Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nankor (mahnı)
Ankor adası
Ankor adası (mao. Puke Nui) — adanın sahəsi 1380 ha təşkil edir. Yeni Zelandiyanın Fordlend Milli Parkı ərazisində, Daksi-Saun fiordu rayonunda yerləşir. Adanın malsimal hündürlüyü 417 metrdir. Əsas adalardan 2,5 km məsafədə yerləşir. Ada Kakapo, Tiko kimi bir çox quş növlərinin qorunması məqsədilə qoruq elan edilmişdir.
Nándor Hidegkuti
Nándor Hidegkuti (3 mart 1922 – 14 fevral 2002, Budapeşt) — macar keçmiş futbolçusu və meneceri. MTK Budapeştdə debütü edən Hidegkuti, Ferenc Puskas, Zoltan Czibor, Sándor Kocsis və Jozsef Bozsik ilə əfsanəvi Macarıstanın Qızıl Komandasının üzvü idi. İrəli yarımmüdafiəçi (ikinci hücumçu) mövqeyində çıxış edən Hideqkuti, 1953-cü ildə Uembli Stadionunda keçirilən və Macarıstanın o vaxtkı güclü komanda İngiltərəni 6–3 hesabı ilə məğlub etdiyi mübahisəli matçda het-trik etdi. Futbolu buraxdıqdan sonra məşqçilik karyerasına başladı. 14 fevral 2002-ci ildə ürək xəstəliyindən vəfat etdikdən sonra MTK Budapeşt stadionunun adını onun xatirəsinə " Nándor Hidegkuti Stadium " adlandırdı. Avropada II . İkinci Dünya Müharibəsi illərində peşəkar futbolçu karyerasına başlayan və 1945-ci ildə Elektromosda 53 matçda vurduğu 27 qolla MTK Budapeştə transfer olan Hideqkuti, 13 illik karyerasında MTK-da 1951, 1953 və 1958-ci illərdə 3 dəfə Nemzeti Bajnokság I çempionluğunu qazandı. Nándor Hidegkuti Macarıstan milli futbol komandasının heyətində 30 sentyabr 1945-ci ildə Rumıniyaya qarşı debüt etdi və qolla 7–2 hesablı qələbəyə töhfə verdi. İlk 9 milli imtahanda Macarıstan bütün görüşlərində fərqli xallarla qalib gəlib. Əfsanəvi Macarıstan komandası ilə birlikdə 1952 Helsinki Olimpiya Oyunlarında kuboku başı üzərinə qaldırdı.
Anqkor
Anqkor — Kamboca: Bir zamanlar böyük Xmer imperiyasının paytaxtı olan bu şəhər, Kambocanın tropik meşələrinin içində yerləşir. Dünyanın ən böyük məbədi olan və şəhərə adını verən "Anqkor Vat", ölkənin ən çox turist gələn bölgəsidir.
Bankir
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Dankov
Dankov — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Linkor
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. Смит П. Ч. Закат владыки морей.
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Narkoz
Narkoz(q.yun. νάρκωσις — uyuşmaq) — yuxunun baş verdiyi, şüurun itirilməsi, skelet əzələlərinin rahatlaşması, bəzi reflekslərin azalması və ya sıradan çıxması, ağrı həssaslığının yox olması ilə müşayiət olunan, mərkəzi sinir sisteminin süni şəkildə induksiya edilmiş geri qaytarıla bilən süni vəziyyətidir. Bütün bunlar, müəyyən bir xəstənin fərdi xüsusiyyətlərini nəzərə alaraq və tibbi prosedurun növündən asılı olaraq anestezioloq tərəfindən seçilən optimal doza və birləşməsi olan bir və ya daha çox ümumi anesteziyanın tətbiqi ilə baş verir. Narkoz vəziyyəti şüurun itirilməsi, həssaslığın (ilk növbədə ağrı) və refleks reaksiyalarının yatırılması və skelet əzələlərinin tonusunun azalması ilə mərkəzi sinir sisteminin geri dönən depressiyası ilə xarakterizə olunur. Narkoz üçün vasitələr həyəcanın mərkəzi sinir sisteminə neyronlararası (sinaptik) ötürülməsini maneə törədir. Eyni zamanda, afferent impulsların ötürülməsi pozulur, kortikal-subkortikal əlaqələr, ara, orta və onurğa beyni funksiyası dəyişir, bu da anesteziyanın inkişafına səbəb olur. Mərkəzi sinir sistemi və müxtəlif morfofunksional təşkilatın müxtəlif səviyyələrdə sinaptik formalaşması anestezik agentləri eyni dərəcədə həssas deyil. Bu, narkoz üçün dərmanların təsirinin mərhələlərini izah edir. "Narkoz" termini bədənin ümumi anesteziyasına aiddir. Yerli (yerli) ağrısızlaşdırma haqqında danışarkən, "yerli anesteziya" və ya lokal anesteziya termini istifadə olunur.
Naoko
Naoko — yapon adı. Naoko Takeuçi — yapon manqaka. Naoko Nişiqay — keçmiş Yaponiya qadın futbolçusu. Naoko Kavakami — keçmiş Yaponiya qadın futbolçusu.
Georq Kantor
Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir. Georq Kantor birja makleri Georq Voldemar Kantor və Mariya Kantorun ailəsində dünyaya gəlmişdir. Onun atası Kopenhagendə anadan olmuş, gənc vaxtlarında Sankt-Peterburqa köçərək orada lütherlik missiyasiyasına qoşulmuşlar. Oğlununn sonrakı deyimlərinə görə onun atası separd ailəsinə mənsub olmuşdur. Anası Sankt-Peterburqda avstriya mənşəli musiqiçi ailəsində anadan olmuşdur. Kantor ailəsində uşaqlar sərt dini mühitdə tərbiyə almışlar. Ona görə də Georq Kantor ömrünün çox hissəsini dərin dini təsəvvürə malik bir insan olaraq qalmışdır. O 11 yaşında olarkən ailəsi atasının səhhətinin pisləşməsi ucbatından Visbadendə yerləşən kurort şəhərinə köçür. Bir az sonra onlar Frankfurt na Mayn şəhərinə köçürlər. Məktəbi bitirdikdən sonra 1860-cı ildə o Sürixdəki politexnik məktəbinə daxil olur.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Mixael Yanker
Mixael Yanker (23 mart 1992) — Almaniyalı atıcı. Mixael Yanker Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mixael Yanker birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.8 xal toplayaraq 29-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nankin Universiteti
Nankin Universiteti (çin. 南京大學) — Çin Xalq Respublikasının Nankin şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1902-ci ildə qoyulmuşdur. Çində qızların qəbul edildiyi ilk ali məktəbdir. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Nankin Universiteti Tsinxua və Pekin Milli universitetləri ilə, daha sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş Cənub-Qərbi Milli Universiteti ilə Çanqşa şəhərində Çanqşa Müvəqqəti Universiteti adı altında birləşdirilmişdir. Universitetin zəngin kitabxana fondu var. Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Nankin müqaviləsi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nanter (rayon)
Nanter (fr. Nanterre) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — O-de-Sen. Suprefektura — Nanter. Rayon əhalisi 2006-cı ildə 823 566 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 10167 nəf / km². Rayon ərazisi — 81 km².
Naukot qalası
Naukot qalası — Bu qala 1814-cü ildə Mir Kərəm Əli Xan Talpur tərəfindən tikdirilib. Tarparkar dairəsində Mithi Talukada, Sind əyalətinin Mirpur Xas şəhərindən təxminən 64 km cənubda yerləşir. Yerləşmə yerinə görə onu həm də Tar səhrasının giriş qapısı da adlandırırlar. Bu həmin qalanın Racputlara qarşı ərazinin qorumasında istifadə edilməsinə görə də belə adlanırdı. Naukot qalası yerləşdiyi Tarparkar dairəsinə görə unikal memarlıq abidəsidir. Belə ki, onun tikintisində yalnız kərpicdən istifadə edilib. Maraqlıdır ki, tikintisində ağac və dəmir kimi materiallardan istifadə edilməyib. Qala yanmış kərpicdən tikilib. Onun uzunluğu 113 metr, eni isə 98 metrdir. Qalanın cənub tərəfində daha bir dördkünc tikili var.
Qeorq Kantor
Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir. Georq Kantor birja makleri Georq Voldemar Kantor və Mariya Kantorun ailəsində dünyaya gəlmişdir. Onun atası Kopenhagendə anadan olmuş, gənc vaxtlarında Sankt-Peterburqa köçərək orada lütherlik missiyasiyasına qoşulmuşlar. Oğlununn sonrakı deyimlərinə görə onun atası separd ailəsinə mənsub olmuşdur. Anası Sankt-Peterburqda avstriya mənşəli musiqiçi ailəsində anadan olmuşdur. Kantor ailəsində uşaqlar sərt dini mühitdə tərbiyə almışlar. Ona görə də Georq Kantor ömrünün çox hissəsini dərin dini təsəvvürə malik bir insan olaraq qalmışdır. O 11 yaşında olarkən ailəsi atasının səhhətinin pisləşməsi ucbatından Visbadendə yerləşən kurort şəhərinə köçür. Bir az sonra onlar Frankfurt na Mayn şəhərinə köçürlər. Məktəbi bitirdikdən sonra 1860-cı ildə o Sürixdəki politexnik məktəbinə daxil olur.
Tanusri Şankar
Tanusri Şankar (ing. Tanushree Shankar; 16 mart 1956, Kəlkətə) — Hindistan rəqqasəsi, balerina və baletmeyster. Tanusri Şankar 1956-cı il mart ayının 16-da Kəlkətədə anadan olub. Tanusri Şankar Hindistanda müasir rəqsin ən aparıcı balerinası və baletmeysteridir. O, 1970–1980-ci illərdə Hindistan İncəsənət Mərkəzinin aparıcı balerinası olub. Şankar dünyada müasir hind rəqslərinin tanınması üçün çox iş görür. O, mötəbər beynəlxalq festivalların mükafatçısıdır. Tanusi Şankar bütün dünyada müasir Hindistan rəqsinin yayılması istiqamətində kampaniya keçirir. Onun həyat yoldaşı Hindistanın məşhur bəstəkarı və Hindistanın əfsanəvi cazmeni, maestro Ravvi Şankarın qardaşı oğludur.
Tatyana Ananko
Tatyana Ananko (26 iyun 1984) — Belarusu təmsil edən bədii gimnast. Tatyana Ananko Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Yankov yarımadası
Yankov yarımadası (rus. Полуостров Янковского) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Böyük Pyotr körfəzinin şərqində yerləşir. Narva buxtası və Lebyajya laqununu Slavyanski körfəzindən ayırır. Şimal-qırbində bataqlıqlaşmış bərxəx onu materiklə birləşdirir. Şərqində Qeko buxtası, cənub-şərqində Tabunnaya buxtası, cənub-qərbində isə Minonosok buxtası yerləşir. Şimal nöqtəsi Briner, şərq Kupriyanov burnu adlanır. Cənub hissəsində Sidorov və Qerasimov adaları yerləşir. Şərqində isə Koliçi adası vardır. Burada çoxlu sayda kiçik axarlar vardır.
Qion Nankay
Qion Nankay (祇園 南海, 1676, Edo[d] – 26 oktyabr 1751) – Yaponiya şairi, xəttatı və bucinqa rəsm sənətinin pionerlərindən biri. Qion Yu əsl adıdır. Kii hanında (indiki Vakayama prefekturası) yaşayan bir konfusiçi alimin və həkimin ilk oğlu kimi dünyaya gəlmişdir. Uşaq olanda atası ilə birlikdə Edo şəhərinə gedib Kinoşita Cunandan konfusiçiliyi və Çin poeziyasını öyrənmişdir. Tezliklə Çin dilində şeirlər yazan şair və xəttat kimi tanınmışdır. 1697-ci ildə Kiiyə qayıdaraq hanın rəsmi konfusiçi alimi olmuşdur. 1700-cü ildə qeyri-müəyyən cinayətə görə kiçik bir kənddə dustaq edilmişdir. 10 il sonra bağışlanılmış və Koreya diplomatik nümayəndəliyinin qəbulunda iştirak etməyə dəvət edilmişdir. 1713-cü ildə açılmış yeni məktəbin professoru təyin olunmuşdur. Nankayın spesifik rəsm müəllimi olmamış, öz-özünə təhsil vermişdir.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind. रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.
Canköy
Canköy (ukr. Джанкой, krımtat. Canköy, Джанкой) — Krımın şimalındakı şəhər. Krım Respublikasının ayrıca inzibati vahidini - respublika əhəmiyyətli Canköy şəhərini təşkil edən, onun tərkibinə daxil olmayan Canköy rayonunun mərkəzidir. Çox vaxt "Cankoy" adı Krım-tatar dilində can kəndi və ya sevimli kənd (dzhan - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Dzhankoy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan dzhan'koydan götürən etimologiyanı daha ağlabatan hesab edirlər[8].ndə can kəndi və ya sevimli kənd (can - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Canköy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan -canköydan götürən etimologiyanı daha məntiqli hesab edirlər. Respublikanın şimalında paytaxt Simferopoldan 90 kilometr məsafədə yerləşir. Canköy stansiyası Xarkov-Sevastopol və Xerson-Kerç xətlərinin kəsişməsində yerləşən dəmir yolu qovşağıdır. Stepnaya çayı şəhərin mərkəzindən axır, şəhərin yeganə su axınıdır.