Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Mikayıl Rəfili
Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905, Borsunlu, Yelizavetpol qəzası – 25 aprel 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945). == Həyatı == Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir.
Oqtay Rəfili
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. == Həyatı == Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970). == Həyatı == Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoymuşdur.
Rəfiqə Hüseynzadə
Rəfiqə Hüseynzadə (Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızı; 1952, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti (2011–2023), alim. == Həyatı == Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini bitirmişdir. 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Xanım Hüseynzadə 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir. Bundan başqa, "Discover Azerbaijan" kitablarının birinci və ikinci buraxılışının, eləcə də "Azerbaijan and United Kingdom 100 Years of Partnership" kitabının həmmüəllifidir. Rus, ingilis və türk dillərini bilir. == Fəaliyyəti == 1985–1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin "İzotop tədqiqatları" laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 1999–2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi "Azlab" MMC-nin Baş direktoru olmuşdur.
Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva — professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı. == Həyatı == R. Ş. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır. 1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər. R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
Rəfiqə Nuray
Rəfiqə Nuray — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971-1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı (1939, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1980-1991)
Rəfiqə Qurbanova
Rəfiqə Əhməd qızı Qurbanova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Rəfiqə Əhməd qızı Qurbanova 1938-ci il noyabrın 13-də Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1946-56-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl medalla bitirmişdir. 1956-cı ildə Bakı Dövlət Universitetinin kimya fakultəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, həmin il kimya fakultəsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. == Elmi fəaliyyəti == 1965-ci ildə aspirantura müddətinə 3 ay qalmış “Üzvi kimya” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1965-ci ilin sentyabrından 1966-cı ilin aprel ayına kimi Sumqayıtda Sintetik Kauçuk zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində əmək fəaliyyətində olmuşdur. 1966-cı ildən Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi, sonra isə 1967-78-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1978-93-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda əvvəlcə “Analitik kimya”, sonra isə bu laboratoriya əsasında yaradılmış “Polimer örtüklər” laboratoriyasına rəhbərlik etmişdir. R.Ə.Qurbanova 1992-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “Yüksəkmolekullu Birləşmələr kimyası” ixtisası üzrə kimya elmləri doktoru adına layiq görülmüşdür.
Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976). == Həyatı == Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970-74, 1976-77), bürünc (1965, 1978, 1980, 1982-1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975-1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).
Rəfiqə Əliyeva
Əliyeva Rəfiqə Əlirza qızı (20 sentyabr 1932, Naxçıvan – 6 may 2017, Bakı) — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. == Həyatı == Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Fəxriyyə Xələfovanın anasıdır. Heydər Əliyevin bacısıdır. Rafiq Xələfovun həyat yoldaşıdır.Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. == Təhsili == 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə “Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə “d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti “ Analitik kimya” kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir. Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02, 02.00.03,02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvüdür.
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. == Elmi fəaliyyəti == 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. == Mükafatları == Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. == Şəxsi həyatı == 1982-ci ildə ailə qurub, iki uşağı var.
Rəhilə Cabbarova
Rəhilə Muxtar qızı Cabbarova (24 noyabr 1922, Tiflis – 1 dekabr 2002, Bakı) — Azərbaycan müğənnisi (messo-soprano), vokalçı-aktrisa, pedaqoq, Azərbaycan SSR əməkdar artist (1958). == Həyatı == Rəhilə Muxtar qızı Cabbarova 24 noyabr 1922-ci ildə Tiflisdə anadan olmuş və buradakı 1 saylı musiqi məktəbində oxumuşdur. Müharibə illərində — 1941–1945-ci illərdə Tiflis şəhərindəki hərbi hospitalda işləmişdir. 1945–1947-ci illərdə Tiflis Xalq Yaradıcılığı evində təlimatçı olmuş və az sonra Gürcüstan Dövlət Mahnı və Rəqs ansamblına solist götürülmüşdür. 1947-ci ildə ailəsi ilə Bakıya köçmüşdür.Rəhilə Cabbarova Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə daxil olmuş və 1949–1954-cü illərdə vokal şöbəsində oxumuşdur. Üçüncü kurs tələbəsi olarkən Şövkət Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülmüşdür.İlk dəfə səhnəyə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında xanəndə qız rolunda çıxan Rəhilə Cabbarova uzun müddət bu rolun ifaçısı kimi tanınmışdır. Onun ilk böyük rolu isə Fikrət Əmirovun "Sevil" operası səhnələşdirilərkən canlandırdığı Gülüş obrazı olmuşdur. Bunun ardınca aktisanın bir sıra əhəmiyyətli rolları olmuşdur.Rəhilə Cabbarova səhnə fəaliyyətindən əlavə, radio və televiziya verilişlərində də tez-tez iştirak etmişdir. Onun repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərbi Avropa bəstəkarlarının kamera əsərləri də daxil olmuşdur.Sonralar — 1971–1997-ci illərdə Rəhilə Cabbarova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri vəzifəsində çalışmışdır.Rəhilə Cabbarova 26 aprel 1958-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüş və 11 iyun 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.Rəhilə Cabbarova 1 dekabr 2002-ci ildə Bakıda vəfat etmişdir.
Rəhilə Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1881, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. == Həyatı == Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəhilə Həsənova
Rəhilə Həsənova — bəstəkar. == Əsərləri == BaletKos-kosa balet-pantomimaOpera"Mahnılı nağıllar" uşaq Operası (1996) — libretto müəllifindir "Cavidi dəstgah" xor operası (2000–2001) — qiraətçi, xor, solistlər və 5 zərb aləti üçünSimfonik əsərlərSimli kvartet, tenor və bas üçün "Dərviş" (1992); Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə" (1993); 15 alət üçün "Səma" (19194); Simfonik orkestr üçün "Gecə" (1997);Digər instrumental əsərlərPiano üçün: sonata (1990); "A la meyxana" fantaziyası (1996); "Jasmin ləçəkləri" 7 miniatür (1998); 2 piano və 2 saksofon üçün "Dəniz" (1998); Kontrabas üçün solo-sonata (1990); Orqan üçün "Qəsidə" simfoniyası (1991); "Səhra" fantaziyası (1997); Klarnet üçün solo-sonata (1994); Gitara üçün solo-sonata (1995); 3 saylı simli Kvartet (1995); 9 müxtəlif alət üçün "Pirəbədil" (1996); Fleyta üçün solo-sonata (1997); 4 fleyta və zərb alətləri üçün Mərasim-"Maral oyunu" (1999); 8 violonçel və 4 kontrabas üçün "Müğfil" (2001)."Maral" teatr tamaşasına musiqi /H.Cavidin əsəri əsasında/ (1999);MəqalələrKak na pervom uroke /Q.Qarayev/. "Şərqi" jurnalı, №2, 1999; Zapax Rodinı. "Şərqi", №4, 1999; Edinstvennıy i nepovtorimıy /X.Mirzəzadə/. "Şərqi", №1, 2000; Mono-dialoq /rəssam E.Məmmədovun xatirəsinə/. "Şərqi", №2, 2001; Otveth samomu sebe. "Şərqi", №3, 2001; Voznesennıy na krılhcx vetra /R.Behbudov/. "Azərbaycan-İrs" jurnalı, №4, 2001.
Rəhilə Mustafayeva
Rəhilə Mustafayeva (20 iyun 1923 – 1996) – azərbaycanlı müğənni, aktrisa. == Həyatı == 1923-cü ildə anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul edildi və 1978-ci ilə qədər orada çalışdı. 1945-ci ildə, o, ən yaxşı rolda - Sovet Azərbaycan filmindəki Arşin Mal Alandakı Asya rolunu canlandırdı. 1981-ci ildə tez-tez konsertləri ilə çıxış edən "Uzun ömürün akkordları" filmində rol aldı. 1996-cı ildə vəfat edib. == Filmoqrafiya == Arşın mal alan (film, 1945) Üzeyir ömrü (film, 1981) == Xarici keçidlər == Aktrisa və müğənninin həyatının dəqiq illəri ilə qısa tərcümeyi-halı Arxivləşdirilib 2017-03-04 at the Wayback Machine.
Rəhilə Məhərrəmova
Rəhilə Cavad qızı Məhərrəmova (7 noyabr, 1923 – 22 avqust, 2011) — filologiya elmləri doktoru, professor. == Həyatı == R. C. Məhərrəmova (qızlıq soyadı Kazımova olmuşdur) 1923-cü il noyabrın 7-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1930-cu ildə Bakıda 40 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1937-ci ildə də yeddinci sinfi bitirərək M. Ə. Sabir adına Pedaqoji Texnikumda təhsil almış, oranı 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Darülfünununun filologiya fakültəsinə qəbul olmuş, 1945-ci ildə universitetdə təhsilini başa çatdırmışdır. Tələbəlik dövründə Bakının Lenin (indiki Sabunçu) rayonundakı 80 saylı məktəbdə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Dövlət Universitetini (hazırda Bakı Dövlət Universiteti) bitirəndən sonra 1945–1948-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında oxumuşdur. Aspirant olan müddətdə eyni zamanda yarımştat kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1949-cu ildə "Ə. Haqverdiyevin hekayələrinin dili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda baş elmi işçi vəzifəsinə keçirilmişdir.
Rəhilə Məmmədova
Rəhilə Məmmədova (17 dekabr 1955, Qazax rayonu) – Azərbaycanın əməkdar artisti (2018), "Qızıl Dərviş" mükafatı laureatıdır.[mənbə göstərin] == Həyatı == 1955-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Univertsitetini bitirmiş, həmin ildən də Şəki Dövlət Dram Teatrında işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Dram Teatrında və eyni zamanda 2001-ci ildən Gəncə Dövlət Nizami Poeziya teatrında fəliyyət göstərir. == Fəaliyyəti == İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır: “Şair və Hökmüdar” (Məhsəti) “Memarın məhəbbəti” (Möminə xatın) “İsgəndərnamə” (Nüşabə) “ Qapı” (Ana)Rəna Temurqızının “Dərd yükü” tamaşasının həm quruluşçu rejissoru həm də Ana obrazının ifaçısı. B. Vahabzadə və Z. Yaqubun şerləri əsasında Pərvanə Qurbanovanın səhnələşdirdiyi “Yaddan çıxmaz Qarabağ” – aparıcı vəs. Hal hazırda Volterin “Sadiq və ya Tale” povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi “ Əlmanə” tamaşasında – Cahan məleykəsi obrazı üzərində işləyir. == Mükafatları == 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Rəhilə Orucova
Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Göyçə mahalı – 11 may 1992, Şıxarx, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü. == Uşaqlıq dövrü və təhsili == Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir. 1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. == Döyüş yolu == Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə qəhrəmancasına şəhid olmuşdur. May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.
Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. == Həyatı == Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi əsərlərinin əsas mövzusu == milli ədəbiyyat konsepsiyası; ədəbiyyatda təhlil metodlari: ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi; ədəbiyyat kontekstkəri; ədəbiyyatda mədəni dəyərlər; == Təltif və üzvlüklər == UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL) Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ) == Təşkilati işlər == UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002) Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr) Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005. Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti 1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti == Azərbaycanla baglı bir sıra diskussiyalarda iştirak == J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002); Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003); London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003) == 70-dan çox elmi əsərin müəllifi, o cumlədən == Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.
Rəhilə İbadova
Rəhilə İbadova — Azərbaycanlı aktrisa; == Həyatı == 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən 2006-cı ildə həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. “Tıq-tıq xanım”, “Cırtdan” və bir çox nağılın qəhrəmanlarını (ümumilikdə 27 tamaşa) oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, “Adam ol” filmində çəkilib. Həbsdən azad edildikdən sonra işinə qaytarılan aktrisa 2020-ci ildə həm 70 yaşı tamam olduğu üçün, həm də səhhətinə görə işdən azad edilməsini xahiş edib. === Şəxsi həyatı === 16 yaşında ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib. Əməkdar artist Firuzə İbadovanın bacısıdır. === Həbsi === 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib.
Ulduz Rəfili
Ulduz Saleh qızı Rəfili (15 dekabr 1922, Goranboy, Gəncə qəzası – 8 yanvar 2006, Bakı) — rejissor, əməkdar incəsənət xadimi, professor == Həyatı == Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə Goranboy rayonunun Borsunlu kəndində doğulub. 12 yaşı olanda nəsilləri sovet repressiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb. Ulduz xanımın öz əli yazdığı avtobioqrafiyasında oxuyuruq: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat etmişdir. Daha sonra Ulduz xanım Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıtmış, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir. == Fəaliyyəti == O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb. 1972–1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib. U.Əliyeva 50-dən artıq tamaşaya — "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Qaldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) və s.
Rəfil Əhmədov
Rəfil Nayıb oğlu Əhmədov (14 oktyabr 1948, Xocalı – 26 fevral 1992, Xocalı) — Xocalı soyqırımı şəhidi. = Həyatı = Rəfil Əhmədov 1948-ci il oktyabrın 14 də Xocalı şəhərində doğulmuşdur. O,ailənin dördüncü övladı idi. Uşaqlıqdan ailəsi üçün çalışıb çörək qazanardı. 1965-ci ildə məktəbi bitirərək, Əsgəran rayonunda bir müddət çalışmışdır. 1966-ci ildə ordu sıralarına çağrılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1967-ci ildə ordudan tərxis olunaraqa beton zavodunda çalışmağa başladı. 1969-1972-ci illərdə Əsgəran rayonunda bufet də çalışmışdır. Daha sonra 1972-ci ildə kombinat zavodunda fəhlə kimi işləmişdir.
Rəhilə xanım Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1881, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. == Həyatı == Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. == Tarixi == === Rəbiə qəbiləsi Azərbaycanda === Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.