Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asiya porsuğu
Asiya porsuğu (lat. Meles leucurus) — Yırtıcılar dəstəsinə aid olan heyvan növü. Əsasən Rusiya (Volqadan Cənubi Sibirə qədəre ki ərazilər), Orta Asiya, Monqolustan, Çin və Koreya yarımadası ərazisində yayılmışdır. Həyat tərzi baxımında Asiya porsuqları Avropa porsuqları ilə eyni olsa da, rəng və ölçü baxımından kəskin şəkildə fərqlənirlər. Əsasən meşə zonasında rastlanılır. Ancaq tayqa çölləri və yarımsəhralarda da rastlanılır. Asiya porsuğu gecə həyat tərzi keçirir. Bitkilər, omurgasızlar, kiçik gəmiricilər, sürünənlər və kirpilərlə qidalanırlar. Dərin və mürəkkəb quruluşa malik dəliklər qazanırlar. Uzun sürən boğazlıq dövründən sonra (450 günə qədər) dişi 6 bala verir.
Bal porsuğu
Bal porsuğu — Lüğətdə "The meanest creature" adlanan "Manyak Porsuq". Bu heyvan gündə 80 km yeriyərək qabagına çıxan hər şeyi yeyir. Faktiki olaraq bir yuvası yoxdur. Tapdığı bir çuxurda yatır. Balı çox sevdiyinə və dərisinin qalın olması səbəbindən arıları vecinə almadığına görə Bal Porsuğu da deyilir (Honey Badger). Hətta kral Kobranı belə zəhərlənənə qədər yeyər, zəhərin təsirilə özündən getsə belə yenidən ayılıb yeminə qaldığı yerdən davam edər. Çox cəsarətlidir, kefinə görə aslanlarla belə dava edər. Təbiətdə görülmüş nadir heyvanlardandır.
Böyük və Kiçik Porsuq
Böyük Porsuq (qaz. Үлкен Борсық (Ülken Borsıq)) və Kiçik Porsuq (qaz. Кіші Борсық (Kişi Borsıq)) — Mərkəzi Asiyada, Aral dənizindən şimalda, böyük qismi Qazaxıstanın Aqtöbe vilayəti ərazisində yerləşən səhra. Şimaldan cənubda iki uzun zolaq şəkildə uzanır. Birinin uzunluğu 200 km (Böyük Porsuq), digərinin isə 100 km (Kiçik Porsuq) təşkil edir. Səhranın böyük qismi qumlardan ibarətdir. Ancaq Böyük Porsuq səhrasının şimalı allyuvial çöküntülərlə zəngindir. Səhrada güclü küləklərin təsiri ilə barxanlar yaranır. Burada kserofit kollardan ayrıqotu, yovşan kimi bitkilərə rast gəlinir. Üstəlik burada cuzqun, qum akasiyası, gəvən, çingil, tozağacı, iydə və əsməqovaq kimi bitkilər bitir.
Erigeron porsildii
Erigeron porsildii (lat. Erigeron porsildii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Porsava
Porsova (Yardımlı)
Porsava (Cəlilabad)
Porsava (əvvəlki adı: Porsova) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Kurdlər kənd inzibati ərazi dairəsi tərkibindəki Porsova kəndi Porsava kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kərgədi olmuşdur. 2001-ci ildən Porsava kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Porsche
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Porsche 904
Alman avtomobil şirkəti Porsche tərəfindən 1960-cı illərdə istehsal olunan yarış avtomobilidir. == Əsas == Porsche tərəfindən 1964 və 1965-ci illərdə Almaniyada istehsal edilmiş avtomobildir. Porsche 901-in adının Porsche 911 olaraq dəyişdirilməsini tələb edən eyni ad hüququ probleminə görə o, rəsmi olaraq Porsche Carrera GTS adlandırılmışdı == Tarixi == 1962-ci il mövsümünün sonunda Formula 1-dən imtina etdikdən sonra Porsche yenidən idman avtomobil yarışlarına diqqət yetirdi. 904 1963-cü ilin sonunda, 1964-cü il yarış mövsümü üçün 1957-ci ildə təqdim edilmiş 718-in davamçısı kimi debüt etdi. Porsche GTS variantını müxtəlif beynəlxalq yarış tədbirlərində FIA-GT sinfində yarışmaq üçün dizayn etdi. Küçə-hüquqi versiya 1964-cü ildə debüt etdi, 3-cü qrup J homoloqasiya qaydalarına uyğun olaraq müəyyən sayda yol-gediş variantının fabrik tərəfindən satılmasını tələb etdi. Porsche gündə dörd və ya beş dəfə yüz altı 904 istehsal etdi siyahı qiyməti 7245 ABŞ dolları (FOB Stuttgart).Sifarişlər homologasiya qaydalarını ödəmək üçün yüz avtomobil tələbini çox ötdü və daha çox avtomobil satıla bilərdi. 904, dominant 917 ilə yekunlaşan bir sıra idman avtomobillərinin başlanğıcını qeyd etdi. == Mühərrik == 904-ün orta mühərrik quruluşu fabrikin aparıcı yarış avtomobili olan RSK (Rennsport = yarış, kurz = qısa) kimi tanınan 718-dən miras qalmışdır. O, 1,966 cc (120 kub inç) Tip 587/3,180 at gücü hasil edən dörd kameralı düz dörd silindrli mühərriklə təchiz edilmişdir ki, bu da "yəqin ki, indiyə qədərki ən mürəkkəb dörd silindrli"dir.
Porsche 911
Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur. İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir. == Tarix == Ardıcıl hərfləri (A, B, C, vs.); Porşe tərəfindən model ilini və kassa tipini ifadə etmək üçün istifadə edilmişdir. Yeni model ilini ifadə etmək üçün bəzən ardıcıl hərfi dəyişdirilmişdir. Məsələn ilk 911 modelləri A ardıcıllığı, ilk 993 modelləri isə R ardıcıllığı olaraq adlandırılmışdır. Bu maddədə modellər, Porşenin fabrik içi adlandırmalarına görə adlandırılmışdır (911, 964, 993, 996, 997); ancaq bütün modellər 911 adı altında satılmışdır. "Carrera", "GT3", "Turbo" kimi ibarələr modelin alt xüsusiyyətləri ilə əlaqəlidir, ancaq bütün vasitələr 911 seriyasıdır.
Porsche 914
Porsche 914, Alman avtomobil istehsalçıları Volkswagen və Porsche tərəfindən istehsal olunan bir idman avtomobilidir. 1969-cu ildə Porsche 904-ün əvəzinə istehsal olunmağa başlandı. 1975-ci ildə istehsalı dayandırıldı.
Porsche 924
Porsche 924, Alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. İki qapılı, 2+2 kupe və ya kabriolet gövdəyə malikdir. 1976-cı ildə Porsche 914-ün əvəzinə istehsal edilmişdir. İstehsalı Porsche 944 ilə əvəz olunduğu 1988-ci ildə sona çatdı. Əvvəllər əsas seriya modellərində (356 və 911) hamısı arxada və ya ortada yerləşdirilmiş hava ilə soyudulan bir boksör mühərriki istifadə edən, Porsche üçün, 924 modelinin öndən quraşdırılmış su ilə soyudulmalı daxili mühərriki böyük bir dəyişiklikdir. == Motorlar == === 924 2,0 litrlik atmosferik 125 HP === Ardıcıl 4 silindirli mühərrikli, 2 litr həcmli, Audi tərəfindən hazırlanmış mühərrik istifadə edən orijinal model. === 924 2,0 litr Turbo (931) 170 & 177 HP === Avropa bazarında təqdim edilən 2 litrlik turbo mühərrikli model. ABŞ-də bu dövrdə atmosferik modellər satışdaydı. === 924 S 2,5 litr 150 & 160 HP === 1985 sonrasında 944-ün motoruna sahib 924S seriyası istehsala buraxıldı. === 924 Carrera GT (tip 937) === 1981-ci ildə Porsche, 924 seriyasının ən güclü versiyası 924 Carrera GTyi istehsal etdi.
Porsche 928
Porsche 928, Alman avtomobil istehsalçısı Porsche tərəfindən 1978–1995-ci illərdə istehsal olunan GT (grand tourer) avtomobildir. "Quruda köpək balığı" oxşatması pərəstişkarları tərəfindən edilmişdir. 1986-cı ildə ABŞ-nin Utah səhrasında keçirilən bir sınaqda 172 mil/saat (275 km/saat) sürət əldə etmişdir.
Porsche 944
Porsche 944, Alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. Porsche 924-ün əvəzinə 1982-ci ildə istehsal olunmağa başlandı. İstehsalı Porsche 968 ilə əvəz olunduğu 1991-ci ildə sona çatdı.
Porsche 968
Porsche 968, Alman avtomobil istehsalçısı Porsche tərəfindən istehsal olunan yüksək performanslı bir idman avtomobilidir. Porsche 944-ün əvəzinə 1992-ci ildə istehsal olunmağa başlandı. İstehsalı Porsche Boxster ilə əvəz olunduğu 1995-ci ildə başa çatdı.
Porsche Boxster
Porsche Boxster – Porşe şirkətinin istehsal etdiyi avtomobil. 2004-cü ildə ikinci nəsil avtomobil olan Porsche Boxster 1996-cı ildən istehsal olunan Porsche 968-in bazasında yaradılıb.
Porsova
Porsova (Yardımlı)
Porsova (Yardımlı)
Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.[mənbə göstərin] == Adın kökü == Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.[mənbə göstərin] == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri - Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuk çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Porsuq
Porsuq (lat. Meles meles) — dələkimilər fəsiləsindən heyvan. Bədəninin uzunluğu 90 sm-dək, çəkisi 30 kq-dək olur. Beli və yanları gümüşü-boz rəngdədir. Bədəninin alt hissəsi qaramtıldır, başının yanlarında burnundan qulaqlarına qədər uzanan qara zolaqlar var. Avropa və Asiyanın qarışıq və tayqa meşələrində, steplərdə və yarımsəhralarda, həmçinin Azərbaycanda yayılmışdır. Yeraltı yuvalarda yaşayır. Şimal rayonlarında qışda fəallığı azalır və qış yuxusuna gedir, cənub rayonlarında isə bütün il boyu fəal olur. Bitki və heyvan mənşəli yemlərlə qidalanır. Piyinin müalicəvi xassəsi var.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. == Həyatı == Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.
Porsuq bəy
Porsuq bəy (?-?)— Səlcuqlular dövlətinə xidmət etmiş türk sərkərdəsi. == Həyatı == Anadolu fatehlərindən Məlik Mənsur mərkəzdən boyun qaçırınca Sultan Məlikşah tərəfindən üzərinə Porsuq bəy göndərildi. Porsuq bəy Məlik Mənsuru öldürüb onun hakimiyətindəki Kütahya məntəqəsinə yerləşdi (1090).
Porsuq çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Porsuqlu
Porsuqlu (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Porsuqlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Hors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
PTRS
PTRS (ru: Противотанковое Ружьё Симонова, Protivotankovoye Rujyo Simonova, ПТРС), 14,5 mm kalibrli Sovet istehsalı olan tank əleyhinə tüfəngdir. PTRD-nin yarı avtomatik ekvivalentidir. PTRS, İkinci Dünya Müharibəsi dövründə istehsal edilmiş və Şərq cəbhəsində Qırmızı Ordu tərəfindən geniş istifadə edilmişdi. Silahın çox ağır olmasına və lüləsinin asanlıqla görünməsinə baxmayaraq, istehsalı asan və ucuz idi. Silah köhnə Alman tanklarına qarşı yüksək effektivliyə malik idi, lakin daha qalın zirehlərlə təmin edilmiş Nasist Almaniyasının ağır tankları bu silahın atışlarına qarşı davamlı olduğu üçün daha çox nəqliyyat vasitələrini və digər zirehli hədəfləri məhv etməkdə istifadə edilirdilər. İkinci Dünya Müharibəsi əsnasında Almanlar ələ keçirdikləri PTRS-ləri Panzerbüchse 784 (r) (PzB 784 (r)) adlandırmışdırlar. Silah Koreya müharibəsi zamanı Şimali Koreya qoşunlarına paylanmış və yüngül zirehli tankları, digər nəqliyyat vasitələrini və uzaq məsafələrdə olan hədəfləri məhv etmək üçün istifadə edilmişdir. Silahın mərmilərinin kalibri 14.5×114 mm, mərminin lülədən çıxma sürəti 1,013 m/s, effektiv mənzili 800 m, maksimum mənzili 1,500 m, doldurma sistemi 5 gülləlik daxili maqazindir.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. == Əsərləri == Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Poru
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Sors
Sors — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Sorus kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 824 nəfərdir.
POTS
Plain old telephone service (POTS; azərb. Adi köhnə telefon xidməti‎) — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. == Xüsusiyyətləri == POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalıBir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Por
Por (Ermənistan)
Bella Porç
Bella Porç (ing. Bella Poarch; 9 fevral 1997, Filippin) — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. == Həyatı == Porç 9 fevral 1997-ci ildə Filippində anadan oldu və orada böyüdü. Bella 13 yaşında olanda ailəsi ABŞ-nin Texas ştatına köçdü. == Fəaliyyəti == === Fenomen və müğənni === Porç 2020-ci ilin yanvarında TikTok hesabı açdı. 2020-ci ilin aprelindən etibarən oyun və cosplay məzmunlarında TikTok-da aktiv olaraq videolar paylaşdı. 2020 avqust ayında — 18 yaşında ingilis reper Milli B-nin "Soph Aspin Send" mahnısına dodaq sinxronzasiyası etdiyi TikTok videosu ən çok bəyənilən TikTok videoları siyahısında birinci sıraya çatmışdır. Həmçinin 7 iyun 2021-ci ildə TikTok platformasında 71.9 milyondan çox izləyici ilə ən çok izləyicisi olan Çarli Damelio və Addison Raedən sonra ən çox izlənən üçüncü şəxs olmuşdur.14 may 2021-ci ildə sinql "Build a B*tch" mahnısını yayımladı. Bu mahnı Warner Records tərəfindən "tarixin ən böyük çıxışı" olaraq adlandırıldı. 100 Thieves adlı YouTube kanalının yayımladığı podkastların bir hissəsində mahnısının uşaqlığında yaşadığı şiddətlərə əsaslandığı deyilmişdir.Porç 2020-ci ildə geyimlərini "RIPNDIP x Paca" adı altında bazara çıxardı.
Ceyn Pirs
Ceyn Pirs (ing. Jane Means Appleton Pierce; 12 mart 1806[…] – 2 dekabr 1863[…]) - ABŞ Prezidenti Franklin Pirsin həyat yoldaşıdır. == Həyatı == New Hampshire da anadan olmuş Ceyn, atasının ölümündən sonra on üç yaşından sonra nənə və babası ilə böyüdü. 19 noyabr 1834-cü ildə iyirmi səkkiz yaşında evləndiyi bir gənc vəkil Franklin Pirs ilə tanış oldu. Cütlüyün üç uşağı var idi, lakin üçü də gənc yaşda öldü: Franklin Pirs, Kiçik (1836-cı ildə anadan olub vəfat etdi), Frank Robert Pirs (1839–1843) və Benjamin Pirs (1841–1853). Pirs Nümayəndələr Palatasının üzvü idi və 1837-ci ildə senator oldu. Vaşinqtonda həyatdan nifrət edən Jane, Pirsin senator vəzifəsindən istefa etməsini və 1842-ci ildə baş verən Nyu Hampşirə qayıtmasına məcbur etdi. 1852-ci ildə Demokratik Partiya Pirs'i prezidentliyə namizəd seçəndə həyat yoldaşı xəbəri yaxşı qəbul etmədi. Oğlu Benjamin'in ölümü eyni vaxtda baş vermişdi. Kədərdən dağıdılmış Jane Pierce, birinci xanım fəaliyyətlərindən uzaq oldu.
FNSS Pars
Adını gücün nümayəndəsi kimi götürülən Anadolu bəbirindən götürən mərkəzi Ankarada yerləşən FNSS AŞ istehsalı olan taktiki təkərli zirehli döyüş maşınıdır. Hazırda satınalmaları Türk Ordusunun gündəmindədir və onların fiziki ömürlərini başa çatdırmış BTR-60 və BTR-80-ləri əvəz etməsi planlaşdırılır. Boş çəkisi 16 t (8×8), yanacaq həcmi 5t (6×6), 8.3 t (8×8), əməliyyat mənzili 1000 km, maksimum sürəti quruda 100 km, suda 10 km təşkil edir.
Franklin Pirs
Franklin Pirs (ing. Franklin Pierce; 23 noyabr 1804, Hillsborou, Nyu-Hempşir, ABŞ - 8 oktyabr 1864, Konkord, Nyu-Hempşir, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853-1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. == Erkən həyatı == ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır. Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur.
Kunya-Pora
Kunya-Pora (port. Cunha Porã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10680 nəfərdir. Ərazisi 220,293 km²-dir. Əhalinin sıxlığı 44,6 nəfər/km²-dir. Bələdiyyə 20 iyul 1958-ci ildə yaradılmışdır. Bələdiyyənin bayramı 20 iyulda qeyd edilir.
Kənan Pars
Kənan Pars (əsl adı: Kirkor Cezveciyan) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Kənan Pars 1920-ci il martın 10-də İstanbulda anadan olub. Aktyor 2008-ci il ildə anadan olduğu gündə də vəfat edib. == Fəaliyyəti == 1953-cü ildən aktyor karyerasına başlayan Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Bu göstəriciyə görə o, ən məhsuldar türk aktyorları içərisində ön sıralarda qərar tutub. Oynadığı çoxsaylı filmlərlə yanaşı Kənan Pars 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən “Oğlum”, “Derdimden anlayan yok”, “Cinayet gecesi” və “Aklin Durur” daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı.
Paralel port
LPT – sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Pars Muzeyi
Pars Muzeyi (fars. موزه پارس‎) — İranın Fars əyalətində yerləşən Şiraz şəhərindəki muzeydir. Muzey Nazar Bağında yerləşmişdir.р Səkkizbucaqlı bina Kərim xan Zəndin keçmiş sarayının yerində tikilmişdir. Bina Zəndlər sülaləsinin idarəsi zamanı xanların əhalini qəbul etmək üçün yer olmuşdur. Həmçinin binada o zamanlar rəsmi mərasimlər də keçirilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Saray həmçinin Kərim xan Zəndin dəfn olunduğu yerdir. == Nəzər bağı == Səfəvilər (1501–1722) sülaləsinin idarəsi zamanı Nəzər bağı Şirazın ən böyük bağlarından biri hesab olunurdu. Zənd sülaləsinin nümayənsəsi Kərim xan Zəndin (1750–1794) dövründə bağın ərazisində səkkizbucaqlı saray tikilmişdir. Həmin saray Fəranci Dairəsi adını almışdır.
Pars robot
“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur. Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır. == Tarixi == Robotun bir prototipi 2013-cü ilin avqust ayında Xəzər dənizində sınaqdan keçirildi. Yeddi günlük müddətdə robotun fərqli cəhətləri uğurla sınaqdan keçirildi. Robotla xilasedici arasında bir yarışma edildiyi zaman robotun səmərəliliyi daha yaxşı idi, robotun çimərlikdən 75 metr məsafədə olan bir köməyə ehtiyacı olan insana 22 saniyədə bir xilasetmə borusu verdiyi, xilasedicinin isə köməyə ehtiyacı olan insana yaxınlaşması 90 saniyə sonra olmuşdur.İnkişafın yeniliyinə baxmayaraq, “Pars Robot” dronunun real dəyəri yüksək deyil və 2015-ci ilin məlumatlarına görə cəmi 9 min dollardır, bir il ərzində Meksika, Braziliya və İtaliya çimərliklərində bu cihaz 62 nəfərin həyatını xilas edə bilib.
Pers (titan)
Pers (yun. Perses) yunan mifologiyasında II nəsil titan, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu, Asteriyanın əri və Hekatanın atası.
Pers xalçası
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Pirs 63
Pirs 63 (ing. Pier 63) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonu tərəfdə Hudzon çayı üzərində bir vaxtlar yerləşən "Delaware, Lackawanna and Western Railroad" dəmiryolu barjası. O, əvvəlcə Çelsi pirsi və Hudzon River Park yaxınlığında 23-cü küçədə yerləşirdi. Con Krevi onu 1996-cı ilin oktyabr ayında Staten-Aylenddə yaşayan istifadə olunmuş maşın alverçisindən almışdır və yedək gəmi ilə gətirmişdir. Bu barja, çayın altındaт keçən konteyner daşıyıcısı və ya tunellərin peydə olunmasından əvvəl Hudzon çayı üzərindən yük vaqonlarının daşınması üçün istifadə olunurdu. Pirs 63-ün quru tərəfi əvvəllər Baltimor və Ohayo dəmir yolları üçün malların barjadaki yük vaqonlarından yerli nəqliyyat vasitələrinə köçürüldüyü yükboşaltma stansiyası kimi istifadə olunurdu. Pier 66-dan məsul olan Con Krevi 4 fevral 2011-ci ildə vəfat etdi. Krevi, Hudzon River Parkın dostları cəmiyyətinin ən erkən üzvlərindən biri və 2010-cu ilə qədər Dostların direktorlar şurasının üzvü idi.
Pirs Brosnan
Pirs Brendan Brosnan (d. 16 may 1953) — İrlandiyalı film aktyoru. Əsasən Ceyms Bond xarakteri ilə tanınır.
Port-Artur
Port–Artur — Sarı dənizdəki Çinin keçmiş liman şəhəri (buzsuz liman, dəniz bazası), Lyaodun yarımadasının cənub-şərq ucunda — Kvantun yarımadası (Kvantun Bölgəsi), 38 ° 48 'şimal enində və 121 ° 20 'şərq uzunluğunda yerləşən şəhər. Hal-hazırda, keçmiş şəhərin yerində, Çin Xalq Respublikası Dalyan şəhərinin Lyuşunkou rayonu yerləşir. == Ümumi məlumat == Tsin sülaləsindən (晋朝, 266-420) bəri mövcud olan Lyuşunkou yerindəki yaşayış məntəqəsi Maşisin (çin. ənən. 马石津) adlanırdı.Tan sülaləsi dövründə (唐朝, 618–907) Duliczen (çin. ənən. 都 里镇) adlandırıldı. Monqol İmperiyasının mövcud olduğu illər ərzində Yuan (元朝 1271–1368), Şizikou adlanan şəhər (çin. ənən. 狮子 口, məktublar.
Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi. == Tarixi == Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir. Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi. == Əhali == 2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir. == Iqtisadiyyat == Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi. Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — Daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.
Lorş
Lorş (alm. Lorsch‎) — Almaniyanın Hessen torpağının Darmştadt inzibati dairəsində şəhər. Sahəsi 25.24 km2, əhalisi 12810 nəfərdir (2007).
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Ferdinand Porşe
Ferdinand Porsche (3 sentyabr 1875, Libereç – 30 yanvar 1951[…], Ştutqart) — Avstriya əslli Alman avtomobil mühəndisi. Porsche orijinal Volkswagen Beetles(n)i hazırlamış, məşhur Alman tankları Tiger I, Tiger II və Elefant tanklarının dizaynlarında iştirak etmişdir. == Fəaliyyəti == 1916da Daimler-Motoren-Gesellschaftın Avstriyadakı fabrikinin ümumi müdiri olmuşdur. 1923-cü ildə Stuttgartdakı şirkət mərkəzində vəzifə götürdü. 1931-ci ildə idman və yarış avtomobilləri dizaynı etmək üçün öz şirkətini qurdu. Oğlu Ferdinandla birlikdə Hitlerin xalq avtomobili proyektiylə yaxından maraqlandı. 1934-cü ildə Volkswagenin ön dizayn işlərinin başına gətirildi. II Dünya Savaşı əsnasında başda Tiger tankı olmaq üzrə bir çox əsgəri vasitənin dizaynını reallaşdırdı. Döyüşdən sonra bir müddət Fransada həbs həyatı yaşadı. Qurduğu şirkət 1948-ci ildən sonra Porsche markası altında avtomobillər çıxardı.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Olqa Forş
Olqa Forş (16 (28) may 1873, Dağıstan vilayəti – 17 iyul 1961, Leninqrad) — Rusiya yazıçısı. Rusiyada inqilabi-demokratik mübarizəni əks etdirən tarixi romanların müəllifi kimi tanınır. == Həyatı == Anası yarı gürcü, yarı azərbaycanlı olan Nina Şahəddinova erkən vəfat edib.