Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nerey
Nerey (yun. Νηρεύς) — Yunan mifologiyasında çox sevilən və hörmət bəslənilən müdrik, ədalətli, dənizcilərin dostu, xoş xasiyyətli su aləmi (dəniz) tanrısı, Geya və Pontun böyük oğlu. Doridanın əri nereidaların atası. Eyni zamanda Fetidanın əridir. Bəzi mənbələrə görə qazı sayılan Amfitrita Poseydonun arvadıdır.
Nereis
Nereis — Hələvi qurdlar tipinin, çoxqıllı həlqəvi qurdlar sinifinə daxildir. Çoxqıllı həqəvi qurdlar demək olar ki, sırf dəniz heyvanlarıdır. Əksəriyyəti suyun dibində sürünərək yaşayır, bir çoxu oturaq həyat tərzi keçirir. Nereis uzunsov bədənə malik olub, 6-12 sm, bəzən 20 sm olur. Bel tərəfi qarın hissəyə nisbətən qabarıqdır və tünd rəngdədir. Nereisin bədəni qonur-yaşil rəngdə olub metala çalandır. Bədəni buğumludur, baş, gövdə hissələrindən və quyruq buğumundan ibarətdir.Ön buğumlar başqa buğumlardan kəskin şəkildə fərqlənir və baş hissəni əmələ gətirir. Baş hissədə bir-birindən kəsgin fərqlənən iki hissədən ibarətdir. Onlardan biri prostomium, digəri isə periprostomium adlanır. Prostomium başın ön hissəsini təşkil edir, nisbətən kiçikdir və üçbucaq şəkillidir.
Vereya
Vereya — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Merye
Merye (fr. Meyrié) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38230. Kommunanın 1999-cu il üçün əhalisi 831 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 283 ilə 400 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
François Çereke
Qalateya (nereid)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Sterna nereis
Vsevolod Neqreyev
Neqreyev Vsevolod Fyodoroviç (22 iyun 1903, Ukrayna, Kerç - 1967) — kimya elmləri doktoru (1951), professor (1953), AMEA-nın müxbir üzvü (1959), Lenin mükafatı laureatı. Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhərində anadan olub. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb. Vsevolod Neqreyev 1930-1959-cu illərdə Azərbay­can Elmi Tədqiqat Neft Emalı İnsti­tu­tunda laboratoriya müdiri, 1959-1960-cı illərdə "Dənizneft" Dövlət Layihə İnstitu­tunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləyib. Vsevolod Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korroziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun sənaye miqyasında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. Alim dəniz neft-mədən, kimya zavodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kimyəvi və elektrokimyəvi korroziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. Onun təklifi ilə hazırda dəniz neft-mədənlərindəki polad dirəklər sink örtüyü vasitəsilə müvəffəqiyyətlə mühafizə olunur. Alimin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mü­hafizə üsu­lu 1960-1970-ci illərdə Krasnodar vilayətinin qaz mədən­lərində geniş tət­biq edilmişdir. Vsevolod Neqreyevin 1938-ci ildə dissertasiya müdafiə etmədən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə isə professor elmi adını alıb. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Zuğaşi Berepe
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir. Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib. Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı. Mehmedali Barış Beşli - vokal Kazım Koyuncu - akustik gitara, vokal İlhan Karahan - elektrogitara Metin Kalaç - bass-gitara Çingiz Eyvazov - zərb alətləri Mahmut Turan - tulum Zülküfil Murat Dilek - zərb alətləri Cafer İsleyen - bass-gitara Gürsoy Tanç - elektrogitara Uğurcan Sezen - klaviş ° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Avlaskani Cuneli Golas Empula Yulun Yeşili Kamiyoni Bozo Bererttaşa Va Mişkunan Ernesto Ben Oxoşkva Do Oropa Şeni 1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Ma a Koçi Vore Enel Hak K3aperi Oropa Ar Tilifoni Ka Tun Mita Xendasoç Anlat Bana Dadişkimi Sopez Gulur İgzas 1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.
Sternula nereis
Sternula nereis (lat. Sternula nereis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin sternula cinsinə aid heyvan növü.
Feriye sarayı
Feriye sarayı — Boğaziçi sahilində indiki Beşiktaş mahalı ilə Ortaköy mahalı arasında Çırağan küçəsi boyunca uzanan Osmanlı saraylarının köhnə adıdır. Bu gün saraylar müxtəlif qurumlar tərəfindən təhsil məqsədləri üçün istifadə olunur. Boğaziçi sahillərində Osmanlı sülaləsi üçün inşa edilən ilk saray 1856-cı ildə istifadəyə verilən Dolmabahçe Sarayı idi. Daha sonra 1872-ci ildə Çırağan sarayı tikildi. Lakin bu iki saray Osmanlı ailəsi üçün kifayət etmədikdə, Çırağan Sarayı ilə Ortaköy məscidi arasındakı sahil zolağında əlavə binalar tikildi. Balyan ailəsinə mənsub memarlar tərəfindən tikilən bu binalar ikinci dərəcəli tikililər və ya yan binalar mənasını verən Feriye sarayları adlanırdı. == Memarlıq xüsusiyyətləri == Dəniz kənarında üç əsas binadan, cariyələr palatası və kiçik iki mərtəbəli binadan ibarət binalar qrupunun arxasında yol kənarında əlavə tikililər var. Bu saraylarda sultanın münasib hesab etdiyi sülalə üzvləri və qış mənzili olmayan insanlar yaşayırdılar. Sarayların sahəsi təxminən 3.000.000 m2-dir. 30 may 1876-cı il çevrilişi ilə taxtdan endirilən Əbdüləziz 4 gün Topkapı sarayında qaldı və qaldığı yerdən razı qalmadığı üçün Feriye Sarayına köçürüldü.
David Neres
David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, İtaliya A Seriyası klubu "Napoli"də hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. == Klub karyerası == === San-Paulu === Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur. 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı. Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaay təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir. Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur.
Kerey Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Le-Perye
Le-Perye (fr. Le Périer) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38302. Kommunanın 1999-cu il üçün əhalisi 126 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 815 ilə 2992 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 34 km şimal-qərbdə yerləşir.
Nerea Kamaço
Nerea Kamaço Ramos (isp. Nerea Camacho Ramos; 15 may 1996, Balanegra[d], Əndəlüs) — İspaniya aktrisası. Debüt işi 2008-ci idə "Camino" filmi olmuşdur.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Gərənə
Gərənə — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Əsl adı Qaranüydür. Gərənə bu adın təhrif forması hesab olunur.Oykonim "qara" (burada "sıx" mənasındadır) və "nüy" (Azərb. dilinin dialektlərində "çaysahili meşəlik" deməkdir) sözlərindən düzəlib, "çaysahili sıx meşəlik" mənasındadır. XIX əsrin məlumatlarına görə əkin və bağ üçün təmizlənmiş meşə yeri də yerli əhali arasında nüy adlanırdı. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Gərənə kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Hərəkə
Hərəkə (حرکه), Ərəb əlifbasındaçı səsli hərflərin yerinə işlənir. Əsldə bu əlifbada hammı səslilər göstərilmir. Azərbaican-ərab əlifbasında bəzi hərflər səsli yerinə işlənir. Misal üçün əlif A/a yerinə istifadə olunur ha belə hərdən هـ/ه Ə yerinə işlənir. Hərəkələr müasir Ərəb dilində yeni yaranmışdır. Səslilər yalnız Quran yazılarında maxsus tələfüz göstərmək məqsədilə istifadə olunur. fəthə (فَتحه) َ hərfin yuxarısında gəlir və Ə səsin verir. سَله (sələ) bu misalda ikinci Ə səsini ـه göstərir. kəsrə (کَسره) ِ hərfin aşağısında gəlir və İ səsin verir. بـِل (bil) zəmmə (ضمه) ُ hərfin yuxarısında gəlir və O, U səslərin verir həmin hərəkə و ilə gələndə (وُ) O, U, Ö və Ü səsidə verir.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Nərələr
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Nəğədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Səreyn
Səreyn (Sarıqaya) — Iran Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Tərəcə
Tərəcə — XIX–XX əsrlərdə və indi də Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat qurğusu. Kümxanada, quraşdırılır. Kümxana (dəyə) nin içərisində 3–4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Çərəcə
Çərəcə — Azərbaycan Respublikasının Göyçay rayonunun Cərəcə inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay çayının sol sahilində, Göyçay-Ucar avtomobil yolu kənarında yerləşir. Kənd əhalisinin sayı 735 (2009) nəfərdir. XVIII əsrin birinci yarısında Nadir şahın Hindistana yürüşü zamanı vətəgələrdə işləmək üçün Çərəcə əyalətindən göndərdiyi türkləşmiş seyidlər Azərbaycanın müxtəlif rayonlarına yayılmışlar. Güman edilir ki, yaşayış məntəqəsini həmin əyalətdən köçürülmüş ailələr saldığı üçün kənd belə adlandırılmışdır. Kənddə Çərəcə kənd məscidi dini icması fəaliyyət göstərir.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. Əhalisi 3714 (2009) nəfərdir. Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəzə
Çərəzə (az-əbcəd. چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Şərəfə
Şərəfə (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Şərəfə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Lui Aleksandr Bertye
Lui Aleksandr Bertye (fr. Louis-Alexandre Berthier; 20 fevral 1753 — 1 iyun 1815) — Fransa marşalı (1804), Napoleon Fransasının vitse-konnetablı (1807), I Nevşatel knyazı, I Valanjen hersoqu (1805-dən) və I Vaqram knyazı (1809-dan). 1799-1807-ci illərdə hərbi nazir və eyni zamanda 1799-1814-cü illərdə I Napoleonun qərargah rəisi. == İlk illəri == Aleksandr 20 fevral 1753-cü ildə Versalda Topoqrafiya Mühəndis Korpusunun polkovnik-leytenantı Jan Batist Bertyenin (1721 – 1804) və Mariya Fransuaza l'Hulye de la Serin ailəsində dünyaya gəlmişdir. Beş uşaqdan böyüyü olan Lui Aleksandrın üç qardaşı Fransa ordusunda xidmət etmiş və onlardan ikisi Napoleon müharibələri dövründə general rütbəsinədək yüksəlmişdi. == Hərbi karyerası == 17 yaşında orduya qəbul olunmuş və qərargahda xidmət etmişdir. 1780-ci ildə general Roşambo ilə birlikdə Şimali Amerikaya yollanmış və ABŞ İstiqlal müharibəsində Böyük Britaniyaya qarşı döyüşlərdə iştirak etmişdir. Qayıtdıqdan sonra polkovnik rütbəsində müxtəlif qərargah vəzifələrində və Prussiyadakı hərbi nümayəndəlikdə çalışmışdır. Fransa inqilabı dövründə Versal Milli Qvardiyasının qərargah rəisi vəzifəsində kral XVI Lüdovikin bacılarını əhalinin zorakılığından mühafizə etmiş və onların qaçmasına yardım etmişdir (1791). 1792-ci il müharibəsində o birdən-birə Marşal Lüknerin qərargah rəisi təyin edildi və Dümurye və Kellermanın Arqon əməliyyatında əhəmiyyətli rol oynadı.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. Nərcənin içində yertutan müqəddəs bir yer.
Merye-lez-Etan
Merye-lez-Etan (fr. Meyrieu-les-Étangs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38231. Kommunanın 2012-ci il üçün əhalisi 898 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 410 ilə 527 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Vild-Donald Gerye
Vild-Donald Gerye (31 mart 1989-cu ildə anadan olub) — Haitili peşəkar futbolçudur. Azərbaycan Premyer Liqasında çıxış edən Zirənin futbolçusu. Yarımmüdafiəçi mövqeyində çıxış edir. O, 2014 FİFA Dünya Kuboku təsnifat mərhələsində iştirak etmişdir. 6 iyul 2017-ci ildə Gerye Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubu ilə iki illik müqavilə imzalamışdır. Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə oyuna daxil olmuş və 83-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Qarabağ rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. 2021-ci ildə Ağdam təmsilçisi Geryeni qış fasiləsində komandanın düşərgəsinə gec qoşulduğu üçün əvəzedici heyətə göndərmiş və 20 min dollar cərimə etmişdi. Bundan sonra oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Neley (Poseydonun oğlu)
Neley (q.yun. Νηλεύς, «mərhəmətsiz») — yunan mifologiyasında personaj, Poseydon və Tironun oğlu, Pelinin əkiz qardaşı, Messeniyada Pilosun qurucusu və padşahı, Nestor haqqında Homer şeirlərinin qəhrəmanı. Neleyin anası Tiro özünün qurduğu Elidadakı Salmoniya şəhərinin kralı Eol nəslindən olan Salmoneyin qızı idi. Ata tərəfdən o, Yelena və Prometeydən (müvafiq olaraq üçüncü və beşinci nəsillərdə), ana tərəfdən isə Arkadiya padşahlarının nəslindən idi. Salmoneyin ölümündən sonra Tiro Fessaliyadakı İolk şəhərinin kralı olan əmisi Krefey tərəfindən böyüdülmüşdür.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Gərənə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Koreya nərəsi
Koreya nərəsi (lat. Acipenser dabryanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Kerey xan (Qazax xanı)
Kerey xan və ya Girey Xan (qazax türkcəsində: Керей хан; 1425 – 1473, Qazax xanlığı) — 1465-1468 illərində ilk Qazax xanı. Əmisi oğlu Canıbəy xanla birgə Qazax xanlığını qurmuşdur. Qızıl Orda və sonradan Ağ Orda xaqanı olmuş Uruz xanın nəticəsidir. Bolat Sultanın oğludur. Burunduq xanın atası. 1468-ci ildə baş vermiş Qazax-Şeybani savaşı nəticəsində həyatını itirmişdir. Ölümündən sonra taxta əmisi oğlu Canıbəy keçmişdir. Çingizlilər xanədanının türkləşmiş Törə sülaləsindəndir.