is. Qabların və s. şeylərin əl tutan yeri, dəstəsi, sapı. Qazanın qulpu. Çaydanın qulpu.
– [Musa kişi] nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov.
Onun sağ əli su ilə dolu vedrənin qulpundan … tutmuşdu. Ə.Əbülhəsən.
◊ Qulp bağlamaq (qoymaq, qondarmaq, taxmaq) – irad çıxartmaq, bəhanə tapmaq.
[Uşaq:] …Hətta yeyib-içməyimə bir qulp taxır, söylənir, bağırır. A.Şaiq.
O hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cür şıltaqlıq göstərirdi. Ə.Vəliyev.
Qulpunu itirmək – haradan tutacağını bilməmək, hesabını çaşdırmaq.
İşin qulpundan yapışmaq – bir işə girişmək, bir işdən yapışmaq, bir işlə məşğul olmağa başlamaq.
Uşaqlar böyüyüb hərəsi bir işin qulpundan yapışandan sonra, Əkbər tamam rahat nəfəs alacaqdı. Mir Cəlal.
Yumurtaya qulp taxmaq – hər şeyə bir bəhanə və səbəb tapmaq.