Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Köşk (dəqiqləşdirmə)
Köşk — xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. Köşk (Şəbüstər) — İranda kənd.
Köşk (Şəbüstər)
Köşk (fars. كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (157 ailə).
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir. Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir. Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. == Quruluşu == Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dil və Ədəbiyyat (jurnal)
"Dil və ədəbiyyat" jurnalı — 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir. == Haqqında == İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir.
Din və məişət (jurnal)
"Din və məişət" (tatar. دنیا و معیشت — Дин вә мәгыйшәт; daha əvvəl tatar. دنیا و معیشت — Дөнья вә мәгыйшәт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində nəşr olunmuş məcmuə (jurnal). Tatar burjuaziyasının, mürtəce və monarxist ruhanilərin fanatik qütbünün orqanı. == Tarixi == Birinci nömrəsi 1906-cı il dekabrın 31-də "Dünya və məişət" adı altında çıxmış, sonrakı nömrələr "Din və məişət" adlandırılmışdır. 1910–1911-ci illərdə yenə "Dünya və məişət" adı ilə çıxmışdır. == Haqqında == Naşiri Molla Vəli Hüseynov (Məhəmmədvəli Hüseynov), redaktoru müəzzin Zahidulla Xayrulin olmuşdur. Dini klerikalizm mövqeyində duran jurnal yeni və mütərəqqi ideyaların əieyhinə ardıcıl mübarizə aparırdı. Jurnal mütərəqqi tatar ziyalılarının aramsız tənqidinə hədəf olmuşdu. Din və məişətin məzmunsuzluğu "Molla Nəsrəddin" jurnalının ardıcıl tənqid hədəflərindən idi.
Dövlət və Din (jurnal)
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. == Tarixi == İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. == Məzmunu == İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.
Elm və həyat (jurnal)
Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. == Tarixi == Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. "Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb. Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Məktəb və həyat (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. == Yaranma tarixi == "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. == Fəaliyyəti == "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.
İqtisadiyyat və həyat (jurnal)
"İqtisadiyyat və həyat" jurnalı — jurnal == Haqqında == 1961-ci ildən 1991-ci ilədək "Texniki tərəqqi uğrunda" və "Azərbaycan xalq təsərrüfatı" adları ilə nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı fəaliyyət göstərdiyi dövr ərzində görkəmli alim və ziyalıların çoxsaylı elmi-nəzəri, təhlili materiallarını dərc etmiş, iqtisadiyyatın, eləcə də iqtisad elminin inkişafında, iqtisadçı alimlərin yetişməsində mühüm rol oynamışdır. Jurnalın fəaliyyəti bütünlüklə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin reallaşmasına, insanların iqtisadi biliklərinin artırılmasına istiqamətlənmişdir. Hazırda ayda bir dəfə olmaqla 4 çap vərəqi həcmində nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı öz profilinə uyğun olaraq, müxtəlif rubrikalar adı altında aspirant, disertant və alimlərin maraq və diskusiya doğura biləcək elmi-təhlili məqalələrinə kifayət qədər yer ayırır.
Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Cəmiyyət və Din (qəzet)
"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir. == Haqqında == Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir. Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir. 10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir. == Redaksiya şurası == Sadiq Mirzəyev (baş redaktor) Şeyxülislam Allahşükür Paşazadə Anar Yepiskop Aleksandr Əflatun Amaşov Gövhər Baxşəliyeva Nizami Cəfərov Sadiq Mirzəyev (redaktor) Yusif Əsgərov Vasim Məmmədəliyev Oqtay Orucov (məsul katib) Əliheydər Zülfüqarov Gennadi Zelmanoviç Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.
Təhsil və zaman (qəzet)
Təhsil və zaman qəzeti — Azərbaycan Təhsil Şurasının ay ərzində iki dəfə nəşr olunan mətbu orqanı. == Haqqında == Azərbaycan Təhsil Şurasının mətbu orqanı olan "Təhsil və zaman" qəzeti 2002-ci ilin dekabr ayından nəşrə başlamışdır. Qəzet 2 il "Körpü" adı ilə oxucuların görüşünə gəlmiş, bu günə qədər ayda iki dəfə olmaqla 215 nömrəsi çapdan çıxmışdır. Ölkəmizdə təhsil quruculuğu, təhsil islahatları qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, digər ölkələrin təhsil təcrübəsi və bu kimi məsələlər qəzetin səhifələrində öz əksini tapır. "Təhsil və zaman" qəzeti təhsilin bütün sahələrini əhatə etməklə oxucu tələbini ödəməyə, onları dövrün təlim-tərbiyə, pedaqoji ideyaları, təhsil yenilikləri ilə daha yaxından tanış etməyə çalışır. Yarandığı gündən qəzetin baş redaktoru professor Əjdər Ağayevdir. === Qəzetin rubrikaları === Qabaqcıl təcrübənin ünvanı; Metodik tövsiyə; Xarici pedaqoji mətbuat səhifələrində; Sinifdənxaric oxu üçün; Məktəbdənkənar təlim-tərbiyə müəssisələri; Qəhrəmanlıq salnaməsi; Həyat dərsi; İstedad sorağında; Qəlbi geniş insanlar; Psixo-pedaqoji məsələlər; Poeziya; Rəy; Məktəblilərin musiqi klubu Tələbə tribunası; Ziyalı ünsiyyəti; Valideynlər üçün; Vətənpərvərlik tərbiyəsi; Milli-mənəvi dəyərlər; Təhsil tariximizdən; Mətbuat tariximizdən və digər. Qeyd olunan mövzularda oxucuların da məqalələrinə geniş yer verilir. === Oxucularla görüşü === Təhsil Şurasının və qəzetin kollektivi tez-tez oxucuların görüşünə gedir. Pedaqoji kollektivlərlə, tələbə və şagirdlərlə mütəmadi olaraq keçirilən görüşlərdə, diskussiyalarda, seminarlarda, dəyirmi masalarda, müzakirələrdə problemlərin aşkarlanmasına və konkret təkliflərin irəli sürülməsinə şərait yaranır.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Qaraağac-i Köşk (Çaroymaq)
Qaraağac-i Köşk (fars. قره اغاج كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (12 ailə).
Həyat Elmləri və Biotibb (Jurnal)
Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır. == Tarixi == Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.
Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal. == Jurnalın yaranma tarixi == «Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur. Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur. == Jurnalda dərc olunan mövzular == • Nəşriyyat işinin əsasları; • Mətnşünaslıq; • Ədəbiyyatşünaslıq; • Jurnalistikanın nəzəri və təcrübi məsələləri; • Mətbuat və kitab tarixi; • Sənəd-informasiya təminatı. == Redaksiya heyəti == Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya); Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan); Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan); Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə); Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna); Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə); Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).
Məktəbəqədər və ibtidai təhsil (jurnal)
Nəzəri və tətbiqi kimya (jurnal)
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
Tarix, insan və cəmiyyət (jurnal)
Tarix, insan və cəmiyyət — Azərbaycanda nəşr olunan elmi-nəzəri və elmi-metodik jurnal. == Haqqında == "Tarix, insan və cəmiyyət" elmi-nəzəri, elmi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 aprel 2005-ci il tarixdə qeydə alınmış (№ 1279), 2005-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildən tarix, tarixin tədrisi metodikası, 2015-ci ildən psixologiya və pedaqogika, 2017-ci ildən siyasi elmlər, antropologiya elmi istiqamətləri üzrə də "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı"na daxil edilmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçiliyi ilə nəşr edilir.
Tarix və onun problemləri (jurnal)
Tarix və onun problemləri — Azərbaycanda nəşr olunan nəzəri, elmi, metodik jurnal. == Haqqında == Nəzəri, elmi, metodik jurnal olan "Tarix və onun problemləri" 1997-ci ilin yayından tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın baş redaktorluğu ilə nəşr olunur. "Tarix və onun problemləri" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dissertasiyaların əsas nəticələrinin və elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
İncəsənət və mədəniyyət problemləri (jurnal)
İncəsənət və mədəniyyət problemləri — Beynəlxalq elmi jurnal, Memarlıq və İncəsənət İnstitutunun orqanı. Jurnalın baş redaktoru Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadədir. == Məzmun == 2007-ci il jurnal üçün növbəti ciddi yeniləşmə ili olmuşdur. Həmin ildən jurnal indiki formatında, 200 nüsxədə, öz dizaynı və loqosunu saxlayaraq çap olunur. Hazırda jurnalın dövriliyində də kəmiyyət dəyişikliyi baş vermişdir və o rüblük nəşrə çevrilmişdir. Ən ciddi yenilik isə jurnalın statusu ilə bağlıdır. Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə jurnal təklif olunan nəşrlər siyahısına daxil edilmişdir. İndi məcmuə, məqalələr üçün rəylərin mütləq alınması da daxil olmaqla AAK-ın bütün formal tələblərinə cavab verir. Jurnalda dərc olunan müəlliflərin coğrafiyası saydan-saya genişlənir. Məcmuənin səhifələrində əcnəbi alimlərin imzaları görünməyə başlayır ki, onların da sırasından professor Vladimir Petrovun (Rusiya), professor İvan Santonun (Macarıstan), professor Georgi Poçerçovun (Ukrayna), sənətşünaslıq doktoru Rauf Fərhadovun (Rusiya), fəlsəfə doktoru Meysera Kayanın (Türkiyə) adlarını xüsusi qeyd etmək istərdik.
Kök və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Kuşk
Kuşk — İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,264 nəfər və 3,083 ailədən ibarət idi.
Köşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. == Coğrafiyası == Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Kos-kosa
Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur.
Kosa və keçəl
Kosa və keçəl — Azərbaycan xüsusilə Novruz bayramında məşhur personajlardır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: “Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki “Azad qadın”ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, “beşmərətəbə”nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib.
Le-Kost
Le-Kost (fr. Les Costes, oks. Las Còstas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 147 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını heyvandarlıq (mal-qara və qoyun) təşkil edir. 2007-ci ildə 84 yaşda (15-64 yaş arasında) 58 nəfər iqtisadi cəhətdən, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.0%, 1999-cu ildə 75.0%).
Koşk saray
Köşksaray — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,439 nəfər və 1,858 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Bilim ve teknik (jurnal)
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Konk
Konk (fr. Conques, oks. Concas) — Averonun Fransız departamentində kommuna. Əhalisi - 300 nəf. Orta əsrlərdə - Ruerg əyalətindəki bir şəhər, təsvirli şəkildə Həcc ziyarəti yolunda yüksək bir təpənin yamacında yerləşirdi. Fransanın ən gözəl kəndləri Birliyinə daxil edilmişdir. Konka gedən orta əsr zəvvarları əfsanəyə görə, nağıllarına görə, rahiblər Agendən oğurladığı nağıl bu reliklərin istirahət etdiyi abbey kilsəsi XI - XII əsrlərdə inşa edilmişdir. Roman üslubunda və dövrün monastır memarlığının bir nümunəsidir. 1424-cü ildə bağlandı, şəhər öldü və içərisində tikinti demək olar ki, dayandı. IX əsrdə Orta əsrlərin bu guşəsi tarix tamponları üçün Prosper Merimeyi yenidən kəşf etdi.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Kosa
Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər == Azərbaycan mədəniyyətində yeri == Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur. Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır. === Kos-kosa oyunu === Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər.
Köse
Köse — Gümüşxanə ilinin bir ilçəsi.
Ulus (qəzet, Köln)
Ulus qəzeti — Almaniyanın Köln şəhərində nəşr olunan müstəqil ictimai-siyasi və ədəbi-kulturoloji mühacirət mətbuatı. == Haqqında == Ulus qəzetinin ilk sayı 1995-ci ilin noyabrında Almaniyanın Köln şəhərində nəşr olunub. Əslən Azərbaycanın Güneyindən olan Hilal Ulusun qurucusu oluduğu və onun redaktorluğu ilə çıxan qəzet Azərbaycan türkcəsi və farsca yayınlanıb. İki alman markasına satılan müstəqil mühacirət mətbuatı kimi yayınlanan qəzet müstəmləkəçiliyə qarşı yazılarla çıxış etmiş, Güney Azərbaycanın müstəqilliyini müdafiə etmişdir. A3 formatında dörd səhifədən ibarət olan qəzetin yazıları ictimai-siyasi, kultroloji incələmələr, xəbər, bildiriş, bəzən də qısa şeir və hekayələrdən ibarətdir. Hər sayda fars dilli oxuculara yönəlik iki siyasi yazı verilmişdir. Qəzetin ilk 10 sayı aylıq, 21-ci sayınadək iki aydan bir, sonra isə fasilələrlə yayınlanmışdır. Qəzetin toplam sayısı 23, son buraxılışı isə 1999-cu ilin mart ayında olmuşdur. Üçüncü sayıdan ərəb əlifbası ilə olan türkcə yazıların başlıqları latın əlifbası ilə yazılmaqla yanaşı, bu qrafikada da məqalələr verilir. Ulusun türkcə yazılarında dilin yad sözlərdən arındırma çabası gözə çarpır, həmçinin dildə işlək olan bir çox yabancı sözlərin dırnaq arasında türkcə qarşılığı verilir.
Aslan və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Günəş və Aslan
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Dəvət-Qoç (qəzet)
Dəvət-Qoç (az-əbcəd. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycan və erməni dillərində çıxan leqal bolşevik qəzeti. == Yarandığı tarix == Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. "Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı. İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.