Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Rumus
Rumus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Haqqında == Üstüpü bələdiyyəsinin ərazisində, rayon mərkəzindən 45 km şimal-qərbdə, dağlıq ərazidədir. Hazıda kənddə yaşayış yoxdur. Oranın torpaq və yaylaqlarından qonşu kədlərin əhalisi istifadə edir. Yerli əhali arasında Urmus da adlandırılır.
Rufuz Sevell
Rufuz Frederix Sevell (d. 29 oktyabr 1967, Twickenham, Middlesex, İngiltərə)— ingilis aktyoru. == Həyatı == 2007-ci ildə Rock 'N' Roll oyunundaki rolu ilə ən yaxşı kişi aktyor kateqoriyasında Laurens Olivier teatr mükafatını almış və 62 Toni mükafatında ən yaxşı kişi aktyor kateqoriyasında mükafata namizəd göstərilmişdi.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Ramiz
Ramiz — kişilərə verilən şəxsi ad. Ramiz Rövşən — Azərbaycan şairi. Ramiz Mirzəyev Ramiz Mirzəyev — AFFA-nın keçmiş prezidenti. Ramiz Mirzəyev (Ramiz Həsənoğlu) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ramiz Məlik Ramiz Alıquliyev — texnika elmləri doktoru, professor. Ramiz Bağırov (I) — istedadlı musiqiçi, vokal sənətini respublikada geniş təbliğ edən müəllim. Ramiz Qasımov Ramiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor. Ramiz Tahirov (general) — general. Ramiz Əbdülrəhimov — memarlıq doktoru, professor.
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
RÜUA
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. == Beynəlxalq uğurları == Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Müluz (rayon)
Müluz (fr. Mulhouse) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn. Suprefektura — Müluz. Rayon əhalisi 2006-cı ildə 347 301 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 491 nəf / km². Rayon ərazisi — 707 km².
Ramaz Nikolaişvili
Ramaz Nikolaişvili (gürc. რამაზ ნიკოლაიშვილი; 17 iyun 1965, Tbilisi) — Gürcüstan siyasətçisi, Gürcüstan Parlamentinin deputatı, 2010–2012-ci ilərdə Gürcüstanın inftrastruktur naziri işləyib. == Həyat və fəaliyyəti == 17 iyun 1965-ci ildə Tbilisi şəhərində anadan olub. 1983–1990-cı illərdə Gürcüstan Texniki Universitetində təhsil alıb. Sonradan Tbilisi Dövlət Universitetində 1997-ci və 2003-cü illərdə " Maliyyə və kredit" və "İqtisadiyyat və hüquq" fakültələrini bitirib. 1994–2000-ci illərdə Gürcüstan Vergi Müfəttişliyinin operativ şöbəsində çalışıb. 2000–2003-cü illərdə o xüsusi legionun xüsusi şöbəsinin rəis müavini olub. 2003–2004-cü illərdə Gürcüstan Maliyyə Nazirliyi maliyyə polisinin informasiya və analiz şöbəsinin rəis müavini işləyib. 2004–2005-ci illərdə statistika və informasiya xidmətinin rəhbəri işləyib. 2005–2007-ci illərdə maliiyə polisi baş idarəsinin rəisi, 2007–2008-ci illərdə Gəlirlər Xidməti Baş İstintaq İdarəsinin rəisi işləyib.
Ramaz Nikolaşvili
Ramaz Nikolaişvili (gürc. რამაზ ნიკოლაიშვილი; 17 iyun 1965, Tbilisi) — Gürcüstan siyasətçisi, Gürcüstan Parlamentinin deputatı, 2010–2012-ci ilərdə Gürcüstanın inftrastruktur naziri işləyib. == Həyat və fəaliyyəti == 17 iyun 1965-ci ildə Tbilisi şəhərində anadan olub. 1983–1990-cı illərdə Gürcüstan Texniki Universitetində təhsil alıb. Sonradan Tbilisi Dövlət Universitetində 1997-ci və 2003-cü illərdə " Maliyyə və kredit" və "İqtisadiyyat və hüquq" fakültələrini bitirib. 1994–2000-ci illərdə Gürcüstan Vergi Müfəttişliyinin operativ şöbəsində çalışıb. 2000–2003-cü illərdə o xüsusi legionun xüsusi şöbəsinin rəis müavini olub. 2003–2004-cü illərdə Gürcüstan Maliyyə Nazirliyi maliyyə polisinin informasiya və analiz şöbəsinin rəis müavini işləyib. 2004–2005-ci illərdə statistika və informasiya xidmətinin rəhbəri işləyib. 2005–2007-ci illərdə maliiyə polisi baş idarəsinin rəisi, 2007–2008-ci illərdə Gəlirlər Xidməti Baş İstintaq İdarəsinin rəisi işləyib.
Ramaz Şengeliya
Ramaz Şengeliya (gürc. რამაზ შენგელია; 1 yanvar 1957, Kutaisi – 21 iyun 2012, Çerovani[d], Gürcüstan) — karyerası ərzində "Torpedo" (Kutaisi), "Dinamo" (Tiflis), "Ester" (Vekşe) və "Holsmund" klublarının şərəfini qoruyub. Hücumçu SSRİ çempionatlarında 283 oyun keçirib, 120 qol vurub. O, 1978-ci il SSRİ çempionu, 1979-cu ildə SSRİ kubokunun sahibi, 1981-ci ildə Kuboklar Kubokunun qalibi olub. Şenqeliya 1978 və 1981-ci illərdə SSRİ-nin ən yaxşı futbolçusu seçilib.
Ramiz Abbaslı
Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; 1 iyul 1948, Papravənd, Ağdam rayonu) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi. == Həyatı == Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S. S. Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F. M. Dostoyevskinin "Cinayət və cəza", V, Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R. Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakültəsində davam etdirib. Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb. == Yaradıcılığı == Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb.
Ramiz Abbasov
Ramiz Abdullayev
Abdullayev Ramiz Həbibulla oğlu (d.23 iyun, 1953) – Azərbaycan şairi, dramaturq, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Abdullayev Ramiz Həbibulla oğlu 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-ci illərdə hərbi xidmətdə olub. 1975-ci ildə texnikumu bitirib. Müxtəlif vəzifələrində çalışıb. 1995-1999-ci illərdə "Elm və Təhsil Mərkəzi Təfəkkür" Universitetində təhsil alıb. 1996-ci ildən hal-hazıra qədər Azərbaycan Dövlət Dəmir Yolunun "Daşıma Prosesləri İdarəetmə" Birliyində rəis müavini vəzifəsində çalışır. "Fəxri dəmiryolçu" və "Əməkdar mühəndis" adına layiq görülüb. Bədii yaradıcılığla məşğul olur.
Ramiz Abutalıbov
Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordenin kavalerı, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən). == Həyatı == Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir. 1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir. Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir.
Ramiz Almazov
Ramiz Almazov (rus. Алмазов Рамиз Чобан оглы; d. 11 aprel 1960, Dəllər, Başkeçid rayonu) — Rusiya Daxili xidmət general-leytenantı. == Həyatı == Ramiz Çoban oğlu Almazov 11 aprel 1960-cı ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Dəllər (Dağ Dəlləri) kəndində anadan olub. DİN-nin Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. Xakasiya Respublikasında DİN-nin islah-əmək müəssisələri Penitisiar xidmətinin rəisi, Rusiya Ədliyyə Nazirliyinin Xakasiya Respublikası üzrə idarə rəisinin müavini, 2003-2011-ci illərdə Tıva Respublikası üzrə Federal Penitensiar Xidmətin Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Ramiz Almazov 17 dekabr 2011-ci ildən Samara vilayətinin Federal Penitensiar Xidmət Baş İdarəsinin rəisi təyin edilib və indiyədək general-mayor rütbəsi ilə bu vəzifədə çalışırdı. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə Daxili xidmət general-leytenantı rütbəsinə layiq görülüb.. == Ailəsi == Evlidir, bir oğlu, bir qızı var.
Ramiz Alıquliyev
Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü. == Həyatı == Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır. 1988-ci ildə AEA Riyaziyyat və Mexanika İnstitutuna köçürülmüşdür. 1988-2002-ci illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir. 2003-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir. 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri işləyir. == Tədqiqat sahələri == Data mining; big data analitika; text mining; süni intellekt, onlayn sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellektinə əsaslanan alqoritmlər (evolutionary and particle swarm algorithms). == Elmi fəaliyyəti == 2000-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertanturada təhsil almışdır.
Ramiz Aslanov
Ramiz Mütəllim oğlu Aslanov — Azərbaycan riyaziyyatçı alimi, professor. == Həyatı və yaradıcılıq == Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuşdur. 1964-cü ildə Dəstəfur kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ili H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968-ci ildə buranı bitirib orta məktəbdə riyaziyyat müəllimi ixtisası almışdır və həmin institutda işləmək üçün saxlanılıb. 1968–1995-ci illərdə H. Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyəti müddətində o, laborant, baş laborant, müəllim, V. İ. Lenin adına APİ-nin aspirantı, müəllim, riyazi analiz kafedrasının müdiri, qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1980–1982-ci illərdə Kirovabad şəhəri (indiki Gəncə) rayon Sovetinin xalq deputatlar sovetinə deputat seçilmişdir. 1973–1982-ci illərdə o, Kirovabad Dövlət Pedaqoji İnstitutu (indiki Gəncə Dövlət Universiteti) nəzdində olan tələbə dəstəsinin komandiri olmuşdur (Azərbaycanda, Stavropol diyarında, Krasnodar diyarında). 4 noyabr 1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin dissertasiya şurasında o "Abstrakt fəzalarda elliptik tip tənliklər üçün bəzi yüklənmiş sərhəd məsələləri" 01.01.01 ixtisas üzrə (riyazi analiz) namizədlik dissertasiyasını müdafiə etmişdir(elmi rəhbər BDU-nin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Amir Şamil oğlu Həbibzadə olmuşdur). Rəsmi opponentlər: fizika-riyaziyyat elmləri doktoru, professor V. V. Gruşin (Moskva Elektron Maşınqayırma İnstitutu(MİEM), tətbiqi riyaziyyat kafedrası, Moskva şəh.); fizika-riyaziyyat elmləri namizədi, dosent B. Panayoti (Moskva Elektrotexnika İnstitutu(MİET), ali riyaziyyat kafedrası, Zelenograd şəh.); aparıcı təşkilat: Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu (indiki Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının [Riyaziyyat və Mexanika İnstitu. 30 iyun 1982-ci ildə SSSR-nin Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsinə layiq görülmüşdür.
Ramiz Atakişiyev
Ramiz Axundov
Ramiz Həbib oğlu Axundov (25 yanvar 1937, Bakı – 26 dekabr 2015, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 25 yanvar 1937-ci ildə anadan olub. Ramiz Axundov uzun müddət AzTV-də rejissor işləyib. Onun filmoqrafiyasında onlarla film, o cümlədən "Bakı arxipelaqı", "Bu, Səttar Bəhlulzadədir", "Habil Kaman", "Xəzər Atlantidası" və digər filmlər var. Ramiz Axundov 26 dekabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Elmira Axundovanın həyat yoldaşı idi.
Ramiz Ağayev
Ramiz Babayev
Ramiz Əlirza oğlu Babayev (8 mart 1940, Əmircan – 11 yanvar 1994, Bakı) — Azərbaycan kinooperatoru. == Həyatı == Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədənlərində calışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva (1919–1994) isə evdar qadın olmuşdur. O 1947-ci ildə Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbdə oxumağa başlamışdır. 1957-ci ildə məktəbi bitirmiş və həmin il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. 1959-cu ildə Odessa şəhərində Kinematoqrafiya məktəbinə daxil olmuş və həmin məktəbi 1962-ci ildə bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada işini davam etdirməklə yanaşı, 1963-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin İnstitutu "Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular" ixtisası üzrə bitirmişdir. 1975-ci ildə ailə həyatı qurmuşdur. 2 qız övladı var. 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir.
Ramiz Bayramov
Ramiz Bəxtiyar oğlu Bayramov (21 fevral 1970-ci il, Zərkənd kəndi, Vardenis rayonu (Basarkeçər rayonu), Ermənistan SSR, SSRİ) — Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, qastrointestinal cərrah-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri. == Həyatı == Bayramov Ramiz Bəxtiyar oğlu 1970-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib. 1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 2000-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2007-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent kimi fəaliyyət göstərmiş, 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının torakoabdominal şöbəsinin rəhbəri və 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında professor vəzifəsində çalışır. 1996 -1997-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Hepatopankreatobiliar Cərrahiyyə Mərkəzində ixtisaslaşma, 2003-cü ildə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin Torakoabdominal şöbəsində ixtisaslaşma, 2013-cü idə İtaliyanın Roma şəhərində Università Cattolica del Sacro Cuore nəzdindəki A.Gemelli Hospitalında Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) mütəxəssislər üçün təşkil etdiyi "Üst Gastrointestinal Cərrahi Onkologiyada Minimal İnvaziv Cərrahiyyəyə" dair dərinləşdirilmiş ixtisaslaşma kursu, 2014-cü ildə Koreyanın Seul şəhərində Yonsei Universitetinin Yonsei Onkoloji Mərkəzində mədə xərçənginə görə laparoskopik və robotik cərrahiyyəyə dair tam ixtisaslaşma kursu, 2014-cü ildə Almaniyanın Köln Universitetində Visseral və Onkoloji Cərrahiyyə Mərkəzində qida borusu və kardioezofageal xərçəngin laparoskopik cərrahi müalicəsinə dair ixtisaslaşma keçmişdir. == Elmi və cərrahi fəaliyyəti == 2000-ci ildə "Düz və çənbər bağırsaq karsinoidlərinin diaqnostikası, müalicəsi və proqnozu" mövzusunda tibb elmləri namizədliyinə iddia olunan dissertasiyasını, 2011-ci ildə "Mədəaltı vəzi xərçənginin müayinə və müalicə prinsiplərinin optimallaşdırılması" mövzusunda tibb elmləri doktorluğuna iddia olunan dissertasiyasını uğurla müdafiə etmişdir. Avropanın, Böyük Britaniyanın, Amerikanın, Asiyanın, MDB ölkələrinin və Azərbaycanın elmi-tibbi jurnallarında mədə-bağırsaq sisteminin xoş və bədxassəli şişlərinə həsr edilmiş 110-dan çox elmi məqalələri dərc edilmişdir.
Ramiz Bağırov
Ramiz Bağırov (müəllim)
Remus Faur
Remus Faur (6 iyun 1989) — Rumıniyalı biatlonçu. Remus Faur Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Remus Faur birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Faur 26:03.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 68-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Resuz (kommuna)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Humus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır. Humusu qeyd edən ən erkən mənbə XIII əsrdə yazılan resept kitabıdır.
Hürmüz
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. == Yaradıcı kimi == Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. == Sənəviyyani Məzdai == Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qumux
Qumux — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Baş Laysqi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qumux kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 1035 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 517 nəfəri isə qadındır. Qumux kəndinin əhalisin ilk məskunlaşma yeri kimi tarixi faktlarda Dagıstanın Qazıqumux dairəsi olduğu göstərilir; Dairə əhalisinin bir hissəsi XIX əsrin ortalarında Şəki rayonu ərazisinə köçmüşdürlər.
Rubus
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Rumex
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Rumlu
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. == I Şah İsmayıl dövrü == Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. == I Şah Təhmasib dövrü == Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Rumoi
Rumoi (yap. 留萌市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Rumoi sabprefekturanın eyni adlı paytaxtı.
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. == Tarix == == Etimologiya == == Məskunlaşma == == Dil == Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Runiz
Runiz – İranın Fars ostanının İstəhban şəhristanının Runiz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,991 nəfər və 1,466 ailədən ibarət idi.
Rutul
Rutul — Rusiya Federasiyasının Dağıstan Respublikasında kənd, Rutul rayonunun inzibati mərkəzi.
Ruçuq
Ruçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Ruçuq oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Ruçuqqışlaq olmuşdur. Sonralar oykonimin ikinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi Afurca kəndinə məxsus Ruçuq adlı qışlaq yerində salınmışdır. Güman etmək olar ki, oykonim tat dilindəki ruçuq (ru-üz, çuq-açıq; Üzüaçıq) sözündəndir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 25 nəfər əhali yaşayır.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". == Coğrafiyası == Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> == Tarixi == Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Ruşuk
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. == Həyatı == Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.