Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Qocur (Tikantəpə)
Qocur (fars. قجور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (55 ailə).
Qocur (Xudabəndə)
Qocur (fars. قجور‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (102 ailə).
Qonur Alp
Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. == Ümumi məlumat == Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. == Görünüşü == Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. == Həyat tərzi == Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Qonur kaftar
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Qonur palazqulaq
Qonur palazqulaq (lat. Plecotus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin palazqulaq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır. == Yayılması == Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur. == Həyat tərzi == Adi növ olmasına baxmayaraq, sayca çox deyildir.
Qonur quşarmudu
Qonur quşarmudu (lat. Sorbus subfusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiya (Dağıstan), Gürcüstan, İran və Türkiyədə arealları vardır. İlk dəfə Gürcüstanda təsvir edilib. == Botaniki təsviri == Təbii arealında hündürlüyü 8-10 m-ə çatan ağac və ya koldur. Yarpaqlarının kənarları ikiqat, bəzən də dərin dişlidir. Ucu sivriləşmiş, qaidəyə doğru isə dairvi və ya pazşəkilli olub, tərsinə yumurtavarı və ya ellipsvarıdır. Kasacığı keçə tükcüklü və kütdişlidir. Meyvəsi kürəvarı xırda olub, əvvəl qırmızı, sonralar tünd-göyümtül rənglidir. == Ekologiyası == Yuxarı və orta dağ qurşaqlarında fıstıq meşələrində, seyrək meşələrin kənarlarında dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə, qayalıq yerlərdə və meşə kənarlarında seyrək halda təsadüf edilir.
Qonur qızılquş
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Qonur söyüd
Qonur yosunlar
Qonur yosunlar (lat. Phaeophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp., Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır. Qonur yosunlar ibtidai bitkilər içərisində ən mürəkkəb və mutəşəkkil çoxhüceyrəli orqanizmlərdir. Hazırda qonur yosunlar əsasən dənizlərdə, nadir hallarda isə şirin su hövzələrində məskünlaşmışdır. Onların nisbətən iri nümayəndələrinin (laminariyalar) uzunluğu 60 m-ə çatır, əksə­riyyəti dibdən qoparaq geniş üzən yığımlar əmələ gətirir (Məsələn: Sargassum cinsi, “Sarqass dənizi”-nin adı bununla bağlıdır). Qonur yosunlar xarici görü­nü­şü üçün “kök”, “gövdə” (“saplaq”) və b. xatırladan kök-yarpaq­ların ayrı-ayrı hissələrinin ixtisaslaşması səciyyəvidir. Cinsi və qeyri-cinsi nəsillər, ali bitkilərdə olduğu kimi, ritmik olaraq bir-birini əvəz edir.
Qotur (Abaran)
Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. == Tarixi == Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Qoytur olmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Qotur (Sayınqala)
Qotur (fars. قطور‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (125 ailə).
Qoçu Nəcəfqulu
Qoçu Nəcəfqulu (v. 29 may 1920) — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi. 1918-ci ildə ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. == Həyatı == Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi. === Keçisi === Özü ilə gəzdirdiyi keçisi olub.
Himalay qonur ayısı
Himalay qonur ayısı (lat. Ursus arctos isabellinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Pamir, Tyan-Şan və Himalay dağları ərazisində yayılmışdır. Qonur ayıların orta ölçüyə malik yarımnövüdür. Uzunluqları 140 sm, çəkiləri isə 300 kq olur. Bununla belə aralarında iri fərdlərə də rast gəlinir. Buna misal kimi Moskva şəhərinin zooparklarının birində 2005-ci ildən 24 yaşlı (2017) bir fərd yaşayır. Bu fərdin çəkisi 700 kq-dır. Hər şeylə qidalanırlar. Əsas fərqləndirici xüsusiyyəti ön ətraflarında uzun və parlaq caynaqların olmasıdır.
Kaliforniya qonur ayısı
Kaliforniya qonur ayısı (lat. Ursus arctos californicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Yarımnöv haqqında son məlumat 1922-ci ilə aiddir. Kaliforniya ştatının rəmzi sayılır. Hətta ştatın bayrağında təsvir edilmişdir. Bəzən bu canlıları Kaliforniya qızılı ayısı adlandırırlar. Yayıldığı regionda ekosistemik qorunmasında mühüm rol oynayırdı. Burada hindularla birgə ərazini paylaşsalarda öz populyasiyasını davam etdirirdilər. Ağ adamların gəlişi ilə isə sayları tədricən azalmışdır. Kütləvo ovlanma sayəsində kəsli kəsilmişdir.
Meksika qonur ayısı
Meksika qonur ayısı (lat. Ursus arctos nelsoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. XX əsrin 60-cı illərində nəsli kəsilmişdir. Ölçüləri olduqca iri olmuşdur. Uzunluqları 1.82 sm, çəkisi isə 318 kq olmuşdur. Qısa qulaqlara və enli alına sahib idilər. Caynaqları ön ətraflarda 80 mm təşkil edirdi. Rəngi parlaq, özü isə bir az əyri idi. Bu canlıların rəngi isə parlaq-qızılıdan, tünd sarıya qədər dəyişirdi. Əvvəllər Amerikanın arizona və Nyu-Meksika ştatları ərazisindən kaliforniya yarımadasının şimalına qədərki Meksika ərazilərə yayılmışdılar.
Qobi qonur ayısı
Qobi qonur ayısı (lat. Ursus arctos gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Monqolustan ərazisində Qobi səhrası ərazisində yaşayırlar. Hazırda nəslinin kəsilmə ehtimalı yüksəkdir. Monqolustanın endemik canlısı olması və nəslinin kəsiləsi təhlükəsi ilə əlaqədar Monqolustan Qırmızı kitabına daxil edilmişdir. Xüsusi ilə onların kiçik populyasiyaya malik olması ilə əlaqədar onlar üçün təhlükəni artırır. Son genetik abalizlər nəticəsində onların sayının 22–31 baş (2012-ci ildə bununla bağlı aparılan elmi ekspedisiya zamanı) olması qeydə alınnışdır. == Sistematik xüsusiyyəti == Bəzən Qobi qonur ayısını Ursus arctos pruinosus yarımnövü ilə eyniləşdirirlər. Bu isə onların morfoloji uyğunluqlsrı iləizah olunmağa görədir. Ancaq sovet terioloqları Vladimir Yevgeni Sokolov və Viktor Nikolayeviç Qobi qonur ayısının kəllə quruluşunu əsas gətirərək onlar tibet ayıları ilə deuil daha çox Tyanşan ayıları olan Ursus arctos isabellinus yarımnövünə bənzərlikləri qeydə almışlar.
Qonur Qafqaz malı
Qonur Qafqaz malı — yerli Qafqaz cinsi ilə Şvis cinsinin cütləşdirilməsi nəticəsində yaradılmış cütdırnaqlı heyvan. Əsasən Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan) yetişdirilir. Ümumiyyətlə cinsyaratma prosesində geniş istifadə olunmuş şvis cinsinin təsiri açıq müşahidə edilir. Şvis malında qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən onların əsasında yaradılan cinslərdə qonur rənglilik dominantlıq edir. Qonur Qafqaz cinsinin yaradılmasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarhq İnstitutu mühüm rol oynamışdır. Bu cins Azərbaycan SSR-də dağlıq və aran rayonlarda üstük cins kimi qəbul edilərək çoxaldılmışdır. Bu cinsin rəsmi təsdiqi 1960-ci ildə həyata keçirilmişdir. Əsasən ətlik-südlük istiqamətli olaraq düşünülmüşdür. Qonur, açıq və tünd qonur rəngli olurlar. Belində ağ zolaq və ağız ərtafında ağ haşiyə Şvis cinsindən keçmədir.
Qonur kiçik sufərəsi
Qonur kiçik sufərəsi (lat. Amaurornis akool) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Qotur bulağı (Şuşa)
Qotur bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir. Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər. == Tarixi == Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır.
Sibir qonur ayısı
Sibir qonur ayısı (lat. Ursus arctos collaris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Sibirin böyük ərazisində yayılmışdır. Arel Yeniseyin şərq sahillərindən başlayaraq Sintszyan-Uyğur Muxtar Rayonundan tutmuş Qazaxıstanın şərq sərhədlərinə qədər uzanır. == Xarici görünüş == Sibir qonur ayıları 2.5 m uzunluğa, ayaqüstə isə 1.5 m hündürlüyə malik olurlar. Ən çəkili heyvanlar 700 kq-dan çox olmuşdur. Adətən erkəklər 400–500 kq, diçilərsə 300 kq çəki verirlər. Sibir qonur ayılrı qonur ayılarının ən iri yarımnövlərindən biri hesab edilir. Bu onların qısa qışa malik ərazilərdə yaşaması ilə əlaqədardır. Bütün qonur ayılara xas bədən quruluğu vardır.
Tibet qonur ayısı
Tibet qonur ayısı (lat. Ursus arctos pruinosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Tibet yaylasının şərqində yayılmışdır. Qonur ayıların ən az yayılmış yarımnövüdür. Təbiətdə olduqca az görülür. Avropada bir neçə dərisi və skeleti vardır. 1854-cü ildə qeydə alınmışdır. == Təsnifatı == Tibet qonur ayısı bəzən Qobi qonur ayısı (Ursus arctos gobiensis) ilə eyniləşdirilir. Onların relik canlı olmararı əsas gətirilir. Ancaq terioloqlar Vladimir Sokolov və Viktor Orlov bu iki ayı başlarının bir-birinə oxşamamasını bildirirlər.
Gomur
Gomur — İndiki Ermənistanda çay. Gomur (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Gomur — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Gomurlu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Gömür
Gömür (Şahbuz) — Azərbaycan Respublikasının Naxçıvan MR-in Şahbuz rayonunda kənd. Gömürçay — Şahbuz rayonunda çay. Gömür — Şahbuz r-nu ərazisində min. bulaqlar. Gömür — Quba r-nu ərazisində çay.
Ferhat Göçer
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Gomur (Dərələyəz)
Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi qeyd edilmişdir. Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı formalarında göstərilmişdir. Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Gömür (Şahbuz)
Gömür kəndi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == Adı mənşəcə, türk sözü olub "gömmək", "basdırmaq" mənasını verir. Başqa bir bənzər versiyaya görə isə "Göy ömür" mənasındadır. == Mədəniyyəti == Kənddə yeni tipli orta məktəb(2006), icra numayəndəliyi (2014) binası vardır. Yolların asfaltlanmasi prosesi başa çatdırılıb. == Coğrafiyası == Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq ərazidə yerləşir. Geniş otlaqlara və biçənəklərə sahibdir. Ərazidə çoxlu dərman mənşəli bitki əvəlik, şıbbık, ələyəz, qırxbuğum, səhləb, solmazçiçək, çobanyastığı, böyrəkotu və s.), kol meyvələri (yemişan, zirinc, itburnu, böyürtkən, mərmərik qoyungözü, qaraçöhrə və s. vardır. == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başlanmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gömür kəndində 12 evdə 27 nəfəri kişilər 23 nəfəri isə qadınlar olmaqla 50 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.
Qucur (Bicar)
Qucur (fars. قجور‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 291 nəfər yaşayır (74 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qucur (Həştrud)
Qucur (fars. قوجور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Moqur
Moqur və ya Mohur — Hindistanın qızıl sikkəsi. XVI–XVIII əsrlərdə, 1835–1891-ci illərdə və 1916–1919-cu illərdə kəsilmişdir. 1835-ci ildən moqur rupilərlə ifadə olunmuşdur. 1 moqur 15 gümüş rupiyə bərabər idi.
Nohur
Nohur (rus. пруд, ing. pond, pool) — sahəsi 1 km²-dən böyük olmayan süni su hövzəsi, kiçik çay dərələrində, qobularda, yarğanlarda qazma və bənd tikmə yolu ilə yaradılır. Səth və ya yeraltı sularla dolur. Nohur su təchizatı, suvarma, balıqyetişdirmə və su quşlarının çoxaldılması üçün, eləcə də sanitar və idman məqsədilə yaradılmış süni su hövzəsidir.
Qobuz
Qobuz — Yüksək keyfiyyətli musiqi təklif edən Fransanın musiqi dinləmə və yükləmə xidməti. 2007-ci ildə Yves Tizel tərəfindən qurulub, Birləşmiş Krallıq, Niderland, Almaniya, İtaliya, İspaniya və ABŞ daxil olmaqla bir çox xarici bazarlarda istifadəyə verilib. Qobuz leybllar, distribyutorlar/aqreqatorlar və hüquq sahibləri tərəfindən təmin edilən 24 bit/192 kHz-ə qədər itkisiz FLAC fayllarını yayımlayır. 2022-ci ildə Qobuz CD və "Hi-Res" keyfiyyətində (192 kHz-ə qədər 24 bit) 80 milyondan çox trek təklif edir.
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qopuz
Qopuz — türk milli simli çalğısı. == Etimologiya == Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir. Sözün başqa etimoloji açıqlamaları da olmuşdur: Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır. Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir. == Tarixi == Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. == Toponimi == Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Cənubi Qafqaz və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.