Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Orcya
Acanthospermum (lat. Acanthospermum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Centrospermum Kunth Echinodium Poit. ex Cass. Orcya Vell. Acanthospermum australe (Loefl.) Kuntze Acanthospermum consobrinum S.F.Blake Acanthospermum glabratum (DC.) Wild Acanthospermum hispidum DC. Acanthospermum humile (Sw.) DC. Acanthospermum microcarpum B.L.Rob.
Raya
Raya — qadın adı. Raya Mustafayeva — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Nəcəfova — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru.
Araya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Karyako körfəzini isə şimal hissədən əhatələyir. Marqarita adasından Kubaqua boğazı ilə ayrılır. Yarımadada sıx kollar və akasiya ağacları yayılmışdır. Yarımada Sukre ştatı ərazisinə daxildir. İnzibati baxımından Ribero və Kruz Salmeron Akosta rayonlarınma ayrılır. Qərb qutaracağında Araya şəhəri yerləşir.
Oriya dili
Oriya dili (oriya ଓଡ଼ିଆ oṛiāIAST), rəsmi yazıldığı Odia, Hindistan dillərindən biridir ki, Hind-Avropa dil ailəsinin Hind-ari qoluna aiddir. Əsasən Hindistanın Orissa və Qərbi Benqal əyalətlərində danışılır.
Soraya Arnelas
Soraya Arnelas (13 sentyabr 1982) — İspaniya müğənnisi. Soraya Arnelas 13 sentyabr 1982-ci ildə İspaniyanın Valensiya de Alkantare (Ekstremadura) şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "La noche es para mí" (azərb. "Mənim Üçün Gecə"‎) mahnısı ilə təmsil etmişdir. Finalda 24 xal toplayaraq 23-cü oldu.
Tom Araya
Tomas Enrike Araya Dias (isp. Tomás "Tom" Enrique Araya Díaz; d. 6 iyun 1961, Vinya-del-Mar) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır. Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
Aykut Oray
Aykut Oray (13 oktyabr 1942, Üsküdar, İstanbul - ö. 11 avqust 2009, Köyceğiz, Muğla), Türk teatr, kino və serial aktyorudur.
Raya Mustafayeva
Raya Gülbala qızı Mustafayeva (1938, Xuluq, Qusar rayonu) — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Gülbala qızı Mustafayeva 1938-ci ildə Qusar rayonunun Xuluq kəndində anadan olmuşdur. 1944–54-cü illərdə Qusar şəhər 1 saylı orta məktəbi bitirmiş, 1954–59-cu illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alaraq Universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. Ali təhsilini bitirdikdən sonra, AMEA-nın Zooligiya İnstitutunun aspiranturasına daxil olaraq "Şərqi Zaqafqaziya (Azərbaycan) şəraitində qaratoyuqların ekologiyası" mövzusunun təsdiqi üçün, Türkmənistan Respublikasının Aşqabad şəhərinə gedərək, həmin Respublikanın EA-nın akademiki Ə. G. Rüstəmovun elmi rəhbərliyinin razılığını almışdır. 01 avqust 1959-cu ildən etibarən təyinatla Zaqatala Dövlət Təbiət Qoruğuna işə qəbul edilmiş və ömrünü qoruğun fəaliyyətinə həsr etmişdir. Zaqatala qoruğunda böyük elmi işçi, aparıcı elmi işçi, son 19 il ərzində hal-hazıradək, elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 1967-ci ildə elmi mövzunu başa çatdıraraq dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikasında ilk ornitoloq qadın olaraq, R. G. Mustafayeva ömrünün 60 ilini ekologiya sahəsinə həsr etmişdir. 90 il tarixi olan Zaqatala Dövlət Təbiət Qoruğunda 60 il əmək stajına malikdir və bunun 30 ilini yüksək dağekosistemində az öyrənilmiş nadir quş növlərinin ekologiyasının izlənilməsinə sərf etmişdir. 04.12.2019-cu il tarixində Zaqatala Dövlət Təbiət Qoruğun 90 ili qeyd ediləcəkdir.
Raya Nəcəfova
Raya Əli qızı Nəcəfova (25 oktyabr 1960) — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru. AMEA Azad Həmkarlar Təşkilatında sədr müavini. Nəcəfova Raya Əli qızı 25 oktyabr 1960-cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur.1977-ci ildə orta məktəbi bitirmiş, 1985-ci ildə Bakı Dövlət universitetinin biologiya fakültəsini, bioloq "Biologiya və kimya müəllim"i ixtisası üzrə bitirib. 1990-cı ildə "Синтез и свойства пирролов" mövzusu üzrə dissertasiya işini müdafiə edərək kimya elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1986–1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunda laborant, kiçik elmi işçi və elmi işçi işləmişdir. 07.02.1997-ci ildən 2001-ci ilədək həmin institutda böyük elmi işçi olmuşdur. Fəaliyyət sahəsi-kimyaçı (üzvi kimya), 1990-cı ildə namizədlik, 2006-cı ildə isə "Halogenəvəzli propenonların azottərkibli nukleofillərlə heterotsiklləşməsi" mövzusunda "Üzvi kimya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildə Kembric Beynəlxalq Bioqrafiya mərkəzinin "XXI əsrin 2000 alimindən biri" diplomuna layiq görülmüşdür. 2006-cı ildə Amerika Mədəniyyət mərkəzinin "Şərəf" medalı ilə təltif olunmuşdur. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Oradya Hava Limanı
Oradya Hava Limanı (rum. Aeroportul Internațional Oradea, mac. Nagyváradi Nemzetközi Repülőtér) (IATA: OMR, ICAO: LROD) — beynəlxalq hava limanı, Rumıniyanın şimal-qərbində Oradya şəhərindən 5 km cənub-qərbdə, Bihor judetsində, Macarıstana aparan avtomobil və dəmir yolu yaxınlığında yerləşir. Rumıniyada turizm potensialının (Baile Felix isti bulaqları, Padişin qoruq ərazisi və s.) inkişafında mühüm amildir. E60 Avropa marşrutu yolunun və inşası davam etdirilən A3 Transilvaniya avtomobil yolunun yaxınlığında yerləşir. 2017-ci ildə müasir bir hava limanının açılması son iki ildə sərnişin və yük daşımalarını iki dəfə artırmışdır. Debresen (82 km, Macarıstan) və Kluj-Napoki (165 km) hava limanlarına rəqib sayılır. 2009-cu ildə Bixor bölgə rəhbərliyi daha əvvəl mövcud hava limanının uçuş-enmə zolağını genişləndirmək, yük terminalı tikmək və sərnişin terminalını yeniləmək üçün müqavilələr bağlamağa başlayır. Terminal yeniləməsinə yeni xidmətlərin açılması daxildir: avtomobil icarəsi, valyuta mübadiləsi, mağazalar və s. Bixor bölgə komissiyası, Avropa Komissiyasının nümayəndələri ilə 7 fevral 2014-cü ildə hava limanının yenilənməsi üçün Avropa fondlarından 30 milyon avro ayrılması barədə razılığa gəlir.
Praya-du-Abriko
Praya-du-Abriko (port. Praia do Abricó) — Rio-de-Janeyro şəhərinin qərb hissəsində yerləşən çimərlik. Çimərlik naturizm tərəfdarlarını özünə cəlb edir. Rəsmən Braziliya Naturizm Federasiyası ilə bağlıdır (FBrN). Çimərlik yerli əhali tərəfindən artıq 1940-cı ildən naturizm çimərliyi kimi istifadə edilir. 1950-ci ildə çimərliyi braziliyalı rəqqas, feminist və naturist Luz del Fueqo ziyarət etmişdir. 1972-ci ildə burada Avenida Estado-da-Quanabara yolu çimərliyə girişi asanlaşdırmışdır. 1992-ci ildən rayonun ətraf mühitin qoruma rəyisi icra başçısına naturizm çimərliyinin ləğv edilməsi məqsədilə qanun qəbul edilməsini təklif edir. Qanun 1994-cü ildə qəbul edilir. Bununla belə naturizm praktikası tam ləğv edilə bilinməmişdur.
Praya-du-Diabu
Praya-du-Diabu (port. Praia do Diabo) — Rio-de-Janeyroda yerləşən elə də böyük olmayan çimərlik. Praya-du-Diabu Arpoador (port. Arpoador) və Kopakabana çimərlikləri arasında yerləşir. Ətrafları palma ağacları ilə örtülmüşdür.
Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arara
Arara — Braziliyanın şəhəridir.
Arava
Arava (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Araşa
Araşa, Barreyru — d i — Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Carya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Coroya
Dalbergiya (lat. Dalbergia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acouroa Aubl. Amerimnon P.Browne Coroya Pierre Drakensteinia DC. Drakenstenia Neck. Ecastaphyllum P.Browne Endespermum Blume Fornasinia Bertol. Hecastophyllum Kunth Miscolobium Vogel Podiopetalum Hochst. Pterocarpus P.J.Bergius Securidaca L. Semeionotis Schott Trioptolemea Mart. ex Benth. Triptolemea Mart. == Növləri == Dalbergia abrahamii Bosser & R.Rabev.
Kennet Brana
Kennet Çarlz Brana (10 Dekabr 1960, Belfast), Şimali İrlandiyalı aktyor, rejissor. 23 yaşında, Royal Shakespeare Company-yə qatılmışdır. Burada Vilyam Şekspirin V Henri və Romeo və Cülyetta tamaşalarında baş rolları almışdır. 29 yaşında V Henri filminin rejissorluğunu edib baş rolunda o zamankı həyat yoldaşı Emma Tompson ilə birlikdə oynadı. Film Branaya Ən Yaxşı Aktyor və Rejissor nominasiyasında Oskar namizədlikləri gətirdi. 1993-cü ildə yenə Şekspirin "Much Ado About Nothing" adlı əsərini səhnələşdirmişdi. Denzel Vaşinqton, Keanu Reeves kimi bir çox Hollivud ulduzu filmdə yer alıb. 30 yaşında tərcümeyi-halını yayıb və 34 yaşında Mari Shelley-dən Frankenstein adlı filmi çəkdi və oynadı. Bu filmdə Frankensteini Kennet Brana canlandırdı. 1995-ci ildə Brana və Thompson boşandılar.