PAY-OFF

n amer. d.d. 1. vermə, ödəmə, ödənmə; 2. ödəmə vaxtı; 3. mükafat, bəxşiş; 4. qisas / intiqam alma

PAY-HOSPITAL
PAY-PHONE
OBASTAN VİKİ
Apple Pay
Apple Pay — Apple şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və Safari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır. Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi Afrika və Avropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur. Apple Pay həm American Express, Visa (Electron və V Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir. Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən (məsələn, Londonda TfL və Nyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.
Google Pay
Google Pay (20 fevral 2018-ci ilə qədər — Android Pay) — Android əməliyyat sistemi ilə işləyən mobil cihazlardan (smartfonlar, planşetlər və smart saatlar) istifadə etməklə ödəniş etməyə imkan verən sistem. == Xidmətin təsviri == Google Pay kart məlumatlarını satıcıya göndərmək üçün Near Field Communication (NFC) texnologiyasından istifadə edir. O, kredit və debet kartlarında PİN çipi və ya maqnit zolağı əvəz edir və istifadəçiyə həmin məlumatları cihaza endirməyə imkan verir. İstifadəçi kartın fotosunu çəkərək və ya kart haqqında məlumatı əl ilə daxil etməklə xidmətə ödəniş kartını əlavə edə bilər. Ödəniş etmək üçün ödəniş cihazını ödəniş terminalına gətirmək və əməliyyat başa çatana qədər saxlamaq lazımdır. Belə bir ödəniş hər yerdə olan təmassız ödənişə bənzəyir, lakin sonuncudan fərqli olaraq, təhlükəsizlik səviyyəsini artırmaq üçün iki faktorlu autentifikasiya tələb olunur. Xidmət Android cihazına antenna, host kartı emulyasiya texnologiyası və Android təhlükəsizlik sistemi kimi NFC-dən istifadə edən avtomatla simsiz əlaqə yaratmağa imkan verir.
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Pay Pongsaton
Pay Pongsaton (tay ไผ่ พงศธร, ing. Phai Phongsathon; 12 iyun 1982) — Tailand musiqiçisi.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər.Fləş serialıda Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Dance You Off
Dance You Off (azərb. Səni rəqs etdirmək‎) — İsveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Benyamin İnqrosso "Dance You Off" mahnısı ilə İsveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı MAG, Luis Şurl, K Nita və Benyamin İnqrossonun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Off The Wall
Off the Wall — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Off the Wall (albom)
Off the Wall — Maykl Cekson 5-ci studiya albomu. Albom 10 avqust 1979-cu ildə Epic Records leyblı ilə buraxılmışdır. Albomdakı üç sinqla videoklip çəkilmişdir. Mahnılardan üçü Ceksonun özü tərəfindən yazılmışdır, o cümlədən, Platin sertifikatlı sinql — Don't Stop 'Til You Get Enough. Albom dünyada 20 milyon nüsxədən artıq satılmış və tarixə ən çox satılan albomlardan biri kimi düşmüşdür.
Press F to pay respects
"Press F to pay respects" (azərb. Hörmət göstərmək üçün F düyməsini basın‎) — Oyunun 2014-cü ilin noyabrında buraxılmasından sonra, oyundaxili dəfn mərasimi anında yersiz görünən məcburi interaktiv elementinə görə bir çox tənqidçi və video oyun oyunçusu tərəfindən lağ edildi. O vaxtdan internet şərhçiləri tərəfindən xoşagəlməz hadisələrlə bağlı rəğbət və ya etiraf etmək üçün "F" düyməsindən istifadə olunur. == Haqqında == Call of Duty: Advanced Warfare kompüter oyununda interaktiv səhnə (QTE) zamanı ekranda "Hörmət əlaməti olaraq basın" F işarəsi görünür. Hadisələr dəfn mərasimidə hekayə formatında keçir. Sıravi personajlardan biri olan Cek Mitçel Cənubi Koreyada döyüşlər zamanı həlak olan ən yaxın dostunun, eyni zamanda hərbçinin dəfn mərasimində iştirak edir. Dəfn mərasimində iştirak edən digər əsgərlər növbə ilə bağlı tabuta yaxınlaşır və əlləri ilə qapağa toxunaraq mərhumun xatirəsini ehtiramla yad edirlər. Dəfn səhnəsinin müəyyən bir nöqtəsində, interaktiv alət oyunçuya xatırlatma edir. Klaviaturadakı F düyməsini basarsanız interaktiv obyektlərlə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş qəhrəman da tabuta yaxınlaşacaq və əlini qapağın üstündə tutacaq. Oyunçu xatırlatmanı görməməzliyə gələ bilər, bu zaman xarakter sadəcə olaraq eyni yerdə qalacaq və tabuta yaxınlaşmayacaq; bir dəfədən artıq "xatirə" edə bilmərsiniz.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. == Əlamətdar kover versiyaları == Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. == İştirakçılar == == Püşkatma == Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. == Oyunlar == Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
2022/2023 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi fevralın 14-də 1/8 final mərhələsi ilə başlayıb və 2022–23 UEFA Çempionlar Liqasının çempionlarını müəyyən etmək üçün 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək finalla başa çatacaq. Pley-off mərhələsində ümumilikdə 16 komanda mübarizə aparır. == Komandalar == Pley-off mərhələsində qrup mərhələsindən səkkiz qrupun hər birinin qalibi və ikincisi kimi vəsiqə qazanan 16 komanda iştirak edir. Pley-off mərhələsindəki hər komanda evdə bir oyun oynayır. Ümumi oyunda hesabında daha çox qol vuran komanda növbəti mərhələyə keçir. Ümumi hesab bərabər olarsa, əlavə vaxt 30 dəqiqə oynanılır (səfər qolları qaydası tətbiq edilmir). Əlavə vaxtın sonunda hesab hələ də bərabər olarsa, qaliblər penaltilər seriyası ilə müəyyən edilir. Tək matç kimi oynanan finalda normal vaxtın sonunda hesab bərabər olarsa, əlavə vaxt oynanılır, hesab hələ də bərabər olarsa penaltilər seriyası keçirilir.Dörddəbir final və yarımfinal üçün eyni şəhərin komandalarının eyni gündə və ya ardıcıl günlərdə evdə oynaması logistika və izdiham səbəbindən planlaşdırılmır. Bu cür planlaşdırma ziddiyyətinin qarşısını almaq üçün, əgər iki komanda eyni oyun üçün evdə oynayacaqsa, seçmə mövsümdə daha aşağı yerli reytinqə malik komandanın iştirak etdiyi bərabərliyin mərhələlərinin ardıcıllığı ilkin püşkatmadan dəyişdirilir. == Cədvəl == Cədvəl aşağıdakı kimidir (bütün püşkatmalar UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilir).
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi fevralın 14-də 1/8 final mərhələsi ilə başlayıb və 2022–23 UEFA Çempionlar Liqasının çempionlarını müəyyən etmək üçün 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək finalla başa çatacaq. Pley-off mərhələsində ümumilikdə 16 komanda mübarizə aparır. == Komandalar == Pley-off mərhələsində qrup mərhələsindən səkkiz qrupun hər birinin qalibi və ikincisi kimi vəsiqə qazanan 16 komanda iştirak edir. Pley-off mərhələsindəki hər komanda evdə bir oyun oynayır. Ümumi oyunda hesabında daha çox qol vuran komanda növbəti mərhələyə keçir. Ümumi hesab bərabər olarsa, əlavə vaxt 30 dəqiqə oynanılır (səfər qolları qaydası tətbiq edilmir). Əlavə vaxtın sonunda hesab hələ də bərabər olarsa, qaliblər penaltilər seriyası ilə müəyyən edilir. Tək matç kimi oynanan finalda normal vaxtın sonunda hesab bərabər olarsa, əlavə vaxt oynanılır, hesab hələ də bərabər olarsa penaltilər seriyası keçirilir.Dörddəbir final və yarımfinal üçün eyni şəhərin komandalarının eyni gündə və ya ardıcıl günlərdə evdə oynaması logistika və izdiham səbəbindən planlaşdırılmır. Bu cür planlaşdırma ziddiyyətinin qarşısını almaq üçün, əgər iki komanda eyni oyun üçün evdə oynayacaqsa, seçmə mövsümdə daha aşağı yerli reytinqə malik komandanın iştirak etdiyi bərabərliyin mərhələlərinin ardıcıllığı ilkin püşkatmadan dəyişdirilir. == Cədvəl == Cədvəl aşağıdakı kimidir (bütün püşkatmalar UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilir).