Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cahanşah Həqiqi
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Həqiqi fikariya
Həqiqi fikariya - (lat. Ficaria ficarioides) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 4-10 sm olan, çılpaq, kökyumrusuvari yoğunlaşan uzunsov köklü bitkidir. Gövdələri qısa, demək olar ki, yarpağın uzunluğuna bərabərdir. Kökyanı yarpaqlarının oturacağı ürəkvari olmaqla, yumurtavari və ya yumurtavari-yumrudur. Yarpaqları sıxılmış dəstə şəklində çiçək budağına yığılmışdır, bəzən üç dilimlidir, kasa yarpaqları ağımtıldır. Ləçəkləri sarı, 7-9 sayda, 8–10 mm uzunluqda, 1–2 mm enində, dar uzunsovdur. Meyvəsi çılpaq, yumurtavari-uzunsovdur. == Yayılması == BQ qərbi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə, qar əriyən yerlərdə, daşların arasında bitir.
Həqiqi jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. == Botaniki təsviri == Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır.
Həqiqi məhlullar
Həll olmuş maddə hissəciklərinin ölçüsü 1 nm-dən kiçik olan dispers sistemlərə həqiqi və ya molekulyar məhlullar (yaxud sadəcə məhlullar) deyilir. Belə məhlullarda həll olmuş maddə həlledicinin molekulları arasında molekul və ya ionlar şəklində paylanır. İki və ya daha artıq komponentdən təşkil olunmuş birfazalı sistem məhlul adlanır. Məhlullar homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent həlledici hesab olunur. Məhlullar eyni aqreqat halına malik komponentlərdən əmələ gəldikdə isə miqdarca çoxluq təşkil edən komponent həlledici hesab olunur. Aqreqat halına görə məhlullar qaz, maye və bərk olurlar. Qazlarda molekullararası qarşılıqlı təsir son dərəcə az olduğundan adi təzyiqlərdə onlar bir-birində qeyri-məhdud şəkildə həll olur. Sıxılmış qazlar mayeni və hətta bərk maddəni həll edir.
Həqiqi püstə
Əsl püstə (lat. Pistacia vera) – Sumaq fəsiləsinin püstə cinsinə aid növ. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Həqiqi yasəmən
Həqiqi yasəmən (Jasminum officinale) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Dırmaşan koldur. Yarpaqları 5-7 sayda yarpaqcıqlıdır. Yarpaqcıqları uzunsov-lansetvari, sivriləşmiş, yan tərəfdəkilər oturaq, yuxarıdakılar uzunqanadlı, saplaqlıdırlar. Çiçəkləri ağ, ətirli, çətirvari, azçıçəkli çiçək qrupunda toplanmışlar. Kasacıq qədəhvari, tacı ətirli, yumurtavari, sivriləşmiş, borucuğu ensizdir. == Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Arandan aşağı dağ qurşağına kimi meşə talasında və kolluqlarda rast gəlinir. Dərman bitkisidir.
Həqiqi ədədlər
Həqiqi ədədlər —Rasional və irrasional ədədlərə birlikdə həqiqi ədədlər deyilir. Müəyyən əsaslı, məsələn, onluq say sisteminin rəqəmləri ilə göstərilən tam, yaxud onluq kəsr şəklində istənilən ədəd. Həqiqi ədəd sonlu, yaxud sonsuz rəqəmlər çoxluğu ilə göstərilə bilər. Hər bir həqiqi ədədə düz xətt üzərində bir nöqtə uyğun gəlir.0, 2.5, 345, –2134, 0.00003, 1/3, √2,  həqiqi ədədlərdir, ancaq √(-1) həqiqi ədəd deyil (mənfi, yaxud müsbət ədədlər içərisində belə ədəd yoxdur). Kompüterlərdə həqiqi ədədlər sonlu sayda rəqəm vasitəsilə göstərilir və rəqəmlərin sayı dəqiqlikdən asılı olur. Bir çox proqramlaşdırma dillərində “həqiqi ədəd” termininin əvəzinə “sürüşkən nöqtəli ədəd” termini işlədilir Rasional ədədlər a/b şəklində(yəni kəsr şəklində)göstərilə bilən bütün ədədlərə rasional ədədlər deyilir. Bu ədədlər Q ilə işarə olunur. Məsələn: 2/5, 7/2 İrrasional ədədlər İrrasional ədədlər dövrsüz davamı olan kəslərdir.Məsələn, e=2,7183...Bu ədədlər İ' ilə işarə olunur. Ədəd oxu Üzərində başlanğıc nöqtə, istiqamət və uzunluq vahidi seçilən düz xəttdir Ədəd oxu üzərində, natural natural ədədlər (N), tam ədədlər ədədlər (Z) və rasional ədədlər (Q) çoxluğunun hər bir elementinə uyğun nöqtə vardır.Bu nöqtələr arasındakı məsafəni də tapmaq olar.Məsələn, A(4) və B(-5)arasındakı məsafə |AB|=4-(-5)=9 olacaq == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eyniyyətli-həqiqi mülahizələr
Eyniyyətli-həqiqi mülahizələr — məntiqi hesablamaların mülahizələri, ifadələri və ya formullarıdır. Müvafiq eyniyyətli-yanlış mülahizələr və ya formullar onların dəyişənlərinin həqiqiliyinin istənilən qiymətlərində yanlış olacaqlar.
Həqiqi zanbaqkimilər (Liliodeae)
Sözün həqiqi mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Qeyri-Elektrolitlər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir. == Dielektriklər == Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır. Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E.Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Qeyri-metallar
Qeyri-metallar — metal xassələri olmayan kimyəvi elementlərdir. Bu elementlər elektriki keçirmirlər, istiliyi isə pis keçirirlər. Bərk, maye ve qaz halında ola bilirlər. Kövrək xassəlidirlər (döyüldükdə ovxalanırlar). Həmçinin, Hidrogen və Helium da bu elementlərə aiddir.Onlar Periodik cədvəlin yuxarı hissəsində yerləşirlər.
Qeyri-rezidentlər
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir. Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər; Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri; == Qeyri-rezidentin gəlirləri == Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. == Rezident şəxslər == Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs rezident sayılır. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığıFiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; === Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər. === Vergi ödəyicisinin ailə üzvləri: ər-arvadlar; valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər; vərəsələr; doğma (ögey) bacılar (qardaşlar); bacı və qardaş övladları; ər-arvadların bacıları, qardaşları və valideynləri; bacıların ərləri və qardaşların arvadları; valideynlərin bacıları (qardaşları); qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. == Mişar daşı == Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. == Üzlük daşı == Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. == Gil == Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. == Sement xammalı == Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. == Tikinti daşları == 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. == Qum-çınqıl == Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. == Qum == 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. == Bitumlu qumlar == Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Qeyri-müəyyənlik
Qeyri-müəyyənlik — cümlənin, müddəanın və ya həllin aydın şəkildə müəyyən edilmədiyi, bir neçə şərhi ağlabatan edən məna növüdür. Bu, bir işarənin, simvolun, şəklin və ya ifadənin birdən çox mənası ola biləcəyi vəziyyətləri təsvir edən bir termindir. Beləliklə, nəzərdə tutulan mənası məhdud sayda üsullarla bir qayda və ya prosesə uyğun olaraq qəti şəkildə həll edilə bilməyən hər hansı bir fikrin və ya ifadənin atributudur. Qeyri-müəyyənlik anlayışı çox vaxt fəlsəfə ilə əlaqələndirilir.
Qeyri-zorakılıq
Qeyri-zorakılıq — şiddəti qəbul etməmək və hər hansı məqsədə çatmaq üçün zorakılıqdan istifadə etməkdən imtinadan ibarət dəyər sistemi, etik və sosial anlayış. == Qeyri-zorakılığa yanaşmalar == Qeyri-zorakılıq özünü fundamental dini, etik, fəlsəfi inanc və praqmatik siyasi strategiya kimi göstərə bilər. === Dində qeyri-zorakılıq === Xristianlıqda zorakılıq etməmək əmrləri Dağdakı Xütbədə verilmişdir. Onlardan biri belə idi: “Kim səni sağ yanağına vursa, digər yanağını da ona çevir” (Mf. 5:39). Buddizm, caynizm və hinduizmdə qeyri-zorakılıq anlayışı zorakılığın əksi olan və "canlı mövcudatlara zərər verməmək" mənasını verən ahimsa ideyasından irəli gəlir. Mahatma Qandinin ahimsa anlayışını qeyri-zorakılığın sinonimi kimi istifadə etdikdən sonra bu anlayış müasir Avropa mədəniyyətində bərqərar oldu. Bununla belə, ahimsa anlayışı Qandinin başa düşdüyü kimi, qeyri-zorakılığın aktiv, fəal tərəfini gizlədirdi. Qandi sonradan qeyri-zorakılığa dair fikirlərini ifadə etmək üçün hind fəlsəfəsində yeni “ satyaqraha ” konsepsiyasını işləyib hazırladı. === Siyasətdə qeyri-zorakılıq === Cəmiyyətə və hökumətə vətəndaş təsirinin bir yolu olaraq, sosial transformasiyaya aparan mübarizə strategiyası, qeyri-zorakılıq Hindistanda Britaniya hakimiyyətinə qarşı onilliklər boyu davam edən mübarizədə Mahatma Qandi tərəfindən həyata keçirildi.
AMEA-nın həqiqi üzvləri
Azərbaycan SSR Elmlər Akademiyası (indiki AMEA) 1945-ci ildə, Bakı şəhərində təşkil edilmişdir. Aşağıdakı siyahıda AMEA-nın yarandığı gündən bu günə kimi bütün həqiqi üzvlərinin siyahısı verilmişdir. == A == Abasov Midhət Teymur oğlu — 1980 Abbasov Əli Məmməd oğlu — 2001 Abbasov Vaqif Məhərrəm oğlu — 2014 Abdinov Cavad Şahvələd oğlu — 2014 Abdullayev Həsən Məmmədbağır oğlu — 1955 Abdullayev Kamal Mehdi oğlu — 2014 Abramoviç Mixayıl Vladimiroviç Müzəffər Abutalıb oğlu Ağayev Böyükkişi Ağa oğlu Allahverdiyev Cəlal Eyvaz oğlu Axundov Ağamusa Ağası oğlu Axundov Vəli Yusif oğlu Axundova Nərgiz Çingiz qızı — 2017 == B == Babayev Məhərrəm Pirverdi oğlu — 2014 Babazadə Vasif Məmməd Ağa oğlu — 2014 Baxşəliyeva Gövhər Baxşəli qızı — 2017 Budaqov Budaq Əbdüləli oğlu Bünyadov Teymur Əmiraslan oğlu Bünyadov Ziya Musa oğlu == C == Cəfərov Nizami Qulu oğlu — 2017 Cəfərov Təyyar Cümşüd oğlu — 2014 == D == Daşdəmirov Əfrand Firudin oğlu Dadaşov Sadıq Ələkbər oğlu Dalin Mark Aleksandroviç — 1964 == E == Eldarov Ömər Həsən oğlu Esman İosif Qavriloviç == Ə == Ələkbərov Urxan Kazım oğlu Əliquliyev Rasim Məhəmməd oğlu — 2014 Əliyev Ağadadaş Mahmud oğlu Əliyev Cəlal Əlirza oğlu Əliyev Cəmil Əziz oğlu Əliyev Fikrət Əhmədəli oğlu Əliyev Fuad Yusif oğlu — 2014 Əliyev Maqsud isfəndiyar oğlu Əliyev Musa Mirzə oğlu Əliyev Telman Abbas oğlu Əliyev Seyfəddin Vəli oğlu Əliyeva Rəfiqə Əlirza qızı — 2014 Əliyeva Zərifə Əziz qızı Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu — 1945 Əlizadə Mirzəağa Hacıbala oğlu Əli-zadə Ağa Mehdi oğlu Əli-zadə Validə Mövsüm qızı — 2017 Əmiraslanov Əhliman Tapdıq oğlu — 2001 Əsgərov Bəhram Mehrəli oğlu Əzizbəyov Şamil Əbdürrəhim oğlu Əzizov Akif Həmid oğlu — 2014 == F == Feyzullayev Əkpər Əkpər oğlu — 2017 Fərzəliyev Vaqif Məcid oğlu Fətullayev Şamil Seyfulla oğlu — 2014 == H == Hacıbəyov Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıyev Akif Cəfər oğlu Hacıyev Asəf Hacı oğlu — 2014 Hacıyev Vahid Cəlal oğlu Hacıyev İsmayıl Muxtar oğlu Hacıyev Tofiq İsmayıl oğlu — 2014 Həşimov Arif Məmməd oğlu — 2007 Haşımzadə Firudin Məmməd Əli oğlu — 2001 Həbibbəyli İsa Əkbər oğlu Hüseynov Mikayıl Ələskər oğlu Hüseynov Rafael Baba oğlu — 2014 Hüseynova İradə Məmməd qızı — 2014 == İ == İbrahimov İsmayıl Əli oğlu İsmayıl-zadə Arif Cəfər oğlu — 2007 İbrahimov Mirzə İmanov Muxtar Kazım oğlu — 2017 == K == Kərimov Mahmud Kərim oğlu Kərimli Teymur Həşim oğlu — 2014 == Q == Qacar Çingiz Oveys oğlu Qarayev Siyavuş Fərhad oğlu Qasımzadə Feyzulla — ? Qədirov Fəxrəddin Əbülfət oğlu — 2014 Qəribov Adil Abdulxalıq oğlu — 2014 Qrossheym Aleksandr Alfonsoviç Quliyev Cəmil Bahadur oğlu Quliyev Ələddin Musa oğlu — 1980 Quliyev Hətəm Hidayət oğlu — 2014 Quliyev Nəriman Ağa-Qulu oğlu Quliyev İbrahim Səid oğlu Qurbanov Fazil Səməd oğlu — 2017 == M == Mahmudov Yaqub Mikayıl oğlu — 2017 Mehdiyev Arif Şəfaət oğlu Mehdiyev Məhəmməd Fərman oğlu — 2014 Mehdiyev Ramiz Ənvər oğlu Məcidov Əjdər Əkbər oğlu — 2017 Məlikov Arif Cahangir oğlu — 2014 Məmmədov Qərib Şamil oğlu Məmmədov Pərviz Ziya oğlu — 2014 Məmmədov Ramiz Mahmud oğlu — 2014 Məmmədov Yusif Əbülfət oğlu — 2017 Məmmədov Nazim Timur oğlu — 2017 Məmmədova Siddiqə Rza qızı Məmmədəliyev Vasim Məmmədəli oğlu Məmmədyarov Məhərrəm Əli oğlu Məhərrəmov Abel Məmmədəli oğlu Mirqasımov Mir Əsədulla Musayev Musa Əbdürəhman oğlu Mustafayev Şahin Məcid oğlu — 2017 == N == Nadirov Asəf Abbas-Qulu oğlu Nağıyev Tofiq Murtuza oğlu Nağısoylu Möhsün Zellabdin oğlu — 2017 Namazova Adilə Əvəz qızı Nəbiyev Bəkir Əhməd oğlu Nəhmədov Ənvər Pirverdi oğlu — 2017 == P == Paşayev Arif Mir-Cəlal oğlu Paşayeva Nərgiz Arif qızı — 2017 == R == Rəhimov Rəhim Nurməmməd oğlu Rizayev Ramiz Həsən Qulu oğlu Rüstəmov Musa İsmayıl oğlu == S == Sadıxov Kamil İsmayıl oğlu Salayev Eldar Yunus oğlu Salmanov Məmməd Əhəd oğlu Seyidov Nadir Miribrahim oğlu — 2001 Səfərova Zemfira Yusif qızı — 2017 Səməd-Zadə Ziyad Əliabbas oğlu — 1989 Səmədova Fəzilə İbrahim qızı == Ş == Şahtaxtinski Məhəmməd Həbibulla oğlu Şahtaxtinski Toğrul Neymət oğlu Şirokoqorov İvan İvanoviç == T == Tağıyev Bahadur Hüseyn oğlu — 2014 Tağıyev Dilqəm Bəbir oğlu — 2014 Talıbov Tariyel Hüseynəli oğlu — 2014 Topçubaşov Mustafa Ağabəy oğlu — 1945 == V == Vəkilov Səməd Yusif oğlu — 1945 Vəlixanlı Nailə Məmmədəli qızı == Y == Yusifzadə Xoşbəxt Bağı oğlu == Həmçinin bax == AMEA-nın müxbir üzvlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == "AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri açıqlanıb". Trend (az.). az.trend.az. 1 İyul 2014, 12:18. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb".
Həqiqi Dövlət Ədliyyə Müşaviri
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən Ədliyyə və Prokurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir. Həqiqi dövlət ədliyyə müşavirinin paqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur. Paqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri paqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır. == Azərbaycan Respublikasının Həqiqi Dövlət Ədliyyə Müşavirləri == 9 noyabr 1993-cü il — Əli Ömər oğlu Ömərov Azərbaycan Respublikasının Baş Prokuroru (1993-1994) == Mənbə == http://e-qanun.az/files/framework/data/8/f_8959.htm Arxivləşdirilib 2010-10-08 at the Wayback Machine http://e-qanun.az/files/framework/data/4/f_4361.htm http://www.genprosecutor.gov.az/files/uploader/Prokurorluq_orqanlari_ishchilerinin_ferqlenme_nishanlari_xususi_geyim.doc Arxivləşdirilib 2011-10-11 at the Wayback Machine.
Azimutal qeyri-uyğunluq
Azimutal qeyri-uyğunluq -adətən kiçik miqyaslı xəritələrdə və nisbətən iri sahələrdə aydın nəzərə çarpır. Geoloji xəritələrdə planda müəyyən fasilədən sonra əmələ gəlmiş çöküntülərin dabanının onun altında yatan müxtəlif süxur horizontlarını kəsməklə təması. Sin: Coğrafi qeyri-uyğunluq, kartoqrafik qeyri-uyğunluq.
Azərbaycanda qeyri-dindarlıq
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. == Araşdırma və statistika == "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir.Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir. Ölkə üzrə həmin sorğuda iştirak edən insanların yalnız 20%-i dinin həyatlarında vacib olduğunu bildirmişdir.
Qeyri-aktiv pəncərə
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qeyri-bioloji resurslar
Hazırda Okeanın dəyişiklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 -dən artıq neft və qaz yataqlan aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır. Dəniz və okanlann dibindən hər il 700 mln. ton neft çıxanlır, bu dünyada istehsal edilən neftin 30%-i qədərdir. Dənizərin dibindən 300 mlrd. m³-dan artıq qaz çıxanlır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelfdə çıxanlacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m³ hesablanmışdır.
Qeyri-hökumət təşkilatları
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. == Həmçinin bax == Transparency International == Mənbə == Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Dəqiqi
Dəqiqi, tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd (fars. ابو منصور محمد بن احمد دقیقی‎, d. 935/942-ö. 976/980, Tus) — İran şairi. == Həyatı == Samanilər dönəminin ən tanınmış şairlərindəndir. İslam öncəsi İran dönəminin tarixini şeirə döndərən ilk şairdir.Nisbəsinə baxılaraq onun ya da atasının dəyirmançı olduğu sanılmaqdadır. Öncələri Mavəraünnəhrdə hökm sürən Çağaniyan ya da Al-i Muhtac əmirlərindən Fəxrüddövlə Əbu Səid Mənsura mədhiyələr yazdı. Samani hökmdarları Mənsur bin Nuh (hökmdarlığı 961-976) və II Nuh bin Mənsur (hökmdarlığı 976-997) dönəmində məşhur oldu. Gənc yaşda köləsi tərəfindən öldürüldü. Dəqiqi, əsl ününü sağlayan əsəri, II Nuh bin Mənsurun əmriylə yazmağa başladığı və ölümüyle yarım qalan 1.000 beytlik Quştaspnamə'dir.
Həqiri
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. == "Leyli və Məcnun" əsəri == Yeganə əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində saxlanılır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə saxlanan fotosurəti var. Bu əlyazma haqqında elm aləminə ilk məlumatı 1888-ci ildə görkəmli ingilis Şərqşünası Ç.Riyo vermişdir. Həqiri əsərin yazılma tarixini maddeyi-tarixlə qeyd etmişdir. Şair bunu əbcəd hesabı ilə aşağıdakı misralarda vermişdir. Verilən bənddən məlum olur ki, şair əsərini hicri tarixi ilə 931-ci ildə, rəcəb ayının adna axşamı günü yazmağa başlayıb.
Həqiri Təbrizi
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. == "Leyli və Məcnun" əsəri == Yeganə əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində saxlanılır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə saxlanan fotosurəti var. Bu əlyazma haqqında elm aləminə ilk məlumatı 1888-ci ildə görkəmli ingilis Şərqşünası Ç.Riyo vermişdir. Həqiri əsərin yazılma tarixini maddeyi-tarixlə qeyd etmişdir. Şair bunu əbcəd hesabı ilə aşağıdakı misralarda vermişdir. Verilən bənddən məlum olur ki, şair əsərini hicri tarixi ilə 931-ci ildə, rəcəb ayının adna axşamı günü yazmağa başlayıb.
Qafar Həqqi
Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908, Ərdəbil – 22 mart 1992) — aktyor, Azərbaycanın Əməkdar artisti. Akademik Milli Dram Teatrının aktyoru.
İsmayıl Həqqi
İsmayıl Səməd oğlu Həsənzdə (1884, Tiflis – 1938) — mühərrir, mürəttib, aktyor. == Həyatı == İsmayıl Həqqi 1884-cü ildə Tiflisdə anadan olub. Onun adı ilk Azərbaycan mürəttibləri olan Allahverdi Feyziyev, Paşa Məmmədov, Müslüm Bağırov və Ələsgər Məmmədov ilə yanaşı çəkilir. İsmayıl Həqqi əmək fəaliyyətinə "Şərqi-Rus" mətbəəsində başlayıb. Sonralar o, bu nəşriyyatın bazasında yaradılmış "Qeyrət" və "Molla Nəsrəddin" mətbəələrində mürəttib olaraq fəaliyyətini davam etdirmişdir. Əslən Tiflisdən olan görkəmli ziyalı, tanınmış alim Lomonosov adına Moskva Dövlət Universitetinin professoru mərhum Əziz Şərif xatirələrində yazır: "İsmayıl Həqqi Azərbaycanca və farsca mükəmməl savad sahibi olmaqla bərabər, öz istedadı və səyi nəticəsində ruscanı da yaxşı mənimsəmişdi. Öz ictimai və mədəni fəaliyyətini, insanlarla rəftarı, dostlara sədaqəti, bütün həyatı ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı idi. Onun balaca mətbəəsi də maarif və mədəniyyət ocağı hesab edilirdi". Ürəyi vətən və millət sevgisiylə çarpan Molla Nəsrəddinçi İsmayıl Həqqi həm də istedadlı aktyor olub. O, Tiflisdə fəaliyyət göstərən Azərbaycan teatrının tamaşalarında biri-birindən maraqlı obrazlar yaradıb.
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Həbibi
Həbibi (az.-əbcəd حبيبي‎; təq. 1470, Bərgüşad, Ucar rayonu – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur. Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir. == Həyatı == Həbibi 1470-ci ildə Bergüşad kəndində (indiki Azərbaycan Respublikasına bağlı Ucar rayonunun tərkibində) anadan olmuşdur. O, uşaqlıq illərində çobanlıqla məşğul olmuşdur.
Həqiqət
Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi. == Əsas mənalar == " Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür: Həqiqət — reallığın subyektiv dərk edilməsi. Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır. Həqiqət — Düzgünlük termininin sinonimi. Həqiqət — Həqiqətə uyğun gələn hər şey. == İdeyanın iki qanunauyğunluğu haqqında == Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanuna uyğunluğu vardır.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Leyli və Məcnun (Həqiri)
Leyli və Məcnun - Həqiri Təbrizi tərəfindən məsnəvi janrında yazılmış poemadır. Həqiri “Leyli və Məcnun” mövzüsuna Füzulidən on il əvvəl müraciət etmişdir. Həqirinin “Leyli və Məcnun”u bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Əsər orijinallığı və mündəricəsi, dolğun və canlı xarakterləri, obrazları, sadə və aydın dili ilə diqqəti cəlb edir. == Məzmunu == == Tədqiqi == Həqirinin əsərlərindən ibarət divanın tərtib olunması haqqında məlumat yoxdur. Lakin, bir çox təzkirə müəlliflərinin Həqiri şerini təqdir etməsi, habelə qəzəllərindən nümunələr gətirilməsi şairin divanının mövcud olması fikrini təsdiq edir. Həqiridən bəhs edən təzkirə müəllifləri onun yalnız fars dilində yazılmış qəzəllərindən nümunələr gətirsələr də, dövrümüzə qədər şairin yalnız Azərbaycan dilində yazdığı “Leyli və Məcnun” əsəri gəlib çatmışdır. Əsər elm aləminə ilk dəfə Şarl Rio tərəfindən təqdim edilmişdir. Şarl Rio əlyazması halında olan bu əsəri yaxşı oxuya bilmədiyindən onu “Azərbaycan dilində yazılmış naməlum müəllifli əsər” kimi təqdim edir.Həqiri “Leyli və Məcnun” poemasının başlanğıcında Nizami, Dəhləvi və Hatifinin adını hörmətlə yad edir, onların əsərlərində mövzu və sənətkarlığı yüksək qiymətləndirərək göstərir ki, bu maraqlı mövzunu mən isə türk dilində qələmə aldım. Akad.
Şəqaqi
Şəqaqi və ya Şəqqaqi (kürd. Şikakî) — kürd əsilli tayfa. Şəqaqilər İranın Şərqi Azərbaycan (Sərab, Həştrud, Miyana), Ərdəbil (Xalxal), Rəzavi Xorasan (Qoçan) və Şimali Xorasan (Bocnurd) ostanlarında yaşayırlar. Şəqaqilər Türkiyədən tarixi Azərbaycan ərazilərinə köçürülüblər.
Meqqi Beyrd
Meqqi Mey Beyrd (30 mart 1959, Fruta[d], Kolorado) — amerikalı aktrisa, ssenarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyüyüb, daha sonra Yuta Universitetinə daxil olaraq rəqs və teatr üzrə təhsil alıb. Məzun olduqdan sonra o, Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur. == Həyatı == Meqqi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib. 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir. Meqqi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L.A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir. == Şəxsi həyatı == Meqqi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub.