ƏZİYYƏTSİZ


1. sif. Əzabsız; asanlıqla, çətinlik çəkmədən əldə edilən, görülən. Əziyyətsiz iş.
– Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə, xoşbəxt həyat yoxdur. Ə.Abasov.

2. zərf Əziyyət vermədən, əzab vermədən, incitmədən.
[Pəri Cadu:] Bu, Qurbandır, gərək onu əziyyətsiz gətirəsən. Ə.Haqverdiyev.

3. sif. Heç kəsə əziyyəti, azarı dəyməyən; zərərsiz, ziyansız, azarsız; dinc, sakit. Əziyyətsiz adam.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZİYYƏTSİZ əzabsız — məşəqqətsiz
  • ƏZİYYƏTSİZ əziyyətsiz bax 1. əzabsız; rahat 1
ƏZİYYƏTLİLİK
ƏZİYYƏTSİZLİK

Digər lüğətlərdə