Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Ipomoea nil
Ipomoea nil (lat. Ipomoea nil) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Mavi Nil
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Nil Armstronq
Nil Armstronq (5 avqust 1930[…] – 25 avqust 2012[…], Sinsinnati, Ohayo) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. == Məlumat == Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Nil Dünyası
Nil Dünyası Nil Karaibrahimgil'in ilk studio albomudur. Albomun üz şəkili bir jurnal kimi dizayn edilmişdir. CD'də "Madonna Olacakmış" mahnısından sonra "Aptal Kovboy" adlı gizli bir mahnı vardır. Diskdə bu gizli mahnı yoxdur.
Nil Karaibrahimgil
Nil Karaibrahimgil Ərənər (17 oktyabr 1976, Ankara) — Türk musiqiçi.
Nil Kempbel
Nil Kempbel (ing. Neil Campbell; 17 aprel 1946, Kalver-Siti, Kaliforniya – 21 oktyabr 2004, Redlends[d], Kaliforniya) — ilk dəfə 1987-ci ildə və daha sonra dəfələrlə çap olunmuş "Biologiya" dərsliyi ilə tanınan, amerikalı bioloq, alim. Bu dərslik dünyadakı 700.000-dən çox yuxarı sinif şagirdi və universitet tələbəsi tərəfindən istifadə olunub. == Həyatı və fəaliyyəti == Nil Kempbel 17 aprel 1946-cı ildə Kalver-Siti şəhərində anadan olub. Zoologiya üzrə magistr dərəcəsini Los-Anceles Kaliforniya Universitetində müdafiə etmiş, doktorluq dərəcəsini isə bitkilərin botanikası mövzusunda Riversayd Kaliforniya Universitetində müdafiə edib. 30 ildən artıq Kornell Universitetinin, Pomona Kollecinin, Riversayd Kaliforniya Universitetinin, San Bernardinyo Valli Kollecinin auditoriyalarında dərs deyib. Kempbel bir sıra mükatlara layiq görülüb: 2001-ci ildə Riversayd Kaliforniya Universiteti tərəfindən Fərqlənən Məzun Mükafatı və 1986-cı ildə San Bernardinyo Valli Kolleci tərəfəfindən ilk dəfə verilən Görkəmli Professor Mükafatı. Kempbel, həmçinin, sahil və səhra bitkilərini öyrənən tədqiqatçı idi. O, müəyyən bitkilərin müxtəlif duzluluq, temperatur və pH göstəricilərinə sahib mühitlərdə özlərini necə uyğunlaşdırması ilə bağlı tədqiqata rəhbərlik etmişdir. Əlavə olaraq, o, Mimoza bitkisi və digər paxlakimilərin öyrənilməsi ilə bağlı araşdırmalara da rəhbərlik etmişdir.
Nil Qeyman
Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.
Nil Uşakov
Nil Valeryeviç Uşakov rus. Нил Валерьевич Ушако́в, (latış. Nils Ušakovs‎; (d.6 avqust 1976-cı il, Riqa, Latviya SSR, SSRİ) — Latviya siyasətçisi, Riqa şəhərinin meri (1 iyul 2009-cu ildən). 2006–2009-cu illərdə Latviya parlamentinin deputatı olub. "Razılıq Mərkəzi" siyasi birliyinin sədridir.
Nil deltası
Nil delası — Dünyanın ən böyük deltalarından biri olaraq, Aralıq dənizi sahili boyunca 240 km məsafədə uzanır. Delta qərbdə İsgəndəriyyədən başlayaraq şərqdə Port-Səidə qədər uzanır. Delta əvvəllər mövcud olmuş buxtanın yerində əmələ gəlmişdir. Nil deltasının sahəsi 24 min km²-dir. Qahirədən bir qədər aralıda, çayın mənsəbindən 160 km cənubda Nil qollara ayrılır. Nilin mənsəbini yunanlar "Delta" adlandırmışlar. Onlar deltanı "Δ" hərfinə bənzətmişlər. Bundan sonra dünyada olan bütün bu növ çay mənsəbləri delta adlandırılır. Misirin 80 milyonluq əhalisinin yarıya qədəri Nil deltasında cəmləşmişdir. Deltada yerləşən iri şəhərləri çıxmaq şərti ilə hər km² 1000 nəfər düşür.
Nil timsahı
Nil timsahı (lat. Crocodylus niloticus) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri. Afrikada yayılan üç timsah növündən ən böyüyü, dünyada isə daraqlı timsahdan sonra ikincisi. Afrikadakı su və yarı su ekosistemində ən yüksək yeri tutur. Yetkinlər qara kərgədan, begemot, zürafə, Afrika kəli, adi kanna və aslan kimi böyük və güclü heyvanların öhdəsindən gələ bilərlər. Bundan əlavə Nil timsahı yaşayış mühitinə, ölçüsünə və gücünə görə insan yeyən bir timsah kimi məşhurdur. Qədim dövrlərdə bir qorxu və ibadət obyekti olmuşdur. İndiyə qədər bəlkə də, əsl timsah sinfinin ən məşhur növü olaraq qalır. Bu növün sayı nisbətən yüksək və sabitdir, lakin bəzi ölkələrdə populyasiyalar yox olmaq təhlükəsi ilə üzləşir. == Görünüşü == Bütün timsahlar kimi, Nil timsahının da gövdənin yan tərəflərində yerləşən qısa ayaqları, sıra sümük lövhələrlə örtülmüş pullu dərisi, uzun güclü quyruğu və güclü çənələri vardır.
Nil xanısı
Nil xanısı, ( Latinca: Lates niloticus) Xanıkimilər dəstəsinin Latidae fəsiləsinə aid balıq növü. Xüsusilə Nil çayı və Nil hövzəsindəki göllərdə, həmçinin Volta çayı, Seneqal çayı, Çad gölü və Viktoriya gölü kimi digər Afrika çay və göllərində yayılmışdır. Nil xanısının orta ölçüləri — uzunluğu 45-65 sm, çəkisi 10-20 kq-dır. Maksimum uzunluğu 200 sm, çəkisi isə 200 kq ola bilir. Bədəninin rəngi adətən gümüşü boz olur və beli uzunu gümüşü mavi rəngli zolaqlar keçir. Yırtıcı balıq olan Nil xanısı, kiçik balıqlar və xərçəngkimilərlə qidalanır. Yetkin Nil xanıları suyun dərinliklərində üzməyi seçdikləri halda, balacalar daha çox suyun dayaz yerlərində üzürlər. Bəzi xanıkimilərdə olduğu kimi Nil xanısının da qəlsəmə qapağında iti bir sümük çıxıntısı var. Həmçinin bu çıxıntılara gözləri və qəlsəmələri arasında da rast gəlmək olar. Onlar kiçik və tikan şəklindədirlər.
Nil çayı
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub.Uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nil çoxüzgəclisi
Nil çoxüzgəclisi (lat. Polypterus bichir) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinə aid heyvan növü.
Hapi (Nil tanrısı)
Hapi (Nil tanrısı) — Hapi qədim Misir dinində Nil çayının illik daşqınlarının tanrısı idi. Daşqın nəticəsində çayın sahillərində misirlilərə məhsul yetişdirmək imkanı verən zəngin lil (münbit torpaq) əmələ gəlib. Hapi misirlilər arasında geniş qeyd olunurdu. Hapinin bəzi titulları "Balıqların və Bataqlıq quşlarının Rəbbi" və "Bitki gətirən çayın Rəbbi" idi. Hapi adətən böyük qarnı və böyük sallanan sinəsi olan, bel paltarı geyən və təntənəli saxta saqqallı androqin fiqur kimi təsvir edilir. == Mifologiya == Nil çayının illik daşqını bəzən Hapinin gəlişi adlanırdı. Bu daşqın başqa bir səhra ərazisində münbit torpaq təmin etdiyi üçün Hapi məhsuldarlığı simvollaşdırdı. Zəngin və qidalı məhsul gətirdiyi deyildiyi üçün böyük qadın döşləri var idi. Bərəkətli təbiətinə görə o, bəzən “tanrıların atası” hesab olunurdu və kosmosun, dünyanın və ya kainatın tarazlığını qorumağa kömək edən qayğıkeş ata hesab olunurdu. Onun Asvan yaxınlığında Nil çayının ehtimal olunan mənbəyində bir mağarada yaşadığına inanılırdı.
Malaqasi Nil timsahı
Malaqasi Nil timsahı (lat. Crocodylus niloticus madagascariensis) — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur. == Ədəbiyyat == Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990.
Ağ Nil
Ağ Nil (ərəb. النيل الأبيض‎, translit. ən-Nil ul-əbyəz) — Nil çayının Sudanda Bəhr ül-cəbəl və Bəhr ül-qəzal çaylarının birləşdiyi yerdən Mavi Nilin mənsəbinədək olan hissəsinin adı. Uzunluğu 957 kilometrdir. == Etimologiya == Ağ Nilin sağ qolu olan Subatın daşqın vaxtı Ağ Nilə gətirdiyi maddələr suya ağımtıl rəng verdiyindən çay belə adlanır. == İqtisadiyyat == Balıq tutulur. Gəmişiyə yararlıdır. Suvarmada istifadə edilir.
Convolvulus nil
Ipomoea nil (lat. Ipomoea nil) – sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Eliz Nil
Eliz Demetriya Nil (ing. Elise Demetria Neal; 14 mart 1966, Memfis, Tennessi) — ABŞ aktrisası.
Pharbitis nil
Ipomoea nil (lat. Ipomoea nil) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Nil Geyman
Nil Riçard MakKinnon Qeyman (ing. Neil Richard MacKinnon Gaiman; Portsmut, Böyük Britaniya) — məşhur ingilis yazıçı, qrafiki romanların və komikslərin müəllifi,ssenarist . Məşhur işlərinə misal olaraq bunları göstərmək olar: "Ulduz tozu", "Amerika Tanrıları", "Korolina", "Qəbiristanlıq kitabı", komiks seriası "Qum adam". Qeymana çox mükafatlar verilmişdir: Hüqo mükafatı, Nebula mükafatı, Brem Stoker mükafatı, Con Nyuberi mükafatı, Lokus mükafatı.
Nil Mohan
Nil Mohan (14 iyul 1972, Lakhnau) — 16 fevral 2023-cü ildə Syuzan Voyçiçkidən sonra YouTube-un dördüncü və hazırkı CEO-su olan Hindistan əsilli amerikalı biznes meneceri.
Nil (bitki)
İpomeya (lat. Ipomoea) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi.
Nil Ferquson
Nil Ferquson (ing. Niall Ferguson; 18 aprel 1964[…], Qlazqo) — ingilis (Şotlandiya) tarixçisi, yazıçısı və jurnalisti, Harvard Universitetinin professoru. Oksford Universiteti, Huver İnstitutu və Stenford Universitetində baş elmi işçisi. Onun tədqiqatları dünya tarixi, iqtisadi tarix, Britaniya və Amerika imperializminə yönəlmişdir. O, xüsusilə iqtisadi tarix, maliyyə sistemləri, imperiyaların yüksəlişi və süqutu, eləcə də müasir geosiyasi məsələlər üzrə mütəxəssis kimi tanınır. Ferqusonun araşdırmaları tarixi iqtisadi hadisələrin müasir dünyaya təsirlərini izah etməyə yönəlib. == Əsərləri == Ferquson bir çox məşhur kitab və məqalənin müəllifidir. Əsərləri tarixi hadisələrin iqtisadi, siyasi və sosial aspektlərini əhatə edir. === Kitabları === "The Ascent of Money: A Financial History of the World" (Pulun Yüksəlişi) Pul və maliyyə sistemlərinin tarixini izah edir. 2008-ci ildə televiziya sənədli filmi kimi də təqdim olunub.
Harald Nilsen
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub . == Bioqrafiya == Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir. == Karyerası == 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir.
Kim Milton Nilsen
Kim Milton Nilsen (dan. Kim Milton Nielsen; 3 avqust 1960, Kopenhagen, Danimarka) — danimarkalı keçmiş beynəlxalq futbol hakimi. == Hakimlik karyerası == Kim Milton Nilsen 1976-cı ildən, 15 yaşından hakimliyə başlayıb. 1986-cı ildən Danimarka çempionatının oyunlarına təyinat alıb, 1988-ci ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. 1993-cü ildə Almaniyanın "Verder" və İspaniyanın "Barselona" komandaları arasında oynanan UEFA Superkuboku matçını idarə etdikdən sonra tanınmağa başlanıb. Bir il sonra, 1994-cü ildə UEFA Kubokunun final matçı Kim Milton Nilsenin rəhbərlik etdiyi Danimarkalı hakimlər briqadasına etibar edilib. 1996-cı ildə o, ilk dəfə böyük beynəlxalq turnirə — Avropa çempionatına təyinat alıb. Ümumiyyətlə, Kim Milton Nilsen 1996-cı ildən 2004-cü ilədək yığma komandalar səviyyəsində keçirilmiş mötəbər turnirlərin hamısına təyinat alıb. Kim Milton Nilsen Çempionlar Liqasında 59 matç idarə edib. O, 2004-cü ildə Fransanın "Monako" və Portuqaliyanın "Porto" komandaları arasında keçirilmiş qitənin ən nüfuzlu klub turnirinin final oyununu idarə edib.
Kuzinellus niloticus
Kuzinellus niloticus (lat. Kuzinellus niloticus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Lennart Nilsson
Lennart Nilsson (isv. Lennart Nilsson; 24 avqust 1922[…], Strenqnes[d], Södermanland[d] – 28 yanvar 2017[…], Stokholm) — İsveç fotoqrafı. == Həyatı == Lennart Nilsson İsveçin Strenqes şəhərində anadan olmuşdur. Atası və əmisi fotoqraf idi. Atası on iki yaşında ilk kamerasını ona verdi. On beş yaşındaykən, Luis Pasteur haqqında bir sənədli filmi gördü ki, onu mikroskopla maraqlandı. Bir neçə il ərzində Nilsson mikroskop əldə etmiş və həşəratın mikrofotoqraflarını hazırlamışdır. 1940-cı illərin ortalarında Stokholmun Åhlen & Åkerlund nəşriyyatçısı üçün tez-tez işləyən sərbəst fotoqraf kimi peşəkar karyerasına başladı. Onun ən erkən tapşırıqlarından biri 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı Norveçin azadlığını əhatə edirdi. Laplandiyada (1945), Şpitsbergendə ağ ayı ovu (1947) və Konqo çayında balıqçılar (1948) adlı erkən fotoşəkillərini çəkdi.
Lesli Nilsen
Lesli Nilsen (ing. Leslie Nielsen; 11 fevral 1926[…], Recayna[d] – 28 noyabr 2010[…]) — Kanada-ABŞ komediya aktyoru. 1950-ci illərin ortalarında Hollivuda köçmüş və 1956-cı ildə burada aktyor karyerasında ilk rolunu "Fidiyə" ("Ransom") filmində oynamışdır. 1980–2000-ci illərdə çəkildiyi komediya filmləri ilə dünya şöhrəti qazanmışdır. Dörd dəfə ailə həyatı qurmuşdur. İkinci evliliyindən 2 qızı var. 28 noyabr 2010-cu il tarixində yaşadığı Fort-Loderdeyl şəhərinin xəstəxanasında pnevmoniyanın ağırlaşması nəticəsində yuxuda vəfat etmişdir. == Filmoqrafiya == 1956 — Fidyə 1956 — Qadağan olunmuş planet 1957 — Temmi və subay 1967 — İstəmədən astronavt 1971 — Kolombo: Qadın gözləyir 1972 — Poseydonun macəraları 1972 — MEŞ 1975 — Kolombo: Şəxsi böhran 1977 — Heyvanlar günü 1979 — Şəhərdə yanğın 1980 — Təyyarə 1980 — Məktəb balı 1981 — Çılpaq kosmos 1982 — Mehriban zalım 1982 — Polis dəstəsi 1982 — Creepshow 1986 — Soul Man 1987 — Nuts 1988 — The Naked Gun: From the Files of Police Squad! 1990 — Repossessed 1991 — All I Want for Christmas 1991 — The Naked Gun 2½: The Smell of Fear 1993 — Surf Ninjas 1993 — Bad Golf Made Easier 1993 — Herman’s Head 1994 — The Naked Gun 33 1/33: The Final Insult 1995 — Rent-a-Kid 1995 — Drakula: Ölüdür və bunu sevir 1996 — Spy Hard 1997 — Mr. Magoo 1997 — Family Plan 1998 — Wrongfully Accused 1999 — Pirates 4D 2000 — 2001: A Space Travesty 2000 — Santa Who?
Mimosa nilotica
Vachellia nilotica (lat. Vachellia nilotica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü.
Məhəmmədabad-i Nil (Bicar)
Məhəmmədabad-i Nil (fars. محمد آباد نيل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (63 ailə). Əhalisini kürdlər təşkil edir.
Nil Deqrass Tayson
Nil Deqrass Tayson (ing. Neil deGrasse Tyson; 5 oktyabr 1958[…], Manhetten, Nyu-York ştatı) — Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloqdur.1996-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinə aid olan Hayden Planetariumunun rəhbəridir. Kifayət qədər maraqlı şəxs olan Nil Degrass 2006–2011-ci illər arasında PBS kanalında NOVA scienceNOW adlı elm-təhsil istiqamətli televiziya şousunu aparmışdır. == Həyatı == Tayson Nyu-Yorkda Manhettendə yaşayan üç uşaqlı ailənin ikinci övladı idi. Anası Puerto-Riko əsilli Sansita Mariya (née Feliciano) Tayson ABŞ ın Səhiyyə Nazirliyində Herontoloq işləyib. Atası afroamerikalı Siril deqrass Tayson sosioloq idi. Taysonun uşaqlığı Bronks ın qonşuluğunda Kasl hil də və Riverdeyl də keçib. === Gənclik illəri === Tayson Bruklində elmi təmayüllü məktəbdə (The Bronx High School of Science) təhsil aldığı illərdə (1972–1976-ci) məktəb Fizika Elmi Jurnalının baş redaktoru və güləş üzrə komanda kapitanı olmuşdur. Tayson astronomiya ilə çox kiçik yaşlarında maraqlanmağa başlayıb, yeniyetməlik illərində daha çox həvəslə onu öyrənir, hətta astronomlar cəmiyyətində özünəməxsus tanınmışlıq qazanaraq, 15 yaşında astronomiya ilə bağlı mühazirələrlə çıxış edib. Astronomiyaya olan marağını onun NyuYorkda yaşadığı binanın (Səmaya baxan bina adlandırılıb — "Skyview Apartments")ən yüksək mərtəbəsindən binoklla aya baxmasından sonra yarandığını Tayson özü qeyd etmişdir.