Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salvar Qamiz
Şalvar-qamiz — qadınlar tərəfindən geyilən və bəzi bölgələrdə, Cənubi Asiyada, eləcə də Orta Asiyada kişilər tərəfindən geyilən ənənəvi birləşmə paltarıdır. Şalvarlar, beldə atipik olaraq geniş, lakin əyri bir dibə qədər dar olan şalvarlardır. Belləri və ya elastik bir kəmərlə tutulur, bu da onların bel ətrafında ləkələnməsinə səbəb olur. Şalvar geniş və çantalı ola bilər, ya da qərəzdə olduqca dar ola bilər. Şalvarlar ənənəvi olaraq Şərqi Avropa, Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyanı əhatə edən geniş bir bölgədə geyindilər. Kameez uzun bir köynək və ya tunikdir. Yan tikişlər bel xəttinin altında açıq qalmışdır. Kameez ümumiyyətlə düz və düz kəsilir; yaşlı kameez ənənəvi kəsiklərdən istifadə edir; müasir kameezlərin Avropadan ilhamlanmış dəstləri daha çoxdur. Kameez Avropa tərzində yaxası, Mandarin yaxası ola bilər və ya yaxası ola bilməz; ikinci vəziyyətdə, qadın paltarı kimi dizaynı bir kurta bənzəyir. Qarışıq geyim bəzən salwar kurta, salwar kostyum və ya Punjabi kostyumu adlanır.
Ramiz
Ramiz — kişilərə verilən şəxsi ad. Ramiz Rövşən — Azərbaycan şairi. Ramiz Mirzəyev Ramiz Mirzəyev — AFFA-nın keçmiş prezidenti. Ramiz Mirzəyev (Ramiz Həsənoğlu) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ramiz Məlik Ramiz Alıquliyev — texnika elmləri doktoru, professor. Ramiz Bağırov (I) — istedadlı musiqiçi, vokal sənətini respublikada geniş təbliğ edən müəllim. Ramiz Qasımov Ramiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor. Ramiz Tahirov (general) — general. Ramiz Əbdülrəhimov — memarlıq doktoru, professor.
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Ramiz Abbaslı
Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; 1 iyul 1948, Papravənd, Ağdam rayonu) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi. Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S. S. Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F. M. Dostoyevskinin "Cinayət və cəza", V, Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R. Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakültəsində davam etdirib. Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb. Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb.
Ramiz Abbasov
Ramiz Abdullayev
Abdullayev Ramiz Həbibulla oğlu (d.23 iyun, 1953) – Azərbaycan şairi, dramaturq, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb. 1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" və "Əməkdar mühəndis" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur.
Ramiz Abutalıbov
Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordenin kavalerı, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən). Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir. 1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir. Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir.
Ramiz Almazov
Ramiz Almazov (rus. Алмазов Рамиз Чобан оглы; d. 11 aprel 1960, Dəllər, Başkeçid rayonu) — Rusiya Daxili xidmət general-leytenantı. Ramiz Çoban oğlu Almazov 11 aprel 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Dəllər (Dağ Dəlləri) kəndində anadan olub. DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi, Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini, 2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə Daxili xidmət general-leytenantı rütbəsinə layiq görülüb.. Evlidir, bir oğlu, bir qızı var.
Ramiz Alıquliyev
Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü. Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır. 1988-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutuna köçürülmüşdür. 1988-2002-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir. 2003-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir. 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri işləyir. Data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms). 2000-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertanturada təhsil almışdır.
Ramiz Aslanov
Ramiz Mütəllim oğlu Aslanov — Azərbaycan riyaziyyatçı alimi, professor. Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuşdur. 1964-cü ildə Dəstəfur kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ili H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968-ci ildə buranı bitirib orta məktəbdə riyaziyyat müəllimi ixtisası almışdır və həmin institutda işləmək üçün saxlanılıb. 1968–1995-ci illərdə H. Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyəti müddətində o, laborant, baş laborant, müəllim, V. İ. Lenin adına APİ-nin aspirantı, müəllim, riyazi analiz kafedrasının müdiri, qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1980–1982-ci illərdə Kirovabad şəhəri (indiki Gəncə) rayon Sovetinin xalq deputatlar sovetinə deputat seçilmişdir. 1973–1982-ci illərdə o, Kirovabad Dövlət Pedaqoji İnstitutu (indiki Gəncə Dövlət Universiteti) nəzdində olan tələbə dəstəsinin komandiri olmuşdur (Azərbaycanda, Stavropol diyarında, Krasnodar diyarında). 4 noyabr 1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin dissertasiya şurasında o "Abstrakt fəzalarda elliptik tip tənliklər üçün bəzi yüklənmiş sərhəd məsələləri" 01.01.01 ixtisas üzrə (riyazi analiz) namizədlik dissertasiyasını müdafiə etmişdir(elmi rəhbər BDU-nin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Amir Şamil oğlu Həbibzadə olmuşdur). Rəsmi opponentlər: fizika-riyaziyyat elmləri doktoru, professor V. V. Gruşin (Moskva Elektron Maşınqayırma İnstitutu(MİEM), tətbiqi riyaziyyat kafedrası, Moskva şəh.); fizika-riyaziyyat elmləri namizədi, dosent B. Panayoti (Moskva Elektrotexnika İnstitutu(MİET), ali riyaziyyat kafedrası, Zelenograd şəh.); aparıcı təşkilat: Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu (indiki Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının [Riyaziyyat və Mexanika İnstitu. 30 iyun 1982-ci ildə SSSR-nin Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsinə layiq görülmüşdür.
Ramiz Atakişiyev
Ramiz Axundov
Ramiz Həbib oğlu Axundov (25 yanvar 1937, Bakı – 26 dekabr 2015, Bakı) — Azərbaycan kinorejissoru. 25 yanvar 1937-ci ildə anadan olub. Ramiz Axundov uzun müddət AzTV-də rejissor işləyib. Onun filmoqrafiyasında onlarla film, o cümlədən "Bakı arxipelaqı", "Bu, Səttar Bəhlulzadədir", "Habil Kaman", "Xəzər Atlantidası" və digər filmlər var. Ramiz Axundov 26 dekabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Elmira Axundovanın həyat yoldaşı idi.
Ramiz Ağayev
Ramiz Babayev
Ramiz Əlirza oğlu Babayev (8 mart 1940, Əmircan – 11 yanvar 1994, Bakı) — Azərbaycan kinooperatoru. Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədənlərində calışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva (1919–1994) isə evdar qadın olmuşdur. O 1947-ci ildə Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbdə oxumağa başlamışdır. 1957-ci ildə məktəbi bitirmiş və həmin il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. 1959-cu ildə Odessa şəhərində Kinematoqrafiya məktəbinə daxil olmuş və həmin məktəbi 1962-ci ildə bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada işini davam etdirməklə yanaşı, 1963-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin İnstitutu "Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular" ixtisası üzrə bitirmişdir. 1975-ci ildə ailə həyatı qurmuşdur. 2 qız övladı var. 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir.
Ramiz Bayramov
Ramiz Bəxtiyar oğlu Bayramov (21 fevral 1970-ci il, Zərkənd kəndi, Vardenis rayonu (Basarkeçər rayonu), Ermənistan SSR, SSRİ) — Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, qastrointestinal cərrah-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri. Bayramov Ramiz Bəxtiyar oğlu 1970-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib. 1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 2000-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2007-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent kimi fəaliyyət göstərmiş, 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının torakoabdominal şöbəsinin rəhbəri və 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında professor vəzifəsində çalışır. 1996 -1997-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Hepatopankreatobiliar Cərrahiyyə Mərkəzində ixtisaslaşma, 2003-cü ildə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin Torakoabdominal şöbəsində ixtisaslaşma, 2013-cü idə İtaliyanın Roma şəhərində Università Cattolica del Sacro Cuore nəzdindəki A.Gemelli Hospitalında Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) mütəxəssislər üçün təşkil etdiyi "Üst Gastrointestinal Cərrahi Onkologiyada Minimal İnvaziv Cərrahiyyəyə" dair dərinləşdirilmiş ixtisaslaşma kursu, 2014-cü ildə Koreyanın Seul şəhərində Yonsei Universitetinin Yonsei Onkoloji Mərkəzində mədə xərçənginə görə laparoskopik və robotik cərrahiyyəyə dair tam ixtisaslaşma kursu, 2014-cü ildə Almaniyanın Köln Universitetində Visseral və Onkoloji Cərrahiyyə Mərkəzində qida borusu və kardioezofageal xərçəngin laparoskopik cərrahi müalicəsinə dair ixtisaslaşma keçmişdir. 2000-ci ildə "Düz və çənbər bağırsaq karsinoidlərinin diaqnostikası, müalicəsi və proqnozu" mövzusunda tibb elmləri namizədliyinə iddia olunan dissertasiyasını, 2011-ci ildə "Mədəaltı vəzi xərçənginin müayinə və müalicə prinsiplərinin optimallaşdırılması" mövzusunda tibb elmləri doktorluğuna iddia olunan dissertasiyasını uğurla müdafiə etmişdir. Avropanın, Böyük Britaniyanın, Amerikanın, Asiyanın, MDB ölkələrinin və Azərbaycanın elmi-tibbi jurnallarında mədə-bağırsaq sisteminin xoş və bədxassəli şişlərinə həsr edilmiş 110-dan çox elmi məqalələri dərc edilmişdir.
Ramiz Bağırov
Ramiz Bağırov (müəllim)
Ramiz Budaqov
Ramiz Cəbrayılov
Ramiz Cəbrayılov (tam adı: Cəbrayılov Ramiz Məhərrəm oğlu; d. 4 iyun 1961, Laçın rayonu, Ağanus) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (2007 – 4 mart 2013). Ramiz Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur. 1968-1978 illərdə Ağanus kənd orta məktəbində təhsil almışdır. İlk əmək fəaliyyətinə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlamışdır. 1984- cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu baytarlıq, sonra isə 1989-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnsititunu politoloq ixtisası üzrə bitirmişdir. 1985- ci il yanvar-mart aylarında Laçın rayon Baytarlıq laboratoriyasında sereloq həkim, 1985-c i ilin mart ayından 1986- cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı il noyabr ayından 1987- ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib işləmişdir. 1987-1992 ci illərdə LKGİ Laçın rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1992-1994 illərində Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1994- cü ildən 2003- cü ilə qədər Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Ramiz Cəfərov
Ramiz Cəfərov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı. Ramiz Cəfərov (polkovnik-leytenant) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Ramiz Drazi
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Ramiz Duyğun
Şair. Ssenari müəllifi. Məlikov Ramiz Məmməd oğlu - şair, publisist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ramiz Duyğun 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühur kəndində anadan olmuşdur. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirmişdir (1945-1952). Bir il kolxozda işləmişdir. Əli Bayramlı şəhərində orta təhsil almışdır (1953-1956). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1956-1962). Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət etmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olmuşdur.
Ramiz Fətəliyev
Fətəliyev Ramiz Məmmədəli oğlu (7 iyun 1946, Bakı) — Azərbaycan kinossenaristi, Azərbaycan Respublikası Xalq Artisti. Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub. 1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987–1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T. Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V. Qonçarova, Ə. Əbluçla birgə), "Birisi gün, gecəyarısı" (M. Avdiyev, A. Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E. Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz" (V. Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və s.
Ramiz Heydər
Ramiz Heydər – Azərbaycan şairi. 40-a yaxın şeir və poemalar kitabının müəllifidir. 30-a yaxın dram əsəri Bakı, Ağdam, Naxçıvan və Sumqayıt teatrlarında, həmçinin Moskvada səhnəyə qoyulmuş, şeirlərinə 500-dək mahnı bəstələnib. Ramiz Heydər 1934-cü ildə Bakıda, müəllim ailəsində anadan olub. 16 yaşında, məktəbli ikən "Pioner" jurnalında ilk şeri dərc edilib. 1957-ci ildə Moskva Ədəbiyyat İnstitutunu bitirmişdir, 40-a yaxın şeir və poemalar kitabının müəllifidir. Onun 30-a yaxın dram əsəri Bakı, Ağdam, Naxçıvan və Sumqayıt teatrlarında, həmçinin Moskvada səhnəyə qoyulmuş, şeirlərinə 500-dək mahnı bəstələnmişdir. Sənətşünaslıq namizədi, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. O, Azərbaycan kinosunun müxtəlif problemləri mövzusunda xeyli elmi əsərin müəllifidir və kino problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir.Prezident təqaüdçüsüdür. Ramiz Heydər "Həyəcan", "Mən Bakı küləyiyəm", "Oğlumla söhbət", "Ayrılma məndən", "Mənim sevgi dünyam", "Bir əsrin insanları", "Bir ovuc günəş", "Ömrümün laylası", "Əgər sevgim olmasa", "İlhamlı gələcək", "Mən-Bakı neftçisiyəm" şeirlər-poemalar kitablarının müəllifidir.
Ramiz Hindarxlı
Ramiz Əliyev (15 mart 1938, Hindarx, Ağcabədi rayonu – 14 yanvar 2022, Dordrext[d], Cənubi Hollandiya) — kinorejissor. 1956-cı ildən kinoda fəaliyyət göstərmişdir. Rejissor köməkçisi kimi fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr vermişdir. 14 yanvar, 2022-ci ildə Niderlandın Dodrext şəhərində yerləşən xəstəxanada vəfat etmişdir. Hollandiyada yaşayırdı. Ağdam bu gün, sabah (film, 1990) Ağdam nemətləri (film, 1991) Azadlığa gedən yollar (film, 1990) Azərbaycan-89 (film, 1989) Bağlı qapı (film, 1981) Bakıda küləklər əsir (film, 1974) Balıqların harayı (film, 1990) Bəyin oğurlanması (film, 1985) Biznes konqresi (film, 1990) Boz qurdun harayı (film, 1991) Dəli Kür (film, 1969) Dərnəgül dəyirmanı (film, 1991) Dünən, bu gün və... (film, 1989) Əmək və qızılgül (film, 1962) Həm ziyarət, həm ticarət... (film, 1995) Xatirələr sahili (film, 1972) İnama qayıdış (film, 1992) İnsan məskən salır (film, 1967) İstintaq (film, 1979) Koroğlu (film, 1960) Qayınana (film, 1978) Qəribə adam (film, 1979) Qızmar günəş altında (film, 1957) Leyli və Məcnun (film, 1961) Mənim çörəkli dünyam (film, 1991) Möcüzələr adası (film, 1963) O olmasın, bu olsun (film, 1956) O qızı tapın (film, 1970) Otel otağı (film, 1998) Ögey ana (film, 1958) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Park (film, 1983) Sevinc buxtası (film, 1977) Səmt küləyi (film, 1973) Skripkanın sərgüzəşti (film, 1972) Şəhidlər və qazilər (film, 1991) Şir evdən getdi (film, 1977) Tütək səsi (film, 1975) Vətən mənə oğul desə (film, 1996) Yaşamaq gözəldir, qardaşım!
Ramiz Hümbətov
Ramiz Topuş oğlu Hümbətov — Bakı Ali Neft Məktəbinin prorektoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi. Ramiz Hümbətov 1944-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. O, 1968-1971-ci illərdə Moskvada aspiranturada təhsil alıb. 1971-1984-cü illərdə Ümumittifaq "SUGEO" İnstitutunun Bakı filialında kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri və şöbə müdiri kimi çalışıb. 1984-2012-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda dosent, kafedra müdirinin elm üzrə müavini, professor, kafedra müdiri, Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika işləri üzrə prorektoru vəzifəsində işləyib. 2012-ci ildən Bakı Ali Neft Məktəbinin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. Ramiz Hümbətov 1974-cü ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1977-ci ildə böyük elmi işçi, 1988-ci ildə dosent, 2000-ci ildə professor elmi adını qazanıb.
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qamış Burun
Qamış Burun (ukr. Камиш-Бурун, krımtat. Qamış Burun) — Kerç yarımadasının ucqar şərqində, Kerç şəhər sovetliyi ərazisində yerləşir. Sahillərini Kerç boğazının suları yuyur. Sahilləri hamardır. Ərazisində Nimfey şəhərciyi və Nijnı Burunski mayakı yerləşir. Şimal sahili boyunca Qamış Burun dili uzanır. Şimal-şərqində Çurbaş gölü qərarlaşır.
Qamış bayramı
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qamış bülbülü
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.
Qamış məscid
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.
Qamış rəqsi
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qamış siniri