Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ubuntu Phone
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Windows Phone
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi. Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi. 2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi.
Apple Pay
Apple Pay — Apple şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və Safari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır. Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi Afrika və Avropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur. Apple Pay həm American Express, Visa (Electron və V Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir. Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən (məsələn, Londonda TfL və Nyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.
Google Pay
Google Pay (20 fevral 2018-ci ilə qədər — Android Pay) — Android əməliyyat sistemi ilə işləyən mobil cihazlardan (smartfonlar, planşetlər və smart saatlar) istifadə etməklə ödəniş etməyə imkan verən sistem. == Xidmətin təsviri == Google Pay kart məlumatlarını satıcıya göndərmək üçün Near Field Communication (NFC) texnologiyasından istifadə edir. O, kredit və debet kartlarında PİN çipi və ya maqnit zolağı əvəz edir və istifadəçiyə həmin məlumatları cihaza endirməyə imkan verir. İstifadəçi kartın fotosunu çəkərək və ya kart haqqında məlumatı əl ilə daxil etməklə xidmətə ödəniş kartını əlavə edə bilər. Ödəniş etmək üçün ödəniş cihazını ödəniş terminalına gətirmək və əməliyyat başa çatana qədər saxlamaq lazımdır. Belə bir ödəniş hər yerdə olan təmassız ödənişə bənzəyir, lakin sonuncudan fərqli olaraq, təhlükəsizlik səviyyəsini artırmaq üçün iki faktorlu autentifikasiya tələb olunur. Xidmət Android cihazına antenna, host kartı emulyasiya texnologiyası və Android təhlükəsizlik sistemi kimi NFC-dən istifadə edən avtomatla simsiz əlaqə yaratmağa imkan verir.
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Pay Pongsaton
Pay Pongsaton (tay ไผ่ พงศธร, ing. Phai Phongsathon; 12 iyun 1982) — Tailand musiqiçisi.
Samsung Pay
Samsung Pay-(SΛMSUNG Pay kimi stilizə edilib) dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Cənubi Koreyanın Samsung Electronics şirkəti tərəfindən idarə olunan mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətidir.Xidmət ilk dəfə Cənubi Koreyada 20 avqust 2015-ci ildə istifadəyə verilib. Bu xidmət, istifadəçilərə smartfonları və smart saatları vasitəsilə alış-veriş etmək, ödəniş etmək, bank kartları və loyallıq kartları ilə əlaqə qurmaq və bir çox əməliyyatıları aparmağa imkan verir. Samsung Pay, Samsung-un 2015-ci ilin fevralında təxminən 300 milyon dollara aldığı startap şirkəti LoopPay-in əqli mülkiyyətindən hazırlanmışdır ki, bu da şirkətin ən böyük alışlarından biridir..
Press F to pay respects
"Press F to pay respects" (azərb. Hörmət göstərmək üçün F düyməsini basın‎) — Oyunun 2014-cü ilin noyabrında buraxılmasından sonra, oyundaxili dəfn mərasimi anında yersiz görünən məcburi interaktiv elementinə görə bir çox tənqidçi və video oyun oyunçusu tərəfindən lağ edildi. O vaxtdan internet şərhçiləri tərəfindən xoşagəlməz hadisələrlə bağlı rəğbət və ya etiraf etmək üçün "F" düyməsindən istifadə olunur. == Haqqında == Call of Duty: Advanced Warfare kompüter oyununda interaktiv səhnə (QTE) zamanı ekranda "Hörmət əlaməti olaraq basın" F işarəsi görünür. Hadisələr dəfn mərasimidə hekayə formatında keçir. Sıravi personajlardan biri olan Cek Mitçel Cənubi Koreyada döyüşlər zamanı həlak olan ən yaxın dostunun, eyni zamanda hərbçinin dəfn mərasimində iştirak edir. Dəfn mərasimində iştirak edən digər əsgərlər növbə ilə bağlı tabuta yaxınlaşır və əlləri ilə qapağa toxunaraq mərhumun xatirəsini ehtiramla yad edirlər. Dəfn səhnəsinin müəyyən bir nöqtəsində, interaktiv alət oyunçuya xatırlatma edir. Klaviaturadakı F düyməsini basarsanız interaktiv obyektlərlə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş qəhrəman da tabuta yaxınlaşacaq və əlini qapağın üstündə tutacaq. Oyunçu xatırlatmanı görməməzliyə gələ bilər, bu zaman xarakter sadəcə olaraq eyni yerdə qalacaq və tabuta yaxınlaşmayacaq; bir dəfədən artıq "xatirə" edə bilmərsiniz.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
IPhone
iPhone — Apple şirkətinin istehsal etdiyi telefon. Cihaz internetə daxil ola bilir, musiqi və videoları səsləndirə bilir, təqvim və kameraya sahibdir və mətn mesajları göndərə bilir. Multitouch funksiyası ilə onu bir və ya iki barmağı ekrana toxundurmaqla istifadə etmək mümkündür. iPhone 3GS və sonrakı modellər iOS 5.1.1 sistemi ilə satışa çıxarılıb və daha sonra iOS 6 yenilənməsi aktivləşdirilib, yalnız iPhone 4 və sonrakı modellər iOS 7 ilə çalışmaqdadır. == Tarixçə == Orijinal birinci nəsil iPhone-un arxası qara plastik vurğulu alüminiumdan hazırlandı. İPhone 3G və 3GS, GSM siqnalının gücünü artırmaq üçün tam plastik bir arxaya malikdir. IPhone 3G, 8 GB qara modeldə və ya 16 GB model üçün qara və ya ağ bir seçimdə mövcud idi. IPhone 3GS, saxlama qabiliyyətindən asılı olmayaraq hər iki rəngdə mövcud idi. iPhone 4-də antena kimi xidmət edən paslanmayan poladdan kənar bir alüminosilikat şüşə var. Əvvəlcə qara rəngdə idi; ağ versiyası açıqlandı, lakin 10 ay sonra 2011-ci ilin aprelinə qədər yayımlanmadı.
Chone
Asırqalotu (lat. Eupatorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eupatorium album L. Eupatorium altissimum L. Eupatorium amabile Kitam. Eupatorium amambayense Cabrera Eupatorium anomalum Nash Eupatorium areniscophilum Cabrera Eupatorium benguetense C.B.Rob. Eupatorium camiguinense Merr. Kənafvari asırqalotu (Eupatorium cannabinum L.) Eupatorium capillifolium (Lam.) Small ex Porter & Britton Eupatorium chinense L. Eupatorium compositifolium Walter Eupatorium cordigerum Fernald Eupatorium doichangense H.Koyama Eupatorium formosanum Hayata Eupatorium fortunei Turcz. Eupatorium glehnii F.Schmidt ex Trautv. Eupatorium gnaphalioides Cabrera Eupatorium godfreyanum Cronquist Eupatorium guanyuanense S.S.Ying Eupatorium hagelundii Matzenb. Eupatorium heterophyllum DC. Eupatorium hualienense C.H.Ou, S.W.Chung & C.I Peng Eupatorium hyssopifolium L. Yapon asırqalotu (Eupatorium japonicum Thunb.) Eupatorium laciniatum Kitam. Eupatorium lancifolium Small Eupatorium leonardii Ferreras & E.E.Lamont Eupatorium leptophyllum DC. Eupatorium leucolepis Torr.
IPhone 4S
iPhone 4S — Apple şirkətinin istehsalı olan smartfon. Daxili yaddaşı 16GB, 32GB və 64 GB-dır. Screen Texnologiyasına malikdir. Ekranla idarə bu telefonda tam sərbəst formada təchiz olunmuşdur. Ekranda görüntu Retina texnologiyası sayəsində təmiz və safdır. Apple-ın virtual assistenti "Siri" ilk dəfə iPhone 4S ilə təqdim edilib.
İPhone 3G
iPhone 3G — Apple tərəfindən hazırlanan və istehsal olunan multimedia və internet xüsusiyyətlərini dəstəkləyən 2-ci nəsil iPhone'dur. Model 9 İyun 2008-ci ildə tanıdılmışdır. iPhone'nun xələfi, iPhone 3GS'nin sələfidir. Qabaqcılı iPhone 2G-dən fərqli olaraq təchizatı yenilənir, kassa materialı yenilənmişdir. Qara və ağ rənglərində istehsal olunmuştur.
İPhone 3GS
iPhone 3GS, Applenin iPhone 3G'dən sonra bazara çıxardığı ağıllı telefondur. 8 iyun 2009'cu ildə San-Fransiskodakı Mosconi Centerdə təşkil edilən WWDC də rəsmi şəkildə elan edilmiş və 19 iyunda altı ölkədə satışına start verilmişdir. iPhone 3G'nin xələfi iPhone 4'ün isə sələfidir. == Xüsusiyyətləri == 3G-dən fərqli olaraq daha güclü prosessor daha yüksək keyfiyyətli kamera (3.2 megapixel) və 7.2 Mbit/s download sürətinə malikdir. iPhone 3GS 3.5 düymlük 480x320 piksellik ekrana malikdir. iPhone 3G-nin iki qatı olan 256 MB-lıq eDRAM'e malikdir. 8, 16, 32 GB'lıq modellər halında çıxmışdır. Daha sonra iPhone 4 çıxınca Apple 16 və 32 GB-lıq modelləri satışdan qaldırmışdır. iOS 6.1.6'ya qədər bütün versiyaları dəstəkləyir. Və son olaraq iOS 7'nin iPhone 3GS'ə gəlməyəcəyi Apple tərəfindən açıqlanmışdır.
İPhone 4
iPhone 4 — Apple şirkəti tərəfindən istehsal olunmuş mobil telefon. == Xarakteristikası == iPhone4 800 meqahers (MHz) tezlikli A4 prosessorundan istifadə edir və 5 meqapiksellik kamera ilə təchiz olunub.
İPhone 5
iPhone 5 — Apple şirkətinin mobil cihaz üzrə tətbiq etdiyi iPhone-un mobil telefonunun 5-ci nəslidir. iPhone-un bu nəsli 2012-ci il sentyabrında elan edilmişdir. == Xarakteristikası == İPhone 2 nüvəli A5 prosessoru əsasındadır. Qurğu 8 meqapiksellik kamera ilə təchiz edilib və iOS 5 əməliyyat sistemi ilə işləyir.
İPhone 5C
iPhone 5S — Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon. iPhone 5C smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda hazırlanır. Apple şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb. iPhone 5C smartfonu Apple A6 prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və LTE şəbəkələrini dəstəkləyir. iPhone 5C smartfonundakı bütün detalların ümumi dəyəri 183 dollar, yığım xərci isə 7 dollardır. Smartfonda ən bahalı detal displeydir. iPhone 5C-nin displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.
İPhone 5S
iPhone 5S - Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon. iPhone 5S smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən ağıllı telefon qara, gümüş və qızıl rəngli korpuslarda tədarük edilib. Smartfonun əsas özəlliklərindən biri dünyada ilk dəfə olaraq Touch ID adlanan barmaq izi skanerini dəstəkləyən telefon olması və eləcədə dünyanın ilk 64 bit memarili Apple A7 prosessoru ilə təchiz olunmasıdır. Aparatda fotosessiya və 1080p (30 fps) formatında videoçəkiliş funksiyaları mövcuddur. iPhone 5S batareyasının tutumu 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir. ABŞ-də abunə müqaviləsi ilə satılan 16 giqabaytlıq yaddaşa malik iPhone 5S-in qiyməti 199 dollar, 32 giqabaytlıq 299 dollar, 64 giqabaytlıq isə 399 dollardır. Smartfonda ən bahalı detal displeydir. iPhone 5S-in displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.
İPhone 6
iPhone 6, Apple-ın 2014-cü ildə iPhone 6 Plus ilə birlikdə tanıtdığı, bir ağıllı telefondur. 9 Sentyabr 2014-cü il tarixində Apple CEO su Tim Cook tərəfindən nümayiş etdirilmişdir. iPhone 5S-in yenilənmiş versiyasıdır. A8 adlı 64-bit-lik bir prosessor və M8 adlı bir "hərəkət köməkçi prosessor" a malikdir. == Dizayn == iPhone 6, iPhone 5S dən fərqli olaraq daha oval künclərlə, telefonun arxasına qədər uzanan çizgilərinə, 4.7 inç ekranı ilə öncəki versialarından 38% daha böyük ekrana, 6,9 mm qalınlığı il 9% daha incəldilmiş bir dizayna malikdir. == Təhcizat == iPhone 6, iPhone 5S dən fərqli olaraq daha güncəl olan Apple A8 prosessora və Apple M8 hərəkət prosessoruna, 6-nüvəli qrafik prosessora, 1 GB RAM-a, 300 Mbit/s LTE əlaqəsi ilə 3 qat daha yüksək məlumat ötürülməsi sürətinə , NFC dəstəyinə , ApplePay ilə plastik kart ödəmələrini telefonla yerinə yetirəbilmə xüsusiyyətlərinə, yenilənmiş bir kamera senzoruna və iOS 8 əməliyyat sisteminə sahibdir. Yenə əvvəlki versiyalardan fərqli olaraq 32 GB-lıq model yerinə 128 GB-lıq model istehsal edilmişdir. iPhone 6 və iPhone 6+ ağıllı telefonları iPhone 5S-ə görə 50% daha çox batareya ömrü təklif edir.
İPhone 6S
iPhone 6S və iPhone 6s Plus — Apple şirkətinin istehsal etdiyi 9-cu nəsil ağıllı telefonudur. Apple şirkəti həmçinin öz məhsulu olan iPhone 6S və iPhone 6S Plus adlı yeni ağıllı telefonunu 9 sentyabr tarixində ABŞın San Francisco əyalətində yerləşən Bill Graham Civic Auditoriumda Amerika saatı ilə 10:00-da "Hey Siri, give us a hint." (Hey Siri, Bizə bir ip ucu ver) şüarı ilə tanıtdı. == DizaynDünya texnologiya nəhəngi olan şirkət hər dəfə olduğu kimi budəfədə öz ənənəsinə sadiq qalaraq iPhoneların "S" serialında çöl dizaynda heçbir dəyişiklik etmədən ağıllı telefonun iç qurğularını dahada təkmilləşdirərək mükəmməlləşdirdi. == == TəchizatYeni nəsil iPhone dünyada ilk dəfə olaraq "3D Touch" texnologiyası ilə mobil telefonlarda ekrana toxunma anlayışına yeni bir anlayış gətirdi. == Bu texnalogiya ilə ekran yüngül toxunmalardan güclü sıxmalara qədər bütün barmaq hərəkətlərini anlaya biləcək. Yeni A9 prosessor sayəsində çox daha sürətlənən yeni nəsil iPhone 12MP kamera ilə də daha keyfiyyətli olan 4K video çəkmə qabliyyətinə və Live Photos dəstəyinə də malikdir.
İPhone 15
iPhone 15 və iPhone 15 Plus, Apple Inc tərəfindən hazırlanmış və bazara çıxarılan smartfonlardır. Onlar iPhone 14-dən sonra iPhone-un on yeddinci nəslidir. Onların buraxılışı Pro və Pro Max variantları ilə birlikdə 12 sentyabr 2023-cü ildə elan edilib. == Dizayn == iPhone 15 və iPhone 15 Plus 5 yeni rəngdə mövcud olacaq: göy, çəhrayı, sarı, yaşıl və qara.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Lay
Lay (təbəqə)
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Dyone
Dyone (fr. Dionay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38145. Kommunanın 2012-ci il üçün əhalisi 119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 392 ilə 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.
Pioner
Pioner 10
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).