da Qırğız Türkcəsi– Altay dilləri ailəsinin Türk dilləri qrupunun Qıpçaq boyuna aid olan danışıq dilidir. Həmçinin Qırğızıstanın rəsmi dövlət dilidir. Qırğızıstanın 5,264,000 nəfərlik əhalisinin 3,700,000 nəfərinin ana dilidir. К + а, о, у, ы ك => ق Г + а, о, у, ы گ => ع Prof.Dr.Ömürkul Karayev THE TALKING KYRGYZ PHRASEBOOK Arxivləşdirilib 2010-06-20 at the Wayback Machine (ing.) Киргизско-Русский (Кыргызско-русский) словарь.
Qırğız diyarı
Qırğız diyarı — RSFSR–in tərkibində, 19 iyul 1919-cu ildən 26 iyul 1920-ci ilədək mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Orenburq şəhəri idi.
Qırğız mətbəxi
Qırğız mətbəxi (qırğ. кыргыз ашканасы) — qırğız xalqının milli mətbəxidir. Texnologiya və məhsul çeşidləri baxımından digər Türk köçəri xalqlarının mətbəxləri ona çox yaxındır. Ölkənin cənub və şimal bölgələrinin mətbəxlərində bəzi fərqlər var. Şimal və cənub qırğızlarının ənənəvi yeməklərindəki və ləzzətlərindəki bu fərqlər, bəzi bölgələrə parçalanmalarından və müxtəlif xalqlara yaxınlığından qaynaqlanır. Beləliklə, şimal bölgələrində əsas bayram yeməyi beşbarmaqdır - əriştə ilə incə doğranmış qaynadılmış ət, cənubda isə plov daha populyardır, görünür bu yeməklər oturaq Asiya xalqlarından mənimsənilmişdir. Çay seçimlərində də fərqlər var. Şimalda südlü qara çay populyardır, çay özü rus üsulu ilə dəmlənir və rus samovarları da burada populyardır. Cənubda südə çay əlavə edilmir, çay içmə ənənələri Özbəkistana bənzəyir, yaşıl çay da məşhurdur. Orijinal qırğız yeməklərinə (əsasən ət) əlavə olaraq, yerli düyü növlərindən olan plov cənubda çox populyardır (qırmızı uzqen və batken düyü sortları deozire və çongara Orta Asiya plovunun hazırlanması üçün ən yaxşı hesab olunur).
Qırğız türkləri
Tarixi Böyük Türküstanın yerli xalqlarından biri də Qırğız Türkləridir. Çin sərhəddində yerləşən Türk ölkəsi Qırğızıstan Qırğız Türklərinin yaşadığı tarixi Türküstanın bir parçasıdır. Qədim Çin və İslam müəllifləri Qırğızları "qumral saçlı, mavi gözlü və uzun boylu" kimi təsvir etmişlər. VIII əsrə aid bir Tibet mənbəsinə görə də "Uyğurlara bəzən dost, bəzən düşmən olan Qırğızlar mavi gözlü və qızıl saçlıdırlar". Tarixi mənbələrə əsaslanaraq tədqiqatçılar həm də belə bir fikir irəli sürürlər ki: "Şimalda yaşayan Qırğız, Peçenek, Qıpçak və Bulqarlar ağ, cənubdakılar isə iqlim şəraitinə görə əsmər rəngdə olmuşlar". Çin mənbəsi olan "Tan-su"ya görə "Qırğızlar hər fəsli üç ay hesab etmiş və onları on iki heyvan adı ilə adlandırıb təqvim kimi istifadə etmiş, ilkin başlanğıcına da "Mo-chenq ay" yəni "Buz ay" demişlər". Qədim Qırğızlar ilin müəyyən günlərində toplanar, şənlik edər, musiqiçilər musiqi səsləndirər, mahnı oxuyar, rəqs edər, içki içər, Şamanlarını dinləyərdilər. Şamanları onlara il boyu nələrin baş verəcəyi haqqında məlumatlar verər, onlar da Şamanlarının dediyinə inanardılar. Şamanların tövsiyəsi olmadan ordunu toplamaz və savaşa getməzdilər. Onlar Şamanların verdiyi məlumatların Tanrıdan gəldiyinə inanardılar.
Qırğız xanlığı
Qırğız xanlığı və ya Qara-qırğız xanlığı (qırğ. Кара-кыргыз хандыгы) — 1842–1854-cü illərdə mövcud olan müvəqqəti dövlət. Müasir Qırğızıstan ərazisinin şimal hissəsində, bir sıra şimal qırğız qəbilələrinin birləşməsi nəticəsində elan edilmişdir. İlk və son xanı Ormon xan idi. 1844-cü ildə Omon xan Bişkek şəhərini Kokand xanlığının əlindən aldı. Ormon xanın ölümü Qara Qırğız xanlığının tamamilə parçalanmasına səbəb oldu və onun əraziləri Rusiya imperiyasına birləşdirildi. 1842-ci ilin yayında, İssık-Kulun qərbində, Kotmaldı bölgəsində, bir sıra şimal qırğız qəbilələrinin qurultayı keçirildi. Qurultayda Sarıbağış, Buqu, Sayak, Solto, Saruu, Kuşçu, Monoldor və Jetigen qəbilələri iştirak edirdilər. Sarıbağış qəbiləsindən olan Ormon Niyazbek oğlu xan elan edildi və qədim bir ayinə əməl edərək ağ keçə döşəməyə mindirildi. Sonra ayinə uyğun olaraq "Ai Tuyak"adlı ağ ayğır at qurban kəsildi.
Qırğız xaqanlığı
Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı. Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü. Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı.
Qırğız ədəbiyyatı
Qırğız ədəbiyyatı — Qırğızıstanlı və qırğız şair, yazıçıların Qırğızıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələridir. Toktoqul Satılqanov bölgənin zarafatcıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü mənada monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur. Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara "konsert" verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb. Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi mənbələrə sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov "Gəlgəl" romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.
Qırğız Sovet Ensiklopediyası
Qırğız Sovet Ensiklopediyası (qırğ. Кыргыз Совет Энциклопедиясы) — Sovet dövründə Qırğızıstanda qırğız dilində nəşr olunmuş 6 cilddən ibarət universal ensiklopediya. 1976–1980-ci illərdə nəşr edilmişdir.
Qədim qırğız dili
Qədim qırğız türkcəsi — türk dil ailəsindən əski dil. Yenisey qırğızlarının dili olmuşdur. Qədim qırğızca göytürk dilinə eynidir deyəcək qədər yaxın olmuşdur. Ona görə də bəzi tədqiqatçılar Qədim qırğız türkcəsini Göytürk türkcəsinin bir dialekti hesab edir. Qədim qırğız dilindən müasir qırğız, xakas, sarıuyğur və şor türkcələri yaranmışdır. Dil Qırğız xaqanlığında rəsmi dil olmuşdur.
Qırğız-qıpçaq dilləri
Qırğız-qıpçaq dilləri və ya şərqi qıpçaq dilləri — bəzi dilçilərə görə daha böyük qıpçaq qrupuna, digərlərinə görə türk dillərinin xakas-altay qrupuna daxil olan dil qrupu. Buna uyğun olaraq, qərbi və ya şərqi türk dilləri kimi təsnif edilir və ya dağ-altay (orta-şərq) qrupuna daxildir. Son zamanlar ənənəyə görə birinci təsnifat köhnəlmiş hesab olunur. Bu, XX əsrin əvvəllərində mövcud olmuş, indi dialektlərin bir hissəsi qıpçaq-noqay dilləri təmasda olan Fərqanə qıpçaqcası və qırğız dilini, həmçinin, yəqin ki, lobnor və xoton dillərini (şimal qırğız tipli dialektlər) əhatə edir. Cənubi qırğız dialektləri qarışıq xarakter göstərir. Çox vaxt bu qrupa Cənubi altay dili də daxil edilir, lakin bəzi tədqiqatçıların fikrincə Şimali altay dili ilə birlikdə eyni qrupda yer alır. Баскаков Н. А. Тюркские языки, М., 1960, 2006. Баскаков Н. А. Введение в изучение тюркских языков. М. 1969. Вербицкий В. И. Словарь алтайского и аладагского наречий тюркского языка, Казань, 1884 Архивная копия от 12 декабря 2005 на Wayback Machine Кормушин И. В. "Алтайский язык".
Qara-Qırğız Muxtar Vilayəti
Qara-Qırğız Muxtar Vilayəti (rus. Кара-Киргизская АО) — Orta Asiyasiyadakı Sovet vilayətlərindən biri idi. 14 oktyabr 1924-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası daxilində qurulmuşdur. 14 oktyabr 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (ali qanunverici orqan) Mərkəzi Asiyada milli-ərazi bölgüsü haqqında qərarından sonra Stalin regionda sovet respublikalarının xəritəsini çəkməyə başlayıb. Moskvanın qərarı ilə RSFSR tərkibində Qara-Qırğız muxtar vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə SSRİ-nin subyekti kimi Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi. Bir qədər sonra (27 oktyabr) Türkmənistan SSR yaradıldı.
Qızılsu-Qırğız Muxtar dairəsi
Qızılsu-Qırğız Muxtar dairəsi (qırğız.قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; çin. 克孜勒苏柯尔克孜自治州 pinyin. Kèzīlèsū Kē'ěrkèzī Zìzhìzhōu; uyğ. قىزىلسۇ قىرغىز ئاپتونوم ئوبلاستى) — ÇXR-nın Sintszyan-Uyğur Muxtar Rayonunun qərbində muxtar bölgə. Qırğız dilindən tərcümədə Dairənin adı "qızıl (qırmızı) su" deməkdir, bu da bölgədə axan Qızılsu çayının adı ilə eyniyyət təşkil edir. Muxtar Dairənin səlahiyyətli idarəetmə orqanları Artuş şəhərində yerləşir. Qədim dövrlərdə Akçi nahiyəsinin ərazisində Yuitou knyazlığı yerləşirdi. Han Tarixi Kitabı "Han Şu"da (尉 頭) belə təsvir edilir: "300 ailə, 2300 nəfər, 800 döyüşçü, 4 Çinli məmur. Əhali köçəridirlər, onlar Külçə tərəfdə məskunlaşan Usunlar kimi geyinirlər". Uluğçat nahiyəsinin ərazisində isə Juandu knyazlığı var idi.
Nərgiz
Nərgiz bu mənaları ifadə edə bilər: Nərgiz yaxud nərgizgülü — çiçək. Nərgiz (ad) Nərgiz (mifologiya) — yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. Nərgiz (opera) — Azərbaycan bəstəkarı Müslüm Maqomayevin operası. Nərgiz (kafe) — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. NTV (Türkiyə) — Nərgiz TV, Türkiyə nin ilk xəbər kanalı. Nərgizlər vadisi — Ukraynanın Zakarpatya vilayətində yerləşən Karpat biosfer qoruğunun xüsusi qorunan massivi.
Nərgiz (ad)
Nərgiz — qadın adı. Nərgiz Datt (1929–1981) — Hindistan aktrisası. Nərgiz Mütəllimova — azərbaycan müğənni, aktrisa. Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. Nərgiz Paşayeva — filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Mehriban Əliyevanın bacısı. Nərgiz Əliyeva — tarixçi. Nərgiz Mustafayeva — film tərcüməçisi, film çəkilməsinə kömək edən. Nərgiz Kərimi — musiqi tərtibatçısı. Nərgiz Cəfərli — aktrisa. Nərgiz Əbdülrəhmanzadə — aktrisa.
Nərgiz (dəqiqləşdirmə)
Nərgiz bu mənaları ifadə edə bilər: Nərgiz yaxud nərgizgülü — çiçək. Nərgiz (ad) Nərgiz (mifologiya) — yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. Nərgiz (opera) — Azərbaycan bəstəkarı Müslüm Maqomayevin operası. Nərgiz (kafe) — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. NTV (Türkiyə) — Nərgiz TV, Türkiyə nin ilk xəbər kanalı. Nərgizlər vadisi — Ukraynanın Zakarpatya vilayətində yerləşən Karpat biosfer qoruğunun xüsusi qorunan massivi.
Nərgiz (kafe)
"Nərgiz" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. "Nərgiz" kafesi 1961-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. SSRİ dövründə kafə-restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu. Misal üçün, menüdə nərə və qara kürü olsa da, amma qeyd olunan qiymətə şəhərdə onları tapmaq mümkün deyildi. Kafedə 1961-cı ildə çəkilən "Amfibiya adam" filminin bir epizodu çəkilib. Epizodda Latın Amerikalı xanım "Ey moryak, tı slişkom dolqo plaval" (azərb. Ey dənizçi, sən çox uzun müddət üzmüsən‎) caz mahnısını ifa edir.
Nərgiz (mifologiya)
Nərgiz, Narçis (yun. Νάρκισσος mənası "qürurlu", "özündənrazı") yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Tiresiy ona öz əksini görməzsə çox yaşayacağını vəd etmişdir. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo onaltı yaşlı Nərgizi ov edərkən görmüş və ona aşiq olmuşdur. Exo danışa bilmədiyindən eşqini ona aça bilməmişdir. Dialoq: (Məzmununun tərcüməsi) Nərgiz:-Burda kimsə var? Exo:-Var.
Nərgiz (opera)
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Nərgiz Abdullayeva
Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor. Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978–1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986–88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvələrində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.
Nərgiz Axundova
Axundova Nərgiz Çingiz qızı (1959, Bakı) — AMEA-nın həqiqi üzvü (2017), AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi , tarix üzrə elmlər doktoru, professor. Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. N.Ç.Axundova Tarix institutunda işlədiyi müddətdə həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətində özünü yüksək ixtisaslı və bacarıqlı bir mütəxəssis kimi göstərmişdir. Üç doktorant, iki dissertantın elmi rəhbəridir. İxtisaslaşmış Elmi Şuranın üzvüdür. 1987-ci ildə «Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (SSRİ Nazirlər Kabineti yanında AAK-ın 23 mart 1988-ci il tarixli qərarı ilə, diplom ИT № 012482) və 2007-ci ildə «Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu» adlı tarix üzrə doktoru dissertasiyasını (AAK-ın 25 yanvar 2008-ci il tarixli iclas protokolu №03-R, diplom ED № 01006) müdafiə etmişdir. N.Ç.Axundova 3 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 11 tədris proqramının, 79 məqalənin müəllifidir, respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır.
Nərgiz Bağırzadə
Nərgiz Eldar qızı Bağırzadə (17 dekabr 1979, Bakı, Azərbaycan SSR) — azərbaycanlı ssenarist. Nərgiz Bağırzadə 17 dekabr 1979-cu ildə Bakıda anadan olub. Qərb Universitetində (1996-2000) təhsil alıb. 2004-cü ildə ÜDKİ-in ssenari fakültəsinə daxil olub (Rüstəm İbrahimbəyovun emalatxanası). 2007-ci ildən Rüstəm İbrahimbəyovun Kino Məktəbinin kinorejissorluq fakültəsinin tələbəsidir. 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2004-cü ildən yazıları "Литературный Азербайджан" jurnalında dərc olunmağa başlanıb. 2006-cı ildə "Bazar ertəsi artıq külək əsməyəcək" (А в понедельник ветра уже не будет) tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. 2007-ci ildə "Lotereya bileti" (Лотерейный билет) hekayəsi "Мир литературы" jurnalında dərc olunub. "Buludlarda" (В облаках, 2007) qısametrajlı bədii filmin ssenari müəllifi, "Həmişəki kimi" (Как всегда, 2008) qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.
Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı (4 may 1975, Sumqayıt) — tənqidçi, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (2015), dosent (2017), Qızıl kəlmə mükafatı laureatı (2015), Prezident təqaüdçüsü Nərgiz Mərdan qızı Cabbarlı 4 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsini bitirmişdir (1998). 2006-cı ildən AMEA Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə “Çağdaş Azərbaycan şeirinin inkişaf meyilləri (1993-2005-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. "Azərbaycan romanının təkamül prosesi" adlı doktorluq mövzusu üzərində tədqiqat aparır. Hal-hazırda "Şərq-Qərb" nəşriyyatının baş redaktorudur. “Qurtuluşdan sonra. “Yeni nəsil ədəbiyyatı” kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi Qızıl kəlmə – 2015 mükafatına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Azərbaycan Yaradıcılıq Fondu tərəfindən 2024-cü ilin "Ədəbiyyat adamı" adına layiq görülüb.
Nərgiz Cəlilova
Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakı[mənbə göstərin] şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space və Lider kanallarında işləyib. 6 dekabr 2009-cu ildən Xəzər TV kanalında Cəlilova "Pəncərə" adlı verliş aparırdı. Veriliş hər bazar günü saat 23:30 başlayırdı. Bu verliş layihəsi 2010-cu ildə bitirildi. 2015-ci ilin Aprel ayından başlıyaraq, Cəlilova AZTV-də "Sevələnlər" adlı verlişi aparır.
Nərgiz Kərimova
Kərimova Nərgiz Faiq qızı 13 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-88-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində oxumuşdur. 1988-1992-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini qırmızı diplomla bitirmişdir. 1988-ci ildə Bəstəkarlar İttifaqının keçirdiyi Musiqi Festifalında böyük uğur qazanmış, laureat adına layiq olmuşdur. 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» Respublika müsaqibəsinin laureatı olmuşdur. 1990-cu ildə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinki adına XIV Beynəlxalq Vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunmuşdur. 1994-cü ildənAzərbaycanDövlət Teleradio Şirkətinin solistidir. Moskva, Sankt-Peterburq, London şəhərlərində konsertlərdə uğurla iştirak etmişdir. Dövlət tədbirlərində, Bakının konsert zallarında, Respublika sarayında, Moskvanın «Rossiya» və «Sütunlu» zallarında klassik və müasir əsərləri simfonik və kamera orkesterlərinin müşayəti ilə ifa etmişdir.
Nərgiz Məmmədova
Nərgiz Vahab qızı Məmmədova (7 dekabr 1988, Bakı) — azərbaycanlı televiziya aparıcısı və sənətçi. Nərgiz Məmmədova 1988-ci il 7 dekabr Bakı şəhərində ailənin ilk övladı olaraq anadan olub . Həbib bəy Mahmudbəyov adına Texniki Humanitar Elmlər liseyinin məzunu olub, Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə qəbul olub və bitirib. 2007-ci ildən aparıcı kimi "Azad Azərbaycan TV" kanalında fəaliyyətə başlayıb. "Performans", "ATV maqazin", "Avto star" və s. bir çox verilişlərin aparıcısı olub. Eyni zamanda, 2014-cü ildən etibarən "Qız atası" serialında da rol alıb.
Nərgiz Paşayeva
Nərgiz Arif qızı Paşayeva (13 dekabr 1962, Bakı) — filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti, AMEA-nın həqiqi üzvü (2 may 2017), İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri. Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994–2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir. 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 2006–2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
Nərgiz Qurbanova
Dr. Nərgiz Akif qızı Qurbanova (1975) — azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016—2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri (2021—h.h.). Nərgiz Qurbanova 1975-ci ildən anadan olub. Nərgiz Qurbanova 1990-1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995-1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997-1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb. Nərgiz Qurbanova həmdə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rus və fransız dillərində sərbəst danışır. Nərgiz Qurbanova ailəlidir. Bir oğlu var.
Nərgiz Umudova
Nərgiz Məmmədağa qızı Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır. Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.
Nərgiz Xəlilova
Nərgiz Xəlilova (tam adı: Nərgiz Ramazan qızı Xəlilova; Azərbaycan Respublikası – Moskva) — Azərbaycan SSR-də dəb ikonası, musiqişünas, Müslüm Maqomayevin xalasıoğlunun qızı və Üzeyir Hacıbəyovun qohumu. Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika təhsili var idi. 1930-cu ildə "Bakinski raboçi" (Bakı fəhləsi) qəzetinin müxbiri kimi Leninqradda akkreditə edilib və orada da Nərgizin gələcək anası ilə tanış olub. Onun anası Elvira Xəlilova Belorusiyada anadan olub. Cütlük 20 il birlikdə yaşayıb. Nərgiz Xəlilova Rusiyanın Leninqrad şəhərində anadan olub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəldi və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşdılar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin (onlar bacanaq idilər) həyat yoldaşlarının bacısı idi.
Nərgiz Şirəliyeva
Nərgiz Oktay qızı Şirəliyeva (9 noyabr 1974, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Vahid Rusiya Partiyasının üzvü, "Qızıl lira" mükafatı laureatı, Moskva vilayəti İctimai Palatasının üzvü, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərgiz Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə o, balet kursuna, daha sonra musiqi məktəbinə və bal rəqsinə getmişdir. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olmuşdur. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərgiz Şirəliyeva ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir kimi praktika keçən N. Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirmiş və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlamışdır. "Kultura" qəzeti ilə yanaşı, o, Moskvada nəşr olunan bir sıra qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirmişdir. N. Şirəliyeva 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura"da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam etdirmişdir. Q, 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olmuş, 2004-cü ildə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix üzrə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ilin fevralından "Kultura" telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunan N. Şirəliyeva 2008-ci ildən "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olmuşdur. Nərgiz Şirəliyeva hazırda "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışır, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.
Nərgiz Şəfiyeva
Nərgiz Mahmud qızı Şəfiyeva (1940) — bəstəkar, Əməkdar incəsənət xadimi. Nərgiz Şəfiyeva 1940-cı ildə Bakıda dünyaya göz açmışdır. Atası, əslən şuşalı olan Mahmud Şəfiyev İkinci dünya müharibəsində şəhid olmuşdur. Amansız müharibə Nərgizi atalı həyatın sevincindən məhrum etmişdir. Anası Təibə xanım həyatın əzab-əziyyətlərinə qatlaşaraq Nərgizi Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirmişdir. Hətta qızına musiqi təhsili verməyə də müyəssər olmuş, istedadının pərvazlanması üçün şərait yaratmışdır. Nərgiz Şəfiyeva 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirmiş, elə həmin ildə konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsinə daxil olmuşdur. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilmiş və 1958–1964-cü illərdə böyük bəstəkar, xalq artisti Qara Qarayevin sinfində təhsil almışdır. Eyni vaxtda iki fakültədə oxuyan N. Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəmişdir. Hələ tələbə ikən-1959-cu ildə Nərgiz xanım Azərbaycan bətəkarlarının plenumunun və 1962-ci ildə keçirilən 3-cü qurultayının iştirakçısı olmuşdur.
Nərgiz Əhmədova
Nərgiz Əliyarova
Nərgiz Əliyarova (d1968, Bakı ş.) – Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti. Nərgiz Əliyarova 1968-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Bülbül adına orta-ixtisas məktəbini qızıl medalla bitirmiş; 1986-1991-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində təhsil almış; Oranı "Lenin təqüdü" ilə oxuyaraq, sonda fərqlənmə diplomuna layiq görülmüş; 1991-1993-cü illərdə həmin akademiyanın aspiranturasında elmi araşdırmayla məşğul olmuş; 1992-ci ildə müəllim kimi dərs deməyə başlamış; 2017-ci ilədək Bakı Musiqi Akademiyasında baş müəllimdən professor vəsifəsinədək yüksəlmişdir; 2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur; 2002-ci ildən Azərbaycan Dövlət Fortepiano Triosunun solistidir; 2008-ci ildə isə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülmüş; 2008-ci il İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı olmuş; 2015-ci ildə ona "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir" kompakt diskinə görə "Azərbaycan Dövlət Mükafatı" təqdim olunub.
Nərgiz Əliyeva
Nərgiz Əliyeva — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur. Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur. 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N. Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin üzvüdür. N. Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur. Nərgiz Əliyeva 12 monoqrafiya, kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə (London, Moskva, Sankt-Peterburq, Milan, Mahaçqala, Tbilisi, Dəməşq, Karşi, Luqanski, Almatı, Astana, Konya, Bolu, Samsun, Ufa, Qazan, Varşava, Dehli, Bişkek, Daşkənd,Vitebsk və s.) elmi əsərlər dərc etdirməklə yanaşı 50-yə yaxın simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxışlar etmişdir. Onun 22–26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda "Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti" mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu göndərilmişdir.
Nərgiz Əsədova
Nərgiz Əsədova (tam adı: Nərgiz Zakir qızı Əsədova; d. 28 noyabr 1980, Tripoli, Liviya) — Azərbaycan əsilli Rusiya jurnalisti. 1980-ci il 28 noyabrda Liviyanın Tripoli şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2004-cü ildə "Kommersant" qəzetinin beynəlxalq şöbəsinə işə götürülüb. 2007-ci ilin avqustundan 2009-cu ilin iyun ayına qədər ABŞ-nin Vaşinqton şəhərində RİA Novosti bürosunun rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Qırğı
Müharibə qırğısı (ing. War hawk) və ya qırğı (ing. hawk) — siyasətdə və ya iqtisadiyyatda, öz ölkəsinin vəziyyətini yaxşılaşdırmaq üçün, digər ölkələr, təşkilatlar və ya hökumətlər ilə əlaqədar sərt tədbirlər tərəfdarı olan şəxslərə deyilən termin.
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.