Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbanlıq
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurbanlı
Qurbanlı — soyad. Nurlan Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəxrəddin Qurbanlı — Aprel döyüşləri şəhidi. Musa Qurbanlı — azərbaycanlı futbolçu. Mübariz Qurbanlı — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı. Ruhidil Qurbanlı — Azərbaycanı təmsil edən gimnast. Ramilə Qurbanlı — Azərbaycanlı jurnalist-publisist. Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist. Elvin Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri əsgəri. Digər Qurbanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qurbançı
Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub.
Firudin Qurbansoy
Firudin Qurbansoy (tam adı: Firudin Əliağa oğlu Qurbanov; 1954, Bakı) — yazıçı, ssenarist. == Həyatı == Firudin Əliağa oğlu Qurbanov Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977). 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri "Canım Qırat, gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin astanasında", "Oxu tar" Muğam Teatrında, "Dədə Qorqud sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.
Qurbanlıq ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Elvin Qurbanlı
Fəxrəddin Qurbanlı
Molla Qurbanlı
Musa Qurbanlı
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu. Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. 2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur. O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib. 2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu. 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin Yurqorden klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancı 200 min avro olacaq. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024). Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Natiq Qurbanlı
Nurlan Qurbanlı
Qurbanlı (Germi)
Qurbanlı (fars. قربانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (13 ailə).
Qurbançı bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor, Azərbaycan Dövlət Televiziyasında, Space telekanalında redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri", "Zülməti yaranlar", "39-cu pərdə", "Şəhid həkimlər" adlı kitabların müəllifidir.
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Çay Qurbançı
Çay Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Etnotoponimdir. Oykonim çay və Qurbançı (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Qurbançı kəndi" mənasındadır. Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 65 nəfər əhali yaşayır.
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) — şair, yazıçı və jurnalist Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997–1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Çərkəz Qurbanlı
Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu – 5 may 2014, Bakı) — tərcüməçi-alim. Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb. Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi. Çərkəz Qurbanlı 5 may 2014-cü il tarixində ölmüşdür. 1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib.
Orxan Qurbanlı
Orxan Qurbanlı Ventspilsdən icarə əsasında Dinamo-Auto Tiraspolda çıxış edən azərbaycanlı yarımmüdafiəçidir.
İnsan qurbanı
İnsan qurbanı və ya ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər — insanın həyatı — tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü — ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir — Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.
İsmayıl qurbanı
İshakın qurban olunması (nid. Het Offer van Isaac) — Rembrandt van Reyn tərəfindən 1636-cı ildə çəkilmiş 195 x 132,3 sm ölçülü rəsm əsəri. Tabloda İbrahimin oğlu İshakı Allah yolunda qurban kəsərkən, son məqamda Allahın onun mömünlüyü qarşılığında mələk vasitəsilə bıçağı əlindən salması təsvir olunmuşdur. Bu mativ Rembrandtın şagirdi tərəfindən təkrarən çəkilmiş və təkmilləşdirilmişdir. Şəklin imza yerində bu sözlər "Rembrandt. verandert. En over geschildert" (Rmbrandt. dəyişdirilmiş və təzələnmişdir) qeyd olunmuşdur. Əsərin Rembrandtın əlindən çıxmış 1635-ci ilə aid orijinal variantı Ermitajda saxlanılmaqdadır.
Moda qurbanı
Moda qurbanı (ing. fashion victim) — termin dizayner Oskar de la Rentaya aiddir və gündəlik həyatın fenomenlərindən birini — ifrat dərəcədə dəb təsirlərinə məruz qalan və bununla da sağlam düşüncənin hüdudlarından kənara çıxan bir insanı ifadə edir. "Moda qurbanı" (fr. victime de la mode anlayışı 1789-cu il Böyük Fransa İnqilabından sonra yaranmışdır — bu, qışda son vaxtlar dəbə girmiş şifon paltarlarda qaçan gənc qızlara verilən ad idi. Müasir mənada moda qurbanlarından əvvəl keçmişdə müxtəlif dəyişən gözəllik standartlarının qurbanları olub: Çində kiçik ayaqlar üçün moda XX əsrin əvvəllərinə qədər davam edən bir adət yaratdı. Qızların ayaqları bükülmüş, böyükdən başqa bütün barmaqları əyilmişdi. Bu prosedur kifayət qədər ağrılı idi, lakin ayaq istədiyiniz qövs formasını əldə edənə qədər həyata keçirildi. Kiçik döşlər orta əsrlər Avropasında qadınlar üçün standart idi, buna nail olmaq üçün hətta gənc qızlar da sinələrini möhkəm çəkərək böyümələrinə imkan vermirdilər. Avropada və Rusiyada çox nazik bel modası, silueti möhkəm sıxan və daxili orqanları sıxan, huşunu itirmə və müxtəlif xəstəliklərə səbəb olan korsetlərin meydana çıxmasına səbəb oldu. Qədim Rusiyada yuvarlaq bir üz üçün moda, körpələrin hamamda buxarlanmasına və kəllənin "düzgün" yuvarlaq formasını meydana gətirməsinə səbəb oldu.
Qurbanı günahlandırmaq
Qurbanı günahlandırmaq və ya viktimbleyminq (ing. Victim blaming) — cinayətin, qəzanın, xəstəliyin və ya hər hansı bir zorakılığın qurbanının ona qarşı törədilmiş pozuntuya və ya baş vermiş bədbəxtliyə görə təqsirli və ya qismən təqsirli bilinməsi hadisəsi. Tipik olaraq, qurbanın günahlandırılması irqçi, cinsiyyətçi və sinifçi bəyanatlar şəklində olur. Buna baxmayaraq, bu mövqe bu cür dözümsüzlük növlərindən asılı olmayaraq mövcud ola bilər və bəzi ölkələrdə hətta ən az-çox rəsmi xarakter daşıyır. Viktimologiya çərçivəsində qurbanı günahlandırmaq pozitivist yanaşma üçün metodoloji ilkin şərtdir, digər məsələlərlə yanaşı, postsovet viktimologiyasında qəbul edilir. Xarici viktimologiyada bu yanaşmaya qurbanın müdafiəsinə əsaslanan yanaşma qarşı çıxır.
Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Qurbani Əlizadə
Rəhim Qurbani
Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu; 22 dekabr 1951, Zərkənd, Basarkeçər rayonu – 1 dekabr 2020, Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü. Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur. 1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı. Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — "Sovet Ermənistanı", "Vardenis" qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib.