Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları,güclənə və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən ağrılar, eyni zamanda sızıldayan, küt sancılı və s.
Pulpudeva buzlağı
Pulpudeva buzlağı (bolq. ледник Пулпудева, ‘Lednik Pulpudeva’ \'led-nik pul-pu-'de-va\) — 8.5 km uzunluğu və 6 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Sullivan yüksəkliyinə daxildir.Buzlaq cənubi Bolqarıstanda yerləşən Frakiya qalası olan Pulpudevanın adını daşıyır. == Yerləşməsi == Pulpudeva buzlağı 78°21′00″ c. e. 85°12′30″ q. u. koordinatlarında yerləşmişdir. Nebeska zirvəsindən şimal-şərqdə, Farrell dağından şimal-qərbdə, Levak dağından qərbdə, Camper dağından cənub-şərqdə, Mamarçev zirvəsi və Ellen buzlağından şimal-qərbdə yerləşmişdir.
Pula-pula
Pula-pula - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər oyunçu iştirak edir. Hamar qumun üstündə dairə üzrə "pula"("mətə") adlanan çuxurlar qazılır. Hər pulaya 7 ədəd noxud salınır. Oyunçular noxudu cüt-cüt pulaya salarkən deyirlər: Oyunçulardan biri payına düşən pulalardan birinin noxudlarını saat əqrəbi istiqamətində qonşu pulalara bir-bir salır. Növbə ilə ikinci və üçüncü oyunçu da bunu təkrar edir. Kimin axırıncı noxudu tək sayda (1, 3, 5) olan noxudların üstünə düşərsə o, oyunu udur. Oyun beləcə davam edir.
Pula
Pula (xorv. Pula, it. Pola, sloven. Pulj) — Xorvatiyada şəhər, İstriya bölgəsinin ən böyük şəhəridir. Qədim Roma çağlarından bəri Pula İstrianın mərkəzi olmuşdur. Şəhərin əhəmiyyətli iqtisadi fəaliyyət sahələri şərabçılıq, balıqçılıq, gəmi istehsalı və turizmdir.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.Pullar iki formada ola bilər: nağd nağdsız == Tarixi == Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir.
Göytürk pulu
Göytürk pulu — Orta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır. == Haqqında == Arxeoloqlar tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir. Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır. Pullardakı ay-ulduz motivləri Dr.
Nikolas Tulp
Nikolas Tulp (nid. Nicolaes Tulp; 9 oktyabr 1593 və ya 11 oktyabr 1593, Amsterdam, Hollandiya qraflığı – 12 sentyabr 1674, Amsterdam, Hollandiya qraflığı və ya Haaqa) — Hollandiyalı cərrah və Amsterdam bələdiyyə başçısı. 1611-1614-cü illərdə Leydendə tibb təhsili alıb. Amsterdama qayıtdıqdan sonra hörmətli həkim oldu və 1617-ci ildə Eve Eqbertsdoxter van der Vux ilə evləndi. İddialı bir gənc, Tulp soyadını götürdü və adını Nikolas (Klasın tam forması) olaraq dəyişdirdi. Siyasi karyerasına şəhər xəzinədarı kimi başladı və 1622-ci ildə Amsterdamda hakim heyəti üzvü oldu.
Pula amfiteatrı
Pula amfiteatrı — Qədim Romanın tarixi memarlıq abidələrindən biridir. Xorvatiyanın Pula şəhərində yerləşir. Bu dörd qülləli amfiteatr Roma arxitekturasının qorunub saxlanmış üç memarlıq nümunəsindən biridir. Öz ölçüləri üzrə amfiteatr oxşar tikililər arasında dünyada 6-cı yeri tutur. == Tikintinin xüsusiyyətləri == Səhnənin xarici divarları əhəngdaşından inşa edilmişdir və hündürlüyü 29,4 metrə çatır. İlk iki mərtəbəsində 72 tağdan ibarət sıralar yerləşir, yuxarı mərtəbədə isə 64 düzbucaqlı dəlik var. Amfiteatrın ellips oxlarının ölçüsü 132,45 və 105,1 metrə bərabərdir. Tikinti tam istifadə edildikdə 23 min insan tutumuna malikdir. Tribunalar 67,95 m × 41,65 m ölçülərə malik, səhnənin altında yerləşdirilmişdi. Bu ərazi tamaşaçılardan dəmirbarmaqlıqla hasarlanmışdı.
Puli Alam
Puli alam — Əfqanıstanın Lövgər vilayətində şəhər. Məşhur əfqan kriketçilər Məhəmməd Nəbi və Gülbəddin Nayib burada anadan olub.
Qulp (veriliş)
"Qulp" — 1992-ci ildən 2014-cü ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan siyasi-satirik şou. Veriliş jurnalist Mübariz Əsgərov tərəfindən yaradılmışdır. == Tarixi == 1992–1998-ci illərdə AzTV-də 12 buraxılışı getmiş "Qulp", 1998-ci ildən 2007-ci ilə qədər ANS TV-nin ən baxımlı verilişlərindən sayılıb. Verilişdə rüşvətxorluq, ictimai və digər problemlər uydurma və satirik personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı. Verilişdə müxtəlif zamanlar şair Baba Pünhan və aktyor Yadigar Muradov ("Aşıq Yediyar" personajı kimi) iştirak edib.
Ata pulu
Ata pulu (türk. Baba Parası) — Səlçuk Aydəmirin rejissoru həm də ssenaristi olduğu, 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı komediya filmi.
E-pul
E-pul – nağd pulu elektron təmsil edən smart-kart. Belə smart-kart nağd pulla aparılan əməliyyatları səlahiyyətli etmək üçün bütün zəruri informasiyanı özündə saxlayır və kiçik məişət hesablaşmalarında (məsələn, şəhər nəqliyyatında gediş haqqının ödənilməsində, qəzet alınmasında və s.) istifadə olunur. Elektron pul bankın kompyüter yaddaşındakı hesabda olur. Bu zaman kağız təmsilçisindən istifadə etmədən elektron siqnallarla xüsusi elektron qurğuların köməyilə bunlar üzərində əməliyyat aparılır.
Elektron pul
E-pul – nağd pulu elektron təmsil edən smart-kart. Belə smart-kart nağd pulla aparılan əməliyyatları səlahiyyətli etmək üçün bütün zəruri informasiyanı özündə saxlayır və kiçik məişət hesablaşmalarında (məsələn, şəhər nəqliyyatında gediş haqqının ödənilməsində, qəzet alınmasında və s.) istifadə olunur. Elektron pul bankın kompyüter yaddaşındakı hesabda olur. Bu zaman kağız təmsilçisindən istifadə etmədən elektron siqnallarla xüsusi elektron qurğuların köməyilə bunlar üzərində əməliyyat aparılır.
Katrin Pul
Katrin Pul (d. 4 aprel 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Pul 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katrin Pul 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kağız pul
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Kvazi pul
Pul (Sisyan)
Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. == Toponimi == Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Pul (dəqiqləşdirmə)
Pul — Pul (Sisyan) — Pul (mahnı) — Hüseyn Dərya tərəfindən "Sus" albomunda ifa olunmuş rep.
Pul (İngiltərə)
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Pul bazarı
Pul bazarı (ing. money market) — bir ilədək müddətə vəsaitlərin verilməsi ilə bağlı iqtisadi münasibətlər sistemi. Pul bazarı kapital bazarı ilə birlikdə maliyyə bazarının bir hissəsidir. Pul bazarı alətlərinin xüsusiyyəti aşağı maliyyə riskidir. Pul bazarını aşağıdakılara bölmək olar: Qısamüddətli qiymətli kağızlar bazarı; Banklararası kreditlər bazarı; Avrovalyuta bazarı. == Pul bazarının iştirakçıları == Pul bazarının iştirakçıları aşağıdakılardır: pul borc verənlər müəyyən şərtlərlə pul götürən borcalanlar maliyyə vasitəçiləri.Vəsaitlərin verilməsi maliyyə vasitəçiləri olmadan da mümkündür.. Pul bazarında kreditorlar və borcalanlar kimi: Banklar; Bank olmayan kredit təşkilatları; Müxtəlif növ müəssisə və təşkilatlar - hüquqi şəxslər; Fiziki şəxslər; Müəyyən orqan və təşkilatlar tərəfindən təmsil olunan dövlət; Beynəlxalq maliyyə təşkilatları; Digər maliyyə institutları.Pul bazarında maliyyə vasitəçiləri bunlardır: Banklar; Birja bazarının peşəkar iştirakçıları: Brokerlər; Dilerlər; idarəetmə şirkətləri; Digər maliyyə institutları.Pul bazarı iştirakçılarının maraqları pul bazarının müxtəlif maliyyə alətləri ilə əməliyyatlardan gəlir əldə etməkdir. Kreditorlar köçürülən məbləğ üzrə faiz şəklində gəlir əldə edirlər. Borcalanlar borc vəsaitlərinin istifadəsindən əldə etdikləri əlavə mənfəət şəklində gəlir əldə edirlər. Maliyyə vasitəçiləri pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi üçün komissiya və ya faiz dərəcələri arasındakı fərq şəklində gəlir əldə edirlər.
Pul daxılı
Pul daxılı — dəmir və ya kağız pulların saxlanılması üçün xüsusi qab. == Donuz pul daxılı == Orta əsrlərdə İngiltərədə "pygg" sözü ev avadanlığı hazırlanan gil növü mənasını verirdi. Belə gildən hazırlanmış küplərdə insanlar tez-tez pulunu, zinət əşyalarını və s. saxlayırdılar. Belə küpplər "pygg jar" adlanırdı. Zamanla bu termin "pig bank" söz birləşməsinə çevrildi. Pul daxılı üçün istifadə olunan əşyaların donuz formasında düzəldilməsinin səbəbi də məhz bu termindir..
Pul emissiyası
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . == Haqqında == Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Pul multiplikatoru
Pul nəzəriyyəsi
Pul nəzəriyyəsi — pulun iqtisadi sistemə təsirini öyrənən iqtisadi nəzəriyyə. Pul nəzəriyyəsini ilk dəfə sistematik olaraq düşünən ingilis Ayzek Cerveyz "Dünya Ticarət Sistemi və ya nəzəriyyəsi" traktatında (1720) idi. Cerveyzin fikirləri italyan iqtisadçı Ferdinando Qaliani tərəfindən Della Moneta (1750) əsərində inkişaf etdirilmişdir. == Metal pul nəzəriyyəsi (XV-XVII əsrlər) == Valyutanın alıcılıq qabiliyyəti sikkənin hazırlandığı metal ilə müəyyən edilir. Buna görə, əskinaslar müstəqil pul kimi tanınmır, yalnız tam çəkili sikkələrin "təmsilçiləridir". Ən qiymətli sikkələr qiymətli metallardan (qızıl və gümüş) hazırlanır. Metalların zərb olunan nominalına görə deyil, təbii xüsusiyyətləri ilə əlaqəli yüksək dəyəri sayəsində dəyərlidirlər. == Nominalist pul nəzəriyyəsi (XVII–XVIII əsrlər) == Valyutanın alıcılıq qabiliyyəti onun nominalına, yəni sikkə və ya əskinasda göstərilən məbləğə görə müəyyən edilir. Yəni pul, dəyəri maddi məzmundan asılı olmayan, tamamilə şərti nominal əlamətlərdir. Erkən nominalizmin ilk nümayəndələri ingilislər Corc Berkli (1685-1753) və Ceyms Denem-Stüart (1712-1780) idi.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Pul soyğunu
La casa de papel və ya beynəlxalq adı ilə Pul soyğunu (ing. Money Heist) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir. 8 hissədən ibarət 4-cü hissə 3 aprel 2020-ci ildə nəşr olundu.
Pul tədavülü
Pul tədavülü — ölkənin daxili iqtisadi dövriyyəsində, xarici iqtisadi əlaqələr sistemində, əmtəə və xidmətlərin realizasiyının nağd və qeyri-nağd formasında pulun hərəkəti. == Yaranma tarixi == Şəhərlərin yaranması ilə iqtisadiyyat daha mürəkkəb olurdu. Əmək bölgüsü yaranır, barter sistemi inkişaf edirdi. Bu zaman yoxlanılması gərək olan qızıl və gümüşdən geniş istifadə edilirdi. == Mənbələr == Bowman, John S. (2000). Columbia Chronologies of Asian History and Culture. New York: Columbia University Press. ISBN 0231110049 Ebrey, Walthall, Palais, (2006). East Asia: A Cultural, Social, and Political History. Boston: Houghton Mifflin Company.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.