Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Botsvana pulası
Botsvana pulası (ISO 4217 : BWP) - Botsvanada istifadə edilən rəsmî pul vahididir. Qeyri-rəsmî olaraq Zimbabvedə də istifadə olunur. Tsvana dilində "pula"nın əsl mənası "yağış"dır. Ölkədə yağış nadir olduğundan pul da dəyərlidir. Botsvana Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Botsvana pulası 100 thebeyə bərabərdir (thebe - qalxan). 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Botsvana pulası = 0.0922080 ABŞ dolları.
Kazimir Pulaski
Kazimir Mixail Vladislav Viktor Pulaski ( pol. Kazimierz Michał Władysław Wiktor Pułaski, Polyakca tələffüz: [kaʑiˈmʲɛʂ puˈwaski] , ; ən tezi 4 mart 1745 və ən geci 6 mart 1745, Varşava, Reç Pospolita – 11 oktyabr 1779, ehtimal ki, , Corciya) — polyakəsilli hərbçi, Bar konfederasiyasının liderlərindən və marşallarından biri, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun generalı. "Amerika süvarilərinin atası" hesab olunur. 2019-cu ildə "Smithsonian Channel" kanalında "Amerikanın gizli hekayələri" sənədli seriyasını yayımlanmışdır. Onun "General qadın idi?" (ing. «The General Was Female?» ) adlı altıncı seriyasında Pulaskinin interseks olması nəzəriyyəsini tədqiq edilmişdir. Lanning, Michael. The American Revolution 100. Sourcebooks, Inc. 2009.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir.
Qulalı
Qulalı (Şəmşəddin)
Pulay
Pulay — belə taxılan erzyan xalq qadın geyimi elementi. Ənənəvi erzyan xalq qadın geyimi Mordoviyanın bir çox kəndində və respublikadan kənarda erzyanların məskunlaşdığı ərazilərdə qorunub saxlanılmışdır. Müasir dövrdə tətillər və əhəmiyyətli hadisələr münasibətilə geyilir. Bu günə çatan kostyumlar anadan qızlara ötürülür. Qadın kostyumu adətən ağ parçadan tikilirdi və pulay adlı kəmərlə bağlanmış uzun ağ köynəkdən ibarət idi. Etəyi qolsuz kaftan tipində yaxalı qırmızı və ya mavi döşlük tamamlayırdı. Kostyuma adətən balıqqulağından istifadə edilərək naxış verilirdi. Eyni zamanda, pulay erzyan qızının ayrılmaz bir hissəsi idi. Qız onu yeniyetməlikdəykən geyinməyə başlayırdı və qocalığa qədər geyinırdı. Pulay toxunmuş kəmər-mütəkkədir, onu adətən at saçından və yunundan istehsal edirlər, onun çəkisi üç kiloqramdan beş kiloqrama qədər dəyişə bilər.
Bulalı (Əcəbşir)
Ağacəri (fars. بولالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərud kəndistanında, Əcəbşir qəsəbəsindən 3,5 km. şimal-şərqdə, Marağa-Azərşəhr avtomobil yolunun kənarındadır. 2006-cı il məlumatına görə kənddə 406 nəfər yaşayır (66 ailə).
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Florida puması
Florida puması (lat. Puma concolor coryi) — ABŞ-nin Florida ştatı üçün səciyyəvi olan və nəsilləri kəsilmək üzrə olan puma yarımnövü. Pişikkimilər dəstəsinə aid olan və adını yaşadığı Florida ştatından alan bu puma növü ABŞ-nin şərqində yaşayan yeganə puma növüdür. 70-dən az çoxala bilən üzvə sahib olan Florida pumalarının sayı hazırda 87-dir. Florida puması ilk dəfə 1958-ci ildə Florida qanunlarında nəsli kəsilmək üzrə olan heyvan növü kimi qeydə alınmışdır. Ən böyük təbii düşməni Amerika alliqatoru və Amerika timsahıdır.
Hindistan qulanı
Hindistan qulanı (lat. Equus hemionus khur) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulan növünə aid olan bir yarımnöv. 1958–1960-cı illərdə Hindistan qulanı müxtəlif infeksion xəstəliklərin qubanı olmuşdur. 1961-ci ildə populyasiyanın ümumi sayı 870 başa qədər azalmışdı. Bundan sonra Hindistan qulanının sayında artım müşahidə edilmişdir. 2009-cu ildə bu yarımnövə daxil olan heyvanların sayı 4038 baş, 2015-ci ildə isə 4800 başa qədər artmışdı. Təbiəti qoruyan beynəlxalq ittifaqın məlumatına görə yarımnöv hələdə təhlükədə olan kimi nqeyd edilir. Ancaq populyasiya ancaq kiçik bir ərazidə yayılmışdır.
Pula-pula
Pula-pula - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış qədim oyunlardan biri. Oyunda bir neçə nəfər oyunçu iştirak edir. Hamar qumun üstündə dairə üzrə "pula"("mətə") adlanan çuxurlar qazılır. Hər pulaya 7 ədəd noxud salınır. Oyunçular noxudu cüt-cüt pulaya salarkən deyirlər: Oyunçulardan biri payına düşən pulalardan birinin noxudlarını saat əqrəbi istiqamətində qonşu pulalara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu tək sayda (1, 3, 5) olan noxudların üstünə düşərsə o, oyunu udur. Oyun beləcə davam edir.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Kristian Pulhak
Kristian Pulhak (d.17 avqust, 1984, Rumıniya) — Qəbələ FK oyunçusu Kristian Pulhak 17 avqust 1984-cü ildə Rumıniyada anadan olub. Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - "Dinamo" Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın "Herkules" klubunda icarə əsasında top qovub. "Qəbələ" FK müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edib. 2002-2003 mövsümündə "Poyana Kampina", 2003-2004-cü il mövsümündə "Sportul Studentses"da oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Meydan bulağı
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud "Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
Qrunt suları
Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir. Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir. Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s.
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi. Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar. Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır.
Türkmən qulanı
Equus heminous kulan (Türkmən qulanı, lat. Equus hemionus kulan) — Atlar, cinsinə, Qulan növünə aid olan yarımnöv. Bu yarımnöv əsasən Türkmənistan və Qazaxıstanın daşlı platolarında yaşayır. 2008-ci ildə Türkmən qulanı nəsli kəsilməkdə olan növlər siyahısına və Türkmənistan Qırmızı kitabına daxil edilmişdir. XX əsrin 40-cı illərində bu yarımnövün ancaq Badıx yüksəkliklərində qalması məlum olmuşdur (Türkmənistanın cənubu). XX əsrin 50–90-cı illərində bu canlıların çoxaldılması məqsədilə Türkmənistan və Qazaxıstanda tədbirlər həyata keçirilmişdir. Hazır ki, məlumata görə Türmən qulanı yalnız 7 reintroduksiya ərazisində saxlanılmışdır. Digər ərazilərdə isə bu canlılar brokonerlikdən, digər ev heyvanlarının təzyiqindən əziyyət çəkir. Bu yarımnövün baza populyasiyası Badxız qoruğunda 1990–2014-cü illər ərzində sayı 95 % azalmışdır. Belə ki, əvvəllər sayı 6000 olan populyasiya 2013-cü ildə 200 başa qədər azalıb.
Vadoz suları
Xaltan bulağı
Xaltan bulağı — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin ərazisində mineral bulaq. Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin şimal-şərqində, Gilgilçayın hər iki sahilində çoxdebetli, isti kükürdlü mineral bulaqlar yerləşir. Qədimdən yel və dəri xəstəliklərininmüalicəsində istifadə olunur. Tədqiqatçılara görə, bulağın adı qədim İran mənşəli xar və ya gar ("isti" deməkdir;sonralar [r] səsi [l] səsinə keçmişdir) və dan (su) sözlərindən düzəldilmişdir (osetin dilində qardan "istisu"mənasındadır. Hidronimdəki dan (su) sözünün tan formasına düşməsi isə tat dilinin Xaltan şivəsində d səsinin t səsi kimi tələffüz olunması ilə əlaqədardır. Qeyd edək ki, Don çayının adı da tarixən Tan variantında işlənmişdir. Xaltan kəndi "Azərbaycan toponimlərinin ensklopedik lüğəti". II cilddə. Bakı-2007. I cild, səh.
Buşaki
Buşaki (ərəb. بوسحاقي‎) istinad edə bilər: Sidi Buşaki — Əlcəzairli müsəlman ilahiyyatçı. Məhəmməd Səghir Buşaki - Əlcəzairli siyasətçi. Şahnaz Buşaki — Əlcəzairli basketbolçu. Buşaki siyasi hüquqlar üçün petisiya - Fransa işğalı altında olan Əlcəzairlilərin siyasi hüquqları üçün petisiya.
Pelagi
Pelagi (təq. 354 – təq. 420, Fələstin) — xristian dinində ilk bidətçi təlimlərindən birinin banisi, V əsrin din xadimi. Xristianlıqda ilk bidətçi təliminin banilərindən sayılan Pelagi təxminən 360-cı ildə Fransanın Bretan bölgəsində, yaxud Britaniyada doğulmuşdur. Milliyyətcə keltdir. Əsl adı Morqan olub, xaç suyuna çəkildikdən sonra Pelagi adlandırılmışdır. V əsrin əvvəllərində İtaliyaya gələrək monastıra daxil olmuşdur. Burada yüksək əxlaqı və nizam-intizamı ilə məşhurlaşmışdır. Romada həm dünyəvilər, həm də din xadimləri arasında yayılmış pozğunluq halları onu dəhşətə gətirmişdir. Pelagi mülahizələri ilə ümumi kilsə doqmalarından kənara çıxmışdır, lakin o, kilsə ilə ziddiyyətə getmək fikrindən uzaq idi.
Pinaki
Pinaki (fr. Pinaki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Nukutavake atolundan 10 km cənub-qərbdə yerləşir. Adanın sahəsi 1,3 km²-dir. Daxilində böyük laqun vardır. İnzibati baxımından Nukutavake kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. Digər adı — Nqanati. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Polakia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Pülük
Sünnət - lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük - lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq - lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində - lat.
Ualki
Hualqui - Çili şəhəri. Ərazisi 531 km². Əhalisi 20.660 nəfərdir (2002).
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Mülki
Mülki, beynəlxalq hüquq normalarına əsasən heç bir ölkənin silahlı qüvvələrinə və ya digər silahlı qruplara aid olmayan şəxsdir. Mülki şəxslər hər hansısa bir müharibələrdəki silahlı münaqişələrdə iştirak etməyən şəxslərdirlər və onların hüquqları və təhlükəsizlikləri müxtəlif beynəlxalq müqavilələr ilə qismən təmin edilmişdir. Mülki sözü bəzən müxtəlif peşə qrupları tərəfindən həmin peşə qrupuna daxil olmayan insanları müəyyən etmək üçün məcazi mənada da istifadə olunur. Türk dilinə fransız dilindəki söz olan "sivil" sözündən daxil olmuşdur. Bu sözün mənşəyi latın dilindəki civilis sözü və ondan əvvəlki civis (vətəndaş) sözüdür. Mülki sözü həmçinin də bir anlayışın və ya orqanın qeyri-hərbi olduğunu göstərmək üçün sifət kimi istifadə olunur. Məsələn: mülki aviasiya və s.
Aşıq Gülabı
Vəliyev Gülabı Məmməd oğlu (5 sentyabr 1950, Böyük Muğanlı, Marneuli rayonu – 8 iyun 2012, Bakı) — gürcüstanlı aşıq. Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Borçalı mahalının Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, O təhsil aldığı Azərbaycan Politexnik İnstitutunada təhsilini ataraq Borçalıya qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır. O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir. Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi. Onu tamaşaçılara ən çox sevdirən isə Onun məlahətli səsi idi.
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid, İspaniya) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Gülalı Qəhrəmanov
Gülalı Aydın oğlu Qəhrəmanov (17 fevral 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Gülalı Qəhrəmanov 1986-cı il fevralın 17-də Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Gülalı Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülalı Qəhrəmanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Gülalı Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Hülaku xan
Hülakü (monq. Хүлэгү хан – Xülegü xan; çin. 旭烈兀 — Çü liye vu; ərəb. هولاكو خان/ هَلَاوُن‎ – Hulaku xən/Hələvun; fars. هولاکو خان‎ – Hulaku xən; d. 1217 — ö. 8 fevral 1265) — Elxanilər dövlətinin qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xubilay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereitin şahzadəsi Sörköktəni Bəginin oğlu idi. Sörköktəni Bəgi bütün oğullarının monqol lideri olmasını təmin edərək uğurla monqol siyasətini idarə etdi.
Hülakü dövləti
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.