ƏKSİNƏ

zərf.
1. Tərsinə, ziddinə. Əksinə hərəkət etmək. Bəzən əksinə olur.
– …Gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə.
Vəziyyəti büsbütün əksinə məna edirsiniz. M.S.Ordubadi.

□ Əksinə getmək – ziddinə getmək (hərəkət etmək), düşmənçilik etmək.
Zavallı anacığım!… Tamam da sənin əksinə gedir. S.S.Axundov.

2. Deyilənin və ya nəzərdə tutulanın, gözlənilənin və s.-nin tam tərsinə; biləks (bəzən “olaraq” sözü ilə). Qüvvələrimiz nəinki azalmadı, əksinə, daha da artdı. Maşının sürətini azaltmaqdansa, əksinə, daha da artırdı.
– Əksinə, Zeynəb qarı çox qoçaq bir qadın idi… S.S.Axundov.
Əksinə, rəiyyətin “əlaltı və nankor” hərəkəti şeytan-şuğulun pıçıltısı ilə bəyin qulağına çatdı… S.Rəhimov.
Tofiq isə əksinə, alçaq boylu sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏKSİNƏ 1. ƏKSİNƏ Bu barədə [Zeynal] açıq danışmaq istəməsə də, iradəsinin əksinə gedir, bir-bir açıb deyirdi (B
  • ƏKSİNƏ tərsinə — ziddinə

Antonimlər (əks mənalı sözlər)

  • ƏKSİNƏ ƏKSİNƏ – DÜZÜNƏ Vəziyyəti büsbütün əksinə məna edirsiniz (M.S.Ordubadi); Şərait məsələyə düzünə yanaşmağı tələb edir
ƏKSİK
ƏKSİNQİLAB

Digər lüğətlərdə

колготно́й оскорби́тельность преле́стница преходя́щность тоща́ть тяну́ть диспози́ция злоумы́шленник золотосодержа́щий обса́хариться с пристра́стием кружка bigamous comfortably execrate Kyrie eleison municipium photosphere purview venenous гнать заворчать искусствоведческий одинаковый поваляться